Məhkəmə qərarları › İş №2-1(112)-11908/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11908/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11908/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X21) qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanına aid olan mənzillə əlaqədar X25 üçün xx.xx.1989-cu ıl tarixdə verilmiş 38 saylı qərarın etibarsızlığının müəyyən edilməsi və xx.xx.1975-ci il tarixli 14707 saylı Qaradağ Rayonu Qızıldaş qəsəbəsi ev 24, mənzil 2 ünvanına aid olan mənzilin X13 verilmiş orderin əsas sənəd kimi qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1955-ci ildə Bakı şəhəri Qaradağ rayonda anadan olmuşdur. xx.xx.1975-ci il tarixli 14707 saylı ünvan 2 ünvanına aid olan orderin surəti məhkəməyə təqdim olunmuşdur. Burada atası X22, onun həyat yoldaşı X28 və onun (yəni oğlu) İddiaçı adları qeyd olunmuşdur. Bu da onun, İddiaçı X11 varisi olduğunu göstərir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Fililalına 3 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Fililalı tərəfindən verilən arxiv arayışı xx.xx.2021-ci ildə təqdim edilmişdir. Burada atası X22 və onunla birlikdə 3 ailə üzvünün olduğu qeyd olunmuşdur ki, bunlardan biri iddiaçıdır. Bu da İddiaçı X11 varisi olduğunu göstərir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi İdarəsinə 3 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilən arxiv arayışı xx.xx.2022-ci ildə təqdim edilmişdir. Burada atası X11 atası İddiaçıəli Zal oğlu olması göstərilmişdir. Yəni onların ailləliklə Rüstəmov olduğu bununla təsdiq olunmuşdur. Qarşı tərəf isə Vəliyevdir. Təqdim etdiyi doğum haqqında şəhadətnamədə ata qrafasında X38 oglu qeyd olunmuşdur. Bu da İddiaçı X11 varisi olduğunu göstərir. Təqdiın etdiyi X11 İddiaçı atalığının müəyyən edilməsi haqqında şəhadətnamədə onun atasının X22 olması öz əksini tapmışdır. Bu sənədə əsasən İddiaçı X11 tək oğul və tək varisdir. Təqdim olunmuş ölüm haqqında şəhadətnamədə atası X11 xx.xx.1986-cı ildə dünyasını dəyişdiyi qeyd olunmuşdur. Həmçinin digər ölüm haqqında şəhadətnamədə anası X17 xx.xx.2006-cı ildə dünyasını dəyişdiyi qeyd olunmuşdur. Azərbaycan Milli Arxiv İdarəsinə İddiaçı harda işləməsi və ünvan 3 ünvanı necə alınası ilə bağlı sorğu tərəfindən göndərilmişdir. Azərbaycan Dövlət Arxivinin Bakı filialı tərəfindən 13 mart 2023-cü il tarixli 3-48-2F/2-R- 016558 saylı arayışında yalnız İddiaçı və onun ailə üzvləri ilə ünvan 4 ünvanında qeyddə olduqlarını və 1979-cu ildən zavodda işləyərək ev növbəsinə yazıldığı göstərilməkdədir. Bu məsələnin tam mahiyyəti açmaqdadır. Belə ki, İddiaçı 1975-ci ildə orderdə adı qeyd olunub. Atası ilə birlikdə. Azərbaycan Dövlət Arxivinin Bakı Filialı tərəfindən 13 mart 2023-cü il tarixli 3-48-2F/2-R-016558 saylı arayışında göründüyü kimi 1971-ci illərin əvvəlində işə düzəlib 1979-cu ildə ünvan 4 ünvanında qeyddə ailə üzvləri ilə birlikdə qeydiyyatda olub və ev növbəsinə daxil olmuş 1990-cı ildə yeni mənzil ünvan 3 ünvanlı evi almışdır. Yəni bu ev zəhmət və işləyərək əldə etmişdir. ünvan 4 ünvanında olan ev X22 tərəfindən işləyərək, öz zəhməti hesabına alınmışdır. Yəni bu ev İddiaçı X7 qalmış ala mirasıdır. xx.xx.1975-ci il tarixli 14707 saylı ünvan 4 ünvanına aid olan orderində X22, onun həyat yoldaşı X28 və onun (yəni oğlu) İddiaçı adları qeyd olunmuşdur. Yəni orderdə 3 ailə üzvü göstərilmişdir. 4-üncü yoxdur. Bu da onun İddiaçı X11 tək varisi olduğunu göstərir. X30 doğum şəhadətnaməsinə diqqətlə baxılarsa burada görünür ki, X18 ona həm soyadını, həm də atalığını verməmişdir (yəni atalıq qrafası boşdur). Buda onun tək varis olduğunu göstərən önəmli vaktdır. Qaradağ rayon XDS İK tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş 38 saylı Arxiv sənədində qeydiyyatdan çıxma ilə əlaqədar bir sıra ziddiyətli məqamlarla rastlaşmışdır. 1. Arxiv sənədində X26 olaraq göstərilmişdir. Məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsində qeyd olunub ki ,o, X12r. Yəni atasının adı Məhəmməddir. X8 atası X9 ölüm haqqında arayışın surətində də bu öz əksini tapmışdır. Bu Arxiv sənədində böyük bir yanlışlığın baris bir nümunəsidir. 2. Arxiv sənədində X14 adı yoxdur. Hansı ki, onu adı orderdə vardır. X22 ilə nigahı olmuşdur və ərinin vəfatına qədər onunla birlikdə yaşamışdır. Sual olunur onun adı niyə yoxdur. 3. Arxiv sənədində X15 İddiaçı qardaşı olduğu yazılır. Sadə məntiq ilə götürsək İgidalı ayrı addır, İgidəli ayrı addır. X4 (xx.xx.1956-xx.xx.2001) Şamaxı Rayon Qeydiyyat şöbəsindən doğum haqqında arayış və Qaradağ Rayon Qeydiyyat şöbəsindən ölüm haqqında arayışları diqqətlə gözdən keçirsək görünür ki, 1. X15 doğum haqqında şəhadətnaməsində atalıq qrafasının boş olması görünür. Bu da ona ümümiyyətlə X22 tərəfindən atalığın verilməməsini görünür. 2. X22 X2 verməmişdir. 3. Bu doğum haqqında şəhadətnamə xx.xx.1963-cü il tarixli 40 saylı doğum haqqında akt qeydləri kitabında qeydə alınmışdır. X5 7 yaşında. 4. Azərbaycan SSR Şamaxı rayonu BBAQ Şöbəsi tərəfindən xx.xx.1977-ci ildə X15 doğum haqqında şəhadətnamə verilmişdir. X5 22 yaşında. (Qeyd. xx.xx.1975-ci il tarixli 147(17 saylı Qaradağ Rayonu Qızıldaş qəsəbəsi ev 24, mənzil 2 ünvanına aid olan order alınarkən X15 doğum haqqında şəhadətnaməsi ümumiyyətlə olmayıbdır. 5. X1 doğum haqqında şəhadətnamənin analıq qrafasında ana adı X29 yazılmışdır. X31 ölüm haqqında şəhadətnaməsində X23 yazılmışdır. Hansı ki, İgidəli Hacıəli oğlunun soyadı Rüstəmovdur. Bu da ziddiyətli məqamdır. 6. X1 doğum haqqında şəhadətnamənin ilk səhifəsində və onun ölüm haqqında şəhadətnaməsində İgidalı oğlu yazılmışdır. Hansı ki X22 doğum və ölüm şəhadətnamələrində onun adı İgidəli qeyd olunmuşdur. Yəni ata adı üst-üstə düşmür. Bu onu göstərir ki Qaradağ rayon XDS İK tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş 38 saylı qərarın Arxiv sənədinin xerilməsi zamanı X41 oglunun və X11 doğum haqqında şəhadətnamələrinə baxılmamışdır. Bu da böyük hüquq pozuntusudur. Bütün qeyd olunanlar bu Qaradağ rayon XDS İK tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş 58 saylı qərarın Arxiv sənədinin verilınəsi zamanı kobud qanun xə hüquq pozuntuların olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11908/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X21 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs X21 iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 07 avqust 2023-cü il tarixli, 3-48-2F/2-05488/2023 nömrəli məktubu ilə və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********54 №-li, xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş sənədlərin surətindən görünür ki: - Qaradağ rayon X44 İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli 2 №li qərarına əsasən X11 adına verilmiş xx.xx.1975-ci il tarixli 147077 №li orderin surətindən görünür ki, qeyd olunan order X13 ailə üzvləri (arvadı X28 və oğlu İddiaçı) ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 28 kv. metrdən ibarət 2 otaqlı 2 №li mənzilinə köçmək üçün verilmişdir -Qaradağ rayon X44 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 №li qərarının surətindən müəyyən olunur ki, ailə üzvləri 6 nəfərdən ibarət olan İddiaçı, ailə üzvləri 5 nəfərdən ibarət olan qardaşı (X25) ilə birgə Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 28 kv. metrdən ibarət 2 otaqlı 2 №li mənzilində yaşadığı və İddiaçı çoxsaylı ailə kimi 14 avqust 1979-cu ildən ev növbəsində olduğu nəzərə alınaraq, ona (İddiaçı) 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə mənzil növbəliyi qaydasında ünvan 6 ünvanında 50,4 kv metrdən ibarət 9 №li mənzilin təqdim olunması, bununla əlaqədar onların (İddiaçı 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 2 №li mənzilindən qeydiyyatdan çıxarılmaları və həmin mənzildə onun qardaşı X15 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə qalmaları qərara alınmışdır -Qaradağ rayon İcraiyyə Komitəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.1990-cı il tarixli 026788 №li orderin surətindən görünür ki, qeyd olunan order İddiaçı 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 38 saylı evin 9 №li mənzilinə köçmək üçün verilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən ümumi sahəsi 79,13 kv. metr olan ev 38 mənzil 9 Daşınmaz əmlakın dövlət reyestrində 2529 nömrəli reyestr kitabının 235460 nömrəli vərəqində xx.xx.2016-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X8 adına qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən ümumi sahəsi 42,4 kv. metr olan ev 24, mənzil 2 xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 4089 nömrəli reyestr kitabının 381729 nömrəli vərəqində X15 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3906/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X27 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla ünvan 7 ünvanında yerləşən evə dair X16 adına DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və X11 (və ya onun oğlu İddiaçı) adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası iddia qaldırmağa subyektiv hüququn olmaması əsası ilə mümkün sayılmamışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2043/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3906/2023 saylı, 09 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3906/2023 saylı, 09 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh iddiaçının nümayəndəsi Nümayəndə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-13/1-R-20-091/2023 nömrəli məktubunda bildirilmişdir ki, Sizin Qaradağ Rayon X32 xx.xx.1989-cu il tarixli 38 saylı Qərarının ləğv edilməsi haqqında müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətlə bağlı bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 67-ci maddəsinə əsasən inzibati aktın ləğv edilməsi məhkəmə qaydasında həyata keçirilir. Bununla əlaqədar məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Hazırkı işdən görünür ki, Qaradağ rayon İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli 2 №li qərarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 28 kv. metrdən ibarət 2 otaqlı 2 №li mənzili X13 2 nəfər ailə tərkibində (o cümlədən hazırkı İddiaçı) verilmişdir. Sözügedən mənzildə İddiaçı 6 nəfər ailə üzvü, qardaşı X25 isə 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə yaşamış, X22 xx.xx.1986-cı ildə vəfatından sonra Qaradağ rayon X44 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 №li qərarı ilə İddiaçı mənzil növbəliyi qaydasında ünvan 6 ünvanında 50,4 kv metrdən ibarət 9 №li mənzil verilmiş, sonuncunun ailə üzvləri ilə birlikdə həmin ünvandan qeydiyyatdan çıxarılmaları qərara alınmışdır. Həmin qərar əsasında iddiaçının adına sözügedən 9 nömrəli mənzilə köçmək üçün xx.xx.1990-cı il tarixli 026788 №li order verilmiş, həmin order və xx.xx.2016-cı il tarixdə İddiaçı İgidəlı oğlunun (eləcə də ailə üzvləri) xx.xx.2016-cı il tarixli razılıq ərizəsi əsasında mənzil X8 adına xx.xx.2016-cı il tarixdə özəlləşdirilmişdir. Eyni zamanda mübahisələndirilən Qaradağ rayon X44 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 №li qərarı ilə İddiaçı Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ev 24 ünvanında yerləşən 2 №li mənzillə bağlı hüquqlarına xitam verilməklə bərabər həmin mənzildə yaşayan qardaşı X15 5 nəfər ailə üzvü ilə birlikdə qalması qərara alınmışdır. Hazırkı tələbində İddiaçı Qaradağ rayon X44 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 №li qərarının xx.xx.2023-cü il tarixdə etibarsızlığını məhkəmədə iddia qaldırmaqla mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddiaçı sözügedən Qaradağ rayon X44 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 №li qərarını iddia müddəti ötürməklə mübahisələndirmişdir. Belə ki, İnzibati Prosesual Məcəllə qüvvəyə minənədək ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Göründüyü kimi iddiaçı sözügedən 1989-cı il tarixli qərarını qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində mübahisələndirməmişdir. Bundan əlavə məhkəmə mübahisələndirilən inzibati aktla bağlı xx.xx.2011-ci ildən qüvvəyə minmiş X20 tələbləri baxımından qiymətləndirmə aparmağı da zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, İPM-nin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM, əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Bundan əlavə məhkəmə mübahisələndirilən inzibati aktla bağlı xx.xx.2011-ci ildən qüvvəyə minmiş X20 tələbləri baxımından qiymətləndirmə aparmağı zəruri hesab edir. Hazırkı iş üzrə iddiaçının iddiası Qaradağ rayon X44 İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli 38 №li qərarınən etibarsızlığının tanınması barədə olmaqla müəyyən etmə və tanınma haqqında iddia növündə irəli sürülmüşdür. Belə ki, İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qeyd edilməlidir ki, subsidiarlıq tələbinə əsasən, müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində ümumi tələbdir. Yəni, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş şəxs eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır və İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsi ilə tənzimlənir. İddianın faktiki əsasları sərəncamın qanunsuzluğunun tanınması deyil, üçüncü şəxs barəsində qəbul edilmiş əliverişli inzibati aktın ləğvinə uyğundur və iddiaçı prosessual məhdudiyyətlərin (iddia müddətinin) tətbiqini istisna etmək üçün sonda qərarın etibarsızlığını xahiş edərək hazırkı iddianı "müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə maraq barəsində olan ümumi tələbdir. Mübahisələndirmə haqqında iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisəli ünvan 9 ünvanından qeydiyyatdan çıxarıldığı, ona eyni qəsəbədə 38 nömrəli evin 9 №li mənzilin verildiyi vaxtdan Qaradağ rayon X44 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 №li qərarından məlumatlı olmuşdur. Qeyd edildiyi kimi məhz həmin qərar əsasında iddiaçının adına order verilmiş və o ailəsi ilə 9 №li mənzilə köçmüşdür. İş üzrə əldə edilmiş ünvan 6 ünvanında 9 №li mənzilin qeydiyyat sənədlərindən də müəyyən olunur ki, həmin mənzilə dair hüquqmüəyyənedici sənəd olan Qaradağ rayon X44 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 №li qərarı əsasında verilmiş order əsasında özəlləşmə aparılmış və iddiaçı hələ 2016-cı ildə özəlləşmə zamanı da sözügedən qərarla ona verilmiş mənzilin arvadı T.M.Rüstəmovanın adına qeydiyyata alınmasına razılıq vermişdir. Nəzərə almaq lazımdır ki, iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının hüquq pozuntusu barədə bilməli olduğu vaxt haqqında məsələ konkret işin halları nəzərə alınmaqla və mülki dövriyyənin hər bir iştirakçısının öz əmlak marağına aid ağlabatan diqqətin göstərilməsi ehtimalından irəli gələrək də həll edilməlidir. Bu baxımdan müəyyən olunur ki, iddiaçının ən geci 1989-cu ildə ona order verildiyi vaxt mübahisəli 2 nömrəli mənzili tərk etmək vəzifəsi yaranmış və o həmin mənzildən köçmüşdür, deməli həmin vaxt iddiaçının iddia etdiyi həmin mənzilə dair hüququnun pozulduğunu bilməli olduğu vaxtdır. İddiaçı 1989-cu ildən keçən 34 il ərzində mənzilə dair hüquqla maraqlanmamış, iddia etdiyi mənzilə hüquqlarının müdafiəsi üçün iddia qaldırmamış, hüquq müstəvisində üçüncü şəxsə mübahisə açmamışdır. Beləliklə, yuxarıda sadalanmış qanunvericilik normaları iddiaçının iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ev 24 ünvanında yerləşən 2 №li mənzilə hüququnun tanıtmağıdırsa bu zaman hazırkı iddia üzrə Qaradağ rayon X44 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 №li qərarının etibarsızlığına nail olması həm də öz hüquqlarının məhdudlaşdırmasına gətirib çıxaracaqdır. Belə ki, mübahisələndirilən Qaradağ rayon X44 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 №li qərarı eyni vaxtda ikili təsirə malik inzibati aktdır. Belə ki, həmin qərar təkcə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ev 24 ünvanında yerləşən 2 №li mənzilin 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə X15 istifadəsində qalması, bununla da həmin mənzilin sonuncuya verilməsini deyil, həm də iddiaçıya ünvan 6 ünvanında 9 №li mənzilin verilməsi barədədir, hansı ki həmin qərar əsasında 9 nömrəli mənzilə köçmək üçün order və həmin order əsasında iddiaçının ailə üzvünün adına xüsusi mülkiyyətə özəlləşmə aparılmışdır. Başqa sözlə, mübahisələndirilən qərar həm də iddiaçının digər daşınmaz əmlaka əşya hüququ verən ilkin hüquqmüəyyənedici sənədidir və hazırkı sözügedən qərarın mübahisələndirilməsi və ya etibarsızlığı həm də adıçəkilən 9 nömrəli mənzillə bağlı hüququn özünün də mübahisələndirilməsi deməkdir. Çünki, mübahisəli mənzil məhz bir qərarla verilmiş və bu zaman iddiaçıya eyni vaxtda 2 ayrı mənzil deyil, məhz sahəsi 28 kv.m olan 2 nömrəli mənzildə iddiaçının özü və qardaşının ailə üzvlərinin yaşadıqları nəzərə alınaraq 2 nömrəli mənzil üzrə hüququna xitam verilmiş və əvəzində ona ev 38 ünvanındakı 9 nömrəli mənzil verilmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar