Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11959/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakları ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə qarşı qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N22-ci il tarixli 059əç nömrəli əmrinin ləğv edilməsi, onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əvvəl tutuduğu vəzifəsinə (işinə) bərpa olunmağı və məcbui işburaxmaya görə əmək haqqının hesablanaraq, cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N00-ci ildə Hacıqabul rayonunda doğulmuşdur. N19-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdır. 1 il 6 ay Müdafiə Nazirliyinin Bərdə korpusunda xidmət etmişdir. NN-ci ilin iyul ayında hərbi xidmətini başa vurmalı idi. Lakin Tovuz döyüşləri ilə əlaqədar NN-ci ilin avqust ayında ehtiyata buraxılmışdır. N21-ci ilin yanvar ayında MAHHXHQ-da kiçik cavuş kimi hərbi xidmətə başlamışdır. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N22-ci il tarixli 059əç nömrəli əmrinə əsasən xidmətdən azad edilərək ehtiyata buraxılmışdır. Xidmətdə olduğu müddətdə xidmətdən azad olunmağına əsas verən heç bir nöqsana yol verməmişdir və hansı səbəb görə xidmətdən azad edildiyini bilmir. Həmçinin əmrin surəti ona təqdim edilməmişdir, yalnız SHXÇDX-nin Hacıqabul rayon şöbəsinə hərbi qeydiyyata durmağı üçün xx.xx.N22-ci il tarixli təyinat vərəqinin surəti ona təqdim edilmişdir. Onun hansı maddəyə əsasən xidmətdən kənarlaşdırılmağı ona məlum deyil. Əmrin surəti və hərbi bileti də ona təqdim edilmədiyindən o, bununla bağlı heç bir məlumatı yoxdur. Müddət keçəndən sonra onun məhkəməyə müraciət etməyi mümkün olmayacağından hazırkı ərizəsini tam əsaslandıra bilmir. Cavabdeh orqanın nümayəndəsi tərəfindən əmrin surəti məhkəməyə təqdim edildikdən sonra o, həmin əmrlə tanış olub iddia ərizəsinə əlavələrini qeyd edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.N22-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri, əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunaraq, məhkəmənin həmin tarixli sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsı Müdafiə Nazirliyi tərəfindən İPM-nin 47-ci maddəsinə uyğun qaydada məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmasına əsas olan sənədlərə baxılmışdır, kiçik-çavuş İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhtəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. Belə ki, kiçik-çavuş Əhmədov X4 nazirinin “Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimatin” təsdiq edilməsi haqqında 10 dekabr N19-cu il tarixli 010 nömrəli qərarın, Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin “Məlumat sızmasının qarşısının alınması haqqında" 16 fevral N14-cü il tarixli və “İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında” 14 oktyabr N14-cu il tarixli müvafiq əmrlərinin tələblərini ciddi şəkildə pozduquna, yəni hərbi hissədə qadağan olunmuş smartfon tipli telefon işlədərək “TİK-TOK” sosial şəbəkəsində videolar paylaşdığına görə xidmət etdiyi N nömrəli hərbi hissədə N fevral N22-ci il tarixdə “müddətdən artıq hərbi qulluqçuların" şərəf məhkəməsində dinlənilmişdir. N fevral N22-ci il tarixində şərəf məhkəməsində dinlənildikdən sonra “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılması barədə qərar qəbul olunmuş və yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Təqdimatında kiçik-çavuş İddiaçı xidmətdə özünü nizam intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. İxtisasına uyğun bilik və hazırlıq səviyyəsi kafidir, işinə tənqidi və yaradıcılıqla yanaşma qabilliyyətinə malik deyil. Xidmət yerinə gecikmə, vəzifə borcunun icrasına səhlənkar yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanın xx.xx.N22-ci il tarixli 059əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmişdir. xx.xx.1994-cü il tarixli 885 №-li Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Təbiidir ki, Müdafiə Nazirliyi əmr və sərəncamların tələblərini pozan, xidməti vəzifələrin icra olunmasına səhlənkar yanaşan, hərbi qulluqçuların şərəf və ləyaqətini ləkələyən, Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrlarla komplekləşdirilməsinə yol verilmir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskrison səlahiyyətə sahibdir. Bütün göstərilənləri nəzəra alaraq Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının əmri ləğv edilərək iddiaçı kiçik-çavuş İddiaçı xidmətə bərpası mümkün olmadığı qeyd olunmuşdur. xx.xx.N22-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı və onun nümayəndəsi X5 ayrıayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Cavabdehin mübahisəli əmri 1) inzibati orqan (Müdafiə Nazirliyi) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasını) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanladığı şəxs (hərbi qulluqçu olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (iddiaçının xidmətinə xitam verən) əmr formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan "İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımından; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik) 2.inzibati aktın qüvvədə olan hüquqauyğun olması. İnizbati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddia mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı - Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı barəsində cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsı Müdafiə Nazirliyi tərəfindən verilmiş ehtiyata buraxılması barədə əmri məhkəməyə iddia vermək yolu ilə mübahisələndirmiş, qeyd olunan iddia ərizəsi iddiaçı tərəfindən imzalanmışdır. Mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi X3 xx.xx.N22-ci il tarixli 059əç №-li əmrindən iddiaçının xx.xx.N22-ci il tarixli hazırki iddia ərizəsi xx.xx.N22-ci il tarixdə məhkəməyə məhkəməyə daxil olmuşdur. İddia əsassızdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AA******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.N00-ci ildə Hacıqabul şəhərində doğulmuşdur, Bakı şəhəi, Binəqədi rayonunda qeydiyyatdadır. 9881 №-li Hərbi hissə Divizionlar qrupunun komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədə qeyd olunmuşdur ki, MAHHXHQ kiçik çavuş İddiaçı N21-ci ilin aprel ayından N nömrəli hərbi hissənin 2-ci bölmənin enerji təminat bölməsinin baş dizelçi elektrik vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam-intizamı zəif bır hərbçi kimi göstərmişdir. Hərbi nəzakət və davranış qabiliyyətinə malikdir. Bilik səviyyəsi zəifdir, lakin artırılması üzrə öz üzərində çalışır. Tabe olmaq bacarığı zəifdir. Hərbi geyim formasını səliqə-səhmanla saxlayır. Rəhbər sənədlərin tələblərinin öyrənilməsində səy göstərir. Özünə və yoldaşlarına qarşı tələbkardır. Komandir və böyük rəislər tərəfindən verilən əmr və sərəncamları düzgün dərk etməkdə çətinlik çəkir və vaxtı-vaxtında yerinə yetirilməsi zamanı nəzarət tələb edir. Kollektiv arasında qismən hörmətə malikdir. Sosial şəbəkələrə meyillidir, özünü nümayiş etdirməyi sevir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini zəif bilir və gündəlik həyatda onların tələblərinə uyğun xidməti təşkil etməkdə nəzarət tələb edir. Dövlət sirlərini qorumağı bacarır. Fiziki cəhətdən sağlam, mənəvi cəhətdən safdır. N nömrəli hərbi hissənin MAHHXHQ heyətinin şərəf məhkəməsinin xx.xx.N22-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, şərəf məhkəməsində N nömrəli hərbi hissənin divizionlar qrupunun 2-ci bölməsinin radiotexniki batareyanın enerji-təminatı bölməsinin baş dizelçi elektriki müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçikçavuş İddiaçı xidmət zamanı yol verdiyi nöqsanlara, xidmətə laqeyd münasibət göstərdiyinə və mobil telefonların istifadəsi zamanı iformasiya təhlükəsizliyinin təmin olunması qaydalarını qəsdən pozduğuna görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa gorə) əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. 981 №-li Hərbi Hissə Komandirinin “Hərbi hissədə inforasiya təhlükəsizliyinin pozulması və təqsirkar şəxslərin cəzalandırılması haqqında” xx.xx.N22-ci il tarixli 160 №-li əmri ilə aşağıdakılar müəyyən olunmuşdur: - Bölmə və batareya komandiri tabeliyində olan hərbi qulluqçular tərəfindən Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.NN-ci il tarixli 088 nömrəli “Azərbaycan Ordusunda mobil telefonlardan istifadə zamanı informasiya təhlükəsizliyinin təmin olunması haqqında” əmrinin tələblərinə riayət olunmasına ciddi nəzarət etsin. - Divizionlar qrupunun 2-ci bölməsinin enerji-təminatı bölməsinin baş dizelçi elektriki müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik-çavuş Əhmədov X4 nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.NN-ci il tarixli "Azərbaycan Ordusunda mobil telefonlardan istifadə zamanı informasiya təhlükəsizliyinin təmin olunması haqqında" əmrinin tələblərini pozaraq smartfon tipli mobil telefonla “Tiktok” platformasında canlı yayım açaraq hərbi geyimdə videogörüntülərini paylaşdığına görə “Şərəf məhkəməsində dinlənilsin”. N nömrəli hərbi hissənin MAHHXHQ heyətinin şərəf məhkəməsinin 33 №-li, xx.xx.N22-ci il tarixli protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Divizionlar qrupunun 2-ci bölməsinin radiotexniki batareyanın enerji-təminatı bölməsinin baş dizelçi elektriki müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik-çavuş İddiaçı məhkəmədə ona qarşı deyilən iradlarla razı olduğunu və Azərbaycan ordusunda xidmətini davam etdirmək istədiyini bildirmişdir. 981 №-li Hərbi Hissə Komandirinin xx.xx.N22-ci il tarixli təqdimatında göstərilmişdir ki, kiçik çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün təqdim olunur. Kiçik çavuş İddiaçı, 6-cı “İldırım-8ER” zenit raket divizionunun start batareyasının start heyətinin baş operatoru vəzifəsində xidmət etdiyi müddətdə özünü nizam-intizamsız, nizamnamələrin tələblərinə düzgün riayət etməyən bir hərbi qulluqçu kimi göstərmişdir. xx.xx.N19-cu il tarixli 010 nömrəli qərarın tələblərini pozduğu üçün hərbi hissə komandirinin N fevral N22-ci il tarixli əmrinə əsasən MAHHXHQ-ların şərəf məhkəməsinə çıxarılmış və “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması" barədə qərar qəbul edilmişdir. Ehtiyata buraxıldıqdan sonra sənədləri qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə göndərilməsini xahiş edir. Yuxarıda göstərilənlər nəzərə alınaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını məqsədə uyğun hesab edilmiş və nəticədə tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmiş və buna görə də xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. MAHHXHQ-nin 2-i bölmənin enerji təminatı bölməsinin baş dizelçi-elektriki kiçik çavuş İddiaçı ilə xx.xx.N22-ci il tarixdə birinci söhbət aparılmışdır. 5368 №-li arayışın surətindən müəyyən olunur ki, xx.xx.N00-ci il təvəllüdlü İddiaçı 04/N21-ci ildə hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissənin komandirinin xx.xx.N22-ci tarixli 1465 nömrəli göndərişi ilə 28 aprel N22-ci ildə MN Mərkəzi Hərbi Polikliniksasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamenzi: ordu sıralarından ehtiyata buraxılması ilə əlaqədar N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. Diaqnoz və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Sağlam. “Xəstəliklər cədvəli”nin –maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 fevral tarixlii 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Hərbi xidmətə yararlıdır. MAHHXHQ-nin 2-i bölmənin enerji təminatı bölməsinin baş dizelçi-elektriki kiçik çavuş İddiaçı ilə xx.xx.N22-ci il tarixdə ikinci söhbət aparılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının 04 avqust N22-ci il tarixli 059əç №-li əmrindən çıxarışdan müəyyən olunur ki, 981-ci zenit raket briqadasının (981 №-li hərbi hissə) 6-cı “İldırım-8ER” zenit raket divizionunun start batareyasının start baş heyətinin operatoru kiçik çavuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuluğa görə) olaraq ehtiyata buraxılması əmr edilmişdir. N №li hərbi hissə komandiri tərəfindən imzalanmış xx.xx.N22-ci il tarixli 3384 №li “Təyinat vərəqəsi”ndən (Forma № 25) görünür ki, MAHHXHQ-nin kiçik çavuşu İddiaçı 15 avqust N22-ci il tarixdə Hacıqabul rayonu, SHXÇDX-nin Hacıqabul rayon şöbəsi rəisinin sərəncamına hərbi qeydiyyata durmaq üçün getməsi əmr olunmuş, gedib çatma vaxtı kimi xx.xx.N22-ci il; əsas kimi MNM-HHQ Kom. xx.xx.N22-ci il tarixli 059 əç №li əmri göstərilmişdir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 3-cü bəndində göstərilmişdir ki, hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Nizamnamənin 5-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və qayda-qanunun saxlanmasında onlara yardım göstərməli, əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ 6 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsində qeyd olunub ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156- 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Əsasnamənin 156-cı maddəsinin “e” bəndində qeyd olunub ki, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılırlar. Əsasnamənin 162-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. İşin araşdırılan hallarından müəyyən olunur ki, kiçik-çavuş Əhmədov X4 nazirinin “Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimatin” təsdiq edilməsi haqqında 10 dekabr N19-cu il tarixli 010 nömrəli qərarın, Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin “Məlumat sızmasının qarşısının alınması haqqında" 16 fevral N14-cü il tarixli və “İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında” 14 oktyabr N14-cu il tarixli müvafiq əmrlərinin tələblərini ciddi şəkildə pozduquna, yəni hərbi hissədə qadağan olunmuş smartfon tipli telefon işlədərək “TİK-TOK” sosial şəbəkəsində videolar paylaşdığına görə xidmət etdiyi N nömrəli hərbi hissədə N fevral N22-ci il tarixdə “müddətdən artıq hərbi qulluqçuların" şərəf məhkəməsində dinlənilmiş, N fevral N22-ci il tarixində şərəf məhkəməsində dinlənildikdən sonra, onunla iki dəfə söhbət aparılmış “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılması barədə qərar qəbul olunmuş və yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin tələblərini pozduğu üçün cavabdeh inzibati orqan tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müəyyən olunmuş, cavabdeh tərəfindən bu barədə müvafiq inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiа təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 68, 69, 79 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev