Məhkəmə qərarları › İş №2-1(112)-11977/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11977/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11977/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi üçüncü şəxs X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 İqorevnanın və İddiaçı2 cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə (3-cü şəxs: X2) qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 İqorevna və İddiaçı2 cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, ev 55/57, mənzil 87-yə onların qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11977/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə X2 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzil “Azərneftyanacaq” İB-nin Sərəncamında olan binada yerləşir. Həmin mənzilin ilk orderi xx.xx.1974-cü ildə (order №136212) X1 atası, X8 iştirakçısı olan X5 verilmişdir. Həmin vaxtdan X1 də adı orderə daxil olunmuşdur. Atası rəhmətə gedəndən sonra “Azərneftyanacaq” İB-nin 29 iyul 1999-cu il 38 saylı Qərarı ilə mənzilin şəxsi hesabı onun adına keçirilmişdir. Həmin dövrdən indiyədək mənzilin bütün kommunal və digər xərcləri şəxsən tərəfindən ödənilir (rabitə, su, elektrik enerjisi, qaz, zibil tullantıları və s.). Daim həmin mənzildə təcrid olunmuş ayrıca ona məxsus otaqda yaşayır. 27 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayon X3 Rəna İqorevna ilə rəsmi nikaha daxil olmuşdur. Tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinə rəsmi müraciət olunmuşdur ki, həyat yoldaşı İddiaçı1 İqorevnanı yaşadığı, qanuni kirayəçi olduğu bütün sənədlərin orderlə ona məxsus olduğu mənzilə qeydiyyata alsınlar. Bölmə tərəfindən xx.xx.2024-cü il tarixli 3-13-52/2-S-l6411/24 saylı məktubla məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. Həyat yoldaşı İddiaçı1 ailə üzvü olduğundan yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdir. Qanunda qeyd olunur ki, ailə üzvlərinə arvad (ər), habelə onun uşaqları və valideynləri aid edilir, həmçinin digər qohumlar ailə üzvləri hesab edilə bilər. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia ərizəsinə uyğun izahat verərək həmçinin bildirmişdir ki, iddiaçılar onun arvadı və arvadının qızıdır və o, iddiaçıların ona məxsus olan mənzilə qeydiyyata alınmalarına etiraz etmir. Belə ki, mənzil 5 otaqdan ibarətdir və hazırda həmin mənzildə ondan başqa heç kəs yaşamır. Qeyd edilənərə əsasən üçüncü şəxs iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhər X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş 20 iyun 1974-cü il tarixli, 136212 saylı orderdən görünür ki, Bakı şəhəri, Darvin küçəsi (hazırda B. Nuriyev), 57 saylı evin, yaşayış sahəsi 77,36 kv.metr olan 5 otaqlı 87 saylı mənzili 8 nəfər ailə üzvü ilə X4 istifadəsinə verilmişdir. “Azərneftyanacaq” İB-nin xx.xx.1999-cu il tarixli 38 saylı “Şəxsi hesabın dəyişdirilməsi haqqında” qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 55/57, mənzil 87, sahəsi 77,36 kv.metr olan evin sahibi X7 öldüyü üçün mənzilin şəxsi hesabı X1 adına keçirilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş sənədini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və mülkiyyət sahibinin razılıq ərizəsi QMB-nə təqdim edilməlidir. Əks təqdirdə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Üçüncü şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 55/57, mənzil 87 ünvanında qeydiyyatdadır. AZ-İİ seriyalı, 608334 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X2 və İddiaçı1 İqorevna xx.xx.2024-cü il tarixdə nikahlarını bağlamışlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 55/57, mənzil 87 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Üçüncü şəxsin xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən o, İddiaçı1 İqorevnanın və İddiaçı2 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 55/57, mənzil 87 ünvanına qeydiyyata alınmalarına etiraz etməmişdir. Məhkəmə üçüncü şəxsn izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçılar hazırkı iddia tələbində Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, ev 55/57, mənzil 87 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edirlər. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçıların hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (1). Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (2). Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə onun yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir (3.1) Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (5). Göründüyü kimi iddiaçılar Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, ev 55/57, mənzil 87 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları barədə cavabdehə müraciət etmişlər, cavabdeh isə iddiaçıların müraciətini təmin etməmişdir. Hazırda iddiaçılar həmin ünvana qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). İşdən göründüyü kimi Bakı şəhər X6 İcraiyyə Komitəsinin 20 iyun 1974-cü il tarixli orderi ilə Bakı şəhəri, Darvin küçəsi (hazırda B. Nuriyev), 57 saylı evin, 87 saylı mənzili X4 istifadəsinə verilmişdir. X7 vəfat etdiyi üçün həmin mənzilin şəxsi hesabı üçüncü şəxsin adına dəyişdirilmişdir. Üçüncü şəxs hazırda həmin mənzildə qeydiyyatdadır. İddiaçılar isə üçüncü şəxsin ailə üzvləridirlər. Üçüncü şəxs iddiaçıların həmin mənzilə qeydiyyata alınmalarına etiraz etmir. Məhkəmə hesab edir ki, üçüncü şəxs Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, ev 55/57, mənzil 87 ünvanına qeydiyyata alındığı üçün “İnzibati icraat haqqında” Qanunun “bərabərlik” və “etimad hüququnun qorunması” prinsiplərinə uyğun olaraq onun ailə üzvləri olan iddiaçıların həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmasından səlahiyyətli inzibati orqan tərəfindən imtina edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Bu səbəbdən iddia təmin edilməli iddiaçıların Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, ev 55/57, mənzil 87 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı1 İqorevnanın və İddiaçı2 Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, ev 55/57, mənzil 87 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar