Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1198/2022 23.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati hüquq münasibətinin mövcud olması faktının müəyyən olunması, əmrin ləğv edilərək cavabdehin üzərinə işə bərpa edilməsi və iddiaçının xidmətdən azad olunduğu gündən bütün növ təminatlara daxil edilməsi öhdəliyinin qoyulması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun könüllü olaraq bağlaşma əsasında zabitlərin 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətinə daxil olmaq inzibati hüquq münasibətlərinin mövcud olması faktının müəyyən olunması, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrinin ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsində xidmətə bərpa olunması, onun xidmətdən azad olunduğu gündən, yəni 04 may N1-ci il tarixindən bütün növ təminatlara daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1981-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olmuşdur. Ali təhsillidir. N00-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, N04-cü ildə həmin məktəbi bitirmişdir. N04-cü ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra əvvəlcə N nömrəli hərbi hissədə taqım komandiri və MTT üzrə hərbi hissə komandirinin müavini, sonra N nömrəli hərbi hissədə MTT üzrə hərbi hissə komandirinin müavini vəzifələrində xidmət etmiş, qızının talassemiya xəstəsi olduğu və ona hər ay qan köçürülməli olduğu üçün N13-cü ildə N nömrəli hərbi hissənin komandirinin MTT üzrə müavini vəzifəsinə köçürülmüş, qızının sağalmamasına baxmayaraq, N14-cü ildə N nömrəli hərbi hissəyə bölük komandiri vəzifəsinə, yəni aşağı vəzifəyə köçürülmüş, həmin təyinatdan narazı qaldığı üçün (qızının sağalmamasına baxmayaraq xidmət yeri dəyişdirildiyi və həm də, aşağı vəzifəyə köçürüldüyü üçün) hərbi hissə komandiri ilə mübahisə etmiş və həmin səbəbdən də, Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 iyul N14-cü il tarixli 212 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında'’ Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından “kapitan” hərbi rütbəsində ehtiyata tərxis edilmişdir. N14-N0-ci il tarixlərdə iş tapa bilmədiyi üçün müxtəlif fərdi işlərlə məşğul olmuşdur. N11, N12 və N13-cü il təvəllüdlü üç azyaşlı qızı var. Böyük qızı Məryəm Heydərli talassemiya xəstəsidir. X2 “Ağ ciyərlərin fıbroz-kavernoz vərəmi.Tənəffüs çatışmamazlığı İİ dərəcə” diaqnozu ilə xəstədir və Neftçala RMX-nın vərəm əleyhinə kabinetində dispanser qeydiyyatındadır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin 29 oktyabr N0-ei il tarixli səfərbərlik sərəncamı ilə elə həmin gün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış, əvvəlcə N nömrəli hərbi hissəyə, oradan isə N nömrəli hərbi hissənin tamamlanma taboruna, oradan isə N nömrəli hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 noyabr N0-ci il tarixli əmri ilə N nömrəli hərbi hissəyə bölük komandiri vəzifəsinə təyin edilmiş, N dekabr N0-ci il tarixə kimi həmin vəzifədə xidmət etmiş, hərbi əməliyyatlar başa çatdığı üçün N nömrəli hərbi hissə N dekabr N0-ci il tarixdə ləğv olunmuş, səfərbərik üzrə çağırılmış şəxslər evlərinə buraxılmış, o və bir gizir hərbi xidmətlərini davam etdirmək arzularını bildirmiş, odur ki, onlar N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, N dekabr N0-ci il tarixdən 22 yanvar N1-ci il tarixədək həmin hərbi hissədə xidmət etmiş, N nömrəli hərbi hissə komandiri Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 noyabr N0ci il tarixli əmrinə əsas tutub onu özünün 22 yanvar N1-ci il larixli 1 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə bölük komandiri vəzifəsinə təyin etmiş, onunla elə həmin gün N nömrəli hərbi hissənin kadrlar şöbəsinin rəisi mayor Vasif Həsənov arasında 1 il 6 ay müddətinə bağlaşma bağlanmış, o etiraz edərək, kadr zabiti olduğu üçün 1 il 6 ay müddətinə deyil, son yaş həddinə kimi bağlaşma bağlanmasının zəruri olduğunu söyləmiş, lakin Vasif Həsənov onun ehtiyatdan həqiqi hərbi xidmətə çağırıldığı bildirərək, 1 il 6 ay müddət bitdikdən sonra onun kadr zabiti sırasına keçiriləcəyini bildirmiş, o da etiraz etməyərək bağlaşmanı imzalamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 mart N1-ci il tarixli 0345 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilmiş (N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 80 nömrəli daxili əmri) və həmin vəzifənin icrasına başlamışdır. 05 aprel N1-ci il tarixdə N nömrəli hərbi hissə komandiri ona “mayor” rütbəsinin verilməsi üçün təqdimatla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. N aprel N1-ci il tarixdə N nömrəli hərbi hissənin kadrlar şöbəsinin rəisi mayor Vasif Həsənov onun Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmri ilə səfərbərlikdən tərxis olunması barədə məlumat vermişdir. O, ona səfərbərlik üzrə tərxis olunmasının qeyri-mümkün olduğunu bildirmişdir. Çünki o, 1 il 6 ay müddətinə bağlaşma bağlamışışdır. Həmçinin ona bildirmişdir ki, əgər o, səfərbərlik üzrə tərxis olunmalı idisə, onda nə üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 mart N1-ci il tarixli 0345 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə taborun qərargah rəisi—tabor komandirinin müavini vəzifəsinə təyin edilmişdir?! O, isə həmin bağlaşmanın hələ Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmədiyini bildirərək, ona həmin bağlaşmaların surətlərini göstərmişdir. O, həmin bağlaşmanın bir surətini Vasif Həsənovdan istəmişdir. O, əvvəlcə həmin bağlaşmanın surətini ona vermək istəmiş, lakin sonra verə bilməyəcəyini bildirmişdir. O, sənədlərini vaxtında Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərmədiyi üçün ona irad tutmuşdur. Lakin, sonradan eşitmişdir ki, bağlaşma əslində Azərbaycan Respublikası Müdafiə Nazirliy nə göndərilmişdir. N nömrəli hərbi hissənin kadrlar şöbəsinin rəisi mayor Vasif Həsənov 04 may N1-ci il tarixdə onun səfərbərlik əsasında tərxis edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmri əsasında verilmiş N nömrəli hərbi hissə komandirinin N aprel N1-ci il tarixli N nömrəli əmrinin surətini ona təqdim etmişdir. Həmin əmrlə o, 04 may N1-ci ıl tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Odur ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, onu səfərbərlik üzrə, yəni “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən tərxis edə bilməzlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ona bildirmişlər ki, onu əvvəllər məhkum olunduğuna görə tərxis ediblər. Halbuki əmrdə belə bir qeyd yoxdur. Bundan başqa o, Tərtər Hərbi Məhkəməsinin 15 dekabr N14-cü il tarixli 1(098)-312/N14 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinib, N00 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin “28 May-Respublika günü münasibəti ilə amnistiya haqqında” N may N16-cı il tarixli Qərarına əsasən həmin cəzadan azad olunmuşdur. Yəni onun məhkumluğunun olmasından söhbət gedə bilməz. Çünki, 1 may N0-ci il tarixli 68-V1Qİ) nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun N0-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, N0-ci il, № 5, maddə 518) ilə 331-ci maddə ləğv edilmiş, hazırda onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 329.1-cü maddəsi ilə töfsif edilir. Həmin maddənin sanksiyasında da, bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Yəni törədildiyi vaxt onun törətdiyi cinayət az ağır olsa da, hazırda həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin (“Normativ hüquqi aktlar”) Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası CM-nin 10.3-cii maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 83.3.2-1 və 83.3.3-cü maddələrinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il - eçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Yəni, N17-ci ilin may ayından o, məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrinin qanunsuz və əsassız olması ilə əlaqədar olaraq aşağıdakıları bildirir. Həmin əmrdən görünür ki, o, N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah rəisi—tabor komandirinin müavini vəzifəsindən “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2381 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən tərxis edilən şəxs kimi tərxis edilmişdir. Halbuki “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2381 nömrəli Sərəncamının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin N0-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular N0-ci il dekabrın 25-dən N1-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilsinlər. Həmin Sərəncamın 2-ci bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentinin mütəmadi olaraq məlumatlandırsın. O, isə həmin Sərəncamın qəbulundan 2 ay 16 gün sonra, yəni 10 mart N1-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 mart N1-ci il tarixli 0345 nömrəli əmri ilə o, N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün komandiri vəzifəsindən 4-cü motoatıcı taborunun qərargah rəisi— tabor komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Əgər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin onu səfərbərlik üzrə tərxis etmək məqsədi olsaydı həmin Sərəncamın qəbulundan 2 ay 16 gün sonra, həm də, Sərəcamın icrasının başa çatmasına 1 ay 5 gün qalmış (çünki Sərəncamın icrası 15 aprel N1-ci il tarixdə başa çatırdı) onu daha yüksək vəzifəyə təyin etməzdi. Yəni hesab edir ki, o, həmin 4-cü motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə 22 yanvar N1-ci il tarixli bağlaşmaya əsasən təyin edilmişdir. “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 197-ci maddəsində göstərilir ki, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə Komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. Zabit heyətindən ehtiyatda olan şəxslər, Azərbaycan Respublikasının «Hərbi vəzilə və hərbi xidmət haqqında» Qanununa uyğun olaraq zabit vəzifələrində istifadə olunmaq üçün dinc dövrdə həqiqi hərbi xidmətə qəbul oluna bilərlər: Könüllü qaydada və ya çağırış üzrə 1 il 6 ay müddətinə; yaşı 35-dən çox olmayan şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sayda və hərbi uçot ixtisası üzrə. Dinc dövrdə həqiqi hərbi xidmətə çağırılan, bu maddəyə uyğun olaraq, bu Əsasnamənin digər maddələrində — ehtiyatdan çağırılan zabitlər adlandırılacaq şəxslər — həqiqi hərbi xidmət keçərkən bütün vəzifələri yerinə yetirirlər və bu Əsasnamənin nəzərdə tutduğu xüsusiyyətlərin uçotu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri kadr zabiti heyətindən olan şəxslərlə bərabər bütün hüquqlardan, imtiyazlardan və təminat növlərindən istifadə edirlər. Ehtiyatdan çağırılan zabitlər çağırış müddəti bitdikdən sonra onların arzusuna görə kadr zabitləri heyətinə keçirilə bilərlər. Dinc dövrdə zabit heyətindən olan şəxslərin həqiqi hərbi xidmətə qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri ilə fərdi qaydada aparılır. Həmin Əsasnamənin 12-ci maddəsinin d) bəndinə görə, həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilmişdir: - zabitlər üçün: ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olanlar 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olanlar - 3 ilə qədər. Yəni yuxarıda qeyd edilənlərdən aydın olur ki, o, səfərbərlikdən tərxis olunmaq istəmədiyi, hərbi məktəbi bitirmiş “kapitan” rütbəsində olan və səfərbərlik üzrə ehtiyatdan həqiqi hərbi xidmətə çağırılmış zabit kimi könüllü olaraq zabitlərin 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətinə daxil olmaq istəmiş, N nömrəli hərbi hissənin komandanlığı da, onun istəyini qəbul etmiş, onunla 1 il 6 ay müddətinə bağlaşma bağlamış, onun N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün komandiri vəzifəsindən 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilməsi, habelə ona növbəti “mayor” rütbəsinin verilməsi barədə Azərbaycan Respublikasının Müdafiə Nazirinə təqdimatlar göndərmiş, Azərbaycan Respublikası Müdaliə Nazirinin 10 mart N1-ci il tarixli 0345 nömrəli əmri ilə o, N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün komandiri vəzifəsindən 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Lakin, sonradan hər hansı bir qanuni əsas olmadan Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrinə müvafiq olaraq N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsindən “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2381 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən tərxis edilən şəxs kimi tərxis edilmişdir. Halbuki, yuxarıda göstərilən şərtlərin mövcud olduğu şəraitdə Azərbaycan Respublikası Müdafiə Naziri belə bir əmr imzalaya bilməzdi. Bunun barəsində N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun komandiri tərəfindən verilmiş müsbət xasiyyətnamə də, bir daha təsdiq edir. Odur ki, onun könüllü olaraq bağlaşma əsasında zabitlərin 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətinə daxil olma inzibati hüquq münasibətinin mövcud olması faktı müəyyən olunmalı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrinin ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə xidmətə bərpa olunması, onun xidmətdən azad olunduğu gündən, yəni 04 may N1-ci il tarixindən bütün növ təminatlara daxil edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməlidir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin 10 aprel N1-cii l tarixli 0441 nömrəli əmrinin ləğv edilməsi, cavabdehin üzərinə iddaiçının N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə xidmətə bərpa olunması, onun xidmətdən azad olunduğu gündən, yəni 04 may N1-ci il tarixindən bütün növ təminatlara qoyulması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, İddiaçı məhkəməyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, xidmətə bərpa edilmə və bütün növ təminatlara daxil edilmə” öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İlk növbədə qeyd etmək istəyir ki, “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, kapitan Heydərov X1 tərxis edilmişdir. Ehtiyata buraxıldığdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N1-ci il tarixli 0441 nömrəli əmri ilə tanış olmuşdur və əmri icra etmişdir. Belə olan halda, iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin, iddiaçı bunu etməmişdir 2 ay vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.N01-ci il tarixli Qərarında göstərilmişdir: "Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N15-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki- Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Sonradan cavabdeh tərəfindən yenidən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, xidmətə bərpa edilmə və bütün növ təminatlara daxil edilmə” öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İlk növbədə qeyd etmək istəyir ki, “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, kapitan Heydərov X1 tərxis edilmişdir. Ehtiyata buraxıldığdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 10.04.N -ci il tarixli 0441 nömrəli əmri ilə tanış olmuşdur və əmri icra etmişdir. Yuxanda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi işin mübahisə doğurmayan haldır. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.N01-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 197-ci maddəsinə əsasən səfərbərlikdən təxrisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edilir. Səfərbərlik üzrə hərbi xidmətdən təxrisetmə haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N1-ci il tarixli 0441 nömrəli əmri ilə səfərbərlikdən təxris edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral N15-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olunma halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xususilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Bundan əlavə İddiaçı Tərtər Hərbi Məhkəməsinin xx.xx.N14-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 331.3 (rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi) və 328.1-ci (əmri icra etməmə) maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Beləliklə də, Tərtər Hərbi Məhkəməsinin xx.xx.N14-cü il tarixli hökümü ilə iddiaçının məhküm edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1 və 331.3-cü maddələri Azərbaycan Respublikası CM 12-ci bölməsinin 35-ci fəsilində nəzərdə tutulan hərbi xidmət əleyhinə cinayət olduğundan qeyd olunan qaydaların 3.9.2ci maddəsinə əsasən iddiaçı ilə bağlaşma imzalana bilmədiyindən iddia tələbi tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəvəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.1981-ci il təvəllüdlüdür. İşdə olan N saylı Hərbi Hissə Komandirinin 212 nömrəli, 24 iyul N14-cü il tarixli əmrindən çıxarışdan görünür ki, kapitan İddiaçı, N saylı hərbi hissənin 1615-ci motoatıcı taborun motoatıcı bölük komandiri, Müdafiə nazirinin xx.xx.N14-cü il tarixli 0505 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığı üçün 24 iyul N14-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon Şöbəsinə göndərilmişdir. N14-cü ilin yanvar-iyun aylarındakı xidmətinə görə Müdafiə nazirinin 05 iyun N02-ci iltarixli 2N saylı əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq deyil. N14-cü il üçün nəzərdə tutulan maddi yardım ödənilib. N14-cü il məzuniyyətindən tam istifadə edib. Məzuniyyət pulu ödənilib. Əsas: Müdafiə nazirinin xx.xx.N14-cü il tarixli 0505 saylı əmrindən çıxarış. İşdə olan N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 80 nömrəli əmrinin surətindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq və xidməti zərurətlə əlaqədar aşağıda adları göstərilən zabitlər tutduqları vəzifələrdən azad olunmuş və göstərilən vəzifələrin icrasına başlanılmışlar. 2. Kapitan İddiaçı, 2-ci motoatıcı taborun 4-cü motoatıcı bölüyün komandiri vəzifəsindən – 4-cü motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 10 mart N1-ci il tarixli 0345 nömrəli əmrindən çıxarış . İşdə olan N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli N nömrəli əmrinin surətindən görünür ki, Kapitan İddiaçı, 4-cü motoatıcı taborun qərargah rəisi- tabor komandirinin müavini, “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmri ilə səfərbərlikdən tərxis edilmiş, N1-ci ilin hesabından 15 (on beş) gün müddətinə məzuniyyət verilməklə 04 may N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Neftçala rayon Şöbəsinə göndərilmişdir. Kapitan İddiaçı N1-ci il yanvar-aprel aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N17-ci il tarixli 22 nömrəli qərarına əsasən nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə ödənilmiş. kapitan İddiaçı tərxis edilməsi ilə əlaqadar çıxış müavinəti ödənilmiş. N1-ci ildə nəzərdə tutulmuş məzuniyyət pulu ödənilmişdir. Əsas: Azərbaycan Respublikaıs Müdafiə nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrindən çıxarış. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli “Kapitan İddiaçı barəsində” təqdimatının surətindən görünür ki, Təqdimatın əsalandırılması aşağıdakı şəkildə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 42-ci maddəsinə müvafiq olaraq, növbəti “mayor” hərbi rütbəsinin verilməsi üçün təqdim olunur. Kapitan İddiaçı xx.xx.N1-ci il tarixdən N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, təcrübəli, savadlı və işgüzar bir zabit kimi göstərir. Vəzifəsinə aid olan rəhbər sənədləri bilir və bilik səviyyəsini artırmaq üçün çalışır. Xidməti vəzifələrini nizamnamələr çərçivəsində yerinə yetirir. Özünün və tabeliyində olanların döyüş hazırlığının, mənəvi və işgüzar keyfiyyətlərinin artırılması üçün çalışır. Göstərilən qüsür və nöqsanlara düzgün münasibət bəsləyir və onları vaxtında aradan qaldırır. Yuxarı komandanlıq tərəfindən verilən bütün əmr və tapşırıqları vaxtında yerinə yetirir. Fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. Yuxarıda göstərilən müsbət keyfiyyətləri nəzərə alaraq, kapitan İddiaçı “mayor” növbəti hərbi rütbəsinə təqdim olunmasını məqəsəduyğun hesab edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Neftçala rayon İcra Şöbəsi tərəfindən verilmiş 145 nömrəli, 29 mart N17-ci il tarixli arayışın surətindən görünür ki, Neftçala rayonu, 7-ci məhəllə ünvanında yaşayan İddiaçı Tərtər Hərbi Məhkəməsinin 15 dekabr N14-cü il tarixli 1(098)- 312/N14 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək ona təyin olunmuş N00 manat cərimə cəzasından “28 May – Respublika günü münasibəti ilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məcəlləsinin N may N16-cı il tarixli qərarına əsasən tam olaraq azad olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin 4-cü taborun komandiri tərəfindən xidməti xasiyyətnamə verilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən xx.xx.N1-ci il tarixli, 11/5577 nömrəli məktubla ehtiyatda olan kapitan İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrindən çıxarış və bu əmrə əsas olmuş sənədlərin kserosurətləri göndərilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 1095 nömrəli raportuna sasən “Bir qrup hərbi qulluqçuların Səfərbərlikdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2361 nömrəli 25 dekabr N0-ci il tarixli Sərəncamının təmin edilməsi məqsədilə aşağıda adları göstərilən hərbi qulluqçuların (iddiaçının adı 7-ci sırada qeyd edilmişdir) Azərbaycan Ordusundan tərxis edilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 10 aprel N1-ci il tarixli, 0441 nömrəli əmrindən çıxarışa əsasən “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, kapitan İddiaçı, N nömrəli hərbi hissənin 7034-cü motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsindən tərxis edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İİ Hərbi Hissə N1 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.N2-ci tarixli, 249 nömrəli məktubdan görünür ki, iddiaçının Müdafiə nazirinə ünvanlanmış ərizəsinə baxılaraq bildirilmişdir ki, o, müdafiə nazirinin xx.xx.N14-cü il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və xx.xx.N14-cü il tarixdə məhkum edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N15-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərdə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmişdir ki, ərizəsi komanda üzrə məruzə edilmiş və onun könüllük əsasında yenidən həqiqi hərbi xidmətə qəbul olunması barədə komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.N2-ci tarixli, 1/71-608 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.N12-ci il tarixli müvafiq hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.3-cü və 328.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N15-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törtəmiş şəxslərə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzaanmasından imtina edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, onun yenidən həqiqi hərbi xidmətə qəbul olunması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfinədn xx.xx.N2-ci il tarixli, 11/4817 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, İddiaçı Səfərbərlikdən tərxis edilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N1-ci il tarixli müvafiq əmrdən çıxarış Bakı İnzibati Məhkəməsinin xx.xx.N2-ci il tarixli, 2-1(112)-1198/N2 nömrəli sorğusuna əsasən Hüquq İdarəsinin xx.xx.N2-ci il tarixli 11/2543 nömrəli məktubu ilə onun ünvanında göndərilmişdir. Həmin sorğuda qeyd olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən N nömrəli hərbi hissəyə göndərilmiş telefonoqrammanın tarixi və nömrəsi qeyd olunmadığı üçün cavablandırmaq mümkün olmamışdır. Bununla əlaqədar olararaq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən N nömrəli hərbi hissəyə göndərilmiş telefonoqrammanın tarixi və nömrəsi barədə məlumatın verilməsi xahiş olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Müdafiə nazirinin xx.xx.N14-cü il tarixli 0505 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra Tərtər Hərbi Məhkəməsinin xx.xx.N14-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3 və 328.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Cəzasından “28 May – Respublika günü münasibəti ilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məcəlləsinin N may N16-cı il tarixli qərarına əsasən tam olaraq azad olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin 29 oktyabr N0-ci il tarixli səfəbərlik sərəncamı ilə səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 0345 nörməli əmri ilə o, N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün komandiri vəzifəsindən 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrinə əsasən “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, kapitan İddiaçı, N nömrəli hərbi hissənin 7034-cü motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsindən tərxis edilmişdir. İddiaçı ilə hər hansı bir bağlaşmanın bağlanması iş materialları ilə müəyyən edilməmişdir. “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin N0-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçuların N0-ci il dekabrın 25-dən N1-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi qərara alınmışdır. “Hərbi xidmətkeçmə haqında” Əsasnamənin 197-ci bəndinə əsasən səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral N15-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olunma halları və Qaydası”nın 3.9.2ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xususilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. İşin hallarından göründüyü kimi, iddiaçı Tərtər Hərbi Məhkəməsinin xx.xx.N14-cü il tarixli hökmü ilə hərbi xidmət əleyhinə cinayət işlətdiyinə görə məhkum edildiyi üçün yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının müvafiq yarımbəndi rəhbər tutularaq cavabdeh tərəfindən onunla hər hansı bir bağlaşma bağlanılmamışdır. O, “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0ci il tarixli 2361 nömrəli Sərəncamına müvafiq olaraq qanuni əsaslarla Azərbaycan Respublikası Müdafiə nazirinin mübahisəli əmrinə əsasən səfərbərlikdən tərxis edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən əmr qəbul edilərkən işin faktiki və hüquqi hallarında düzgün qiymət verildiyindən, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may N04cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun N mart N06-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul N07-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart N08-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1198/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1198/2022
23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver