Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1193/2022 07.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon X4rşı X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla sərancamın ləğv olunması tələbinə dair inzibati iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhər sakini X14 Binəqədi qəsəbəsi hüdudlarında 400 kv.m. torpaq sahəsi satılmasına dair xx.xx.2006-cı il tarixli, 1964 saylı sərəncamının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7249/2022 nömrəli qərardadı ilə X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun, yəni İddiaçı Bakı şəhəri, X8 ərizəsi əsasında Bakı şəhəri, X6 xx.xx.2007-ci il tarixli, 1967/1 saylı sərəncamına əsasən Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində istifadəsində olan 400 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri, X13 tərəfindən torpağın ona satılmasına dair adına sərəncam, torpaq sahəsinin eskizi və tərəfindən Bələdiyyənin kassasına 1000 (bir min) manat ödəməyinə dair kassa mədaxil orderi verilmişdir. O, həmin torpaq sahəsini çəpərlədib və oraya tikinti aparmaq üçün bir maşın mişar daşı tökdürüb. Lakin imkanı olmadığından tikintini apara bilməyib və bundan sonra müəyyən müddət torpağı baxımsız qalıb. 2019-cu ildə torpaq sahəsinə baxmağa gedəndə orada mişar daşlarından 5x4 m ölçüdə tikili inşa edildiyini görüb və onun torpağında kimin özbaşına tikinti aparmasını araşdırarkən məlum olub ki, hal-hazırda Yevlax rayonunun Qoyunbinəsi kəndində qeydiyyatda olmaqla orada yaşayan X18 özbaşına onun torpaq sahəsini zəbt edərək orada mişar daşından inşa edilmiş 5x4m ölçüdə tikilini suvaqlayıb üstünü örtmüşdür. Bununla bağlı o, xx.xx.2019-cu il tarixdə ərizə ilə X8 müraciət edərək xx.xx.2007-ci il tarixli sərəncamla ona satılmış 400 kvm. torpaq sahəsinin hüdudlarının müəyyən etmələrini xahiş etmişdir. X6 ona cavab olaraq göndərdiyi 01.13/S-1189 saylı, xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, “Müraciətinizlə bağlı araşdırma aparılmış və bildiririk ki, X13 tərəfındən vətəndaş İddiaçı istifadəsinə xx.xx.2007-ci il tarixli, 1967/1 saylı sərəncama əsasən 400 kvm. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinə digər şəxsin müdaxiləsi qanunvericiliyin tələblərinə zidd əməllər hesab olunur. Odur ki, ərizənizdə qeyd olunan hallar mövcuddursa hüquqlarınızın müdafiəsi məqsədi ilə aidiyyəti üzrə inzibati orqanlara müraciət etməyinizi tövsiyyə edirik”. Bundan sonra o, mülki mühakimə icraatı qaydasında torpağını zəbt etmiş şəxslərin sahədən çıxarılması, orada inşa edilmiş 5x4 m ölçüdəki tikilinin sökülməsi ilə bağlı Binəqədi rayon məhkəməsində iddia qaldırmışdır. Binəqədi rayon məhkəməsində işə baxılarkən cavabdehlər X18 və X19 “X6 xx.xx.2006-cı il tarixli, 1964 saylı Sərəncamı ilə Bakı şəhər sakini X1 dair sərəncamın və torpağın sxeminin heç bir təsdiqi olmayan kserosurətlərini təqdim edərək torpağı X10 adından “guya etibamamə ilə satan Səidə’' adlı qadından 8000 (səkkiz min) manat ödəməklə aldıqlarını göstərsələr də nə etibarnaməni, nə torpağın X2 təsdiq edən sərəncamın əslini, nə pul ödənilməsinə dair kassa mədaxil orderini təqdim edə bilmədilər və özləri də torpağın sahibi adlandırdıqları X17 adında şəxsi də tanımadıqlarını göstərmişlər. Cavabdehlər torpaq sahəsini aldıqları kimi göstərdikləri “Səidə”ni də müxtəlif bəhanələrlə məhkəməyə təqdim etməkdən yayındılar. Bakı şəhəri, Binəqədi rayon məhkəməsi torpağı heç bir rəsmi sənəd olmadan zəbt etmiş cavabdehlər X18 və X11 torpaq sahəsindən çıxarılmalarına dair iddiasını xx.xx.2020-ci il tarixli, 2(001)- 1375/2020 saylı qətnaməsi ilə təmin etmişdir. Cavabdeh X12 verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin MK-sı da ünvan 1 ünvanında vaşayan X17 adlı şəxsi məhkəməyə çağırsa da həmin şəxs mübahisələndirilən torpaq sahəsi ilə bağlı nə məhkəməyə gəlmədi, nədə ki, bununla bağlı hər hansı bir münasibət bildirməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin MK-sı özünün xx.xx.2021-ci il tarixli, 2(103)-1458/2021 saylı Qətnaməsi ilə apellyasiya şikayətini təmin edib, Binəqədi rayon məhkəməsinin qətnaməsini ləğv edərək onun iddiasının təmin edilməməsi haqqında qətnamə çıxarmışdır və qətnaməsini də torpağın X6 xx.xx.2006-cı il tarixli, 1964 saylı Sərəncamı ilə Bakı şəhər sakini X1 dair Sərəncamın tərəfındən mübahisələndirməsi ilə əsaslandırdı. Hazırda həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Eyni zamanda da Bakı şəhəri, X6 Bakı şəhər sakini X14 Binəqədi qəsəbəsi hüdudlarında 400 kvm. torpaq sahəsi satılmasına dair xx.xx.2006-cı il tarixli, 1964 saylı Sərəncamının da surətinin Bələdiyyənin arxivində olmaması, yalnız işin məhkəmə baxışı zamanı belə bir sərəncamın Bələdiyyənin kompüterində saxlanması və oradan çap edilərək məhkəməyə təqdim edilməsi həmin sərəncamın obyektivliyinə şübhə doğurduğundan xx.xx.2021-ci ildə “Pritenziya” ilə X8 müraciət edərək Bakı şəhər sakini X14 Binəqədi qəsəbəsi hüdudlarında 400 kvm. torpaq sahəsi satılmasına dair xx.xx.2006-cı il tarixli, 1964 saylı Sərəncamının ləğv edilməsini tələb etmişdir. Bakı şəhəri, X13 01.13/S.250 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə həmin sərəncamın ləğv edilməsinin mümkünsüz olduğunu və bununla bağlı məhkəməyə müraciət edilməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 məhkəməyə ərizə təqdim edərək İddiaçı iddia tələbi ilə bağlı xx.xx.2006-ci il tarixli 1964 saylı sərancamın ləğv edilməsi bağlı qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, lakin üçüncü şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - “X3 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” Bakı şəhəri, Binəqədi rayonu X6 sədri E.A.Salmanovun 1964 №-li, 14 noyabr 2006-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhər sakini vətəndaş X17 ərizə ilə X8 müraciət edərək istifadəsində olan torpaq sahəsini alqı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasınını Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu madəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini əsas tutaraq, Binəqədi rayon İcra Hakimiyyətinin razılığına əsasən, X6 Nizamnaməsinə uyğun olaraq, vətəndaşın ehtiyacı olduğu nəzərə alınmış, onun rəsmi müraciətinin qanunla müəyyən olunmuş qaydada təmin edilməsi mümkün sayılmışdır. Qeyd edilənləri və X6 15 oktyabr 2006-ci il tarixli, 19 saylı ümumi iclasın qərarını əsas tutaraq Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 400 kvm. boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X10 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmasına sərəncam verilmiş, ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırdıqdan sonra başlanması vətəndaşın nəzərinə çatdırılmış, vətəndaşa qanunvericilikdə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsini rayon X9 Xidmətinə, fərdi yaşayış evinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etmək tapşırılmış, bu qərarın icrasına nəzarət Bələdiyyənin icra aparatına tapşırılmış, qərarın təsdiq edilmiş nüsxələri vətəndaşa, məlumat üçün ərazi polis bölməsinə təqdim edilmişdir. - “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” Bakı şəhəri, Binəqədi rayonu X6 sədri E.A.Salmanovun 1967/1 №-li, 26 oktyabr 2007-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhər sakini vətəndaş İddiaçı ərizə ilə X8 müraciət edərək istifadəsində olan torpaq sahəsini alqı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasınını Qanununun 16-cı maddəsinin 3-cü və 4cü bəndini, 19-cu madəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini əsas tutaraq, Binəqədi rayon İcra Hakimiyyətinin razılığına əsasən, X6 Nizamnaməsinə uyğun olaraq, vətəndaşın ehtiyacı olduğu nəzərə alınmış, onun rəsmi müraciətinin qanunla müəyyən olunmuş qaydada təmin edilməsi mümkün sayılmışdır. Qeyd edilənləri və X6 15 oktyabr 2007-ci il tarixli 19 saylı ümumi iclasın qərarını əsas tutaraq Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 400 kvm. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına sərəncam verilmiş, ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırdıqdan sonra başlanması vətəndaşın nəzərinə çatdırılmış, vətəndaşa qanunvericilikdə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsini rayon X9 Xidmətinə, fərdi yaşayış evinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etmək tapşırılmış, bu qərarın icrasına nəzarət Bələdiyyənin icra aparatına tapşırılmış, qərarın təsdiq edilmiş nüsxələri vətandaşa, məlumat üçün ərazi polis bölməsinə təqdim edilmişdir. - AAE 134225 №-li, iyul 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən torpağın dəyəri min manat X6 hesabına mədaxil edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1375/2020 №-li qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X18 və X16 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması və inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilərək İddiaçı Bakı şəhəri X6 26 oktyabr 2007-ci il tarixli, 1967/1 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin sökülməsi və cavabdehlər X12 və X11 mübahisəli torpaq sahəsindən çıxarılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsənin Mülki Kollegiyasının 2(103)-1458/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsənin xx.xx.2020-ci il tarixli, 2(001)-1375/2020 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməmişdir. - Qeyd olunan məhkəmə qərarlarından görünür ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayon X6 ərazisində yerləşən 400 kvm. torpaq sahəsi 14 noyabr 2006-cı ildə 1964 saylı sərəncamla X17 adlı şəxsin mülkiyyətinə verilmişdir. Eyni torpaq sahəsi həmin Bələdiyyənin 26 oktyabr 2007-ci il tarixli, 1967/1 saylı Sərəncamı ilə İddiaçı satılmışdır. Həmin torpaq sahəsi X17 tərəfindən qeyri-rəsmi olaraq başqa şəxsə verilmiş və həmin şəxs də öz növbəsində torpaq sahəsini yenə qeyri-rəsmi olaraq hazırki cavabdehlər X18 və X16 vermişdir. Cavabdehlər bildirirlər ki, həmin torpaq sahəsini onun üzərində inşa edilmiş bir mərtəbəli tikili ilə birlikdə qeyri-rəsmi əldə etmişlər. Tərəflər və üçüncü şəxs olan X6 nümayəndəsi hər iki sərəncamın eyni torpaq sahəsinə dair verillməsini mübahisələndirməmişlər. Beləliklə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi ilk olaraq 2006-cı ildə X14 verilmiş, bundan bir il sonra isə eyni torpaq sahəsinin İddiaçı satılmasına dair sərəncam verilmişdir. X14 torpaq sahəsinin ayrılmasına dair verilmiş həmin sərəncam mübahisələndirilməmiş və ləğv edilməmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 8113/S250 №-li, 25 may 2021-ci il tarixli məktubdan görünür ki, onun 24 may 2021-ci il tarixli ərizəsinə X13ndə baxılmışdır. Sözügedən vətəndaş X10 adına rəsmiləşdirilmiş X6 14 noyabr 2006-cı il tarixli 1964 saylı sərəncamı ilə ona məxsus iddia olunan və X6 26 oktyabr 2007-ci il tarixli 1967/1 saylı sərəncamı ilə adına rəsmiləşdirilmiş mübahisə yaradan torpaq sahəsinin onun xeyrinə olaraq birincinin ləğv olunması mümkünsüz hesab olunduğu nəzərə alaraq ondan aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil X5 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 018-7680-1221 №-li məktubun surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X17 xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Mingeçevir şəhəri, M.Maqomayev küçəsi, bina 91, mənzil 3-də yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2010-cu il tarixdən hazıra kimi ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirmişlər ki, hər hansı şəxsin yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatın əldə edilməsi üçün onun anket məlumatlarının (doğulduğu gün, ay, il,yer) tam göstərilməsi zəruridir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, X13 tərəfindən verilmiş 14 noyabr 2006-cı ildə 1964 saylı sərəncama əsasən Bakı şəhəri, Binəqədi rayon X6 ərazisində yerləşən 400 kvm. torpaq sahəsi alqı-satqı müqaviləsi ilə X10, 26 oktyabr 2007-ci il tarixli, 1967/1 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayon X6 ərazisində yerləşən 400 kvm. torpaq sahəsi alqı-satqı müqaviləsi ilə İddiaçı mülkiyyətinə ayrılmışdır. Hər iki sərəncamla vətəndaşlara ayrılmış torpaq sahəsi eyni torpaq sahəsi olmaqla İddiaçı Ceyhun Əliyevə dair sərəncamı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (mübahisələndirilən sərəncam verilən zaman qüvvədə olan redaksiyası): - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. - 9.6-cı maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin (mübahisələndirilən sərəncam verilən zaman qüvvədə olan redaksiyası): - 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4-cü bəndinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - 17-ci bəndinin tələbinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. - 25-ci bəndinin tələbinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir. - 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnaməninin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini (bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyası) Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 67-ci maddəsinə əsasən torpaq zərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Hazırki iş üzrə məhkəmə qeyd edir ki, mübahisələndirilən sərəncam qəbul edilən zaman qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməsi müəyyən edilməmişdir. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş bələdiyyə sərəncamlarının müvafiq olaraq 2006 və 2007-ci illər üzrə qeydiyyat kitablarına məhkəmə tərəfindən baxış keçirilən zaman mübahisələndirilən X14 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında 1964 №-li xx.xx.2006-cı il tarixli sərəncamla bağlı qeydiyyatın ardıcıllıq qaydasına əməl edilmədən, sətrlər arası, fərqli yazılışla daxil edilməsi müəyyən edilmişdir. Bu halın özü mübahisələndirilən sərəncamın qanunvericiliyin tələblərinə uyğun qəbul edilməsini şübhə altına alır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. - 4.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. - 5.0.1-ci maddəsinə əsasən bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda inzibati nəzarət icraatının başlanması üçün əsasdır. - 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. - 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun: - 30-cu maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində cavab verməlidirlər. - 48-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. - 51-ci maddəsinə əsasən bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri hüquqa zidd hərəkətlərə və hərəkətsizliyə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. Məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, İddiaçı cavabdeh Bakı şəhəri, X8 etdiyi müraciəti ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraatın cavabdeh inzibati orqan tərəfindən tam aparılmaması, bununla da qanunvericiliyin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 28.1.1-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. - 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. - 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. - 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən; tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; şahid ifadələrindən; müvafiq müayinələrin aparılmasından; ekspert rəylərindən; hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı X14 Binəqədi qəsəbəsi hüdudlarında 400 kvm. torpaq sahəsi satılmasına dair X6 xx.xx.2006-cı il tarixli, 1964 saylı sərəncamının ləğv edilməsi barədə müraciəti ilə bağlı məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 73.2, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı X14 Binəqədi qəsəbəsi hüdudlarında 400 kv.m. torpaq sahəsi satılmasına dair X6 xx.xx.2006-cı il tarixli, 1964 saylı sərəncamının ləğv edilməsi barədə müraciəti ilə bağlı məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Bakı şəhəri, Binəqədi rayonu, X6 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1193/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1193/2022
07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver