Məhkəmə qərarları › İş №2-1(112)-1195/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1195/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1195/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 04 may 2013-cü il tarixdən, 50 yaşdan “X10” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq 01 yanvar 2006-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və 03 mart 2020-ci il tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında pensiya hüququnun yarandığı 04 may 2013-cü il tarixdən 01 yanvar 2006-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 50 yaşının tamam olduğu 04 may 2013-cü il tarixə kimi 20 ildən çox ümumi, bu müddətin 15 ilindən çoxunu hava gəmilərində xidmət işlərində çalışdığı üçün 01 yanvar 2006-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər — 55 yaşına çatdıqda və azı 25 il – ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa; qadınlar — 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa; müddəalarına görə, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığı üçün pensiya təyin edilməsi və son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmən müraciət etmişdir. Lakin cavabdeh 31 mart 2023 -cü il tarixli, 3-17-1/2-67323/2023 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, ümumi iş stajı 25 ildən üz (16 il 2 ay 1 gün), güzəştli iş stajı 10 ildən az sığorta hissəsində qeydə alınmış pensiva kapitalı əmək pensiyasının olmayan pensiya təyinatına imkan vermədiyi üçün qanunvericiliyin tələblərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilməmişdir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubunu 12 aprel 2023-cü il tarixdə poçt vasitəsi ilə SS808568443AZ izləmə kodu olan zərfdə almışdır. “X10” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı xx xxx 1963-cü il tarixdə Rusiya Federasiyasının Prokopyevsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşıdır və hal-hazırda ünvan 1 ünvanında yaşayır. Orta təhsilini başa vurduqdan sonra Belovsk Enerji Tikintisi Texnikumunun əyani bölməsinə qəbul edilmiş və 05 mart 1983-cü il tarixdə həmin texnikumu bitirmişdir. 06 aprel 1983-cü ildə X16 Stansiya Tikinti İdarəsində qazanxanada növbə ustası vəzifəsinə işə qəbul edilmişdir. 01 noyabr 1983-cü ildə qazanxanada aparatçı keçirilmişdir. 26 dekabr 1984-cü ildə iqtisadçı keçirilmişdir. 01 sentyabr 1987-ci ildə işdən çıxmışdır. 29 sentyabr 1987-ci ildə Krasnobrodnensk Eneıjitikinti İdarəsində suvaqçı şagirdi işinə qəbul edilmişdir. 29 mart 1988-ci ildə suvaqçı - rəngsaz keçirilmişdir. 22 sentyabr 1988-ci ildə işdən çıxmışdır. 07 fevral 1989-cu ildə Bakı Zərif Mahud Kombinatında anbardar vəzifəsinə qəbul edilmişdir. 29 dekabr 1989-cu ildə işdən çıxmışdır. 19 fevral 1990-cı ildə Mülki Aviasiyanın Bakı X4 Xidmətinə təyyarə bələdçisi işinə qəbul edilmiş və 10 yanvar 2000-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə aydın olur ki, cavabdeh onun əmək kitabçasındakı qeydlər əsasında ümumi iş stajının az olması qənaətinə gəlmişdir ki, bu da kökündən yanlış yanaşma hesab edilməlidir. Belə ki, bu cür yanaşma Azərbaycan Respublikasının mövcud qanunvericilik aktlarına ziddir və mülki aviasiyada xidmət etmiş şəxslərə münasibətdə kütləvi şəkildə hüquqların tapdalanması hallarına gətirib çıxarma ehtimalı olduğu üçün ictimai təhlükəli hərəkət hesab edilə bilər. Məsələ burasındadır ki, cavabdeh iddiaçının təyyarə bələdçisi vəzifəsində çalışdığı dövrü təqvim günləri ilə sayaraq, ümumi iş stajının 25 ildən az olmasını (halbuki bu hazırda qüvvədə olan tələbdir, hüququnun yarandığı vaxt ümumi iş stajı tələbi 20 il idi) bildirmişdir, halbuki həmin iş dövrünün hesablanması qaydası fərqlidir, təqvim günləri ilə deyil, uçuş saatlarının il, ay və günlərlə ifadəsi üçün xüsusi qayda ilə konvertasiyası aparılır. Həmin konvertasiya qaydası isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X10” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.7-ci maddəsində qeyd edilir ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir. “Mülki aviasiya uçuş və uçuş-smaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın (sonradan – Uçuş Qaydaları) 3.1-ci maddəsində öz əksini tapmışdır və orada deyilir: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Həmin əsaslarla (həmçinin, sovet dövründə qüvvədə olmuş qaydalar əsasında) Azərbaycan Hava Yollan QSC-nin iddiaçıya təqdim etdiyi 904 nömrəli, 02 dekabr 2008-ci il tarixli arayışda xx.xx.1990-xx.xx.2000 tarixləri arasında topladığı 3127 saat uçuş saatı əvvəlcə 18-ə bölünmüş, alınan nəticə (3127:18=173,72) sonradan 11 aya bölünərək 173,72:12 - 14 il 5 ay stajının olduğu öz əksini tapmışdır. Beləliklə, aydın olur ki, 01 yanvar 2006-cı il tarixinə kimi iddiaçının topladığı ümumi sığorta stajı:

1. 2 il 6 ay 4 gün - əyani təhsil dövrü

2. 4 il 4 ay 26 gün – ildə X16 Stansiya Tikinti İdarəsində qazanxanada növbə ustası

3. 0 il 11 ay 24 gün – Krasnobrodnensk Eneıjitikinti İdarəsində suvaqçı şagirdi

4. 10 ay 22 gün - Bakı Zərif Mahud Kombinatında anbardar

5. 14 il 5 ay - təyyarə bələdçisi olmaqla cəmi 23 il 2 ay 12 gün ümumi iş stajının və bununla da cavabdehin iddiaçının güzəştli pensiya təyinatı üçün tələb edilən ümumi iş stajının (20 il) olmaması barədə mülahizəsinin əsassız olması sübuta yetirilir. Əsassız olmasının sübuta yetirilməsi tələb olunan ikinci məsələ cavabdehin iddiaçıya pensiya təyinatı aparılması üçün pensiya kapitalının lazım olan 43200 manatdan az olması mülahizəsidir. “X10” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə - bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir - müddəasına görə, iddiaçıya pensiya təyinatı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən aparılmalıdır və bu səbəblə də, iddiaçıdan pensiya kapitalı tələb edilə bilməz, çünki pensiya kapitalı anlayışı 01 yanvar 2006-cı il tarixində qüvvəyə minmiş “X10” Azərbaycan Respublikası Qanununun tələbləri siyahısındadır, geriyə hüquqi qüvvəsi ona görə mümkün deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Buradan aydın olur ki, cavabdeh konstitusion hüquqlarını pozmuş, onu məhdudlaşdırmaq istəmişdir. Məsələ burasındadır ki, “X10” Azərbaycan Respublikası Qanununun istər 9.1, istərsə də 9.3-cü maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün minimum əmək pensiyası məbləğindən az olmayan təyinatına imkan verən pensiya kapitalının mövcud olması tələbi 01 iyul 2017-ci il tarixindən etibarən keçərlidir, yəni güzəştli pensiya təyinatı üçün yaş və staj tələbləri həmin tarixdən sonra ödənilən şəxslərə tətbiq edilə bilər. İddiaçının hüququ yarandığı 09 aprel 2015-ci il tarixində “X10” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılarkən, pensiya kapitalı pensiva məbləğinin formalaşmasında istifadə edilən əlavə kimi istifadə edilirdi və vacib tələb deyildi. Yəni, nəinki 01 yanvar 2006-cı il tarixdən sonra, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələbləri əsasında, həmçinin “X10” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən də pensiya təyinatı aparılarkən pensiya kapitalı əsas pensiya məbləğinin formalaşmasında istifadə edilən pensiyaya əlavə statusunda idi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X10” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü maddəsinə görə, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qaydaların 4.1.10-cu maddəsinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. İddiaçı ümumi və xüsusi iş stajını 01 yanvar 2006-cı il tarixinə kimi qazanmış olduğu üçün 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılması tələbində özünü haqlı hesab edir. Pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən aparılmalı olduğu, pensiya kapitalı və onun minimum məbləği barədə həmin qanunda heç bir müddəa olmadığı üçün cavabdehin belə bir pensiya kapitalını iddiaçıdan tələb etməsi qanunaziddir. Belə bir müddəa öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(102)-1949/2022 nömrəli “iddiaçı X2 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı” iş üzrə çıxardığı qərarda da öz əksini tapmışdır. Həmin iddiada iddiaçı olan şəxslə eyni vəzifədə, eyni dövrdə və eyni müəssisədə işləmişlər. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “X10” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş sərtlər daxilində yas həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yasa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) vasa görə əmək pensiyası hüququ vardır. İşin mübahisələndirilən halları:

1. ümumi sosial sığorta stajı;

2. güzəştli sosial sığorta stajı;

3. fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 21.1-ci maddəsinə görə, şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “X10” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “X10" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçı ümumi iş stajı 25 ildən az (16 il 02 ay 01 gün (xx.xx.1983xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990xx.xx.2000-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə X6 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “X10” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “X10” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.20-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İddiaçı L.Yervominanın güzəştli iş stajı 12 il 06 aydan az (09 il 10 ay 21 gün (xx.xx.1990xx.xx.2000-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40320.00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14974,13 manat təşkil edir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı qanunla tələb edilən 25 il ümumi və 12 il 06 ay güzəştli sosial sığorta stajı olmadığından, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyil. İddiaçı dair ET-İ seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Belov Enerji Tikinti Texnikumunda təhsil almışdır. İrtışqesstroy Tİ mənzil-kommunal kontorunda xx.xx.1983cü il tarixdə 46/k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən KE 2514 qazanxananın növbəli ustası təyin edilmişdir. xx.xx.1983-cü il tarixdə 140/k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən KE qazanxananın 3-cü dərəcəli aparatçısı keçirilmişdir. xx.xx.1983-cü il tarixdə 157/k saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən iqtisadçı keçirilmişdir. xx.xx.1987ci il tarixdə 108k saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən Qazaxıstan ƏQM-nin 32-ci maddəsinə əsasən öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.1987-ci il tarixdə 53k saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən suvaqçı şagirdi işinə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdə 19k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən tikinti sahəsinə 2-ci dərəcəli suvaqçırəngsaz keçirilmişdir. xx.xx.1988-ci il tarixdə 52-k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən RSFSR ƏQM-nin 31-ci maddəsinə əsasən öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə 19/5k saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən Bakı Zərif Mahud Kombinatına OQM-ə baş anbardar işinə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdə 132/OK saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə 18/л saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən Bakı Mülki Aviasiya Hava Limanında təyyarə bələdçiləri xidmətinə təyyarə bələdçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1991-ci il tarixdə 6/л saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən Bakı Hava Limanının yenidən təşkili ilə əlaqədar olaraq AZALTRANS Bakı Nəqliyyat Aviaşirkətinə eyni vəzifəyə keçirilmişdir. xx.xx.1992-ci il tarixdə Azal konserninin xx.xx.1992-ci il tarixli 51 saylı əmrinə əsasən BNA-nın yenidən təşkili ilə əlaqədar olaraq “Azaltrans”ın adı "xxxx" Bakı Nəqliyyat Aviaşirkətinə dəyişdirilmişdir. xx.xx.1997-ci il tarixdə 12/л saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən “Azaltrans”ın yenidən təşkili ilə əlaqədar olaraq “AZAL” BAK təyyarə bələdçisi vəzifəsində hesab edilmişdir. xx.xx.2000-ci il tarixdə 3/ш saylı xx.xx.2000-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi 3-cü bəndinə əsasən işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-4-67323/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “X10” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 26 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Xüsusi Şərtlərlə Təyinat üzrə X6 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. ЖГ seriyalı 321741 saylı xx.xx.1983-cü il tarixli diplomdan görünür ki, X7 1980-ci il tarixdə Belovsk Enerji Tikintisi Texnikumunun əyani bölməsinə daxil olmuş və 1983-cü il tarixdə bitirmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş BA-02661-2022 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən həqiqətən Dövlət Arxivinin Bakı Filialında saxlanılan Bakı Zərif Mahud Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı xx.xx.1989-cu il tarixli 19/ok saylı əmrlə xx.xx.1989-cu il tarixdən baş anbardar vəzifəsinə işə qəbul olunması, xx.xx.1989-cu il tarixli 133/KŞ saylı əmrlə xx.xx.1989-cu il tarixdən öz xahişi ilə işdən azad olunması, 1989-cu ilə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim edilmişdir: 1989-cu il üçün- yanvar ----, fevral 87-08, mart 137-50, aprel 132, may 132, iyun 132, iyul 132, avqust 116-12, sentyabr 132, oktyabr 132, noyabr 91-61, dekabr 101-52. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 3-17-1/3-1-78243/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (AZE ********, FİN xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə 2-1(112)-9891/2023 nömrəli inzibati iş vardır. Y.X11 “X10” Qanunun 9.8-ci maddəsini nəzərə alaraq xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “d” bəndində nəzərdə tutulan təyyarə bələdçisi vəzifəsi əsas götürülməklə, ona 50 yaşdan pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə ərizə ilə müraciət etmişdir. Mərkəzi Filial tərəfindən verilmiş imtina məktubunda Qanunun hal-hazırda qüvvədə olan redaksiyasına əsasən münasibət bildirilmiş və mübahisələndirilmə əsasları qeyd edilməmişdir. İşə tam, hərtərəfli və obyektiv baxılması məqsədilə, həmçinin məhkəmənin şifahi sorğusuna əsasən iddiaçı Y.Yeryominanın “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “d” bəndinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranmaması, yaranmadığı təqdirdə səbəbləri, həmçinin iddiaçının mübahisələndirilən ümumi və güzəştli sosial sığorta stajının hansı dövrləri əhatə etməsi və mübahisələndirilmə əsasları barədə məlumatların mümkün qədər qısa müddətdə təqdim edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-269221/23 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “X10” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “d” bəndinə uyğun olaraq, hava gəmilərində bələdçi işləyən qadınlar 50 yaşına çatdıqda ən azı 20 il ümumi stajı olduqda, bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa, onların güzəştli şərtlərlə hüququ var. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 20 ildən az (16 il 2 ay 1 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 10 ildən az (9 il 10 ay 21 gün (xx.xx.1990- xx.xx.2000-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də X5 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “d” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-27-102/2- 5240/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın (Çikaqo, 07 dekabr 1944-cü il) 6 saylı Əlavəsinə əsasən ekipaj heyətinin üzvü uçuş vaxtı hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin istismarçısı tərəfindən təyin olunan şəxsdir. Ekipaj üzvü uçuş heyəti və kabinə heyəti üzvlərindən ibarətdir. Müvafiq Əlavəyə əsasən uçuş heyəti üzvü uçuş xidməti müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı üzərinə vəzifələr qoyulmuş sertifikatı olan şəxsdir. Kabinə heyəti üzvü xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin sahibinin və ya istismarçının təyin etdiyi şəxsdir və təyyarə bələdçisi kabinə heyəti üzvlərindən biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X3 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Hava gəmisinin təyyarə bələdçisinin əmək funksiyasının həcmi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 24 fevral tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1 müəyyən edilmişdir. Belə ki, təyyarə bələdçisi gəmi heyəti ilə birlikdə uçuşdan qabaq təlimat aparmağı, fövqəladə halların, o cümlədən hava gəmisinə (HG) hücum hallarının məşq edilməsini (şərti işarələrin verilməsi) yerinə yetirir; qəza-xilasetmə vasitələrindən düzgün istifadə qaydalarını və bu qaydaları sərnişinlərə nümayiş etdirir və onları məlumatlandırır. HG-də sərnişin salonunun, mətbəxin sanitar vəziyyətini yoxlayır və uçuş zamanı nəzarət edir. HG-nə yüklənən qida məhsullarının kəmiyyətinə nəzarət edir, sərnişinlərin qida ilə təmin edilməsinin sanitar qaydalarının pozulması hallarında onların qəbul edilməsindən imtina edir, geyim formasından istifadə qaydalarına əməl edir, habelə hava gəmisində sərnişinlərin məlumatlandırılmasına və onların davranış qaydalarına nəzarət edir. Sərnişinlər HG-nin salonunu tərk etdikdən sonra unudulmuş əşyaların olub-olmadığını yoxlayır, təsdiq edilmiş plana əsasən qəza-xilasetmə vasitələri, qəza cədvəli, sərnişinlərin, yükün, poçtun daşınması və sərnişinlərə xidmət göstərilməsini yerinə yetirir. Özü və ətrafdakılar üçün təhlükə mənbəyi olan xəstə və sərxoş vəziyyətdə olan sərnişinlərin hava gəmisinə qəbul edilməsindən imtina edir. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13-2/2-12/4996/2023 saylı xx.xx.2023cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü, Azərbaycan Respublikasının Mülki Aviasiya sistemində xx.xx.1990-ci ildən xx.xx.2000-ci ilə kimi təyyarə bələdçisi vəzifəsində çalışmışdır və onun həmin vəzifədə iş stajı 9 il 10 ay 21 gün təşkil edir. İşlədiyi müddətdə İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə kimi (02 il 06 ay 24 gün) sosial məzuniyyətdə olmuşdur. İddiaçı işləmiş olduğu təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bəndinin (Mülki aviasiya) 8-ci sətrində qeyd edilib. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13-2/2-12/6302/2023 saylı xx.xx.2023cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı, Azərbaycan Respublikasının Mülki Aviasiya sistemində xx.xx.1990-cı ildən xx.xx.2000-ci ilə kimi təyyarə bələdçisi vəzifəsində çalışmışdır və onun həmin vəzifədə iş stajı 9 il 10 ay 21 gün təşkil edir. İşlədiyi müddətdə İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə kimi (02 il 06 ay 24 gün) sosial məzuniyyətdə olmuşdur. Təyyarə bələdçiləri, böyük təyyarə bələdçiləri, təlimatçı-təyyarə bələdçiləri, hava gəmilərinin bort operatorları, böyük bort operatorları, təlimatçı-bort operatorları “X10” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsaslanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. İddiaçı uçuş saatlarına dair (cəmi 3138 saat) arayış əlavə edilmişdir: İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında ölkə hüdudları kənarında olacağı üçün işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

X13 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “X10” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “X10” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin d) bəndinə əsasən: hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər—55 yaşına çatdıqda və azı 25 il-ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa; “X10” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “X10” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “X10” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 20 ildən az (16 il 02 ay 01 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989cu il, xx.xx.1990-xx.xx.2000-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13-2/2-12/4996/2023 saylı xx.xx.2023cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü, Azərbaycan Respublikasının Mülki Aviasiya sistemində xx.xx.1990-ci ildən xx.xx.2000-ci ilə kimi təyyarə bələdçisi vəzifəsində çalışmışdır və onun həmin vəzifədə iş stajı 9 il 10 ay 21 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”ndan:

3. "X10" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-27-102/2- 5240/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın (Çikaqo, 07 dekabr 1944-cü il) 6 saylı Əlavəsinə əsasən ekipaj heyətinin üzvü uçuş vaxtı hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin istismarçısı tərəfindən təyin olunan şəxsdir. Ekipaj üzvü uçuş heyəti və kabinə heyəti üzvlərindən ibarətdir. Müvafiq Əlavəyə əsasən uçuş heyəti üzvü uçuş xidməti müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı üzərinə vəzifələr qoyulmuş sertifikatı olan şəxsdir. Kabinə heyəti üzvü xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin sahibinin və ya istismarçının təyin etdiyi şəxsdir və təyyarə bələdçisi kabinə heyəti üzvlərindən biridir. İddiaçının onun umumi və güzəştli iş dövrünün təqvimə əsasən deyil, uçuş saatlarına əsasən hesablanmalı olması ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3-cü bəndində "X10" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajının hesablanması qaydaları nəzərdə tutulur. Lakin iddiaçının tutduğu “təyyarə bələdçisi” vəzifəsi uçuş heyətinin deyil, kabinə heyəti üzvüdür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qurum iddiaçının sığorta stajını uçuş saatları ilə deyil, təqvim (illər, aylar, günlər) əsasında hesablamaqda və iddiçının 25 il ümumi və 12 il 06 ay güzəştli sosial sığorta stajı olmadığını qeyd etməkdə haqlı olmuşdur. İddiaçı 04 may 2013-cü il tarixdən, 50 yaşdan “X10” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq 01 yanvar 2006-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququna malik deyil. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunsuz hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar