Məhkəmə qərarları › İş №2-1(112)-11910/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11910/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11910/2025 23.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının 35-60% pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli əlilliyin təyin olunmaması barədə qərarının qanunsuz hesab edilməsi, mənə hərbi xidmətlə bağlı əlillik dərəcəsinin verilməsi barədə qərarın qəbul ediıməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli əlilliyin təyin olunmaması barədə qərarının qanunsuz hesab edilməsi və iddiaçıya hərbi xidmətlə bağlı sağlamlıq imkanlarının məhdudulaşırılmasının 35-60% təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı İİ Qarabağ müharibəsində iştirak etmiş və müharibədə aldığı travma nəticəsində sağlamlığı pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə“ əmrinə uyğun olaraq Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatriya Komissiyası tərəfindən miiyinə olunmuşam. Müayinə zamanı mənə fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə F62.0 diqnozu qoyulmuşdur. Həmçinin, 9421 saylı 01 oktyabr 2024-cü il tarixli xəstəlik haqqında şəhadətnamədən də göründüyü kimi qeyd olunan fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez tez dekompensasiyalar. depressiv daxilolmalar, intihar cəhdləri ilə F62.0 diqnozunun hərbi travma olması, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması qeyd edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan əsaslarla hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olunsa da. Agentliyin 3-i7-4/2-0-7588/2025 saylı xx.xx.2025-ci il tarixli (qeyd olunan məktubu rəsmi qaydada xx.xx.2025-ci il tarixdə almış) məktubda əlilliyin təyin edilməməsi barədə qərar qəbul edilməsi qeyd edilmişdir. Həmin məktubda əlilliyin təyin edilməsindən imtina səbəbi kimi təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarıma müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya dəyişikliklərin aşkar olunmaması qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının siyahısında mənə təyin edilmiş diaqnoz əlilliyin təyin edilməsi üçün əsas olması öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Ali məhkəməsinin qəbul eldiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli; 2-1(102)-764/2024 nömrəli, 01,03.2024-cü il tarixli; 2-1(102)-671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli; 2-1 (102)-437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli; 2-1(102)- 2500/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-2378/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlaıT’nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də qeyd edilən iddiaçıda aşkarlanmış xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunmuşdur.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X1 göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2025-cü il tarixli göndəriş əsasında baxılmış, 26 fevral 2025-ci il tarixdə iddiaçıya imtina barədə qərarın mətni və ondan şikayət vermək qaydasının izah olunduğu sms onun mobil telefon nömrəsinə göndərilmişdir. (Bunu təsdiq edən elektron sistemdən çıxarış etiraza əlavə edilir.) İddiaçı isə sms-in ona çatdırıldığı 26 fevral 2025-ci il tarixdən 30 gün müddətində, yəni 28 mart 2025-ci il tarixədək məhkəməyə şikayət vermək hüququnun olmasına baxmayaraq, şikayəti 12 iyun 2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı müddətin üzrlü səbəbdən ötürüldüyünə dair məhkəməyə müraciət etməmiş, müraciət etsə belə, müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Hazırkı işdə X5 iddiası, fikrimizcə, mümkünsüz hesab edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Müəyyən olunmuşdur ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciətiniz əsasında Siz xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunub. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, xx.xx.2025-ci il tarixindən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir.

6. 01 oktyabr 2024-cü il tarixli 9421 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən ehtiyatda olan əsgər İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhtləri ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 767/24 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2024-cü il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı tibb elmlən doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, "Fəlakət (İİ Qarabağ mühahbəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhtləri ilə F 62.0” diaqnozu təyin olunmuşdur (əsas: 3461 nömrəli tibbi rəy). xx.xx.2024-xx.xx.2024-cü il tahxədək SN Respublika Psixiatriya Xəstəxanasında "Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhtləri ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 114755 və 11269/24 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2024-cü il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhtləri ilə F 62.0” diaqnozu təyin olunmuşdur (əsas: 324 nömrəli tibbi rəy). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin rəisis tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir.

7. 01 oktyabr 2024-cü il tarixli 9421 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən 01 oktyabr 2024-cü il tarixli 9421 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən DİAQNOZ: F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra ağır dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALMİŞDİR”; DİAQNOZ: H52.0 Hər iki gözün hipermetropiyası sağda Hm 6.0 D, solda 3.0 D nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla; K 02 İkincili hissəvi adentiya “ÜMUMİ XƏSTƏLİKDİR”.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 234 nömrəli Həkim Psixiatrik Komissiyasının rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar xəhdləri ilə F 62.0

9. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-344/2023 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1989cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 10781 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya, depressiv sindrom” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün mürəkkəb hipermetropik astiqmatizmi Hm 2,0D və 1,0D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla. 35, 36, 46, 47-ci dişlərin kökü” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2021- xx.xx.2021-ci il tarixli 9008/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya, depressiv sindrom” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 7123/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya, depressiv sindrom” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Halhazırda kəskin və xroniki pxisi xəstəlik aşkar edilmir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

10. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-1375/2025 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2022ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024cü il tarixli 9421 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra ağır dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün hipermetropiyası sağda Hm 6,9D, solda 3,0D nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. İkincili hissəvi adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli 3751/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Keçirilmiş fəlakətdən (müharibə) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, aqressiv davranışla, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024- xx.xx.2024-cü il tarixli 767/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024- xx.xx.2024-cü il tarixli 11269/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 234 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxu pozuntusundan şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını bilmədiyini, təsirinin olmadığını söyləmişdir. Zahirən geyimi təmiz, saçı-saqqalı səliqəli və anlaqlı olmuşdur. Müayinə otağına özündən əmin şəkildə daxil olmuş, tam səliqəli formada ətrafa nəzarət etmişdir. Ünsiyyətə qoşulmuş, verilən suallara fikirləşib məntiqli cavablar vermişdir. Mühakimə və analizi situasiyaya uyğun olmuşdur. Qollarında və ya bədəninin başqa nahiyələrində özünəxəsarət izlərinə rastlanmamışdır. Yuxu pozuntusu olaraq bildirdiyi şikayət şəxsə spesifik həyat tərzi hesab edilmişdir. Ailəsindən rəsmi olaraq ayrıldığını, 2 və 3 yaşında iki övladı olduğunu söyləmişdir. X3 müraciəti olmamışdır. Əvvəllər şəxsi biznesi olduğunu (xaricdən maşın gətirdiyini) söyləmişdir. Xəstəlik haqqında şəhadətnamənin dəyişdirilməsini absurd olaraq yeni stasionar müalicələrlə əsaslandırmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət dəyişikliyi (eqosentrik tendensiyalar)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

11. TSEK-Müayinələri: - xx.xx.2022-ci il tarixində “kəllədaxili travma, yüngül koqnitiv pozuntu, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, posttravmatik stress pozuntusu” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2025-ci il tarixində “fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

12. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 kodu Xəstəliyin adı Səbəb Əsas diaqnoz F62.0 Fəlakət keçirdikdən sonra Azərbaycan Respublikasının şəxsiyyətin davamlı ərazi bütövlüyünün, dəyişikliyi, Fəlakət (İİ müstəqilliyinin və Qarabağ müharibəsi) konstitusiya quruluşunun keçirdikdən sonra davamlı müdafiəsi şəxsiyyət dəyişikliyi, teztez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə. Yanaşı R53 Əzginlik (süstlük) və Azərbaycan Respublikasının xəstəliklər yorğunluq, halsızlıq və ərazi bütövlüyünün, yorğunluq müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi

13. Xəstəliyə görə ambulator müraciətlər: F62.0 Fəlakət keçirdikdən sonra xx.xx.2024 xx.xx.0001 xx.xx.0001 0 şəxsiyyətin davamlı dəyişikliyi F62.0 Fəlakət keçirdikdən sonra xx.xx.2024 xx.xx.0001 xx.xx.0001 0 şəxsiyyətin davamlı dəyişikliyi F62.0 Fəlakət keçirdikdən sonra xx.xx.2024 xx.xx.0001 xx.xx.0001 0 şəxsiyyətin davamlı dəyişikliyi

14. Stasionar müalicə aldığı müəsisələr: Bakı 1 saylı Respublika xx.xx.2024 xx.xx.2024 0 F62.0 Fəlakət keçirdikdən Psxiatriya Xəstəxanası sonra şəxsiyyətin davamlı dəyişikliyi Bakı 1 saylı Respublika xx.xx.2024 xx.xx.2024 0 F62.0 Fəlakət keçirdikdən Psxiatriya Xəstəxanası sonra şəxsiyyətin davamlı dəyişikliyi Bakı 1 saylı Respublika xx.xx.2024 xx.xx.2024 21 F62.0 Fəlakət keçirdikdən Psxiatriya Xəstəxanası sonra şəxsiyyətin davamlı dəyişikliyi Bakı 1 saylı Respublika xx.xx.2024 xx.xx.2024 28 F62.0 Fəlakət keçirdikdən Psxiatriya Xəstəxanası sonra şəxsiyyətin davamlı dəyişikliyi Bakı 1 saylı Respublika xx.xx.2023 xx.xx.2023 13 F62.0 Fəlakət keçirdikdən Psxiatriya Xəstəxanası sonra şəxsiyyətin davamlı dəyişikliyi Bakı 1 saylı Respublika xx.xx.2022 xx.xx.2022 20 F62.0 Fəlakət keçirdikdən Psxiatriya Xəstəxanası sonra şəxsiyyətin davamlı dəyişikliyi Bakı 1 saylı Respublika xx.xx.2021 xx.xx.2021 23 F62.0 Fəlakət keçirdikdən Psxiatriya Xəstəxanası sonra şəxsiyyətin davamlı dəyişikliyi Bakı Psixi Sağlamlıq xx.xx.2022 xx.xx.2022 0 F62.0 Fəlakət keçirdikdən Mərkəzi sonra şəxsiyyətin davamlı dəyişikliyi

15. Həkim müayinələrinin nəticələri: Həkim vəzifələri Müayinə tarixi Həkim müayinəsi xx.xx.2024 F62.0 Fəlakət keçirdikdən şəxsiyyətin davamlı dəyişikliyi, fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, teztez dekompensasiyalar, depressiv daxilomalar, intihar cəhdləri

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, İddiaçı cavabdeh orqan tərəfindən ***-***-**-** telefon nömrəsinə göndərilmiş sms barədə məlumatlı olmamışdır. Belə ki, iddiaçının psixoloji vəziyyəti elektron vasitələrdən istifadə etməsinə maneə yaradır. Eyni zamanda bildirilir ki, İddiaçı mart ayı ərzində tibb müəssisəsində stasionar müalicə almışdır.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

18. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.

19. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciətə cavabdeh orqan tərəfindən baxılmış və xx.xx.2025-ci il tarixli məktuba əsasən əlillik təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunda möhürlə təsdiq edilmiş qeyddən görünür ki, müvafiq imtina məktubu İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır.

20. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

21. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

22. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

23. Hazırki iddia məcburetməyə dair iddiadır.

24. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

26. TSEK-Müayinələri: - xx.xx.2022-ci il tarixində “kəllədaxili travma, yüngül koqnitiv pozuntu, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, posttravmatik stress pozuntusu” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2025-ci il tarixində “fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

27. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən: - (status localis) Xəstə xx.xx.2022-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının HHK tərəfindən şəhadətləndirilmişdir(Şəhadətnamə No10781). PSİXİ STATUS: Ünsiyyətə həvəssiz, gərgin qoşulur. Azsözlüdür, qısa cavablar verir və sanki danışmaq istəmir,y orulur. Mimikasında gərgin və bezmiş ifadə var. Emosional labil və səbrsizdir,konfliktə meyllidir. Ətraf qıcıqlara qarşı həssas və dözümsüzdür, tez əsəbiləşir. Belə ki, müayinə vaxtı dəhlizdə gözləyən digər pasientlə mübahisə edir və dalaşmaq istəyir, onun üzərinə gedir. sakitləşdikdən bir müddət sonra da əlləri titrəyir. Özü ilə bağlı çox vaxt əsəbi olduğunu, dava etməsə sakitləşə bilmədiyini deyir. Qısamüddətli yaddaşı zəifləyib: “Əşyaları qoyduğum yeri unuduram,tapa bilmirəm”.Əhvali-ruhiyyəsi enik,maraq dairəsi məhduddur. Şöbədə olan zaman və mütəmadi olaraq Depakin-xrono 500mg, Amitriptilin 25 mg, Klonazepam 2 mg qəbul edir. - Əsas diaqnoz. F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə (Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi). - Yanaşı xəstəlik. R53 Əzginlik (süstlük) və yorğunluq, halsızlıq və yorğunluq (Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi)

28. 01 oktyabr 2024-cü il tarixli 9421 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən DİAQNOZ: F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra ağır dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhtləri ilə “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALMİŞDİR”; DİAQNOZ: H52.0 Hər iki gözün hipermetropiyası sağda Hm 6.0 D, solda 3.0 D nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla; K 02 İkincili hissəvi adentiya “ÜMUMİ XƏSTƏLİKDİR”.

29. 01 oktyabr 2024-cü il tarixli 9421 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən ehtiyatda olan əsgər İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhtləri ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 767/24 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2024-cü il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı tibb elmlən doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, "Fəlakət (İİ Qarabağ mühahbəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhtləri ilə F 62.0” diaqnozu təyin olunmuşdur (əsas: 3461 nömrəli tibbi rəy). xx.xx.2024-xx.xx.2024-cü il tahxədək SN Respublika Psixiatriya Xəstəxanasında "Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhtləri ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 114755 və 11269/24 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2024-cü il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhtləri ilə F 62.0” diaqnozu təyin olunmuşdur (əsas: 324 nömrəli tibbi rəy). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin rəisis tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir.

30. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 234 nömrəli Həkim Psixiatrik Komissiyasının rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar, intihar xəhdləri ilə F 62.0

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 7.7.1. fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0 Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla 35-60 2 il qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 65-80 2 il ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması 32.Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (F62.0)) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2022-2025) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası, Bakı Psixi Sağlamlıq Mərkəzi) təsdiqlənmişdir. İddiaçının İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində bu xəstəlikdən əziyyət çəkməsi işin mübahisəsiz halıdır. 33.Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2022-2025) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası, Bakı Psixi Sağlamlıq Mərkəzi) müayinə və müalicələrdə olmasına, göndəriş verən müəssisədə iki ildən artıq qeydiyyatda olmasına (xx.xx.2022-ci il tarixdən) və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. 34.İddiaçı iddia tələbində orqanizmin funksiyalarının pozulmasının ən aşağı faiz dərəcəsi ilə müəyyən edilməsini tələb edir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.7.1.1.-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilməlidir. 35.“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 36.Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2024-cü il tarixli göndəriş əsasında (göndərişin imzalanma tarixi – xx.xx.2025) xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və əlillik təyinatından imtina olunmuşdur. Odur ki, iddiaçıya münasibətdə əlillik təyinatı sonuncu qiymətləndirildiyi xx.xx.2025-ci il tarixdən aparılmalıdır. 37.Məhkəmə eyni zamanda nəzərə alır ki, Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən iddiaçıda müşahidə olunan “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozunun səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” kimi müəyyən edilmişdir 38.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 39.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

40. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

41. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.

42. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

43. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).

44. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

45. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.

46. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.

47. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

48. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin cavabdeh tərəfindən müəyyənləşdirilməklə sonuncu tibbi göndərişin verildiyi xx.xx.2025-ci il tarixdən (səbəbli əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2025-ci il tarixdən iki il müddətinə orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz (səbəbli əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla) müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar