Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1195/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X9, "xxxx" ASC və Bakı şəhər İcra Hakimiyyəti) “torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və bu barədə iddiaçıya məlumatın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X9 və "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yer müəyyən edilməklə plan-ölçü və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və bu barədə iddiaçıya rəsmi məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2144/2017 saylı 14.09.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, 19 fevral 2004-cü il tarixli JN-10756D saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və bu barədə iddiaçıya rəsmi məlumatın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Ərizəçi Bakı şəhər İcra Hakimiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin həmin iş üzrə üçüncü şəxs qismində tanınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2144/2017 saylı 25.06.2020-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan Bakı şəhər İcra Hakimiyyəti apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 22.09.2020-ci il tarixli 2-1(103)- 1627/2020 saylı qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 25.06.2020-ci il tarixli, 2-1(81)- 2144/2017 qərardadı ləğv olunmuş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X9 və "xxxx" ASC) “torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və s.” tələbinə dair işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 2144/2017 saylı 17.05.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2144/2017 saylı 14.09.2017-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhər İcra Hakimiyyəti hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və hazırki işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə izahatında bildirdi ki, iddiaçı 30 yanvar 2004-cü il tarixdə 14 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 4Ə-1/8 saylı müqaviləyə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş 19 fevral 2004cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. İddiaçı cavabdehə müraciət edərək qeyd edilən torpaq sahəsinə plan-ölçü və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Bildirişdə göstərilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətində olduğu üçün ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən də 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yer müəyyən edilməli və bu barədə iddiaçıya rəsmi məlumat verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi X5 mülkiyyətindədir. Ona görə də iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsi Qanuni nümayəndə ünvanlanmış 01.02.2017-ci il tarixli **********29 nömrəli imtina bildirişindən görünür ki, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətində olduğundan ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 25.08.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş 19 fevral 2004-cü il tarixli JN-10756D saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 30 yanvar 2004-cü il tarixli 4Ə-1/8 saylı müqavilə ilə satılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü, yerləşdiyi yerin sxemi də Şəhadətnamədə göstərilmişdir. Həmin məktuba əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş surətindən görünür ki, həmin torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti başçısının 18.05.1995-ci il tarixli 1473a saylı sərancamına əsasən X3 verilmişdir, 31.05.2002-ci il tarixli (reyestrdə 2V-87 nömrə ilə qeyd edilmişdir) Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən həmin torpaq sahəsinə X4 vərəsəlik hüququ tanınmışdır, 30.01.2004-cü il tarixli reyestrdə 4Ə-1/8 nömrə ilə qeyd edilmiş müqaviləyə əsasən X8 həmin torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 23.04.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş 23 dekabr 2003-cü il tarixli JN-10049D saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Səbail RİH başçısının 18.05.1995-ci il tarixli 1473a saylı sərəncamı və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunun 31.05.2002-ci il tarixli 2V-87 saylı vərəsəlik hüququ haqqında Şəhadətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X8, X2, X1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü, yerləşdiyi yerin sxemi də Şəhadətnamədə göstərilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 6-cı hissəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65-ci maddəsinin 8-ci hissəsinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş 19 fevral 2004-cü il tarixli JN-10756D saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 30 yanvar 2004-cü il tarixli 4Ə-1/8 saylı müqavilə ilə satılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü, yerləşdiyi yerin sxemi də Şəhadətnamədə göstərilmişdir. Cavabdeh həmin torpaq sahəsinin başqa şəxslərin torpaq sahələri ilə üstüstə düşdüyünü bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə isə ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. İddiaçıya məxsus torpaq sahəsinin yerləşmə yeri JN-10756D saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilsə də, faktiki yerləşdiyi yerin müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 19 fevral 2004-cü il tarixli JN-10756D saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və bu barədə İddiaçı rəsmi məlumatın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1195/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1195/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver