Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1193/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı1 və vəkili Nümayəndə2, İddiaçı2 vəkili Vəkil1, Üçüncü şəxs X12, Üçüncü şəxs X13 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdehnə (üçüncü şəxslər X30, X31, X32, X48) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamının etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər RİH başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsinda torpaq sahəsinin ayrılması barədə" xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı əsasında iddiaçı Nağıyev X36 qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmış, tikinti işlərinin başa çatdırılması barədə 2 illik müddət müəyyən edilmiş, qeyd edilən müddətdə tikinti işləri başlanmazsa, RİH tərəfindən torpaq sahəsinin geri alınması nəzərdə tutulmuşdur. Torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-130911 saylı (kod ********) şəhadətnamə tərtib olunaraq bir nüsxəsi iddiaçıya verilmişdir. Torpaq sahəsinin hüdudları aidiyyəti dövlət orqanı tərəfindən ona göstərilərək tanıdılmış cizgi sxemi də tərtib edilmişdir. Cizgi sxemində qeyd olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi "400" nömrəlidir. İddiaçı1 orada 1995-ci ildən ev inşa etmiş və ailə üzvləri ilə birgə orada yaşayır. Həmin ev və onun qarşısındakı torpaq sahəsi 26 ildir ki, iddiaçının istifadəsi və sahibliyindədir. Torpaq sahəsinin ətrafını bütövlükdə hasarlanmışdır. Daha sonra iddiaçı evinin sağ tərəfində yerləşən və torpaq sahəsinin yarısını təşkil edən, yəni 300 kv.m. hissəsini xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən göstərilən torpaq sahəsinin 300 kv.m. hissəsini A.Xasıyevə satmışdır. İddiaçı2 cavabdehlər (hazırki iş üzrə iddiaçı) İddiaçı1. Y.Quluyevaya, N.Qasımova, İ.Quluzadəyə, A.Xasiyevə və DƏDRX-ə qarşı "çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi tələbi barədə" iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, A.Xasıyev xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 0.03 ha torpaq sahəsini İddiaçı2 satmışdır. Cavabdeh Y.Quluyeva isə iddiaçının İddiaçı2 satdığı torpaq sahəsinə son bir neçə ildə daş tökərək bildirmişdir ki, bura onundur. Bunu onunla əsaslandırır ki, torpağı Səbail RİH başçısının xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı ilə əldə etmişdir. Həmin sərəncamın əlavəsi olan sxemində qeyd olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi 415 nömrəlidir. Arxiv sənədləri ilə maraqlananda məlum olmuşdur ki, Səbail RİH Aparatı işçiləri tərəfindən tərtib olunmuş sənədləri həqiqiliyinə şübhə var və Səbail RİH başçısının xx.xx.1998-ci il tarixli, 1975 nömrəli sərəncamının məzmunu Y.Quliyevaya torpaq sahəsinin ayrılmamasını ifadə edir. Heç həmin torpaq sahəsinin ilkin cizgi sxemi ilə sonradan verilən plan ve ölçüdə qeyd edilən koordinatları üst-üstə düşmür. Ümumiyyətlə Y.Quluyevaya torpaq sahəsinin ayrılması barədə həmin sərəncam mövcud deyildirsə, hansı plan və ölçüdən, koordinatlardan söz gedə bilər. Bundan əlavə onun sərəncamında torpaq sahəsi 600 kv.m. göstərilsə də, plan və ölçüdə 300 kv.m. göstərilmişdir. Sərəncamda qeyd olunur ki, 2 il müddətinə tikinti işləri aparılmasa, torpaq sahəsi geri alınmalıdır. Əgər Y.Quluyeva 1998-ci ildə torpaq sahəsini almışdısa 2014-cü ildə tikintiyə başlamaq üçün daş tökürsə, bu o deməkdir ki, "ona ayrılmış torpaq sahəsi" artıq başqa vətəndaşa verilmişdir. Hansı yol ilə ona məxsus olmuş və sonradan satdığı torpaq sahəsinə koordinatları vuraraq nəticədə süni şəkildə torpaq sahələrinin koordinatlarının sürüşməsini yaratmışlar. Bundan sonra isə Y.Quluyeva 300 kv.m. torpaq sahəsinin 200 kv.m. hissəsini N.Qasımova, 100 kv.m. sahəsini İ.Quluzadəyə satmışdır. Nəticədə iddiaçının evinin qarşısı və hasarının içərisi olan 1994-cü ildən istifadəsində olan torpaq sahəsi digər şəxslərin torpaq sahəsinin koordinatları kimi müəyyən edilmişdir. Halbuki, o, evinin altını başqa şəxsə necə sata bilərdi. Bu absurddur. Yaranan vəziyyət olduqca acınacaqlıdır. Bu problem uzun illər zəncirvari şəkildə məhkəmə çəkişmələrinə gətirib çıxarır. Əslində problemin kökündə saxta əldə edilmiş sərəncam və səhlənkarlıq edib yerli baxış keçirmədən torpaq sahəsinin plan və ölçüsünün koordinatlarını elə kabinetində müəyyən edən mütəxəssislərin hərəkətləri dayanır. Torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi zamanı yerində yoxlanmaqla verilməməsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində düzgün olmayan qeyd aparılmışdır. Həmin qeydlərə düzəlişin edilməsi zəruridir. Bundan başqa qeyd edilənlərə əsasən Y.Quluyevanın adına verilmiş ilkin sənəd mövcud olmadığından onunla "mövcud olmayan sənəd" əsasında İ.Quluzadə və N.Qasımov arasında bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. Onların "mövcud olmayan sənəd" əsasında plan və ölçüsünü aldıqları yerin koordinatlarını da səhv olaraq əslində ilkin olaraq ona məxsus olmuş, sonra A.Xasıyevə satdığı, sonuncunun da İddiaçı2 satdığı 300 kv.m. torpaq sahəsinin koordinatlarının yerinə işlənmişdir. Nəticə etibarı ilə daşınmaz əmlakın dövlət reyestrindəki həmin qeydlər də düzgün aparılmamışdır. Mübahisəli 0.06 ha torpaq sahəsinin şəhadətnaməsi ilkin cizgi plana uyğun tərtib edilməmişdir. Nəticədə hazırda istifadəsində olan 0.03 ha torpaq sahəsi K.Nağıyevin ilkin torpaq ayırma sənədinə uyğun olduğu halda, satdığı 0.03 ha torpaq sahəsinin koordinatları ilkin torpaq ayırma sənədlərinə uyğun olmamışdır. Həmçinin mütəxəssis rəyi ilə məlum olmuşdur ki, Y.Quluyevanın adına verilmiş ilkin torpaqayırma sənədlərində torpaq sahəsinin koordinatları qeyd edilməmişdir. 2013-cü ildə kadastr planını hazırlayan mütəxəssisin "koordinatları” necə müəyyən etməsi çox maraqlıdır. Çünki 400 və 415 nömrəli torpaq sahələrinin hər ikisinin ilkin nömrəli torpaq sahəsinin yeri sxemdə qeyd edilmişdir. Həmin torpaq sahəsinin torpaq ayırma sənədlərində "415" nömrəli torpaq sahəsinin yeri göstərilməmişdir. "400" nömrəli torpaq sahəsinin yeri sxemdə qeyd edilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda 415 nömrəli torpaq sahəsinin qeyd edilməsi müəyyən olunmur. Bundan başqa Səbail RİH-nə verilmiş sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli 3/10-918 saylı məktubu ilə Y.Quluyevanın adına torpaq sahəsinin ayrılmasına dair xx.xx.1998-ci tarixli 1975 sayİı sərəncamın və sxemin Səbail RİH-nin arxivində aşkar edilmədiyi bildirilmişdir. Müəyyən olunur ki, həqiqətən də Y.Quliyevanın adına hər hansı sərəncam verilməmiş, qeyri-qanuni sənəd əsasında torpaq sahəsi əldə etmişlər. Ən əsası isə İddiaçı1 ilkin sxem əsasında satdığı sahəsi hasarın içərisində olduğu halda yüklü yerə kadastr işlənmiş, torpaq sahəsinin plan və ölçüsü alınmışdır. Yuxarıdakılara əsasən görünür ki, İddiaçı1 və İddiaçı2 hüquqlarının kobud şəkildə pozulması aşkardır. İşin faktiki halları ilə təsdiq olunur ki, Y.Quluyevanın adına verilmiş sənədlər qanunsuz verilmiş. DƏDRX-nın mütəxəssisləri vəzifə səhlənkarlığına yol verərək torpaq sahəsinə plan və ölçü verərkən yerli baxış keçirməli olduğu halda yüklü yerə sanədlər vermiş, qeyri-dəqiq ölçmə işləri apararaq səhv koordinatlar müəyyən etmişlər. Sənədlər verilən zaman "Google earth" proqramı ilə baxanda da həmin yerlərin yüklü, hasara alınmış olduğu aydın görünür. Lakin DƏDRX-in mütəxəssislərinin yol verdiyi qanunsuzluq nəticəsində iddiaçıların hüquqları pozulmuşdur. İddiaçı1 cavabdehlər (indiki iş üzrə üçüncü şəxslər) X16, X17, X18, İddiaçı2 (indiki iş üzrə iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və verilmiş sənədlərin etibarsız hesab edilməsi tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-90/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmişdir. Cavabdehlər Namiq Qasımov, İlahə Quluzadə tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3976/2021 saylı qərardadı ilə həmin iddia tələbi üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsinin qismən, yəni Badamdar qəsəbəsi ərazisində yerləşən və İddiaçı1 mülkiyyətində olan 0.03 ha torpaq sahəsi, Badamdar qəsəbəsi ərazisində yerləşən və İddiaçı2 mülkiyyətində olan 0.03 ha torpaq sahəsi koordinatlarının ilkin torpaqayırma sənədi olan Səbail RİH başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamına və ona əlavə edilmiş “Plan-cizgi sxeminə uyğunlaşdırılınası barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin tarixli qətnamə ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni "X16 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarış, onun əsasında X33 və X31 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi“ və bu müqavilə əsasında X13 adına Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" xx.xx.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarışı X33 və X34 arasında bağlanılmış” xx.xx.2014-cü il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" və bu müqavilə əsasında X12 adına Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən "dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dovlət reyestrindən" xx.xx.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarışı etibarsız hesab edilməsi və bunun əsasında aparılmış düzgün olmayan qeydlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə tələblərin təmin edilməsi hissəsində” ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməmişdir. Ali Məhkəmənin 2(102)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qətnamədən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi X16 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarışın elibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sorğuya cavab olaraq xx.xx.2013-cü il tarixli məktubunda bildirilmişdir ki, Səbail RİH-in xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin qeyd olunan sərəncamın həqiqiliyinə şübhə vardır. Belə ki, Səbail RİH-nın xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı saxlama vahidində bir neçə şəxsə yanaşı X19 da topaq sahəsi ayrılması barədə olsa da, sərəncamların qeydiyyatı kitabında X6 torpaq sahəsi ayrılması kimi qeyd edilmişdir. Səbail RİH-in qanunsuz şəkildə tərtib olunmuş xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı X19 torpaq ayrılması barədə olsa da onun adına torpaq ayrılması göstərilmədiyinə görə sərəncamın həqiqiliyə dair müəyyən şübhələr yaranır. Sərəncamın kimə ünvanlandığı aydın deyildir. Saxta əldə edilmiş sərəncam nəticəsində iddiaçıların hüquqları kobud şəkildə pozulur. Həmçinin, sərəncamın forması da düzgün tərtib olunmamışdır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X33, X31, X32, X48 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı tərəf xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək xx.xx.1998-ci il tarixli, 1975 saylı Cavabdeh başçısının Yeganə Quluyevaya münasibətdə qəbul etdiyi sərəncamın qüvvədən düşərək hüquqi nəticələrinin etibarsız sayılması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsi onunla əsaslandırılmışdır ki, son bir neçə ildə Yeganə Quliyeva İddiaçı2 məxsus torpaq sahəsinə daş tökərək bildirmişdir ki, bura Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı ilə ona verilmişdir. Eyni zamanda sözügedən sərəncamda qeyd olunur ki, 2 il müddətində tikinti işləri aparılmzasa torpaq sahəsi geri alınmalıdır. Yeganə Quliyevanın iddia etdiyi sərəncamın tarixi 1998-ci il olsa da o tikinti işlərini həyata keçirmək üçün daşı həmin torpaq sahəsinə 2014-cü ildə tökmüşdür. Buna görə də müvafq sərəncam etibarsız hesab olunmalıdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs X31 iddiaya yazılı etirazı məhkəməyə təqdim edərək bildirmişdir ki, hazırkı iddia tələbləri subyektiv hüquqları olmayan şəxslər tərəfindən irəli sürüldüyü üçün iddia ərizəsi mümkünsüz hesab edilməli, iddia tələbi təmin edilməməlidir. Əvvəllər də tərəflər arasında X19, sonradan isə X31, İddiaçı2 və X20 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanuni əsaslarla onların mülkiyyətində olmaları və torpaq sahələrinin yerləşdiyi koordinatlarına dair Bakı şəhəri Səbail rayon Məhkəməsində məhkəmə mübahisələri olmuş, 2016-cı ildə Səbail rayon Məhkəməsinin 2(009)-2601/2016 №-li və 2(009)-13 6/2016 №-li Bakı şəhəri Səbail rayon məhkəməsində baxılmış mülki işlər, sonradan bir icraatda Bakı Apellyasiya Məhkəməsində birləşdirilərək bir icraatda baxılmış, xx.xx.20221-ci ildə (iş № 2(102)- 156/2021) Ali Məhkəmədə isə başa çatmışdır. Belə ki, İddiaçı1 cavabdehlər X16, X17, İddiaçı2, X21, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan mülki işlərdə İddiaçı1 tələbini onunla əsaslandırır ki, Bakı şəhəri, Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ona Badamdar qəsəbəsi 20 yanvar küçəsi ünvanında 600 kv.metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin hüdudlarında “torpaq sahəsinin mülkiyyətinə dair” JN-1309H saylı (kod ********) şəhadətnamə tərtib edilmişdir. O, orada 1995-ci ildə ev inşa etmiş və ailəsi ilə birlikdə həmin vaxtdan bu günə kimi orada yaşayır. Sonra da mülkiyyətində olan torpaq sahəsinin yarısını, 300 kv.metr sahəni xx.xx.2004-cü il tarixdə Ariz Xasayevə satmışdır. Axırıncı isə həmin torpağı başqa şəxsə satmışdır. Zəkarayeva Cəmilə X1, X17, X21, X43 və onun özü İddiaçı1 qarşı digər mülki işdə (2(009)-2601/2016) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, Xasıyev Ariz həmin torpaq sahəsini xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cəmilə Zəkarayevaya satmışdır. Lakin cavabdeh Cəmilə Zəkarayeva 2005-ci ildə aldığı torpaq sahəsinə 2008-ci ildə çıxarış, plan və ölçünü alarkən onun 300 kv.m torpaq sahəsinin koordinatları onun özünə məxsus həyətinə, hasarın içində olan və 1994-cü ildən onun qanuni istifadəsində olan torpaq sahəsinə işlənmişdir. Bu belə olmalı deyil, o torpaq sahəsinin sağ hissəsini bölərək satmışdır. Aidiyyəti orqanların əməkdaşı kadastr, ölçü işləri apararkən yüklü sahəyə heç bir zaman torpaq döngə nöqtələrinin, koordinatlarının vura bilmədiyi halda, onun hasarının daxilində 26 illik istifadəsində olan sahəni koordinatlar vuraraq, sənədləşdirib həmin şəxsə təqdim etmişdir. Cavabdeh Yeganə Quliyeva isə Cəmilə Zəkərayevaya satılmış torpaq sahəsinə Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamını almışdır. Sərəncama əlavə edilmiş cizgi sxemində qeyd olunur ki, ona ayrılmış torpaq sahəsi “415” nömrədir. Arxiv sənədləri ilə maraqlananda məlum olur ki, Səbail RİH Aparatı işçiləri tərəfindən tərtib olunan sənədlərin həqiqiliyinə şübhə vardır və Səbail RİH-nin xx.xx.1988-ci il tarixli 1975 nömrəli Sərəncamının məzmunu X19 torpaq sahəsinin ayrılmasını ifadə edir. Belə ki, Arxiv İdarəsi xx.xx.2013-cü il tarixli məktubunda göstərilmişdir ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli 1975 nömrəli Sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı X19 da torpaq sahəsi ayrılması barədə sərəncamların qeydiyyatı kitabında X6 torpaq sahəsi ayrılması kimi qeyd olunmuşdur. Bu fakt bir daha həmin sərəncamın həqiqiliyinə şübhə yaradır. Heç həmin sərəncamın ilkin cizgi sxemi ilə sonradakı verilən plan və ölçü qeyd edilən koordinatları üst-üstə düşmür. Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ayrılmış 300 kv.metr torpaq sahəsinin 200 kv.metrəsini X61 Qasımova, 100 kv.metr hissəsini isə İlahə Quluzadəyə satmışdır. Nəticədə onun evinin qarşısı və hasarının içərisi olan torpaq sahəsi digər şəxslərin torpaq sahəsinin koordinatları kimi müəyyən edilmişdir. İddiaçı bu problemin yaranma səbəbinin kökündə saxta əldə edilmiş sərəncam (Səbail RİH-nin xx.xx.1988-ci il tarixli 1975 nömrəli Sərəncamı) və səhlənkarlıq edib yeni baxış keçirmədən torpaq sahəsinin plan və ölçüsünün koordinatlarını, elə kabinetində də müəyyən edilən mütəxəsislərin hərəkəti dayanır. Yuxarıda qeyd olunan iki mülki işi birləşdirib bir icraatda baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 551-2018 nömrəli, 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2 X2 və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli və 14 iyun 2016-cı il tarixli qətnamələri ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarıl ıraraq İddiaçı2 “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” barədə ilkin iddia tələbləri qismən təmin olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X38ma xx.xx.2014-cü il tarixdə verilən çıxarış, xx.xx.2008-ci tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşən 57 kv.m hissədə, X33 ilə X31 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X21 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahə ilə üst-üstə düşən 54 kv.m hissədə, X30 ilə X32 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X17 dövlət reyestrindən xx.xx.2014cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə veriomiş 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kv.m hissədə etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinin İddiaçı1 tərəfindən zəbt edilmiş 243 kv.m hissəsində İddiaçı1 tərəfindən aparılmış tikililərin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət olunmuş, ilkin iddia tələbləri qalan hissələrdə, habelə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-6519/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh İddiaçı1 kassasiya şikayəti tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-551-2018 nömrəli iş üzrə 24 yanvar 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, X33 ilə X31 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X21 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşən 54 kv.m hissədə. X30 ilə X32 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X17 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasmda X5 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kv.m hissədə etibarsız hesab edilməsi hissəsində qüvvədə saxlanılmış, cavabdeh X26 243 kv.m torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabma sökülməsi hissəsində qətnamə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında yuxarıda qeyd olunan 2(103)-551-2018 №-li işə baxılarkən əlavə məhkəmə-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli, 18948 saylı rəyi ilə “Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Məmməd Həsənovun imzası ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəsəssis məktubunun göstəricilərini nəzərə alaraq mülki iş materiallarının 2-ci cild, 19-cu və 20-ci səhifəsinə əlavə edilmiş “daşınmaz əmlakın alqısatqı müqaviləsinə (AN-1 0014427) əsasən JN-13094H nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə 0.03 hektar torpaq sahəsinin Ariz Xasayevə satdıqdan sonra X27 faktiki istifadəsində olan 0.0542 hektar torpaq sahəsinin mövcudluğu, İddiaçı2mn xüsusi mülkiyyətində (reyestr nömrəsi **********98) olan 300 kv.metr torpaq sahəsinin 243 kv.metr hissəsinin X27 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmin ekspertiza rəyi ilə X35, Bakı şəhəri, Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ona Badamdar qəsəbəsi 20 yanvar küçəsi ünvanmda ayrılmış 600 kv. metr torpaq sahəsinin (həmin əraziyə İddiaçı1 sonradan iddiaçı X8 satdığı 0.03 ha torpaq sahəsi də daxildir) torpaq sahəsinin ölçüsü və hüdudları da müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və X8 həmin hüdudlardan kənar Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 19/75 saylı sərəncamı ilə X19 ayrılmış 0.06 ha torpaq sahəsinə (həmin sahədən 0.03 ha yüksək gərginli elektrik xəttinin altına düşdüyünə görə onun adına 0.03 ha torpaq sahəsi mülkiyyət hüququ ilə qeydə alınmışdır) heç bir aidiyyəti yoxdur. Qeyd olunan dövrdə torpaq sahəsi Bakı şəhəri Səbail rayonu İH-nin balansında olduğuna görə Səbail rayonu İH X19 torpaq sahəsinin ayrılmasında səlahiyyətli olmuşdur. Hazırda iddiaçılar İddiaçı1, Bakı şəhəri, Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ona ayrılmış torpaq sahəsindən kənarda yerləşən ərazinin başqa şəxsə, X19 ayrılması barədə olan xx.xx.1998-ci il tarixli, 19/75 saylı sərəncamı mübahisələndirirlər ki, buna onların subyektiv hüququ yoxdur. İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-128/2020 №-11,xx.xx.2020-ci il tarixli qərarının icrası ilə bağlı ona Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin satdığı və hazırda X9 mülkiyyətində olan 0.03 ha sahəsindəki 243 kv.metrdə tikdiyi fərdi evin sökülməsindən Yayınmaq üçün əsasız olaraq subyektiv hüququ olmadığı halda Bakı şəhəri, Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 19/75 saylı sərəncamını mübahisələndirir. Göründüyü kimi iddiaçılar arasında olan mübahisə ilə bağlı yaranmış problem üçüncü şəxslərin, o cümlədən X13 mülkiyyət hüququların pozmaqla həll etməyə cəhd olunur. Konstitusiya məhkəməsinin qərarından da müəyyən olunur ki, iddiaçılara aid olmayan torpaq sahəsinin digər şəxslərə verilməsinə səbəb olan Bakı şəhəri, Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 19/75 saylı sərəncamını mübahisələndirməyə iddiaçıların subyektiv hüququ yoxdur. Digər tərəfdən iddia ərizəsində Arxiv İdarəsinin xx.xx.2013-cü il tarixli məktubuna istinad olunaraq göstərilmişdir ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli 1975 nömrəli Sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı X19 da torpaq sahəsi ayrılması barədə sərəncamların qeydiyyatı kitabında X6 torpaq sahəsi ayrılması kimi qeyd olunduğu, bu faktın özü isə sərəncamın həqiqiliyinə şübhə yarandığı qeyd olunur. Bu məsələ ilə bağlı qeyd olunmalıdır ki, arxiv idarəsi sərəncamın mövcud olduğunu özü təsdiqləyir. Lakin sərəncamda adı çəkilən şəxslərdən yalnız birinin arxivdə sərəncamlarının qeydiyyat kitabında keçməsinə istinad olunaraq sərəncamın həqiqiliyinə şübhə yaranması kimi mülahizə tamamilə əsassızdır, bu mülahizəni irəli sürmək Arxiv İdarəsinin səlahiyyətinə aid deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 30 dekabr 1998-ci il tarixli, 1975 nömrəli sərəncamına əsasən: 1.Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X6, X10, X39, X19, X4 600 \altı yüz\ kv.m. torpaq sahəsi ayrılsın. 2.Tikinti işləri ciddi olaraq təsdiq edilmiş tipləşdirilmiş layihə əsasında aparılsın.
3. Tikinti işlərinin başa çatdırılması müddəti sərəncam qəbul olunduğu gündən iki il hesab edilsin.
4. Qeyd olunan müddətdə tikinti işlərinə başlanmazsa və ya layihədəki ölçülərə əməl olunmazsa verilmiş torpaq sahəsi İcra Hakimiyyəti tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilsin. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 30 avqust 2022-ci il tarixli, BA-05421-2022 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Cavabdeh Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 30 dekabr 1998 il tarixli, 1975 nömrəli Sərəncamının Arxiv çıxarışında qeyd olunmuşdur ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ..., X28, ... 600 \altı yüz\ kv.m. torpaq sahəsi ayrılsın. -Cavabdeh 1998-ci il üçün Səbail rayonu İcra Hakimiyyəti Başçısının 01-1982 nömrəli sərəncamlarının qeydiyyat kitabında (başlanıb xx.xx.1998 - bitib xx.xx.1998-ci il, 100 vərəqdə) xx.xx.1998-ci il tarixli, 1975 nömrəli sərəncamın adı və qısa məzmunu -..,-..,- .., /Məhərrəmova/ adı qeyd olunmuşdur. Sözügedən məktubda bildirilmişdir ki, qeyd edilən sərəncamın ləğv edilməsi barədə Dövlət Arxivinin Bakı filialında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Cavabdeh Başçısının xx.xx.2011-ci il tarixli, 3-36 nömrəli məktubu ilə göndərilmiş Cavabdeh Başçısının Badamdar qəsəbə bələdiyyəsi tərəfindən tərtib olunmuş 13 yanvar 2011-ci il tarixli, 02 nömrəli Cavabdeh Başçısının 1915 nömrəli 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə vətəndaş X22 ayrılmış, Badamdar qəsəbəsi 1 yaşayış massivi 9 döngə 415 nömrəli 600.0 kv.m torpaq sahəsinin yerləşmə cizgisi Səbail RİHB-nın müavini Y.Allahverdiyev tərəfindən “təsdiq edirəm” yazısı və imzası ilə, RİHB-nın Badamdar qəsəbə nümayəndəsi N.Abbasovun imzası və nümayəndəliyin möhürü ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2013-cü il tarixli, 2332 nömrəli məktubunda qeyd edilmişdir ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin qeyd olunan bu sərəncamın həqiqiliyinə şübhə vardır. Belə ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı saxlanma vahidində bir neçə şəxslə yanaşı X19 da torpaq sahəsi ayrılması barədə olsa da, sərəncamların qeydiyyatı kitabında X7 torpaq sahəsi ayrılması kimi qeyd edildiyindən xahişinizi müsbət həll etmək mümkün deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2013-cü il tarixli, 2583 nömrəli məktubunda qeyd edilmişdir ki, X28 torpaq sahəsi ayrılması barədə Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamının olmasına baxmayaraq, sərəncamların qeydiyyatı kitabında həmin “Şəxsin” soyadının, adının və atasının adının qeyd olunmaması X28 torpaq sahəsinin ayrılmaması məzmununu ifadə edir. Azərbaycan Respublikası Dövlət Torpaq v Xəritəçəkmə Komitısinin xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü əsasən Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı ilə 600 kv.m torpaq sahəsi ilə bağlı X23 adına tərtib edilmiş və X59 Kitabında xx.xx.2013-cü il tarixdə 36581 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cü döngə, 415 saylı sahədə yerləşən 0,03 ha torpaq sahəsi X14 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -AN – İ №0399240 nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X14 adından Bakı şəhəri 28 saylı NK tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-03-2200 reyestrli etibarnamə əsasında çıxış edən Nümayəndə1 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsindən 0.01 ha torpaq sahəsini alıcı X13 mülkiyyətinə verir. - AN – İ №0399241 nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X14 adından Bakı şəhəri 28 saylı NK tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-03-2200 reyestrli etibarnamə əsasında çıxış edən Nümayəndə1 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsindən 0.02 ha torpaq sahəsini alıcı X12 mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 sahənin bir hissəsi 0.01 ha torpaq sahəsi X13 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 sahənin bir hissəsi 0.02 ha torpaq sahəsi X12 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Səbail RİH başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə, fərdi ev tikmək üçün İddiaçı1 Badamdar qəsəbəsində 600 kv.m. (20 yanvar küçəsi, ev 13) torpaq sahəsi ayrılmışdır. Tikinti işlərinin ciddi olaraq təsdiq edilmiş layihə əsasında aparılması, tikinti işlərinin başa çatdırılması müddəti sərəncamın qəbul olunduğu gündən 2 il hesab edilməsi, qeyd olunan müddətdə tikinti işlərinin başlanmazsa və ya layihədən ölçülərə əməl olunmazsa, verilmiş torpaq sahəsinin RİH tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi qərara alınmışdır. -xx.xx.2004-cü il tarixli JN-13094H, KOD 00400016 nömrəli Şəhadətnaməyə əsasən İddiaçı1 Cavabdeh Başçısının 12 dekabr 1994-cü il tarixli 4147 saylı Sərəncamı ilə 0.06 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir. -AN–İ №0014427 nömrəli xx.xx.2004-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı1 Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0.06 hektar olan torpaq sahəsindən 0.03 hektar hissəsini alıcı X40 mülkiyyətinə verir. - JN 17227D saylı, xx.xx.2004-cü il tarixli Şəhadətnaməyə əsasən X44 Bakı şəhəri 36 saylı Notariat Kontorunun 30 oktyabr 2004-cü il tarixli 4Ə-03-561 saylı müqaviləsi ilə satılmış 0.03 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir. - JN 17225D saylı xx.xx.2004-cü il tarixli nömrəli Şəhadətnaməyə əsasən İddiaçı1 0.03 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir. -AN - İ № ******* nömrəli xx.xx.2005-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X48 Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 hektar torpağı alıcı İddiaçı2 mülkiyyətinə verir. -xx.xx.2005-ci il tarixli JN-24079D, KOD 00400016 nömrəli Şəhadətnaməyə əsasən İddiaçı2 Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 4Ə/522 saylı müqaviləsi ilə satılmış 0.03 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən sahəsi 0.03 ha. olan torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı2 adına xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-551/2018 nömrəli iş üzrə 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2, X49 və X45 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin 28 aprel 2016-cı il tarixli və 14 iyun 2016-cı il tarixli qətnamələri ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı2 “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” barədə ilkin iddia tələbləri qismən təmin olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X19 xx.xx.2014-cü il tarixdə verilən çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 57 kvadrat metr hissədə, X33 və X31 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X21 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 54 kvadrat metr hissədə; X33 və X32 arasında bağlanan 19 mart 2014cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X17 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kvadrat metr hissədə etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin X45 tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində Rafiq Nağıyev tərəfindən aparılmış tikililərin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət olunmuş, ilkin iddia tələbləri qalan hissələrdə, habelə qarşılıqlı iddia tələbi rədd olunmuşdur. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-128/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı2, X49 və X45 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin 14 iyun 2016-cı il tarixli qətnaməsi “X27 243 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində” ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında İddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin X45 tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində X45 tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət olunmuşdur. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-156/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qərarı ilə cavabdeh X45 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi baxılan hissədə - “İddiaçı2 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin X45 tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində sonuncu tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Hazırkı iş üzrə iddia müəyyən etmə və tanınma haqqında iddia növünə aid olmaqla İPM-nin 36-cı maddəsi ilə tənzimlənir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakılara istinad edir. İşin hallarından görünür ki, Cavabdeh Başçısının 30 dekabr 1998 il tarixli, 1975 nömrəli sərəncamı ilə eyni zamanda X29 Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış, xx.xx.2014-cü il tarixdə həmin ünvanda 0,03 hektar torpaq sahəsi mülkiyyət hüququ üzrə X14 adına qeydə alınmış, 19 mart 2014-cü il tarixdə o, 0,02 ha torpaq sahəsini X17, 0,01 ha torpaq sahəsini X3, qeyd edilən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2014-cü il tarixdə X12 adına, 0,01 ha topaq sahəsi xx.xx.2014-cü il tarixdə X13 adına qeydə alınmışdır. Hazırkı iş üzrə iddianın mübahisə predmeti Cavabdeh xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamıdır. İddiaçılar ilkin iddia ərizəsində sərəncamın Yeganə Quluyevaya münasibətdə etibarsız hesab olunmasını, iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində isə sərəncamın qüvvədən düşərək etibarsız sayılmasını xahiş etmişlər.
1. İddiaçı tərəfin sərəncamın etibarsızlığı ilə bağlı ilkin iddiasındakı dəlilləri: - Sərəncamın həqiqiliyinə şübhə vardır, sərəncam saxtadır. - Sərəncamın kimə ünvanlandığı aydın deyildir. - Sərəncamın forması düzgün tərtib olunmamışdır.
2. Sərəncamın qüvvədən düşərək hüquqi nəticələrinin etibarsız sayılması ilə bağlı dəlilləri: -Sərəncamla icazə verilən tikinti işlərinin aparılması müddəti üçüncü şəxs tərəfindən ötürülmüş, bununla da sərəncam qüvvədən düşmüşdür. Məhkəmə sərəncamın etibarsızlığı ilə bağlı aşağıdakı normalara istinad edir. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. -64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və yaqüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. -65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: -65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; -65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; -65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; -65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətləretməyi tələb edən inzibati akt; -65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici inzibati aktın etibarsızlığı və qanunsuzluğu institutlarını biri-birindən fərqləndirir. Belə ki, həmin normaların mahiyyəti baxımından qəbul edildiyi andan “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılmayan inzibati aktlar, hətta qanunsuz olsalar belə, qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan inzibati aktın, o cümlədən qanunsuz inzibati aktın hüquqi qüvvəsi onun etibarlılığına bağlıdır və yalnız etibarlı inzibati aktlar hüquqi qüvvəyə malik olur. Etibarsız inzibati aktlara münasibətdə isə qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılan inzibati aktlar qəbul edildiyi andan hüquqi qüvvəyə malik olmur və bu mənada hər hansı hüquqi nəticə yaratmır. Başqa sözlə, istinad olunan norma anlamında etibarsız inzibati akt mövcud olmamış, yararsız və əhəmiyyətsiz inzibati akt kimi qiymətləndirilir. Bununla bağlı nəzərə almaq lazımdır ki, etibarsız inzibati aktların dairəsi konkret olaraq müəyyən edilmişdir. Qanunverici tərəfindən inzibati aktın qəbul edildiyi andan etibarsız sayılmasını şərtləndirən hallar və bunun üzərindən qəbul edildiyi andan etibarsız sayılan inzibati aktlar əvvəlcədən həmin normada təsbit edilmişdir. İstinad olunan həmin normaya əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati aktlar, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən, faktiki səbəblər üzündən icrası mümkün olmayan, kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bundan imtina etdiyi hallarda, şəxs İPM-in 36-cı maddəsinə əsasən həmin aktın etibarsızlığının tanınmasına dair müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, belə iddianın qaldırılmasında şəxsin xüsusi hüquqi marağı qısa müddətdə etibarsızlığın müəyyən olunmasına və etibarsızlıq faktının konstatasiyasına yönəlmiş olur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, etibarsızlığın tanınması haqqında iddialar üzrə məhkəmə araşdırmasının predmeti “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması ilə məhdudlaşır və həmin halların müəyyən edilmədiyi təqdirdə, tanınma haqqında iddianın təmin olunmasından imtina olunur. Başqa sözlə, həmin iddia yalnız “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğu hallarda əsaslı sayıla bilər. Hazırkı iş üzrə iddiaçı tərəf sərəncamın həqiqiliyinə şübhənin olması, sərəncamın saxta olması baxımından o hala istinad edir ki, Səbail RİH-nın xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamında X16 topaq sahəsi ayrılması barədə olsa da, sərəncamların qeydiyyatı kitabında X6 torpaq sahəsi ayrılması kimi qeyd edilmişdir. Bu barədə Dövlət Arxivindən əldə edilmiş məlumatda da həmin sərəncamın həqiqiliyinə şübhə olduğu bildirilmişdir. Bununla əlaqədar iddiaçı tərəfin istinad etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2013-cü il tarixli, 2583 nömrəli məktubudur ki, həmin məktubda sərəncamın həqiqliyinə şübhə onunla əsaslandırılır ki, X29 torpaq sahəsi ayrılması barədə Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamının olmasına baxmayaraq, sərəncamların qeydiyyatı kitabında həmin şəxsin soyadının, adının və atasının adının qeyd olunmaması X29 torpaq sahəsinin ayrılmaması məzmununu ifadə edir. “Milli Arxiv fondu haqqında” Qanunun: -4-cü maddəsinə əsasən yaranma mənbəyindən, mühafizə yerindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasındakı arxiv sənədləri Milli arxiv fonduna daxil edilir. -7-ci maddəsinə əsasən arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sənədlərin Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan, sənədlərin xüsusi tarixi-mədəni dəyərini müəyyən edən, arxiv işçilərindən və müvafiq sahə mütəxəssislərindən ibarət olan ekspert komissiyası tərəfindən həyata keçirilir. Milli arxiv fondunun formalaşdırılması mənbələrində yaranan sənədlərin dəyərinin ekspertizası keçirilmədikdə və ya ekspertizanın aparılma qaydaları pozulduqda sənədlərin məhv edilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında” Əsasnamənin aşağıdakı bəndlərinə əsasən: -2.1. Milli arxiv fondunun komplektləşdirilməsi dedikdə, onun müntəzəm surətdə ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni və ya tarixi əhəmiyyəti olan sənədlərlə tamamlanması nəzərdə tutulur. -2.4. Milli arxiv fondunun komplektləşdirilməsi işinə aşağıdakı proseslər daxildir: - mənbələrin müəyyən edilməsi; - daimi mühafizə ediləcək sənədlərin tərkibinin öyrənilməsi; -sənədlərin daimi mühafizə üçün dövlət və qeyri-dövlət arxivləri arasında bölüşdürülməsi. -2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Sadalanan normaların tələblərindən çıxış edərək məhkəmə ilk olaraq qeyd edir ki, təqdim olunmuş arxiv sənədlərindən müəyyən olunur ki, Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Dövlət Arxiv fondu həmin sərəncamı əlaqəli sənədlərlə birlikdə mühafizə etmək üçün təhvil almış və təhvil alarkən eləcə də mühafizə etdiyi müddətdə həmin sərəncamın saxta olması və ya həqiqliyinə şübhənin müəyyən olunması məqsədilə nə sərəncamı təqdim edən qurumun (müvafiq icra hakimiyyəti orqanının), nə də öz təşəbbüsü ilə hüquq mühafizə orqanlarına məlumat verməmiş və ya həmin sərəncamın saxta olması barədə hüquqpozma ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qərarı müəyyən olunmamışdır. Başqa sözlə, dövlət arxivi bir tərəfdən etibarlı hüquqi sənədi -sərəncamı dövlət mühafizəsinə qəbul etmiş, digər tərəfdən iddiaçı tərəfə mühafizə altına aldığı torpaqayırma barədə sərəncamın həqiqiliyinə şübhə olması barədə məlumat vermişdir. Qeyd edildiyi kimi inzibati aktın bu və ya digər səbəbdən etibarsız sayılması barədə qərar qəbul etmək səlahiyyətinə yalnız həmin inzibati aktı qəbul etmiş inzibati orqan (və ya yuxarı inzibati orqan və ya hüquqi varisi olan qurum) və ya məhkəmə hesab olunduğu və mübahisəli sərəncamın ləğvi ilə bağlı səlahiyyətli qurumun qərarı barədə məlumat olmadığı halda Dövlət Arxivinin mövcud sərəncamın həqiqiliyini şübhə altına almaq və yaxud sərəncamla nəzərdə tutulmuş üçüncü şəxsə torpaq ayrılmadığını ifadə edən məlumat təqdim etmək səlahiyyəti qanunla nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə iddiaçı tərəfin istinad etdiyi Dövlət Arxivinin müvafiq məktubunu hazırkı sərəncamın etibarsızlığını ifadə edən mötəbər sənəd qismində qəbul etmir. Bundan əlavə, iddiaçı tərəfin mövqeyini mahiyyəti üzrə dəyərləndirdikdə müəyyən olunur ki, Y.Quluyevaya torpaq sahəsinin ayrılması barədə mübahisəli sərəncamla həmin sərənamın qeydiyyat kitabında işləndiyi ad və məzmun hissəsində uyğunsuzluq mövcuddur. Lakin bu uyğunsuzluq yenə də sözügedən sərəncamın etibarsızlığına dəlalət etmir. Belə ki, təqdim edilmiş Cavabdeh xx.xx.1998-ci il tarixli, 1975 nömrəli sərəncamının tam mətnindən müəyyən olunur ki, Badamdar qəsəbəsi ərazisində fərdi evin tikintisi üçün bir sərəncamla eyni vaxtda bir neçə vətəndaşa- X11, X24, X47, X30 və X4 hər birinə ayrıayrılıqda 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın işlənildiyi 1998-ci il üçün Səbail rayonu İcra Hakimiyyəti Başçısının 01-1982 nömrəli sərəncamlarının qeydiyyat kitabında 99-cu vərəqdə xx.xx.1998-ci il tarixli, 1975 nömrəli sərəncamının adı və qısa məzmunu qrafasında “Məhərrəmova....” adı qeyd olunmuşdur. Göründüyü kimi mübahisəli sərəncam eyni vaxtda 5 nəfərə (o cümlədən sıra üzrə 4-cü Yeganə Quluyevaya) torpaq sahəsinin ayrılması barədə olduğundan, həmin sərəncamla sadalanan vətəndaşlardan birinci sırada vətəndaş X6 torpaq ayrılması göstərildiyindən sərəncamların qeydiyyat kitabında da bütün vətəndaşların deyil, məhz birinci sırada gələn vətəndaş- Məhərrəmovanın soyadının qeyd edilməsi mümkündür və bu halda sərəncamın məzmununun qısa şəkildə qeyd edilməsi ağlabatandır. Başqa sözlə, qeydiyyat jurnalında qısa olaraq sərəncamla torpaq ayrılanlardan yalnız bir vətəndaşın, eləcə də sıra üzrə birinci şəxsin adının qeyd edilməsi digər 4 vətəndaşa, eləcə də üçüncü şəxsə torpaq ayrılmadığını deməyə hüquqi əsas vermir. Mübahisəli sərəncamın kimə ünvanlandığının aydın olmaması, sərəncamın formasının düzgün tərtib olunmaması, əlavə olaraq iddiaçının məhkəmə iclasında verdiyi vəsatətə əsasən sərəncamdakı imzaların saxta olmasına dair dəlilləri ilə də məhkəmə razılaşmır. “İnzibati icraat haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Qeyd edildiyi kimi mübahisəli sərəncamla 5 vətəndaşa, o cümlədən Yeganə Quluyevaya 600 kv.m ölçüdə torpaq sahəsinin ayrılması qərara alınmışdır. Sərəncamın arxivdən əldə edilmiş nüsxəsində sərəcamın adı-“Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” olduğu, sərəncamı qəbul edən inzibati orqan-Bakı şəhər Cavabdeh Başçısı, sərəncamın qəbul edildiyi tarix-30 dekabr 1998-ci il, nömrəsi 1975 saylı, sərəncamı imzalayan-icra hakimiyyəti başçısı-R.Məmmədov imzalı, sərəncamı qəbul edən icra hakimiyyətinin möhürü öz əksini tapmışdır. Başqa sözlə, sərəncam yuxarıda qeyd edilən yazılı inzibati aktın zəruri olan bütün rekvizitlərinə malikdir. Qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş İddiaçı1 torpaq sahəsinin ayrılması barədə xx.xx.1994-cü il tarxli 4147 nömrəli sərəncamı, eləcə də həmin ərazidə qonşu torpaq sahələrinin ayrılmasına dair sərəcamlar məsələn, N.Babaxanov, H.İsmayılzadə, S.Əliyeva, İ.İsmayılova torpaq sahəsinin ayrılması barədə xx.xx.1995-ci il tarixli 841 nömrəli sərəncam, X41 torpaq sahəsinin ayrılması barədə xx.xx.1994-cü il tarixli 2630 nömrəli sərəncamlar) məzmun və forma baxımından mübahisələndirilən 30 dekabr 1998-ci il, nömrəsi 1975 saylı, sərəncamının rekvizitləri ilə oxşar(eynilik) təşkil etdiyi müəyyən olunur. Həmçinin, üçüncü şəxsə aid sərəncamdakı Cavabdeh başçısı R.Məmmədovun qarşısındakı imza ilə İddiaçı1 torpaq sahəsinin ayrılması barədə xx.xx.1994-cü il tarxli 4147 nömrəli sərəncamında R.Məmmədovun qarşısındakı imzaların eyni olduğunu adi gözlə müşahidə etmək mümkündür. Bundan əlavə, məhkəmə iddiaçı tərəfin etibarsızlıqla bağlı qeyd etdiyi sərəncamla icazə verilən tikinti işlərinin aparılması müddətinin üçüncü şəxs tərəfindən ötürülməsi bununla da sərəncamın qüvvədən düşmüş olmasına münasibətdə qeyd edir ki, iddiaçı tərəfin qeyd etdiyi bu dəlil İİQ-nun 65-ci maddəsində nəzərdə tutulmuş etibarsızlıq əsaslarına uyğun deyildir. Belə ki, iddiaçının mövqeyinə əsasən sözügedən sərəncamda qeyd olunur ki, 2 il müddətinə tikinti işləri aparılmasa, torpaq sahəsi geri alınmalıdır. Əgər Y.Quliyeva 1998-ci ildə torpaq sahəsini almışdısa 2014-cü ildə tikintiyə başlamaq üçün həmin ərazidə daş tökərək tikinti işlərinə başlayırsa, bu o deməkdir ki, sərəncamla verilmiş tikinti müddəti bitmiş və nəticə etibarı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsi artıq başqa vətəndaşa verilmiş hesab edilməlidir. Məhkəmə bu dəlillə bağlı ilk növbədə qeyd edir ki, iddiaçının sərəncamla nəzərdə tutulmuş 2 illik müddətin keçməsinə istinad etməsi iddiaçı tərəfin irəli sürdüyü sərəncamın həqiqiliyinə şübhənin olması barədə etibarsızılıq əsası ilə ziddiyyət təşkil edir və ya iddiaçı tərəfin irəli sürdüyü etibarsızlıq halını aradan qaldırır. Belə ki, iddiaçı tərəfin sərəncamla inşaat müddətinin keçdiyini, bununla da həmin torpağın başqasına verilməsinə əsas verməsini qeyd etməsi bilavasitə iddiaçıların həmin sərəncamın mövcudluğunu, belə bir inzibati aktın yuxarıda qeyd edilən etibarsızlıqla bağlı dəlillərinin əksinə olaraq onun əvvəlcədən mötəbəliyini qəbul etdiyini, yalnız sərəncamın nəzərdə tutulmuş inşaat müddətinin keçməsi səbəbi ilə hüquqi nəticə yaratmadığını irəli sürdüyünə dəlalət edir. Başqa sözlə, iddiaçı tərəf sözügedən sərəncamın etibarsız hesab edilməsi ilə bağlı konkret əsaslara sahib deyil. Digər tərəfdən, sərəncamdakı inşaat müddətinə gəlincə 30 dekabr 1998-ci il tarixli, 1975 nömrəli sərəncamın məzmununda tikinti işlərinin başa çatdırılması müddəti sərəncam qəbul olunduğu gündən 2 il hesab edilməsi, qeyd olunan müddətdə tikinti işlərinə başlanmazsa torpaq sahəsinin İcra Hakimiyyəti tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi barədə müddəa olmuş və sözügedən sərəncamda qeyd edilən müddətdə tikinti işləri aparılmamış olsa da rayon icra hakimiyyəti tərəfindən həmin torpaq sahəsi üçüncü şəxsdən geri alınmamışdır. Əksinə, sərəncam 1998-ci il olmaqla həmin sərəncamın üzərindən 13 ilə yaxın müddət keçdikdən sonra hüquqi varis olan hazırkı Cavabdeh başçısının müavininin imzası ilə xx.xx.2011-ci il tarixli, 3-36 nömrəli məktubu ilə sözügedən sərəncamla X22 ayrılmış, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 9 döngə 415 nömrəli 600.0 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş və yerləşmə cizgisi Səbail RİHB-nın müavini Y.Allahverdiyev tərəfindən “təsdiq edirəm” yazısı və imzası ilə, RİHB-nın Badamdar qəsəbə nümayəndəsi N.Abbasovun imzası və nümayəndəliyin möhürü ilə təsdiqlənmişdir. Dolayısı ilə Cavabdeh X22 ayrılmış torpaq sahəsinin yerləşmə cizgisini tərtib etməklə nəinki torpaq sahəsini geri almamış, həm də həmin cizginin verilməsinin əsasında dayanan ilkin torpaqayırma sənədi olan 30 dekabr 1998-ci il tarixli, 1975 nömrəli sərəncamın həqiqiliyi, mötəbərliliyini və hüquqi qüvvəsini qəbul etmiş və təsdiq etmişdir. Başqa sözlə, mübahisələndirilən sərəncam ləğv edilmədiyi, geri çağırılmadığı halda və ya sərəncamın qeyd edilən 2 illik müddət keçdikdən sonra torpaq sahəsi geri alınmadığı, bu barədə yerli icra hakimiyyəti müvafiq inzibai akt qəbul etmədiyi və yaxud faktiki xarakterli hərəkəti ilə torpaqdan məhrumetmə baş vermədiyindən, əksinə həmin sərəncamla ayrılmış torpaq sahəsinin 2011-ci ildə yerləşmə cizgisini tərtib edilməsi onu deməyə əsas verir ki, mübahisəli sərəncam qüvvədədir və sərəncamın qüvvədən düşmüş hesab edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud deyildir. Beləliklə, hazırkı mübahisəyə münasibətdə “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində təsbit edilmiş və cavabdehin sərəncamının etibarsızlığını şərtləndirən əsasların mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova