Məhkəmə qərarları › İş №2-1(112)-11986/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11986/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11986/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının Göyçay rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli Sərəncamına əsəsən 3-cü dərəcə Vətən Müharibəsi əlili olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməyi nəzərə alınmaqla həmin xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına 5 nəfər (özü, anası, arvadı və iki azyaşlı övladları) ailə üzvləri ilə birlikdə daxil edilməyi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı Bakı İnzibati Məhkəməsində Cavabdehnə qarşı iddia qaldıraraq iddiaçının Göyçay rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli Sərəncamına əsəsən 3cü dərəcə Vətən Müharibəsi əlilli olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməyi nəzərə alınmaqla həmin xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına 5 nəfər (özü, anası, arvadı və iki azyaşlı övladları) ailə üzvləri ilə birlikdə daxil edilməyi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslandırılması:

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixində Göyçay rayonunda anadan olmuş, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək N və N nömrəli hərbi hissələrdə, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N və N nömrəli hərbi hissələrdə Müdafiə Nazirliyinin tərkibində xidmət etmişdir. Vətən müharibəsində N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə fəal iştirak etmiş, müharibə veteranıdır və ağır yaralanmışdır. xx.xx.2020-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Vətən müharibəsi zamanı Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Vətən Müharibəsi zamanı ağır yaralanaraq xəsarət almış, bir çox tibb müəssisələrində müalicə və müayinə olunmuşdur. xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 21339 nömrəli şəhadətnamə ilə təmin edilmiş, əlillik təyinatına imtina edildiyi üçün xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və ona məhkəmənin qərarı ilə xx.xx.2021-ci il tarixdə 3-cü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Cavabdehnə Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən mənzil növbəsində dayanan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlillərinin siyahısına Göyçay rayon İcra Hakimiyyətində xx.xx.2024-cü il tarixdən növbədə olmağı nəzərə alınmaqla əlavə edilməyinə, mənzillə təmin olunmağına köməkdarlıq edilməsi barədə müraciət etmişdir. Cavabdehnə elektron və yazılı müraciət etsə də, müraciətinə biganə cavab verilmişdir ki, 5 ildən az olmayaraq Bakı şəhərində qeydiyyatda olmalıdır və bu səbəbdən də növbəyə götürülməkdən imtina edilmişdir. Cavabdeh müharibə əlillinə qarşı hərəkətsizliyi qanunsuz və tam əsassızdır, belə ki, o, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Vətən Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, xəsarət almış, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qazandığım xəstəliklərdən səhətimdə olan dəyişikliklə bağlı ona 3-cü dərəcə müharibə əlilliyi təyin edilmişdir və eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli sərəncamında Cavabdeh mənə qarşı hərəkətsizliyi haqında heç bir qanunun tələbləri öz əksini tapmamışdır. İddiaçı 2009-cu ildən Bakı şəhərində qeydiyyatsız yaşayır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4342/2024 nömrəli xx.xx.2024-cü il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9436/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4337/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7546/2022 nömrəli xx.xx.2022-ci il tarixli və Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3616/2018 nömrəli xx.xx.2018-ci il tarixli analoji qərarlarına müvafiq olaraq iddia tələbi haqlıdır və təmin olunması qanuna uyğundur. Bakı şəhər, Cavabdeh Başçısının bir çox müharibə əlilləri X14 (mənzillə təmin edilib), Məmmədov Ar iz Hüseynah oğlu, X4 (mənzillə təmin edilib), X8, X9 və sairlərinin 5 il müddət istinad edilmədən olan Sərəncamlarının sürətini iddia ərizəsinə əlavə edir. Eyni zamanda iddiaçı Göyçay rayon İcra Hakimiyyətində xx.xx.2024-cü il tarixli Sərəncamı ilə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülmüşdür. Hal-hazırda qeydiyyatı Bakı şəhər, Yasamal rayonunda olduğu üçün həmin sənədlər Göyçay rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər, Yasamal rayonuna göndərilməsinə və xx.xx.2024-cü il tarixdən etibarən Bakı şəhər, Cavabdeh Başçısının Sərəncamı ilə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməyinə ehtiyacı vardır. İddiaçı göstərilənlərə əsasən iddai tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh səlahiyyətli nümаyəndəsinin məhkəmə baxışında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, - 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1996-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçıya məxsus SX ******* nömrəli hərbi biletindən görünür ki, iddiaçı 22 aprel 2024-cü il həqiqi hərbi xidmətə çağırılmış, 02 oktyabr 2015-ci ildə ehtiyata buraxılmış, xx.xx.2020-ci ildə yenidən xidmətə çağırılmış, ağır yaralanmış və xx.xx.2020-ci ildə ehtiyata buraxılmışdır. İ-5063 nömrəli vəsiqədən görünür ki, iddiaçı “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. İ-12955 nömrəli vəsiqədən görünür ki, iddiaçı “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-72499 nömrəli vəsiqədən görünür ki, iddiaçı “vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İddiaçının adına verilmiş sosial arayışdan görünür ki, ona xx.xx.2021-ci il tarixdən 5 il müddətinə üçünücü dərəcəli əlillik təyin edilmişdir. Göyçay rayon İcra Hakimiyyəti başçısının 77 nömrəli, 17 may 2024-cü il tarixli “ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı mənzil uçotuna alınması” barədə Sərəncamına əsasən, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülmüşdür. Bakı şəhəri Cavabdeh Başçısının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-21/2-/82- 068/2024 saylı məktubuna əsasən bildirilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümkün olmamışdır. Məhkəmə sorğusu əsasında Göyçay rayon İcra Hakimiyyətinin 24 sentyabr 2024-cü il tarixli, 5-46/2-913/2024 saylı məktubuna əsasən vətən müharibəsi əlili İddiaçı güzəştli mənzil siyahısına daxil edilməsi ilə bağlı inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlər: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri”ndən arayışda qeyd edilmişdir ki, X2 Respublikası ərazisi üzrə daşınmaz əmlakın mövcuduğuna dair daşınmaz əmlak aşkar edilməmişdir; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri”ndən arayışda qeyd edilmişdir ki, X1 Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcuduğuna dair daşınmaz əmlak aşkar edilməmişdir; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri”ndən arayışda qeyd edilmişdir ki, X2 Respublikası ərazisi üzrə daşınmaz əmlakın mövcuduğuna dair daşınmaz əmlak aşkar edilməmişdir; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri”ndən arayışda qeyd edilmişdir ki, İddiaçı Respublikası ərazisi üzrə daşınmaz əmlakın mövcuduğuna dair daşınmaz əmlak aşkar edilməmişdir. İsmayıllı Bələdiyyəsinin 28 nömrəli, 18 aprel 2024-cü il tarixli arayışından görünür ki, X1 İsmayıllı şəhəri ərazisində həyətyanı məqsədli torpaq sahəsi aşkar edilmir. Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01-306 nömrəli, xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı ailə üzvləri aşağıdakılardır – anası X10, arvadı X5, qızı X7, qızı X6.

Tətbiq edilən hüquq

6. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs.

Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

7. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən:

Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; 48.2. qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.

Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa).

Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3. vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.

Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə;53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə;

8. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanına əsasən:

2.1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.5-ci maddəsinin birinci cümləsində, 49.6-cı, 103.2.1-ci, 146.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.3. həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

9. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”sinə əsasən:

3.9.6. yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. 4.6.9. əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. 6.8. yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.

Məhkəmənin mövqeyi.

10. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir:

Yuxarıda sadalanan qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir.

11. Hazırki iş üzrə iddia tələbi “iddiaçının Göyçay rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli Sərəncamına əsəsən 3-cü dərəcə Vətən Müharibəsi əlilli olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməyi nəzərə alınmaqla həmin xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına 5 nəfər (özü, anası, arvadı və iki azyaşlı övladları) ailə üzvləri ilə birlikdə daxil edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”ndən ibarətdir.

12. İşin faktiki hallarına əsasən, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlildir. Göyçay rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülmüş, sonradan iddiaçının qeydiyyat ünvanının dəyişdirilməsi səbəbindən Bakı şəhəri Cavabdehnə mənzil növbəsinə götürülməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

13. Cavabdeh iddiaçının son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsinin mümkün olmadığını bildirmişdir. Hazırkı iş üzrə mübahisələndirilməyən hal odur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyi olan şəxsdir. Məhkəmə hesab edir ki, cavabdehin bu mövqeyi yuxarıda qeyd edilmiş işin faktiki hallarına və qanunvericiliyin normalarına uyğun deyildir. Belə ki, iddiaçının müraciəti ilə bağlı hallar Göyçay rayon İcra Hakimiyyəti tərəfindən tam araşdırıldıqdan sonra, iddiaçının ailə üzvləri ilə mənzil uçotuna alınması barədə müvafiq inzbati akt qəbul edilmişdir. Göyçay rayon İcra Hakimiyyətinin sərəncamı etibarsız və ya qanunsuz hesab edilməmiş və ya ləğv edilməmişdir. Odur ki, cavabdehin hazırki mübahisə ilə bağlı hərəkəti (hərəkətsizliyi) yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun olmamış, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bundan əlavə cavabdehin imtinasında göstərilən hal ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmət vəzifələrini icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçusu olduğundan və yaşayış sahəsi olmadığı üçün, seçdiyi yaşayış yerində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ mövcuddur. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilməsini və mənzil növbəsinə götürülməsini qeydiyyatda olduğu yer üzrə müvafiq orqan qismində Yasamal RİH-dən tələb etməkdə haqlıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli Qərarında göstərilmişdir: “Vətəndaşın həqiqi hərbi qulluğa daxil olması onun Konstitusiyada təsbit olunmuş əmək hüququnun realizə üsullarından biridir. Hərbi qulluğun özü isə dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur.

14. Beləliklə, məhkəmənin mövqeyinə görə, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Göstərilən bütün halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

15. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2.inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir; - 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; - 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; - 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir; - 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1.inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 16.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1.məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

17. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının Göyçay rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli Sərəncamına əsəsən 3cü dərəcə Vətən Müharibəsi əlilli olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməyi nəzərə alınmaqla həmin xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına 5 nəfər (özü, anası, arvadı və iki azyaşlı övladları) ailə üzvləri ilə birlikdə daxil edilməyi barədə sərəncam verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

18. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

NƏTİCƏVİ HİSSƏ

19.Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 34, 68, 69, 85-ci maddələrini srəhbər tutaraq məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı Göyçay rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli Sərəncamına əsəsən 3-cü dərəcə Vətən Müharibəsi əlilli olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməyi nəzərə alınmaqla həmin xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına 5 nəfər (özü, anası, arvadı və iki azyaşlı övladları) ailə üzvləri ilə birlikdə daxil edilməyi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar