Məhkəmə qərarları › İş №2-1(112)-11988/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11988/2022

26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11988/2022 26.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2020-ci ildən 2021-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə Plan İdarəsi tərəfindən 2736 manat 22 qəpik məbləğində məzuniyyət və müalicə olunmağı üçün pul müavinətinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən 2021-ci ilədək Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə, sonuncu isə 2019-cu ildən 2021-ci ilədək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində çalışmışdır. 2020-ci ilin avqust ayında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində çalışdığı zaman əmək haqqısı 1484 manat 15 qəpik, 2021-ci ilin avqust ayında isə 1528 manat 26 qəpik olmuşdur. olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xidmətkeçmə haqqında Əsasnamənin 91-ci maddəsində göstərilmişdir ki, daxili işlər orqanlarının əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifə və rütbə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. Əsasnamənin 91-ci maddəsində göstərilmişdir ki, daxili işlər orqanlarının əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Azərbaycan Respublikası Beynəlxalq Bankının iddiaçının adına olan ******************** nömrəli hesab nömrəsindəki çıxarışdan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə Plan İdarəsi tərəfindən iddiaçıya 2020-ci ilin avqust ayında əmək haqqı 1484 manat 15 qəpik olduğu halda 785 manat 20 qəpik məzuniyyət pulu ödəniş verilmiş, yəni 698 manat 95 qəpik əskik verilmiş, müalicə olunmağı ilə əlaqədar pul müavinəti də 785 manat 20 qəpik, yəni 698 manat 95 qəpik əskik verilmişdir. 2021-ci ilin avqust ayında əmək haqqı 1528 manat 26 qəpik olduğu halda 859 manat 10 qəpik məzuniyyət pulu ödəniş verilmiş, yəni 669 manat 16 qəpik əskik verilmiş, müalicə olunmağı ilə əlaqədar pul müavinəti 859 manat 10 qəpik, yəni 669 manat 16 qəpik əskik verilmişdir. Beləliklə, 2020-ci ildən 2021-ci ilədək xidmət etdiyi müddət ərzində Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə Plan idarəsi tərəfindən 2736 manat 22 qəpik məzuniyyət pulu və müalicə olunmağı üçün pul müavinəti iddiaçıya ödənilməmişdir. Cavabdehə həmin məbləğin ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizələr ünvanlasa da, cavabdeh həmin pulun verilməsini DİN-nin xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmri ilə tənzimləndiyini qeyd edərək həmin pulun ödənilməsinin imtina edilməsi barədə məktubla cavab vermişdir. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı məhkəməyə ərizə təqdim edərək, şifahi məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazda bildirmişdir ki, iddiaçının tələbi əsassızdır və iddiaçının iddia tələbi rədd edilməlidir. İddiaçı 1996-2021-ci illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Xidmətdən xaric olunduqdan sonra DİN Maliyyə-Plan İdarəsinə müraciət edərək 2020-2021-ci illər üçün ona müalicə və məzuniyyətə görə ödənilməmiş 2736 manat 22 qəpik pul müavinətinin ödənilməsini xahiş etmişdir. İddiaçı inzibati qurum tərəfindən verilən cavabla razılaşmadıqdan sonra o, məhkəməyə müraciət etmişdir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının professor- müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusi təyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etmişdir. Nazirlər Kabinətinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndini rəhbər tutaraq Daxili işlər nazirinin xx.xx.2014-cü il tarixli, Ə456-001-14 nömrəli qərarı ilə daxili işlər orqanlarında müəyyən edilmiş vəzifələrdə çalışan xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarına 1 iyun 2014-cü il tarixindən onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin edilsin. Daxili işlər nazirinin Ə893-00İ- 19 nömrəli, xx.xx.2019-cü il tarixli əmrinin 2-ci bəndinə əsasən əməkdaşlara müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda onların xidmət etdiyi qurumun rəisinin (komandirinin) adına yazdığı raport əsasında əlavə sənəd tələb edilmədən, ildə bir dəfə verilsin. Məzuniyyətə və müalicəyə görə pul müavinətinin ödənilməsi “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci İl 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndində göstərilən əlavələr və ərzaq payı əvəzinə verilən pul kompensasiyası istisna olmaqla təmin edilsin. Bu əmr 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minir. Göründüyü kimi, Nazirlər Kabinətinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı Daxili İşlər Nazirliyinə diskresion səlahiyyət verərək ixtiyar verir ki, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşı həcmində əlavə verilsin və ya verilməsin. Göründüyü kimi, Nazirlər Kabinətinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarına və Daxili işlər nazirinin Ə893-00İ-İ9 nömrəli, xx.xx.2019-cü il tarixli əmrinə əsasən iddiaçıya 2020-ci ildə aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavə, məharət dərəcəsinə görə əlavə olmaqla 785 manat 20 qəpik, 2021-ci ildə isə 859 manat 10 qəpik məzuniyyət və həmin məbləğlərdə xəstəlik müavinətləri ödənilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 039-46582M-3222 saylı məktubu ilə bildirilmişdir ki, “xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in rəhbəliyinə ünvanladığınız 2020 və 2021-ci illər üçün Sizə ödənilmiş məzuniyyətə və müalicəyə görə müavinətlərin düzgün hesablanmaması barədə ərizənizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, 2020 və 2021-ci illər üçün Sizə ödənilmiş məzuniyyətə və müalicəyə görə müavinətlərin hesablama qaydaları Azərbaycan Respublikası DlN-in xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmri ilə tənzimlənir. Qeyd etmək istərdik ki, məzuniyyətə və müalicəyə görə müavinətlər hesablanıb ödənildikdə bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə nəzərə alınmır.” - Daxili işlər nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçrnə haqqında Əsasnamə"nin 135-ci maddəinin 1-ci bəndinə əsasən öz arzusu ilə polis mayoru İddiaçı, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, "istefada olan polis mayoru" sayılmaqla, avqust 2021-ci il tarixdən müvafiq olaraq xidmətdən xaric edilmişdir. 20 avqust 2021-ci il tarixə xidmət müddəti: təqvimi hesablama ilə - 26 il, 08 ay, 09 gün, imtiyazlı hesablama ilə - 27 il, 01 ay, 21 təşkil edir. - Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 039-16284-1222 saylı məktubu ilə bildirilmişdir ki, Bakı Şəhər BPİ Nəsimi RPl-nin İstintaq şöbəsinin sabiq baş müstəntiqi, polis mayoru İddiaçı işlədiyi müddət dövründə məzuniyyət və xəstəlik müavinətləri tam ödənilmişdir. Bu baxımdan İddiaçı ödəmələr Azərbaycan Respublikası DİN-in xx.xx.2019-cu il tarixli Ə893-001-19 nömrəli əmrinə əsasən aparılmışdır. - Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 039-19115-1222 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı 2020-ci ildə 785 (yeddi yüz səksən beş) manat 20 qəpik, 2021-ci ildə isə 859 (səkkiz yüz əlli doqquz) manat 10 qəpik məzuniyyət və həmin məbləğlərdə xəstəlik müavinətləri ödənilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı hazırki iddia tələbi ilə daxili işlər orqanlarından xaric olunduqdan sonra 2020- 2021-ci illər üçün ona müalicə və məzuniyyətə görə ödənilməmiş 2736 manat 22 qəpik pul müavinətinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə görə:

91. Daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə, tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının professor - müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusi təyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrinin 3-cü bəndinə əsasən bu əmrə 1 nömrəli əlavədə müəyyən edilmiş vəzifələrdə xidmət edən xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarına 1 iyun 2014-ci il tarixindən onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin edilmişdir. Azərbaycan Respublikası Daxili işlər nazirinin Ə893-00İ-19 nömrəli, xx.xx.2019-cü il tarixli əmrinin 2-ci bəndinə əsasən əməkdaşlara müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda onların xidmət etdiyi qurumun rəisinin (komandirinin) adına yazdığı raport əsasında əlavə sənəd tələb edilmədən, ildə bir dəfə verilsin. Məzuniyyətə və müalicəyə görə pul müavinətinin ödənilməsi “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci İl 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndində göstərilən əlavələr və ərzaq payı əvəzinə verilən pul kompensasiyası istisna olmaqla təmin edilsin. Bu əmr 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minir. Hazırki iddia ilə iddiaçı daxili işlər orqanlarından xaric olunduqdan sonra 2020-ci ildən 2021-ci ilədək 2736 manat 22 qəpik məbləğində məzuniyyət və müalicə olunmağı üçün pul müavinətinin ödənilməsi tələb etsə də, iş materiallarından görünür ki, iddiaçıya 2020-ci ildə aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavə, məharət dərəcəsinə görə əlavə olmaqla 785 manat 20 qəpik, 2021-ci ildə isə 859 manat 10 qəpik məzuniyyət və həmin məbləğlərdə xəstəlik müavinətləri ödənilmişdir. İddiaçı tələb etdiyi məbləğin az olmasını vəzifə maaşına əlavələrin hesablanmaması ilə əsaslandırmağa çalışmışdır. Halbuki, ödəmələr Azərbaycan Respublikası DİN-in xx.xx.2019-cu il tarixli Ə893-001-19 nömrəli əmrinə əsasən aparılmışdır. Yuxarıda sadalanan hüquq normalarından göründüyü kimi məzuniyyətə və müalicəyə görə müavinətlər hesablanıb ödənildikdə bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə nəzərə alınmır. Buna görə də iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müavinətin ödənilməsi” barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar