Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11982/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ”iddiaçının mülkiyyətində olan çıxarış və texniki pasportla təmin edilmiş mənzilinin işıq xətti ilə təmin edilməsi, sayqaçın quraşdırılması, abonent kodunun verilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdehlər “Azəriqaz” İstehsalat Biliyinə "xxxx" ASC-yə, "xxxx" ASC-yə qarşı ”iddiaçının mülkiyyətində olan çıxarış və texniki pasportla təmin edilmiş mənzilinin qaz, su, işiq xəttləri ilə təmin edilməsi, sayqaçların quraşdırılması, abonent kodunun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 04 iyul 2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “iddiaçının mülkiyyətində olan çıxarış və texniki pasportla təmin edilmiş mənzilinin qaz, su, işiq xəttləri ilə təmin edilməsi, sayqaçların quraşdırılması, abonent kodunun verilməsi öhdəliyinin qoyulması barədə; İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “iddiaçının mülkiyyətində olan çıxarış və texniki pasportla təmin edilmiş mənzilinin qaz, su, işiq xəttləri ilə təmin edilməsi, sayqaçların quraşdırılması, abonent kodunun verilməsi öhdəliyinin qoyulması barədə və; İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “iddiaçının mülkiyyətində olan çıxarış və texniki pasportla təmin edilmiş mənzilinin qaz, su, işiq xəttləri ilə təmin edilməsi, sayqaçların quraşdırılması, abonent kodunun verilməsi öhdəliyinin qoyulması barədə iddia tələblərinin ayrı ayrı icraatlara ayrılması qərara alınmışdır.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında X5 tərəfindən inşa edilmiş 3 mərtəbəli yaşayış binasından 03 iyul 2020-ci il tarixində RB/İKYF-099 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən mənzil almışdır. Mənzilə dair çıxarış və texniki pasportla təmin edilmişdir. Mənzilinə işıq, su və qaz xəttinin çəkilməsi, sayğacların quraşdırılması və fərdi şəkildə kodlaşdırılması üçün dəfələrlə qurumlara müraciət etmişdir. Müraciətinə cavab olaraq qeyd olunan tikilinin çoxmənzilli yaşayış binası olması, ona fərdi şəkildə texniki şərtin verilməsinin imkan xaricində olması və qeyd olunan məsələnin sahibkarın öhdəliyində olması bildirilmişdir. Qeyd olunanlarla bağlı öhdəliyin sahibkar X3 üzərinə qoyulması üçün xx.xx.2021-ci il tarixində Binəqədi rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə qərarına əsasən mənzilini kommunal xidmətlərlə təmin edilməsi üçün bütün sənədlər aidiyyatı üzrə təqdim etmək cavabdeh X3 üzərinə qoyulmuşdur. X5 öz növbəsində sənədləri təqdim etmiş, lakin qurumlar tərəfindən müəyyən səbəblər bildirilərək imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən məhkəmə sərəncamı icra edilməmiş, iddiaya etirazını məhkəməyə təqdim etməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.
İş materiallarına əlavə edilmiş:
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1F, 16 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İddiaçı və digərlərinə ünvanladığı 19 avqust 2021-ci il tarixli, İN-X/O-8146/2021 saylı “Müraciətə baxılmasının nəticəsi barədə” məktubuna əsasın bildirimişdir ki, Qaldırılan məsələlərin araşdırılması ilə bağlı iqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli İN-X/O-6136/2021 nömrəli məktubla Energetika Nazirliyinin Enerji X1 müraciət olunmuşdur. Bununla əlaqədar Agentlik tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində iddiaçının və binada yaşayan digər sakinlərin iştirakı ilə sözügedən ünvana baxış keçirilərək müvafiq aktlar tərtib edilmişdir. Baxış zamanı binanın elektrik enerjisi təchizatının "xxxx" ASC-nin Biləcəri ETSl-nin balans və xidmətində olan gücü 400 KVA, 6/0,4 KV gərginlikli 587-1 saylı komplekt transformator məntəqəsinin 0,4 KV-luq paylayıcı lövhəsindən çıxan ÖİN xətti vasitəsilə yerinə yetirildiyi, binada elektrik enerjisi istehlakının hesabatının həyətyanı sahəyə girişdə çöl tərəfdə divarda quraşdırılmış makel markalı, zavod nömrəsi 35044929, dövlət möhürü 432207 olan 3 fazlı hesüblaşma elektrik sayğacı vasitəsilə aparıldığı və "Azərişıq'’ ASC-nin kompüter məlumat bazasında 01/14-94 abonent kodu ilə “AHİTA” təmir-tikinti bazasının adına qeydiyyata alındığı müəyyən edilmişdir. Bununla yanaşı qeyd edilən ünvanda yerləşən yaşayış binasının xarici elektrik təchizatı ilə bağlı texniki şərti təqdim edilməmiş, binada olan mənzillərdə elektrik enerjisi istehlakının hesabatı üçün quraşdırılmış hesablaşma elektrik sayğaclarının “Azərişıq" ASC-nin kompüter məlumat bazasında qeydiyyata alınmadığı, mənzillərdə sərf edilmiş elektrik enerjisi haqqının ödənilməsi ilə bağlı bildirişlərin sakinlərə "xxxx" ASC tərəfindən deyil, idarəetməni həyata keçirən şəxslər tərəfindən verildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 3.5-ci bəndinə əsasən yeni elektrik qurğularına gərginliyin verilməsi yalnız uçot cihazları quraşdırılıb yoxlanıldıqdan, X2 Agentliyi tərəfindən istismara buraxılış aktı verildikdən, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra yerinə yetirilməlidir. Nazirlər Kabinetinin 24,07.2018-ci il tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) almasi (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydasının 2.17-ci bəndinə əsasən isə yaşayış binalarının enerji təchizatı şəbəkəsinə qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin enerji təchizatı şəbəkəsinə qoşulması üçün ayrıca texniki şərtlərin və layihə sənədlərinin alınması, həmçinin qoşulma haqqinın ödənilməsi tələb olunmur. Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nm 3.2-ci bəndinə əsasən binanın xarici elektrik təchizatı ilə bağlı texniki şərtlərdə göstərilən qoşulmaya dair tədbirlər sifarişçi tərəfindən yerinə yetirilməlidir. Həmin texniki şərtin tələbləri sifarişçi tərəfindən tam yerinə yetirildikdən sonra "Elektrik enerjisindən istifadə Qaydalarının 7.1-ci bəndinə uyğun olaraq enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi” barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28.11,2016-cı il-tarixli 47 nömrəli Qərarına uyğun olaraq məişət abonentləri üçün elektrik enerjisinin, aylıq istehlak həcminin 300 kVts-a qədər (300 kVts daxil olmaqla) olan hissəsi 0,07 manatla, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi isə 0,11 manatla hesablanır. Qeyd olunanlarla yanaşı, baxış zamanı sözügedən yaşayış binasının faktiki olaraq qazlaşdırılmadığı müəyyən olunmuşdur. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar’ın 3.1 -ci bəndinə əsasən qaz istehlakçıları qaz paylayıcısından 'alınan texniki şərtlərə əsasən qaz təchizatının layihə sənədlərini tərtib etməli və layihəyə uyğun tikinti işlərini yerinə yetirməlidirlər. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “Qeyd olunan ünvana dair müvafiq sənədlərin surətinin verilməsi barədə” cavab məktubuna əsasən Bakı şəhəri, ünvan 1, 16 saylı mənzilə dair sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir.
İV. Məhkəmənin mövqeyi
7. Azərbaycan Respublikası Konstitusiyasının - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 oktyabr 2012-ci il tarixli “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən “təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.”
9. Qeyd edilən qərarda həmçinin qeyd edilmişdir ki, dövlət tərəfindən təbii inhisar müəssisələrinə publik xarakterli səlahiyyətlər həvalə edilə bilər. Bu halda təbii inhisar müəssisəsi ilə digər subyektlərin münasibətləri hakimiyyət – tabeçilik prinsipi üzərində qurulur. Eyni zamanda, təbii inhisar müəssisəsi publik maraqların təmin edilməsi ilə bağlı hər hansı bir subyektə məhdudlaşdırıcı təsir göstərə bilər.
10. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun
- 5-ci maddəsinin 1.2-ci bəndinə əsasən təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə aiddir.
11. Cavabdeh "xxxx" ASC-nin qəbul etdiyi aktları, o cümlədən texniki şərtin verilməsinə dair qərarı publik- hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
12. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun
- 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Bu Qanun elektrik və istilik enerjisinin istehsalının, ötürülməsinin, paylanmasının, alqı-satqısının və istehlakının hüquqi əsaslarını müəyyən edir. - 3-cü maddəsinə əsasən, enerji təchizatı müəssisələri hüquqi şəxs olub müqavilələr əsasında elektrik və istilik enerjisini dövlət elektroenergetika müəssisəsindən və istehsalçılardan satın alır, müvafiq texniki və iqtisadi şərtlər razılaşdırılmaqla istehlakçılara satır. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. İstilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydaları ilə müəyyən edilir. 11-ci maddəsinin birinci hissəsinə əsasən, elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Müqavilələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən elektrik enerjisindən istifadə qaydalarına və istilik enerjisindən istifadə qaydalarına uyğun tərtib edilməklə müvafiq olaraq aşağıdakıları əks etdirməlidir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın
- 1.1-ci bəndinə əsasən abonent abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; - 1.3-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. - 1.4-cü maddəsinə görə, abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). - 3.5-ci maddəsinə əsasən, yeni elektrik qurğularına gərginliyin verilməsi yalnız uçot cihazları quraşdırılıb yoxlanıldıqdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularına münasibətdə isə, X2 Agentliyi tərəfindən istismara buraxılış aktı verildikdən, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra yerinə yetirilir. - 5.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur (8 nömrəli əlavə). - 7.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. - 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.
Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın
- 1.1-ci bəndinə əsasən, bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. - 2.17-ci maddəsinə görə, yaşayış binalarının ETŞ-yə qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin ETŞ-yə qoşulması üçün ayrıca texniki şərtlərin və layihə sənədlərinin alınması, həmçinin qoşulma haqqının ödənilməsi tələb olunmur.
Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın
- 3.2-ci bəndinə əsasən binanın xarici elektrik təchizatı ilə bağlı texniki şərtlərdə göstərilən qoşulmaya dair tədbirlər sifarişçi tərəfindən yerinə yetirilməlidir. Həmin texniki şərtin tələbləri sifarişçi tərəfindən tam yerinə yetirildikdən sonra “Elektrik enejisindən istifadə Qaydaları”nın 7.1-ci bəndinə uyğun olaraq enerji təchizatı müəssisəi ilə abonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi” barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 17 nömrəli Qərarına uyğun olaraq məişət abonentləri üçün elektrik enerjisinin aylıq istehlak həcminin 300 kVts-a qədər (300 kVts daxil olmaqla) olan hissəsi 0,07 manatla, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi isə 0,11 manatla hesablanır. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
13. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
3.0.37-ci maddəsinə əsasən mühəndis-kommunikasiya təminatı sistemi – obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğularıdır. - 63.1-ci maddəsinə əsasən tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. - 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - 83.0. Tikinti layihələri aşağıdakı bölmələrdən ibarətdir: 83.0.1. mühəndis-axtarış işləri; 83.0.2. tikinti ərazisinin baş planı; 83.0.3. memarlıq-planlaşdırma və konstruksiya bölməsi; 83.0.4. mühəndis-kommunikasiya təminatı bölməsi; 83.0.5. texnologiya bölməsi (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda); 83.0.6. ekologiya bölməsi (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda); 83.0.7. tikinti işlərinin təşkili bölməsi; 83.0.8. smeta bölməsi (tikintisi dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlər üçün). - 84.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikinti obyekti üçün mühəndiskommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsini təmin edir. Texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblərin məcmusu kimi texniki şərtlərdə aşağıdakılar nəzərdə tutulur: 84.1.1. tikinti obyektinin mühəndiskommunikasiya təminatına dair tələblər; 84.1.2. tikinti obyektinin mühəndiskommunikasiya təminatı mənbələri; 84.1.3. müvafiq mühəndis-kommunikasiya təminatı sisteminə qoşulma nöqtələrinə dair tələblər; 84.1.4. mövcud mühəndis-kommunikasiya təminatı sisteminin genişləndirilməsinin əsaslandırılması. - 84.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum texniki şərtlərin alınması üçün təchizat müəssisələrinə sorğu göndərir. Sorğuya tikinti ərazisinin vəziyyət planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. - 102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər.
14. İşin faktiki hallarına əsasən iddiaçı mülkiyyətində olan mənzil elektrik enerjisi ilə təmin edilmədiyi üçün, texniki şərtin verilməsini xahiş etmişdir. İddiaçının tələbi qanunvericiliyin yuxarıda qeyd edilmiş müddəalarına uyğun deyildir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzilin yerləşdiyi bina (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1) ilkin olaraq X3 adına fərdi yaşayış evi kimi, torpağın təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olmaqla xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Sonradan Bakı şəhəri, Binəqədi rayonu, ünvan 3 ünvanı X3 adına mənzil kimi xüsusi mülkiyyət növü olaraq qeydiyyatdan keçmiş və alqısatqı və ipoteka müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçının yaşadığı bina, çoxmənzilli bina olmasına baxmayaraq, onun tikintisi üçün tikinti obyektinin layihələndirilməsinə, tikintiyə icazə alınmasına, istismara qəbul edilməsinə dair qanunvericiliyin normalarına riayət edilməmişdir. Nəticədə iddiaçiya məxsus mənzilin yerləşdiyi bina mühəndis kommunikasiyaları ilə təmin edilməmişdir.
15.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
- 13.1-ci maddəsinə əsasən, yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi;13.1.3. otaq;
İş materiallarından göründüyü kimi iddiaçının tələbi mənzil ilə bağlı olmasına baxmayaraq onun yerləşdiyi fərdi yaşayış evinin tikintisinə və istismarına icazə verilməsi barədə sənədlər mövcud deyildir. Qüvvədə olan qanunvericilikdə tikintisinə və istismarına icazə verilməmiş ev və ya mənzillərə qaz təchizatı üçün texniki şərtin verilməsi nəzərdə tutulmamışdır
16. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, elektrik enerjisi ilə təchizatı üçün texniki şərt tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı üçün layihələndirilməsinə əsas olan və elektrik enerjisi verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd olmaqla tikinti obyektlərinin tikinti layihələri hazırlanan zaman tikinti layihəsinin bir bölməsi (Şəhərsalma və Tikinti Məcəlləsinin 83.0.4-cü maddəsinə əsasən mühəndis-kommunikasiya təminatı bölməsi) kimi nəzərdə tutulur. Yəni tikilən obyektdə gələcəkdə elektrik enerjisidən istifadə nəzərdə tutulmuşdursa o zaman tikinti layihələndirilərkən artıq elektrik enerjisi təchizatı ilə bağlı texniki şərt alınmalıdır ki, bu da icra edilməmişdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
18. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ”iddiaçının mülkiyyətində olan çıxarış və texniki pasportla təmin edilmiş mənzilinin işıq xətti ilə təmin edilməsi, sayqaçın quraşdırılması, abonent kodunun verilməsi öhdəliyinin qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova