Məhkəmə qərarları › İş №2-1(112)-1191/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1191/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1191/2022 28.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X15 oglunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, qərara aldı TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqalədə Hallar nazirinin xx.xx.2021-ci il tarixli 0070/Ş nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmişdir. İşlədiyi müddət ərzində nazirliyin maraq və mənafelərini yüksək səviyyədə qorunub saxlanmasına xidmət etmiş, hər bir şəraitdə şərəf və ləyaqətini qorumuş, andına sadiq olmuş, fövqəladə hallar orqanlarında qulluq keçmə ilə bağlı vəzifələrinin icrasına xələl gətirə biləcək, habelə nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmiş, etik davranış qaydalarına və normalarına, xidmətdənkənar davranışın qaydalarına əməl etmiş, Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını və “Fövqalədə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikasının Qanununu və Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydalarını rəhbər tutmuş, rəhbərliyin və tabe olduğu rəis heyətinin bütün əmr, göstəriş və tapşırıqlarını yüksək səviyyədə icra etməyə çalışmış, heç vaxt rəhbərlik tərəfindən xidməti ilə bağlı irad və töhmət almamış, qüsursuz xidmət etmişdir. Fövqalədə Hallar Nazirliyinin daxili xidmət mayorudur. Azərbaycan Respublikası Fövqalədə hallar nazirinin xx.xx.2021-ci il tarixli 0070/Ş nömrəli əmri ilə “Fövqalədə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci bəndlərinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. Lakin fövqalədə hallar orqanlarından xidmətdən azad olunmağı onunla əsaslandırılmışdır ki, guya iddiaçı narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş əmr qanunsuz və əsassızdır. Belə ki, iddiaçı heç vaxt narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmişdir. Bununla bağlı olaraq onun barəsində Fövqalədə Hallar Nazirliyinin sorğusu əsasında əməliyyat işi aparılmış, Azərbaycan Respublikasının DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilərək qan analizi vermiş və qanında narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə ilə bağlı heç bir hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Cavabdehin iddiaya dair münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, Fövqalədə Hallar Nazirliyinin X12 Xidmətinin Neftayırma müəssisələri üzrə X4 13 nömrəli X5 Yanğından profilaktika sektorunun inspektoru daxili xidmət mayoru İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi barədə əməliyyat məlumatı Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə daxil olmuşdur. 8 dekabr 2020-ci il tarixində iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmış, müayinənin nəticəsi ilə razı olmadığına görə ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X17 təkrar tibbi müayinədən keçməyi təklif olunmasına baxmayaraq İddiaçı tibbi müayinədən keçməkdən yayınaraq həmin tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmamışdır. Təkrar müayinədən keçməkdən yayınması və Xidmətə gəlməməyinin səbəbini araşdırmaq üçün onunla telefon əlaqəsi saxlanılmış, lakin iddiaçı xəstə olduğunu əsas gətirərək xidmətə gələ bilməyəcəyini, Yasamal rayon 19 saylı şəhər poliklinikasına müraciət edəcəyini bildirmişdir. İddiaçıya 19 nömrəli Şəhər Poliklinika tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsi şübhə yaratdığına görə həmin vərəqənin əsaslı verilib-verilməməsi barədə məlumat əldə etmək üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinə məktubla müraciət olunmuş, müraciətə cavab olaraq bildirilmişdir ki, aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmiş, 8 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək iddiaçıya açılmış əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsinə qərar verilmiş və 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə həkiminə qarşı intizam tənbeh tədbiri görülmüşdür. İddiaçının müayinənin nəticəsi ilə bağlı izahat verməkdən imtina etməsi və təkrar müayinədən keçməkdən yayınması tərtib olunmuş müvafiq aktlarla təsdiq olunmuşdur. Bu araşdırmanın nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 0070/Ş 12 yanvar 2021-ci il tarixli “Nazirliyin X12 Xidmətinin əməkdaşı İddiaçı barədə intizam tənbehinin tətbiq edilməsi haqqında” əmri ilə 8 dekabr 2020-ci il tarixində Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində tibbi müayinə zamanı iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlandıgı, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə - Tibbi Ekspertiza və X8” X18 təkrar tibbi müayinədən keçməkdən yayınaraq 8 dekabr tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmayaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kobud şəkildə pozdugunu nəzərə alaraq, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq, vəzifələrin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Cavabdehin əmri qanuni və əsaslı olmuşdur. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya məxsus ******* saylı əmək kitabçasının və tələb edilmiş əmrlərin surətindən görünür ki, o, Azərbaycan Respublikası Cavabdeh 1065/Ş saylı xx.xx.2007-ci il tarixli əmri ilə xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmiş, Azərbaycan Respublikası Cavabdeh 0070/Ş saylı 12 yanvar 2021-ci il tarixli əmri ilə xx.xx.2021-ci il tarixdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 31.1.12-ci maddələrinə uyğun olaraq fövqəladə hallar orqanlarından xaric edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 0070/Ş 12 yanvar 2021-ci il tarixli “Nazirliyin X12 Xidmətinin əməkdaşı İddiaçı barədə intizam tənbehinin tətbiq edilməsi haqqında” əmrdən çıxarışından görünür ki, 8 dekabr 2020-ci il tarixində Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində tibbi müayinə zamanı Nazirliyin X12 Xidmətinin Neftayırma müəssisələri üzrə X4 13 nömrəli X5 Yanğından profilaktikası sektorunun inspektoru, daxili xidmət mayoru İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlandıgı, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə - Tibbi Ekspertiza və X8” X18 təkrar tibbi müayinədən keçməkdən yayınaraq 8 dekabr tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmayaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kobud şəkildə pozdugunu nəzərə alaraq, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq, vəzifələrin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Əsas: Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsi rəisinin 7 yanvar 2021-ci il tarixli 31/00218 nömrəli təqriri. - İddiaçının xidmət siyahısından görünür ki, ona “usta” məharət dərəcəsi verilmiş, üzərində intizam tənbeh tədbirləri olmamışdır. - Azərbaycan Respublikası Fövqəladə hallar naziri müavininin Azərbaycan Respublikasının DİN-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 8 dekabr 2020-ci il tarixində tibbi müayinə zamanı Nazirliyin X12 Xidmətinin Neftayırma Müəssisələri üzrə X4 13 nömrəli X5 X2 inspektoru, daxili xidmət mayoru İddiaçı narkotik vasitələri qəbul etdiyi aşkar olunmuşdur. - Azərbaycan Respublikası Cavabdeh Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Bakı şəhər Baş Səhiyyə İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdehndə aparılan araşdırma ilə bağlı Nazirliyin əməkdaşı İddiaçı Bakı şəhər 19 saylı poliklinika tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli (seriya SN 00006 № 981120) əmək qabiliyyətinin olmaması vərəqəsi şübhə yaratdığına görə həmin vərəqənin əsaslı verilib-verilməməsi barədə məlumat verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2020-ci il tarixli 5470-01/8 saylı məktubu ilə Azərbaycan Respublikası Cavabdeh Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə bildirilmişdir ki, Cavabdeh əməkdaşı İddiaçı 19 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xəstəlik vərəqəsinin əsaslı olub-olmaması barədə məktubu tibbi sənədlər əsasında mütəxəssislər tərəfindən Bakı şəhər Baş Səhiyyə İdarəsində araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında yaşayan 1986-ci il təvəllüdlü, İddiaçı “Böyrək sancısı" diaqnozu ilə 08.12 2020-ci il tarixdən 19 12.2020-ci il tarixədək 19 nömrəli Şəhər Poliklinikası tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi açılmışdır. Aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, bu məsələ tibb müəssisənin Tibbi Şurasında müzakirə olunmuş və açılmış əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi əsassız hesab olunaraq, onun ləğv edilməsi qərarı verilmişdir. 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə terapevt R.Qasımovaya qarşı intizam tənbeh tədbiri görülmüşdür. - 981120 saylı xx.xx.2020-ci il tarixli ləgv edilmiş əmək qabiliyyətinin olmaması barədə vərəqədən görünür ki, İddiaçı “Böyrək sancısı" diaqnozu ilə 08.12 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 19 nömrəli Şəhər Poliklinikası tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi açılmışdır. - xx.xx.2020-ci il tarixdə Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Xüsusi rütbəli əməkdaşlarla iş şöbəsinin baş zabiti, polkovnikleytenant Ramin Əlizadə, X12 Xidmətinin Şəxsi heyətlə iş şöbəsinin rəisi, daxili xidmət polkovniki Rəşid Əliyev, FHN-nin X7 şöbəsinin təxirəsalınmaz yardım bölməsinin feldşeri, gizir Laçın Xudabaxışovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, 8 dekabr 2020-ci il tarixində X12 Xidmətinin Neftayırma Müəssisələri üzrə X4 13 nömrəli X5 inspektoru, daxil xidmət mayoru İddiaçı narkoloji müayinədən keçirilməsi məqsədilə Nazirliyin Tibb Mərkəzinin laboratoriyasında müvafiq analiz götürülmüş, nəticədə onun sidik nümunəsində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmişdir. Analizin nəticələri barədə daxili xidmət mayoru İddiaçı məlumat verilmiş, bununla bağlı ondan izahat almaq istədikdə o, izahat verməkdən imtina etmiş və analizin nəticəsi ilə razı olmadığını şifahi bildirmişdir. Daxili xidmət mayoru İddiaçı Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və X6 yenidən tibbi müayinədən keçirilməsi təklif olunmuş, lakin o, müxtəlif bəhanələr gətirərək müayinədən yayınmışdır. - xx.xx.2020-ci il tarixdə Cavabdeh X12 Xidmətinin Neftayırma Müəssisələri üzrə X4 rəisi daxili xidmət polkovniki İntiqam Musayev, 13 nömrəli YMH-nin rəisi daxili xidmət polkovnik leytenantı Fuad Seyidov, 13 nömrəli YMH-nin rəis müavini daxili xidmət baş leytenantı Bəhruz Muradovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2020-ci il tarixində hissənin X2 inspektoru daxili xidmət mayoru X3 saat 08:00-da xidmətə gəlməmişdir. Xidmətə gəlməməyinin səbəbini araşdırmaq üçün onunla telefon əlaqəsi saxlanılmışdır. Xəstə olduğunu əsas gətirərək xidmətə gələ bilməyəcəyini, Yasamal rayonu 19 saylı şəhər poliklinikasına müraciət edəcəyini bildirmişdir.Təkrar FHN-nin Daxili Təhlükəsizlik Baş İdarəsinə çağırılmasına ona bildirilmişdir, lakin getməkdən imtina etmişdir. - xx.xx.2020-ci il tarixdə Cavabdeh X12 Xidmətinin Neftayırma Müəssisələri üzrə X4 rəisi daxili xidmət polkovniki İntiqam Musayev, 13 nömrəli YMH-nin rəisi daxili xidmət polkovnik leytenantı Fuad Seyidov, 13 nömrəli YMH-nin rəis müavini daxili xidmət baş leytenantı Bəhruz Muradovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2020-ci il tarixində saat 16:00-da FHN-nin Daxili Təhlükəsizlik Baş İdarəsinin şifahi göstərişinə əsasən hissənin X2 inspektoru daxili xidmət mayoru İddiaçı Daxili Nəzarət İdarəsinə göndərilməsi tapşırılmışdır. Saat 16:15-da daxili xidmət mayoru İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq Cavabdehnə çağırıldığını bildirdikdə məlum olmuşdur ki, o saat 16.00-da xidmət yerini icazəsiz tərk edərək evə getmişdir. İddiaçıa dərhal FHN-nə getməyi tapşırıldı, lakin o, getməkdən imtina etdi. - Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli iddiaçının sidikdə narkotestlərin təyini analizinin nəticəsindən görünür ki, iddiaçıya məxsus nümunədə “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmişdir. - Azərbaycan Respublikası Cavabdeh DYMX Neftayırma Müəssisələri üzrə X4 xx.xx.2021-ci il tarixli 37/39-548 saylı arayışından görünür ki, dəstənin 13 nömrəli X5 sabiq əməkdaşı daxili xidmət mayoru X1 Nazirliyinin xx.xx.2021-ci il tarixli 0070/ş saylı əmrinə əsasən xidmətdən xaric olunmuşdur. Əməkdaşın xidmətdən xaric olunduğu tarixədək ona qanunvericiliklə nəzərdə tutulan qaydada əmək haqqı, məzuniyyət müavinəti, maddi yardım və sair ödənişlər tərəfimizdən tam qaydada ödənilmişdir. - xx.xx.2021-ci il tarixdə 13 nömrəli YMH-nin rəis müavini daxili xidmət kapitanı X13, 13 nömrəli YMH-nin yanğın profilaktikası üzrə rəis müavini daxili xidmət mayoru X9, 13 nömrəli YMH-nin yanğın profilaktikası üzrə böyük inspektoru daxili xidmət mayoru X10 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə telefonla əlaqə saxlanılaraq Azərbaycan Respublikası FHN DYMX NM üzrə YMD-nin 13 nömrəli X5 Yanğın profilaktikası sektorunun inspektoru vəzifəsində xidmət edən İddiaçı xidmətkeçməsinə xitam verilməsi barədə FHN-nin 2.01.2021-ci il tarixli, 070/ş nömrəli əmri ilə tanış olması üçün 13 nömrəli Yanğından Mühafizə hissəsinə dəvət olunmuş, o isə əmr barədə əvvəldən məlumatlı olduğunu bildirməklə imza üçün işə gəlməkdən imtina etmişdir. - xx.xx.2021-ci il tarixdə tərtib edilmiş qəbzdən görünür ki, iddiaçı həmin tarixdə əmək kitabçasını təhvil almışdır. - Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisinin xx.xx.2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyə daxil olmuş təqriri ilə bildirilmişdir ki, Nazirliyin X12 Xidmətinin Neftayırma müəssisələri üzrə X4 13 nömrəli X5 Yanğından profilaktika sektorunun inspektoru daxili xidmət mayoru İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi barədə əməliyyat məlumatı Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə daxil olmuşdur. 8 dekabr 2020-ci il tarixində daxili xidmət mayoru İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmış, müayinənin nəticəsi ilə razı olmadığına görə ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X17 təkrar tibbi müayinədən keçməyi təklif olunmasına baxmayaraq İddiaçı tibbi müayinədən keçməkdən yayınaraq həmin tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmamışdır. Təkrar müayinədən keçməkdən yayınması və Xidmətə gəlməməyinin səbəbini araşdırmaq üçün onunla telefon əlaqəsi saxlanılmış, lakin İddiaçı xəstə olduğunu əsas gətirərək xidmətə gələ bilməyəcəyini, Yasamal rayon 19 saylı şəhər poliklinikasına müraciət edəcəyini bildirmişdir. İddiaçı 19 nömrəli Şəhər Poliklinika tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli (seriya SN 00006 № 981120 ) əmək qabiliyyətinin olmaması vərəqəsi şübhə yaratdığına görə həmin vərəqənin əsaslı verilib-verilməməsi barədə məlumat əldə etmək üçün (qeydiyyat nömrəsi: 12/xx-xx/04147 29 12.2020) Bakı şəhər Baş Səhiyyə İdarəsinə məktubla müraciət olunmuş, müraciətə cavab olaraq bildirilmişdir ki, (qeydiyyat nömrəsi: 5471-01/8, xx.xx.2020) aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmiş, 8 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək İddiaçı açılmış (seriya SN 00006 № 981120) əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsinə qərar verilmiş və 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə terapevti R Qasımovaya qarşı intizam tənbeh tədbiri görülmüşdür. İddiaçı müayinənin nəticəsi ilə bağlı izahat verməkdən imtina etməsi və təkrar müayinədən keçməkdən yayınması tərtib olunmuş müvafiq aktlarla təsdiq olunmuşdur. Beləliklə, araşdırma zamanı X12 Xidmətinin Neftayırma müəssisələri üzrə X4 13 nömrəli X5 Yanğından profilaktika sektorunun inspektoru, daxili xidmət mayoru İddiaçı narkotik vasitələr qəbul edilməsi və 8-19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmaması təsdiq olunmuşdur. Göstərilənləri nəzərə alaraq, İddiaçı haqqında intizam tənbehinin tətbiq edilməsinin məqsədəmüvafiq hesab ediilmişdir. - Bakı şəhər Narkoloji Mərkəzin xx.xx.2021-ci il tarixli 443 saylı arayışından görünür ki, ünvan 4 ünvanında olan xx.xx.1986-ci il təvəllüdlü İddiaçı Bakı şəhər Narkoliji Mərkəzində qeydiyyatda yoxdur. - Bakı şəhər Narkoloji Mərkəzinin “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 321 saylı aktdan görünür ki, iddiaçıya məxsus sidik nümusənin analizinin nəticəsində narkotik tərkibli maddəyə rast gəlinməmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli 008-943-1222 saylı məktubundan görünür ki, narkotik vasitə qəbul etməsi ilə bağlı barəsində məlumat daxil olmuş İddiaçı ətrafında zəruri əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Qısa müddətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İddiaçı narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilməmişdir. Vət.İddiaçı sidiyində və qanında narkotestlərin təyini üzrə yoxlama keçirilməmişdir. - Bakı şəhər Baş Səhiyyə Mərkəzi 19 nömrəli şəhər Poliklinikasının 518 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında qeydiyyatsız yaşayan xx.xx.1986-cı il təvvəlüdlü İddiaçı “Lyumbaqo” diaqnozu ilə açılmış SN 00006 N° 981120 əmək qabiliyyətinin olmaması vərəqəsi əsaslı olduğu üçün ləğv edilməmiş və xəstəlik vərəqəsi İddiaçı özünə təqdim edilmişdir. - Bakı şəhər Baş Səhiyyə Mərkəzinin xx.xx.2022-ci il tarixli PHŞ/1.1.1-2-2022-1528 saylı məktubu ilə bildirilmişdir ki, vətəndaş X11 xx.xx.2020-cı il tarixində 19 nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş (SN00006N981120) əmək qabiliyyətinin olmaması vərəqəsi ilə bağlı əməkdaşı olduğu Cavabdeh tərəfindən həmin sənədin əsaslı olub olmaması barədə şübhə yarandığından araşdırılması tələb olunmuşdur. Bu məsələ 19 nömrəli Şəhər poliklinikası tərəfindən araşdırılmış, əmək qabiliyyətinin olmaması vərəqəsinin tərtib edilməsi zamanı nöqsanlar aşkar edilmiş və həmin müəsssisənin tibbi şurasında müzakirə olunmuşdur. Tibbi şuranın xx.xx.2020-ci il tarixli 4 nömrəli protokoluna əsasən İddiaçı verilən əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Əlavə olaraq məsələ ilə bağlı həkim terapevt R.Qasımovaya tibbi sənədləşmənin tərtibatında yol verdiyi nöqsanlara görə intizam tənbehi tədbiri görülmüşdür. - 19 nömrəli Şəhər poliklinikasının tibb şurasının ümumi yığıncağının xx.xx.2020-ci il tarixli 4 nömrəli protokolundan görünür ki, 15 nəfər həkim- tibb hevəti və baş həkimin sədri ilə ilə keçirilən iclasda 20-ci sahə həkim- terapevti Qasımova Rəna FHN-nin əməkdaşı İddiaçı adına tərtib edilmiş əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsinin müzakirələri aparılmışdır. Məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində sahə həkim- terapevti Qasımova Rəna FHN-nin əməkdaşı İddiaçı “Lyumbaqo" diaqnozu ilə xəstəlik vərəqəsi açmışdır. Lakin təlimat üzrə diaqnoza uyğun müayinələrin aparılmaması məlum olmuşdur. Bütün bunları əsas tutaraq həkim Rəna Qasımovaya sənədləşməni tam həcmdə aparmadığına görə töhmət və 1 ay müddətində xəstəlik vərəqələrini açma səlahiyyətindən azad edilməsi qərarı verilmişdir. İddiaçı adına həmin tarixdə tərtib edilən xəstəlik vərəqəsi ləğv edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının tələbləri 2 hissədən ibarətdir: tutduğu vəzifədən azad edilməsi barədə cavabdehin əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 32.1 və 37-ci maddələrinin tələblərindən çıxış edərək hər iki tələbin bir icraatda baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Cavabdeh 1065/Ş saylı xx.xx.2007-ci il tarixli əmri ilə xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmiş, Azərbaycan Respublikası Cavabdeh 0070/Ş saylı 12 yanvar 2021-ci il tarixli əmri ilə xx.xx.2021-ci il tarixdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 31.1.12-ci maddələrinə uyğun olaraq fövqəladə hallar orqanlarından xaric edilmişdir. İddiaçı birinci tələbində cavabdehin 0070/Ş saylı 12 yanvar 2021-ci il tarixli əmrini məhkəmədə mübahisələndirmişdir. Məhkəmə aşağıdakı əsaslara görə iddiaçının gətirdiyi arqumentləri onun barəsində verilmiş müvafiq əmrin qanunsuzluğuna səbəb ola biləcək sübutetmə vasitəsi kimi qəbul etmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq maddələrinə əsasən əsasən: 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 5.2 Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;...

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;...

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ...e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 10.0.1. qanunvericiliyin tələblərinə riayət etməyə; 10.0.2. fövqəladə hallar orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməyə; 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmağa və öz səlahiyyətləri daxilində onları qərəzsiz həll etməyə; 10.0.5. vəzifə borcunun yerinə yetirilməsi zamanı vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamağa və qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməyə; 10.0.6. öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə xarakterli məlumatları qanunvericiliyə uyğun olaraq təqdim etməyə; 10.0.7. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə köçməklə xidmət etməyə və ya başqa vəzifələri icra etməyə; 10.0.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə; 10.0.9. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri saxlamağa; 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; 10.0.11. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməyə. 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. məzəmmət (irad); 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda fövqəladə hallar orqanlarının əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun fövqəladə hallar orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzifəyə təyin edilir); 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə. 31.2. Fövqəladə hallar orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 32.1. İntizam tənbehinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir. 32.2. Fövqəladə hallar orqanları əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qurumun rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər. 32.3. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas olduqda fövqəladə hallar orqanının rəhbəri tərəfindən araşdırma aparılır və əməkdaşdan yazılı izahat alınır. Zərurət olduqda müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən xidməti yoxlama təyin edilir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əməkdaşın izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. 32.4. Fövqəladə hallar orqanlarının əməkdaşına intizam tənbehi bu Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Fövqəladə hallar orqanları əməkdaşının məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 32.5. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan eyni bir əmələ görə yalnız bir intizam tənbehi verilə bilər. 32.6. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan əməl törədildiyi gündən bir il keçdikdən sonra fövqəladə hallar orqanları əməkdaşına intizam tənbehi verilə bilməz. 32.9. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və fövqəladə hallar orqanları əməkdaşının şəxsi işinə əlavə olunur. Verilmiş əmr üç gün ərzində əməkdaşa elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. 32.10. Fövqəladə hallar orqanlarının əməkdaşı intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı orqana və (və ya) məhkəməyə şikayət verə bilər. 32.11. Fövqəladə hallar orqanları əməkdaşının intizam tənbehi tətbiq edilməsi barədə əmrdən verdiyi şikayətlərə yuxarı orqan tərəfindən bir ay müddətində baxılmalı və nəticəsi barədə müvafiq qərar qəbul edilməlidir. 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.1. öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə; 33.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda; 33.1.3. qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə, habelə hərbi və ya hüquq mühafizə orqanlarına xidmətə keçdikdə; 33.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar; 33.1.5. uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə xüsusi-həkim ekspertiza komissiyasının rəyi olduqda; 33.1.6. bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda; 33.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 33.1.8. müvafiq icra hakimiyyəti orqanının tələbi ilə tibbi müayinədən keçməkdən imtina etdikdə; 33.1.9. bu Qanunla fövqəladə hallar orqanlarında xidmətə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda; 33.1.10. bu Qanunun 4.5-ci maddəsində göstərilən hal aşkar edildikdə; 33.1.11. xidmətdə olmanın son yaş həddinə çatdıqda; 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə; 33.1.13. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 33.3. Bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir. 33.4. Fövqəladə hallar orqanlarının əməkdaşı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (bu Qanunun 33.1.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla), habelə məzuniyyətdə və ya ezamiyyətdə olduğu vaxt ərzində fövqəladə hallar orqanının rəhbərinin təşəbbüsü ilə onun xidmətkeçməsinə xitam verilə bilməz. 34.0. Fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsinin əsasları aşağıdakılardır: 34.0.1. xidməti yoxlamanın nəticəsinə dair müsbət rəy; 34.0.2. məhkəmənin qərarı. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Cavabdeh haqqında əsasnaməyə əsasən: 10.10.22. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Nazirlik sisteminə daxil olan strukturların işçiləri barədə bütün intizam tənbehi tədbirlərini tətbiq edir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 6.7. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı”na əsasən: Narkoloji xəstələr Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə işləyə bilməzlər. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımandan hüquqi qiymət verən məhkəmə qeyd edir ki, hazırkı iddianın birinci tələbi növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Belə ki, işin hallarına görə iddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə hallar orqanlarında xidmətə başlamış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 0070/Ş 12 yanvar 2021-ci il tarixli əmri ilə Fövqalədə Hallar Nazirliyinin X12 Xidmətinin Neftayırma müəssisələri üzrə X4 13 nömrəli X5 Yanğından profilaktika sektorunun inspektoru vəzifəsindən fövqəladə hallar orqanlarından xaric edilmişdir. İddiaçı barəsində inzibati araşdırmaya əsas isə onun tərəfindən narkotik vasitədən istifadə edilməsi barədə əməliyyat məlumatının Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə daxil olması olmuşdur. Bununla baglı 8 dekabr 2020-ci il tarixində iddiaçı iş yerində narkoloji müayinədən keçirilərək Tibb Mərkəzinin laboratoriyasında ondan müvafiq analizlər götürülmüş, nəticədə onun sidik nümunəsində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlardan göründüyü kimi analizin nəticələri barədə iddiaçıya məlumat verilmiş, bununla bağlı o, izahat verməkdən imtina etmiş və analizin nəticəsi ilə razı olmadığını şifahi bildirmişdir. Həmçinin iddiaçıya əlavə olaraq Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və X6 yenidən tibbi müayinədən keçirilməsi təklif olunmuş, lakin o, müxtəlif bəhanələrlə müayinədən keçməkdən yayınaraq həmin tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmamışdır. Təkrar müayinədən keçməkdən yayınması və Xidmətə gəlməməyinin səbəbini araşdırmaq üçün onunla telefon əlaqəsi saxlanılmış, lakin iddiaçı xəstə olduğunu əsas gətirərək xidmətə gələ bilməyəcəyini, Yasamal rayon 19 saylı şəhər poliklinikasına müraciət edəcəyini bildirmişdir. İddiaçıya 19 nömrəli Şəhər Poliklinika tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsi şübhə yaratdığına görə həmin vərəqənin əsaslı verilib-verilməməsi barədə məlumat əldə etmək üçün cavabdehin müvafiq qurumu tərəfindən Bakı şəhər Baş Səhiyyə İdarəsinə məktubla müraciət olunmuş, müraciətə cavab olaraq bildirilmişdir ki, aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmiş, 8 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək iddiaçıya açılmış əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsinə qərar verilmiş və 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə həkiminə qarşı intizam tənbeh tədbiri görülmüşdür. Qeyd olundugu kimi iddiaçının müayinənin nəticəsi ilə bağlı izahat verməkdən imtina etməsi və təkrar müayinədən keçməkdən yayınması tərtib olunmuş müvafiq aktlarla təsdiq olunmuşdur. Bu araşdırmanın nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 0070/Ş 12 yanvar 2021-ci il tarixli əmri ilə 8 dekabr 2020-ci il tarixində Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində tibbi müayinə zamanı iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlandıgı, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə - Tibbi Ekspertiza və X8” X18 təkrar tibbi müayinədən keçməkdən yayınaraq 8 dekabr tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmayaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kobud şəkildə pozdugunu nəzərə alaraq, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutularaq, vəzifələrin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Məhkəmə iddiaçının narkotik vasitədən istifadə edilməməsi ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş “Bakı şəhər Narkoloji Mərkəzi”nin “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 321 saylı aktda nümunələrin analizi zamanı onda hərhansı narkotik tərkibli maddənin aşkar edilməməsi göstərilsə də, həmin aktın ümumiyyətlə hansı tarixdə tərtib edilməsi barədə heç bir qeyd edilmədiyindən müayinənin hansı tarixə olan nəticələri əks etdirdiyini müəyyən etmək mümkün olmadıgından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Buna görə də həmin akt, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli 008-943-1222 saylı məktubunda göstərilənlər, yəni iddiaçının ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının müəyyən edilməməsi, iddiaçının sidiyində və qanında narkotestlərin təyini üzrə yoxlama keçirilmədiyindən məhz 8 dekabr 2020-ci il tarixində iddiaçının iş yerində narkoloji müayinədən keçirilərək Tibb Mərkəzinin laboratoriyasında ondan müvafiq analizlər götürülərkən sidik nümunəsində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələrin aşkar edildiyini təkzib edə bilməz. Bunun əksinə olaraq cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlardan da göründüyü kimi analizin nəticələri barədə iddiaçıya məlumat verilərkən izahat verməkdən imtina etməsi və analizin nəticəsi ilə razı olmadığını şifahi bildirsə də, əlavə olaraq Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və X6 yenidən tibbi müayinədən keçməkdən yayınması, həmin tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmaması iddiaçının qərəzli olaraq məsuliyyətdən yayınması halına dəlalət edir və onun dəlillərini təkzib edən hal kimi qiymətləndirilməlidir. Bundan əlavə iddiaçıya 19 nömrəli Şəhər Poliklinika tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinin əsassız hesab olunaraq ləğv edilməsi halı da iddiaçının heç bir üzrlü səbəb olmadan xidmətə çıxmayaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kobud şəkildə pozdugu faktını təsdiq edir. Belə ki, həmin Qanunun tələbinə görə fövqəladə hallar orqanları əməkdaşları qanunvericiliyin tələblərinə riayət etməyə və etik davranış və intizam qaydalarına əməl etməyə borcludurlar. Həmin Qanunun 31.1.-ci maddəsinin tələbinə görə isə fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş tələbləri pozduqda onun barəsində 8 intizam tənbehlərindən birini tətbiq etmək cavabdeh inzibati orqanının diskresion səlahiyyətidir. Azərbaycan Respublikası İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı maddi və prosessual hüquq normalarına riayət edilməsi müəyyən edilmişdir. Buna görə də iddiaçının hər hansı hüququnun pozulması müəyyən edilməmişdir. Cavabdehin mübahisələndirilən əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qəbul edilmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İddiaçının ilk tələbi (cavabdehin əmrinin ləğvi) əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər törəmə tələbi də, belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir. Azərbaycan Respublikası İPM-in: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar