Məhkəmə qərarları › İş №2-1(112)-1198/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1198/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1198/2023 27.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxs X2 iştirakları ilə, İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı rayon Gürgən Bələdiyyəsinə qarşı 3-cü şəxs X5 işə cəlb edilməklə protokolun qərarının etibarsızlığının tanınması tələbinə dair işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı rayon Gürgən Bələdiyyəsinə qarşı 3-cü şəxs X5 işə cəlb edilməklə Əzizbəyov rayon Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixində keçirilmiş yığıncağının 18 saylı protokolunun qərarının etibarsızlığının tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı (İB) “28 May" Neft və Qazçıxarma İdarəsinin Dübəndi Neftyığım məntəqəsinə gələn, xx.xx.1986-cı il tarixdə istismara verilmiş DŞ 377 və 530 mm- lik magistral neft kəmərlərinin Pirallahı rayonu Gürgan qəsəbəsindən keçən 10-cu km-də, kəmərlərə paralel - bir istiqamətdən kəmərlərdən 3 metr aralı, digər istiqamətdən isə təxminən 7 metr aralı məsafədə kəmərlərin mühafizə zonasında xx.xx.2021-ci il tarixində vətəndaş X5 tərəfindən təxminən 1 metr hündürlüyündə hasar tikildiyi aşkar edilmişdir (aşağıda qeyd edilən coğrafi koordinatlarda). X 442976,1 442988,4 442967,4 442947,0; Y 4472124,0 4472081,6 4472074,2 4472117,2; X 442955,1 442984,6 442996,8, 442968,0 Y 4472107,8 4472118,7 4472082,2 4472073,1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarının 4.1-ci bəndinə əsasən “Neft borcu kəmərləri marşrutu boyunca – boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xərtlərlə məhdudlaşdırılır və həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. “28 May” Neft və Qazçıxarma İdarəsinin Dübəndi Neftyığım məntəqsinə gələn DŞ 377 və 530 mm-lik magistral neft kəmərlərinin mühafizə zonasında tikinti işləri aparmaqla vətəndaş həmin qərarın tələblərini pozmuşdur. Belə ki, sözügedən DŞ 377 və 530 mm-lik yüksək təzyiqli magistral neft kəmərləri xx.xx.1986-cı il tarixdə istismara verilmiş və həmin kəmərin mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu vətəndaş V.Ö.Hüseynova izah edilmiş, sözügedən ərazidən yüksək təzyiqli magistral neft kəmərlərinin keçməsi yanğın və partlayış riski daşıdığı üçün gələcəkdə bədbəxt və texnogen hadisələrin baş verə biləcək ehtimalının olması ona başa salınmış və əlavə işlərin aparılmamasına dair şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, sözügedən torpaq sahəsinə dair hüquqi təsdiqedici sənədin (xx.xx.2014-cü il tarixli, RX ******* nömrəli Çıxarış) olduğunu əsas gətirərək tikinti işlərini davam etdirəcəyini bildirmiş və davam etdirir. Buna görə də, SOCAR-ın İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Baki Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, RX ******* saylı Çıxarışın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsi üçün iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Lakin, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2397/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, iddia lazımı qaydada qaldırılmamışdır. Məhkəmə hesab edir ki, Əzizbəyov rayon (hazırda Pirallahı rayon) Gürgan- Pirallahı bələdiyyəsinin xx.xx.2007-ci il tarixində keçirilmiş yığıncağının 18 saylı protokolunun qərarı mübahisələndirilməli idi. Qeyd edirlər ki, məhkəmə gedişatında Gürgan-Pirallahı bələdiyyəsinə məhkəmə sorğusu ünvanlanmışdır. Bakı şəhəri Pirallahı rayon Gürgan-Pirallahı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, ‘‘Pirallahı rayonun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 588-İVQ nömrəli Qanununa tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 15 mart tarixli 2801 nömrəli Sərəncamına əsasən ayrılma yolu ilə yeni Gürgən bələdiyyəsi təşkil edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2014-cü il 21 oktyabır tarixli 4/25 saylı Qərarı ilə növbəti bələdiyyə seçkiləri 2014-cü il 23 dekabr tarixində keçirilmiş və seçkilərin nəticələri Mərkəzi Seçki komissiyasının 2015-ci il yanvar tarixli iclasında təsdiqlənmişdir. Bakı şəhəri Pirallahı rayonun ərazisində yeni yaradılmış Gürgan-Pirallahı bələdiyyəsi 2015-ci il 27 yanvar tarixində 01 saylı protokola əsasən fəaliyyətə başlamışdır. Bakı şəhəri Pirallahı rayon Gürgan- Pirallahı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba baxmayaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-2397/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Göründüyü kimi, “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsinin Dübəndi Neftyığım məntəqəsinə gələn xx.xx.1986-cı il tarixdə istismara qəbul olunmuş DŞ 377 və 530 mm-lik yüksək təzyiqli magistral neft kəmərinin Pirallahı rayonu, Gürgan qəsəbəsindən keçən 10-cu km-də, kəmərlərə paralel - bir istiqamətdən kəmərlərdən 3 metr aralı, digər istiqamətdən isə təxminən 7 metr aralı məsafədə torpaq sahəsinə dair hüquqi təsdiqedici sənəd (xx.xx.2014-cü il tarixli, RX ******* nömrəli Çıxarış) verməklə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, sərəncama cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin və 3-cü şəxsin izahatını dinləyib iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi, hazırki mübahisənin predmetini Əzizbəyov rayon Gürgan-Pirallahı Bələdiyyəsinin 17 dekabr 2007-ci il tarixdə keçirilmiş yığıncağının 18 saylı protokolunun qərarının etibarsızlığı təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********48 3-21-3- 30/2-28448/2023 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmışdır. Araşdırma nəticəsində elektron kadastr məlumat bazasına əsasən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə X3 ayrılmış torpaq sahəsi xüsusi mülkiyyətdədir. Sözügedən torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən neft kəmərlərinin mühafizə zonasının daxilində yerləşmir. Beləliklə işin hallarından göründüyü kimi, ümumiyyətlə mübahisəli qərarla 3-cü şəxsə ayrılmış torpaq sahəsinin neft kəmərlərinin mühafizə zonası daxilində yerləşməsi müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmasından söhbət gedə bilməz. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, hətta iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olsa idi belə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab edilməli idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X4rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (RuizTorija İspaniyaya qarşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Müjki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və köllbktivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011 -ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan. Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, ;lPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, nəmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, ihdianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı SOCAR-ın İddiaçı iddiası mümkün sayılmasın Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar