Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11928/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və ödənilməmiş aylıq müavinətin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və ödənilməmiş aylıq müavinətin birdəfəlik ödənilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 3 uşağa görə aldığı sosial müavinət ödənişinin bərpa olunması, xx.xx.2020-ci il tarixindən məhkəmə qərarı icra olunana qədər ödənilməli olan müavinətin hesablanıb birdəfəlik ödənilməsi və 1572,58 manat məbləğində olan borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən 3 uşağa görə 57 yaşdan sosial müavinat təyin edilmişdir. Lakin, xx.xx.2020-ci il tarixindən etibarən sosial müavinat ödənişi dayandırılmışdır. Belə ki, cavabdehin ona ünvanladığı məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiən Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinatın təyin edilməsinin mümkün olmaması haqqında xx.xx.2022-ci il tarixli 45780 nömrəli Qərarına əsasən onun aktiv VÖEN-ni mövcud olduğundan “Sosial müavinatlar haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2 maddəsinin tələbləri rəhbər tutularaq 1572,58 (bir min beş yüz yetmiş iki manat 58 qəpik) manat məbləğində vəsaitin artıq ödənildiyi və artıq ödənilmiş vəsaitin geri qaytarılması” göstərilmişdir. Sosial müavinətin cavabdeh tərəfindən dayandırılması və onun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 1572,58 manat borcu olması qanunsuz və əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, əvvəla onun müraciəti ilə VÖEN açılmayıb, bundan əlavə VÖEN açılsa belə onun hər hansı dövriyyəsi olmayıb. Bundan əlavə iş materiallarına əlavə edilmiş sübutlardan o da, bəlli olur ki, VÖEN ona görə sosial müavinat təyin olunmazdan öncə açılıb. Belə olan halda cavabdeh sosial müavinatı təyin etməməli idi.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 45780 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən məhkəmə qərarı icra olunan günədək ödənilməmiş aylıq müavinətlin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət təyin edilmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci tarixli, **********8 məktubundan aydın olur ki, ona təyin edilmiş yaşa görə sosial müavinət ödənişinin dayandırılmasına səbəb xidməti yoxlama nəticəsində İddiaçı adına xx.xx.2019-cu il tarixdən aktiv VÖEN (**********) aşkarlanması olmuşdur. Buna görə də, iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1572,58 manat məbləğində artıq ödəmə olduğu aşkarlanmış, həmin məbləğin geri ödənilməsi və yaşa görə sosial müavinətin dayandırılması haqqında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 45780 nömrəli qərar qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə müvafiq olaraq yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Yuxarıda qeyd edilən maddələrin məzmunundan aydın olur ki, şəxsə yaşa görə sosial müavinət təyin edilməsi üçün onun həm yaşa görə pensiya hüququ yaranmamalı, həm də işləməməlidir. İddiaçı aktiv vergi ödəyicisi kimi vergi orqanında xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixlərdə qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbiylə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir. Qeyd etmək lazımdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona 2019-cu i! tarixdə təyin edilmiş yaşa görə sosial müavinət ödənişi xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçının müraciəti ilə əlaqədar olaraq bildiririk ki, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixdən 62 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən İddiaçı yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci, 67.6.2-ci və 67.7-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.Eyni zamanda, həmin Qanununun 67.2-ci, 82.1-ci, 82.2-ci, 82.3-cü maddələrinin tələblərinə riayət etməklə inzibati orqan olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əlverişli inzibati aktını ləğv etmək və ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 08 oktyabr 2022-ci il tarixli **********7 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “Sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında” xx.xx.2022-ci il tarixli 45780 nömrəli Qərarına əsasən onun aktiv VÖEN-ni mövcud olduğundan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 maddəsinin tələbləri rəhbər tutularaq, Sizə (Xəzər rayonu, iş № 073694) təyin edilən yaşa görə müavinətin ödənişi xx.xx.2020-ci il tarixdən etibarən dayandırılmışdır. Nəzərə çatdırırlır ki, aktiv VÖEN mövcud olduğu üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövrdə ona ödənilmiş yaşa görə sosial müavinət üzrə 1572,58 (bir min beş yüz yetmiş iki manat 58 qəpik) manat məbləğində vəsaitin artıq ödənildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, artıq ödənilmiş vəsaitin geri qaytarılmasının təmin edilməsi üçün müvafiq prosedurların həyata keçirilməsi məqsədilə (ərizə və qəbzin təqdim edilməsi üçün) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq filialına və ya “DOST” Mərkəzinə yaxınlaşmağınız xahiş olunur. Diqqətə çatdırırlar ki, artıq ödənilmiş vəsaitin geri qaytarılması tərəfindən təmin edilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir.
9. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən 07 sentyabr 2023-cü il tarixli 3-17-1/2-205589/2023 nömrəli məktubla İddiaçı müavinət ödənişinə dair sənədlərinin təsdiq olunmuş surətləri təsdiq edilmişdir.
10. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
11. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktuba əsasən bildirilmişdir ki, yuxarı vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********473500 nömrəli xidməti məktuba əsasən vergi orqanında uçota durmadan kommersiya məqsədli gömrük əməliyatları aparıldığı üçün ********** saylı VÖEN-lə məcburi qaydada vergi uçotuna alınmışdır. Qeyd olunanlarla əlaqədar vergi uçotuna alınma barədə sənədin surəti təqdim edilmişdir.
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 45780 nömrəli qərara əsasən İddiaçı adına akiv VÖEN olduğu dövrdə yaşa görə sosial müavinət təyin olunduğu üçün xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasında artıqvermə müəyyən olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2 və 7.0.2-ci maddələrinə görə vətəndaşın yaşa görə sosial müavinət almaq hüququ yoxdur.
13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********350900 nömrəli məktubla bildirilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı (VÖEN: **********) xx.xx.2019-cu il tarixdə vergi uçotuna alınması və xx.xx.2023cü il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat mövcuddur. Eynu zamanda, İddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il ləğv “Gəlir vergisinin bəyananməsi”ndə 187000.0 manat gəlir məbləği əks etdirilmişdir.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfinədn xx.xx.2023-cü il tarixli **********496400 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı Xanbala qızının fəaliyyət növünün “İxtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı” olduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə məbləğinin olmadığı müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. 21.Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
22. İş materialları ilə müəyyən olunur ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsininin 1 yanvar 2020-ci il tarixə qədər olan redaksiyasına əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlar əmək qabiliyyəti olmayan şəxslər hesab edilir. İddiaçı xx.xx.1962-ci ildə anadan olmaqla xx.xx.2019-cu idə 57 yaşı tamam olmuş və həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən sosial müavinət almaq hüququna malik olmuşdur. Cavabdeh tərəfindən də, xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir.
23. Hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş yaşa görə sosial müavinətin artıq ödəməsinin yarandığı dövr üzrə səbəb kimi, eləcə də, sonradan sosial müavinətin dayandırılmasının əsası kimi iddiaçının adına aktiv VÖEN-in olması göstərilmişdir.
24. Məhkəmə hesab edir ki, iddiaçının adına aktiv VÖEN-in olması onun əmək fəaliyyətinə başlaması mənasını ehtiva etmir. Belə ki, məhkəmə araşdırması zamanı vergi orqanından təqdim edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə vergi uçotuna alınmış və xx.xx.2023-cü il tarixdə vergi uçotu ləğv edilmişdir. İddiaçı Xanbala qızının fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı” olmuş, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə məbləğinin olmadığı müəyyən edilmişdir. Beləliklə, onun hər hansı bir fəaliyyətlə məşğul olması sübuta yetirilməmişdir.
25. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya sosial müavinətdən tutulmaların aparılması barədə qərarı və həmin qərarının icrası ilə bağlı aparılmış hərəkətləri qanuni və əsaslı olmamışdır.
26. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olmuş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları (1 yanvar 2020-ci il tarixədək qüvvədə olan redaksiyada). Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: ... 4.0.1.2. yaşa görə müavinət; ... Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: ... 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; ... Maddə 11. Müavinətlərin ödənişinin dayandırılması 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: ... 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; ... Maddə 12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərinödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
27. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 45780 nömrəli qərarı ləğv edilsin. xx.xx.2022-ci il tarixdən məhkəmə qərarı icra olunan günədək ödənilməmiş aylıq müavinətlin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva