Məhkəmə qərarları › İş №2-1(112)-11960/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11960/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11960/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndəsi X2, iştirakı ilə, İddiaçı Qəhrəman qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) “mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qəhrəman qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X16 8, bina 2, mənzil 65 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X12 izahatında bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(040)-62/2022-saylı qətnaməsi ilə iddiaçı X3 İddiaçı qarşı onların birgə mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, X16 8, bina 2, mənzil 65 ünvanında yerləşən və tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı adına qeydə alınmış mənzilin ikidə bir (1/2) hissəsinə iddiaçı X3, qalan ikidə bir (1/2) hissəsinə cavabdeh İddiaçı paylı mülkiyyət hüquqları tanınmış, Kredtor "xxxx" ASC və borcalanlar X4, X8 arasında bağlanmış 10 oktyabr 2018-ci il tarixli MİDA-058/18A nömrəli kredit müqaviləsi üzrə yaranmış birgə kredit öhdəliyinin tərəflər arasındakı nikahın pozulmasından sonra (nikahın pozulmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(008)- 4960/2020 saylı məhkəmə qətnaməsinin 29 oktyabr 2020-ci il tarixdə qanuni qüvvəyə minməsindən sonra) ödənilməli olan hissəsi üzrə öhdəliklərin iddiaçı X8 və cavabdeh İddiaçı arasında bərabər hissələrdə bölüşdürülməsi qət edilmişdir. Qətnamə 01 mart 2002ci il tarixdən qanunu qüvvəyə minmişdir. İddiaçının üçüncü şəxs X8 ilə olan nikahı məhkəmə qaydasında ləğv edildiyindən onların yuxarıda qeyd edilən ünvanda birgə yaşamaları mümkünsüz olduğundan hər ikimiz mənzili satmağı və alqı-satqı nəticəsində əldə edəcəkləri vəsaitin qalan hissəsini paylarına münasib bölüşdürməyə qərara almışlar. Real alıcı müəyyən olunduqdan sonra iddiaçıya məlum oldu ki, mübahisə predmeti olmuş yuxarıda qeyd olunan mənzilin üzərinə məhkəmənin qərardadı olmadan, cavabdeh tərəfindən qadağa qoyulmuşdur. İddiaçı qeyd olunan qadağanın götürülməsi tələbi ilə, mart 2022-ci il və may 2022-ci il tarixlərdə cavabdehə rəsmi qaydada müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli əsassız və formal cavablarla sözügedən qadağanın götürülməsindən imtina etmişdir. İddiaçı rəsmi qaydada Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək təkrar olaraq qanuni qüvvəyə minmiş qətnamədən çıxarışın cavabdehə göndərilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsi 20 iyun 2022-ci il tarixli, 2(040)-62/2022 saylı məktubla həmin məhkəmənin 28 yanvar 2022-ci il tarixli qətnaməsindən çıxarışı cavabdeh orqana göndərmişdir. Lakin cavabdeh buna baxmayaraq əsassız olaraq məhkəmə qərardadı olmadan, öz təşəbbüsü ilə iddiaçının mülkiyyətində olan qeyd olunan mənzilin üzərindən qadağanı götürməmişdir. İddiaçı üçüncü dəfə cavabdehə əsassız olaraq qoyulmuş bu qadağanın götürülməsi ilə əlaqədar rəsmi qaydada müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubu ilə qadağanın götürülməsindən eyni əsaslarla imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 izahatında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, X16 8, bina 2, mənzil 65 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsinə razıdır, iddianı qəbul edir və təmin edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Kəlbəcər rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(040)-62/2022 saylı qətnaməsinə əsasən İddiaçı Qəhrəman qızı və X3 birgə mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, X16 8, bina 2, mənzil 65 ünvanında yerləşən və tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Qəhrəman qızının adına qeydə alınmış mənzilin ikidəbir (1/2) hissəsinə iddiaçı X3, qalan ikidəbir (1/2) hissəsinə cavabdeh İddiaçı Qəhrəman qızının paylı mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, Kəlbəcər Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(040)-62/2022 saylı qətnaməsi icra üçün İdarəyə rəsmi qaydada daxil olacağı təqdirdə qətnamənin icrasına qanunamüvafıq qaydada baxılacaqdır.Bu barədə Sizə xx.xx.2022-ci il tarixli, **********25 saylı məktub ünvanlanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(040)- 62/2022 saylı qətnaməsinə əsasən İddiaçı Qəhrəman qızı və X3 birgə mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, X16 8, bina 2, mənzil 65 ünvanında yerləşən və tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Qəhrəman qızının adına qeydə alınmış mənzilin ikidəbir (1/2) hissəsinə iddiaçı X3, qalan ikidəbir (1/2) hissəsinə cavabdeh İddiaçı Qəhrəman qızının paylı mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, Kəlbəcər Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(040)-62/2022 saylı qətnaməsi və ya icra vərəqəsi icra üçün idarəyə rəsmi qaydada daxil olacağı təqdirdə qətnamənin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Bu barədə Sizə xx.xx.2022-ci il tarixli, **********25 saylı və xx.xx.2022-ci il tarixli, **********74 saylı məktublar ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən (elektron) görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X16, 8 2 saylı evin 65 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(040)- 62/2022 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı Qəhrəman qızına qarşı iddiası təmin edilmiş, İddiaçı Qəhrəman qızı və X3 birgə mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, X17 8, bina 2, giriş 2, mənzil 65 ünvanında yerləşən və tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Qəhrəman qızının adına qeydə alınmış mənzilin ikidəbir (1/2) hissəsinə iddiaçı X3, qalan ikidəbir (1/2) hissəsinə cavabdeh İddiaçı Qəhrəman qızının paylı mülkiyyət hüquqları tanınmış, Kreditor - "xxxx" ASC və borcalanlar-X5, X8 arasında bağlanmış 10 oktyabr 2018-ci il tarixli MİDA-058/18A nömrəli kredit müqaviləsi üzrə yaranmış birgə kredit öhdəliyinin tərəflər arasındakı nikahın pozulmasından sonra (nikahın pozulmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(008)-4960/2020 saylı məhkəmə qətnaməsinin 29 oktyabr 2020-ci il tarixdə qanuni qüvvəyə minməsindən sonra) ödənilməli olan hissəsi üzrə öhdəliklərin iddiaçı X8 və cavabdeh İddiaçı Qəhrəman qızı arasında bərabər hissələrdə bölünməsi, cavabdeh İddiaçı Qəhrəman qızının iddiaçı X6 qarşı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdən qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı X3 cavabdehlər İddiaçı Qəhrəman qızına və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “əmlak bölgüsü” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2(040)- 62/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Qətnamədə icra hərəkətləri nəzərdə tutulmadığından iş üzrə icra sənədi verilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1045/2021 nömrəli xx.xx.2021-ci il tarixli bildirişinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 21.2-ci maddəsinin tələbinə əsasən dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan üçüncü şəxs X8 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X16 8, bina 2, mənzil 65 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsinə razıdır, iddianı qəbul edir və təmin edilməsini xahiş edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. 21.2-ci maddəsinə əsaən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, X17 8, ev 2, mənzil 65 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı Qəhrəman qızının adına qeydiyyata alınmışdır Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(040)- 62/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh İddiaçı Qəhrəman qızına qarşı iddiası təmin edilmiş, İddiaçı Qəhrəman qızı və X3 birgə mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, X17 8, bina 2, giriş 2, mənzil 65 ünvanında yerləşən və tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Qəhrəman qızının adına qeydə alınmış mənzilin ikidəbir (1/2) hissəsinə iddiaçı X3, qalan ikidəbir (1/2) hissəsinə cavabdeh İddiaçı Qəhrəman qızının paylı mülkiyyət hüquqları tanınmış, Kreditor - "xxxx" ASC və borcalanlar-X5, X8 arasında bağlanmış 10 oktyabr 2018-ci il tarixli MİDA-058/18A nömrəli kredit müqaviləsi üzrə yaranmış birgə kredit öhdəliyinin tərəflər arasındakı nikahın pozulmasından sonra (nikahın pozulmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(008)-4960/2020 saylı məhkəmə qətnaməsinin 29 oktyabr 2020-ci il tarixdə qanuni qüvvəyə minməsindən sonra) ödənilməli olan hissəsi üzrə öhdəliklərin iddiaçı X8 və cavabdeh İddiaçı Qəhrəman qızı arasında bərabər hissələrdə bölünməsi qət edilmişdir. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Qətnamədə icra hərəkətləri nəzərdə tutulmadığından iş üzrə icra sənədi verilməmişdir.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sözügedən mənzilə dair Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1045/2021 nömrəli xx.xx.2021-ci il tarixli bildirişinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 21.2-ci maddəsinin tələbinə əsasən dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. İddiaçı cavabdehə həmin qadağanın götürülməsi ilə bağlı müraciət etsə də, cavabdeh tərəfindən Kəlbəcər Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(040)-62/2022 saylı qətnaməsi və ya icra vərəqəsi icra üçün idarəyə rəsmi qaydada daxil olacağı təqdirdə qətnamənin icrasına qanunamüvafiq qaydada baxılacağı əsas gətirilməklə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Lakin göründüyü kimi mənzilin üzərinə qadağa qoyulmsına əsas olmuş məhkəmə mübahisəsi artıq yekunlaşmış, iş üzrə məhəkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Bununla bağlı Kəlbəcər Rayən Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavabdeh orqana məlumat verilmişdir. Eyni zamanda hazırkı iş üzrə üçüncü şəxs X3 məhkəmə iclsında verdiyi izahatında və məhkəməyə ünvanlandığı ərizədən görünür ki, o, həmin mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsinə razıdır, iddianı qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X16, 8, ev 2, mənzil 65 ünvanında yerləşən mənzil üzərində qoyulmuş məhdudiyyətin ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar