Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1199/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi, əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə “Peşə xəstəliyi ilə əlaqədar əmək qabliyyətinin itirilməsi faizinin 65 faiz itirilməsi barədə qərarın ləğv edilməsi, əmək qabliyyətinin itirilmə faizinin 80 faiz olmaqla müddətsiz bərpa olunması” vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsi bağlamaqla 2003-cü ildən “X19” MMC-də qazma qurğusunda yuxarı fəhlə (yüksəklikdə işləyən fəhlə) vəzifəsində işləməklə cavabdeh müəssisə ilə əmək münasibətlərində olmuşdur. 2009-cu ilin iyul ayında bu şirkətdə yüksək vibrasiyalı “Needl gun” aparatı ilə işləyən zaman əmək xəsarəti almışdır. Həmin tarixdən qurğunun həkimi tərəfindən işdən azad olunmaqla qurğunun stasionarında müalicə almışdır. Bu xəsarətlə əlaqədar əmək qabliyyətini itirmiş və 18 avqust 2009-cu il tarixdən 13 may 2010-cu il tarixə qədər əmək qabliyyətini müvəqqəti itirməklə müalicə olunmuşdur. 2009-cu ilin dekabr ayında X8 (V.Axundov adına X3 İnstitutu) apardığı araşdırmalar nəticəsində əmək xəsarətinin peşə fəaliyyəti ilə əlaqədar olduğu təsdiq edilmişdir. xx.xx.2010-cu il tarixdə 1 saylı Zona Tibbi Sosial Ekspert Komissisyasının qərarı ilə ona əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi təqsirkar müəssisənin sorğusu əsasında əmək qabliyyətinin 70 faiz itirilməsi təsdiq edilmişdir. xx.xx.2011-ci il tarixdə 1 saylı Zona Tibbi Sosial Ekspert Komissisyasının qərarı ilə ona 2012-ci ilin may ayına qədər əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi əmək qabliyyətinin 80 faiz itirilməsi təsdiq edilmişdir. xx.xx.2012-ci il tarixdə 10 saylı Tibbi Sosial- Ekspert Komissiyası tərərfindən əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi təsdiq edilmiş, lakin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissisyasında şəxsi işinin içərisində saxlanılan müəssisə tərəfindən ilkin müayinə zamanı göndərilmiş əmək qabiliyyətinin itirilməsi faizinin hesablanması sorğusunun müəmmalı şəkildə yoxa çıxması və həmin sorğunun müəssisə tərəfindən təkrarən verilməsindən imtina edilməsi ilə əlaqədar əmək qabiliyyətinin itirilməsi faizi təsdiq edilməmişdir. 2013, 2014, 2015-ci illərdə də hər il bir il müddətinə 10 saylı Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən əmək zədəsi səbəbi ilə 2ci qrup əlillik təsdiq edilmiş, lakin əmək qabiliyyətinin itirilməsi faizi təsdiq edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2015-ci il tarixli qətnaməsi ilə 2012-ci ilin may ayından növbəti 80 faizdən fərqli faiz təsdiq edilənədək xəsarətə görə ödəncin əmək qabliyyətinin 80 faiz itirilməsinə müvafiq ödənilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən əmək zədəsi səbəbi ilə 2-ci dərəcəli əlillik əmək qabiliyyətinin 65 faiz itirilməsi ilə 5 il müddətinə təsdiq edilmişdir. Növbəti sonuncu əmək qabliyyətinin itirilmə faizi və əlillik dərəcəsi təyin edilməsi isə xx.xx.2021-ci il tarixində həyata keçirilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli Müayinə Aktının nəticəsinə görə ona peşə xəstəliyi səbəbi ilə əmək qabliyyətinin itirilməsi faizi 80% olmaqla 2026-cı ilədək müddətli 2-ci qrup əlillik təyin olunması barədə qərar qəbul edilmişdir. Həmin qərar ona xx.xx.2021-ci il tarixində verilmişdir. Tibbi Sosial-Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik və əmək qabliyyətinin 65 faiz itirilməsi barədə 2-ci Müayinə Aktı da qəbul olunmuşdur. Həmin qərar 6 ay sonra şirkət aylıq ödəncini 15% azaldaraq ödədiyində üzə çıxmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixdə ona təqdim edilmiş xx.xx.2021-ci il tarixli “2-ci qrup əlillik, əmək qabiliyyətinin itirilmə faizi 80% 5 il müddətinə" dair Müayinə aktı xx.xx.2021-ci il tarixində elektron portalda dəyişdirilərək “2-ci qrup əlillik, əmək qabiliyyətinin itirilmə faizi 65% müddətsiz” redaksiyasında verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının qeyd olunan xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik və əmək qabiliyyətinin 80 faiz itirilməsi barədə Müayinə Aktını o “X19" MMC-yə təqdim etmişdir və 2021-ci ilin iyun ayından noyabr ayına qədər ona xəsarətə görə aylıq ödənclər əmək qabliyyətinin 80 faiz itirilməsi əsası (və məbləği) ilə hesablanmış və ödənilmişdir. 2010-cu ildən başlayaraq bu günə qədər peşə xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyi (bu quruma daxil olan Tibbi- Sosial Ekspertiza Komissiyaları) tərəfindən müxtəlif əlillik dərəcələri və əmək qabliyyətinin itirilməsi faizi təyin edilmişdir. Həmin ildən bu günə qədər peşə xəstəliyinə tutulduğu və əmək xəsarəti ilə əlaqədar olduğu müddətdə həm “X19” MMC tərəfindən, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti (bu quruma daxil olan Tibbi-Sosial Ekspertiza Komissiyaları) tərəfindən əlillik və əmək qabliyyətinin itirilməsi faizi ilə əlaqədar ona qarşı qərəzli münasibətlər olmuş, əmək və sosial hüquqları aşağıdakı sahələrdə pozulmuş və bu günə qədər də pozulmaqda davam edir. 12 il müddətində dəfələrlə ona müvafiq əlillik və əmək qabliyyətinin itirilməsi faizi təyin edilmiş və dəyişdirilmişdir. Bu müddətdə ona təyin olunmuş müvafiq əlillik və əmək qabliyyətinin itirilməsi faizi heç bir əsas olmadan həkim komissiyasının qərarına kənar müdaxilələrin qəbuledilməz olduğu halda dəfələrlə “X19" MMC-nin ərizələri əsasında, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bu quruma daxil olan Tibbi-Sosial Ekspertiza Komissiyaları) tərəfindən dəyişdirilmiş və aşağı salınmaqla əmək və sosial hüquqları pozulmuşdur. 2012-ci ilin may ayında üçüncü dəfə müayinə keçərkən qaydaya görə 10 saylı Tibbi-Sosial ekspert komissiyası tərəfindən müayinə olunmuş, müayinə aktına 2-ci qrup əlillik 80% əmək qabiliyyətinin itirilməsi ilə yazıldıqdan sonra məlum olur ki, müəssisənin tələbi ilə Respublika TSEM-ində müayinə olunmalıdır. Həmin qərar ləğv edilir, şəxsi işinin qovluğu göndərilir. Respublika TSEM-inə və Respublika TSEM-də ona elan edilir ki, qovluqda müəssisənin faizin hesablanması üçün sorğu məktubu olmadığına görə Sizə ikinci dərəcəli əlillik təsdiq ediləcək, əmək qabiliyyətinin itirilməsi faizi təsdiq edilməyəcək. Beləliklə, ilkin müayinə zamanı əlilliyin təsdiq edilməsi və əmək qabiliyyətinin itirilməsi faizinin hesablanması üçün təqdim edilmiş sənədlərin saxlanması vəzifəsi 10 saylı TSEKdə olduğu halda, dörd il müddətində TSEK sorğu məktubunun olmadığına görə əmək qabiliyyətinin itirilməsi faizini təsdiq etmədi. Təqsirkar müəssisə 40 ay ona aylıq ödənc ödəməmişdir. O, hüquqlarını məhkəmə qaydasında bərpa etmişdir. Bu müddətdə oan təyin olunmuş müvafiq əlillik və əmək qabliyyətinin itirilməsi faizi qanunvericiliyə əsasən ən çoxu 1 ildə 1 dəfə müayinədən keçirilməklə təyin olunmalı olduğu halda, “X19” MMC-nin ərizələri əsasında, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bu quruma daxil olan Tibbi-Sosial Ekspertiza Komissiyaları) tərəfindən bir neçə dəfə müayinə olmaqla, bir neçə dəfə keçirilmişdir. Bu müddətdə ona təyin olunmuş müvafiq əlillik və əmək qabliyyətinin itirilməsi faizi ilə əlaqədar “X19” MMC-nin məhkəmə qaydasında iddia ərizələri əsasında Məhkəmə-Tibbi Ekspertizası keçirilmişdir. Müəssisənin tələbi ilə keçirilmiş Məhkəmə-Tibbi Ekspertizası, xəstəliyimin ağırlaşması, fəsadlarının artması barədə rəy verməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bu quruma daxil olan Tibbi-Sosial Ekspertiza Komissiyaları) tərəfindən növbəti müayinə keçirilən zaman əmək qabiliyyətinin itirilməsi faizi aşağı salınmışdır. Bu müddətdə ona təyin olunmuş müvafiq əlillik və əmək qabliyyətinin itirilməsi faizi ilə əlaqədar həm onun tərəfindən verilmiş, həm də “X19” MMC-nin verdiyi ərizələr əsasında dəfələrlə və uzun müddətli məhkəmə prosesləri olmuşdur. Bütün hallarda bu müddətdə ona müvafiq əlillik və əmək qabliyyətinin itirilməsi faizinin təyin olunması ilə əlaqədar həm “X19” MMC ilə, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bu quruma daxil olan Tibbi-Sosial Ekspertiza Komissiyaları) ilə yaranmış mübahisələrdə pozulmuş hüquqları məhkəmə qərarları ilə bərpa olunmuşdur. Bu müddətdə həm “X19” MMC, həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən nəzərə alınmamışdır ki, o peşə xəstəliyi ilə əlaqədar əmək əlilidir, bu qərəzli münasibətlər qanunsuz olaraq ildə bir neçə dəfə keçirilən müayinələr, cəlb olunduğu məhkəmə mübahisələri və digər mübahisələr onun onsuz da sağlam olmayan səhhətini daha da çətin və təhlükəli duruma salır və ən acınacaqlısı odur ki, sanki qarşılarına məqsəd qoymuş kimi belə bir qərəzli münasibəti davam etdirirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bu quruma daxil olan Tibbi-Sosial Ekspertiza Komissiyaları) tərəfindən əmək qabliyyətinin itirilməsi barədə xx.xx.2021-ci il tarixli, 2 müxtəlif: 80 və 65 faiz itirilməsinə dair 2 Müayinə aktının verilməsi barədə. Sonuncu əlillik dərəcəsinin və əmək qabliyyətinin itirilmə faizi təyin edilməsi xx.xx.2021-ci il tarixində 5 nəfər tərkibdə həkim komissiyası tərəfindən əyani şəkildə həyata keçirilmişdir. Əyani müayinə zamanı Həkim komissiyası tərəfindən 2-ci qrup əlillik, 80% əmək qabiliyyətinin itirilməsi faizinin təyin olunması və bu barədə qərarın portalda dərc olunacağı barədə ona şifahi elan edilmişdir. Əyani müayinənin həm də kamera çəkilişi aparılmışdır. Şifahi elan edildiyi kimi də Tibbi Sosial-Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli Müayinə Aktının nəticəsinə görə ona 5 il müddətinə 2-ci qrup əlillik və əmək qabliyyətinin 80 faiz itirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar iddiaçıya xx.xx.2021-ci il tarixində verilmişdir. Tibbi Sosial-Ekspert Komissiyasının qeyd olunan xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik və əmək qabliyyətinin 80 faiz itirilməsi barədə Müayinə Aktını o “X19” MMC-yə təqdim etmişdir və 2021-ci ilin iyun ayından noyabr ayına qədər ona aylıq ödənclər əmək qabliyyətinin 80 faiz itirilməsinə müvafiq hesablanmış və ödənilmişdir. “X19” MMC-tərəfindən 2021-ci ilin noyabr ayından isə ona ödənclər əmək qabliyyətinin 65 faiz itirilməsi məbləği ilə hesablanmış və ödənilmişdir. O, bunun səbəbini “X19” MMC-dən soruşduqda onlar iddiaçıya bildirmişdirlər ki, onlar tərəfindən alınmış Tibbi Sosial-Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik və əmək qabliyyətinin 65 faiz itirilməsi barədə yeni Müayinə Aktına əsasən edirlər. O bununla maraqlanmağa başlamış və ona məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixində 1 saylı Bakı DOST Mərkəzi tərəfindən elektron portaldan çıxarılaraq ona təqdim edilmiş xx.xx.2021-ci il tarixindən peşə xəstəliyi səbəbi ilə ikinci dərəcəli əlillik əmək qabiliyyətinin itirilmə faizi 80% 5 il müddətinə olmaqla Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışına zidd olan portalda eyni tarixdən, yəni xx.xx.2021-ci il tarixindən peşə xəstəliyi səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik əmək qabiliyyətinin itirilmə faizi 65% olmaqla fərqli arayış işlənmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik və əmək qabliyyətinin 65 faiz itirilməsi barədə 2-ci Müayinə Aktı qanunsuz yollarla qəbul olunduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli Müayinə Aktının nəticəsinə görə ona 5 il müddətinə 2-ci qrup əlillik və əmək qabliyyətinin 80 faiz itirilməsi barədə qəbul edilmiş qərar daha əvvəl qəbul edilib və “X19” MMC-yə təqdim edilib və məhz bu səbəbdən də 80 faiz əsası ilə ona 5 ay ödənişlər edilib. Bu baxımdan əmək qabiliyyətinin 80 faiz itirilməsi barədə qərar və Müayinə Aktı qanuni və əsaslıdır. 5 ay sonra əmək qabliyyətinin 65 faiz itirilməsi barədə qərar və Müayinə Aktı isə əsassız və qanunsuzdur və hansısa saxta yollarla qəbul edilib. Həmin müayinə aktı nədənsə əlil olan şəxsə göndərilməyib. Heç bir xəbərdarlıq edilməyib, nədənsə yalnız müəssisəyə təqdim edilib. xx.xx.2010-cu il tarixdə 1 saylı Zona Tibbi Sosial Ekspert Komissisyasının qərarı ilə əmək qabliyyətini 70 faiz itirməklə ona 2-ci qrup müddətli (bir il müddətinə) əlillik dərəcəsi təyin edilmişdir. Həmin tarixdən sonra da 2011-2015-ci illərdə əlillik dərəcəsi müddətli olaraq 5 dəfə bir il müddətinə təyin edilmişdir. 2016-cı ildə əlillik dərəcəsi müddətli olaraq 5 il müddətinə 2021-ci ilin iyun ayınadək təyin edilmişdir. TSEK-in xx.xx.2021-ci il tarixli Müayinə Aktına əsasən də ona peşə xəstəliyi səbəbi ilə ikinci dərəcəli əlillik 80% əmək qabiliyyətinin itirilmə faizi müddətli olaraq 2026-cı ilədək 5 il müddətinə təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək onun barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-cü qrup əlillik 50 faiz peşə əmək qabliyyətinin itrilməsi barədə və xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik 65 faiz peşə əmək qabiliyyətinin itirilməsi barədə qərarlarının ləğv edilməsi və İddiaçı xx.xx.2021-ci il tarixli peşə xəstəliyi səbəbi ilə 2-ci dərəcə əlilliyin, peşə əmək qabiliyyətinin itirilmə faizinin 80 faiz olmaqla təyin edilməsi haqqında qərarının müddətsiz olaraq xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 34 saylı Şəhər Poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Peşə xəstəliyi, “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: C5-C6 fəqərəarasi diskin sağ tərəfli paramedian yirtigi kokcuk agri sindromu boyun və bel fəqərələrinin osteoxodrozu; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması hallan” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. 34 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Peşə xəstəliyi; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: C4-C5,fəqərə arasi disk yirtigi davamli kokcuk agrilari bel fəqərələrinin osteoxondrozu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük əzələ sisteminin xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 34 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Peşə xəstəliyi; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 -Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Boyun şöbəsinin disklərinin radikulopatiya ilə zədələnməsi.C3 C4 C5 C6 C6 C7 fəqərəarası disklərin pratruziyaları teztez fəsadlaşan davamlı kökcük ağrıları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük əzələə sisteminin xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Peşə xəstəliyi; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, C3-C4, C5-C6, C6-C7, fəqərəarası disklərin protruziyaları tez-tez fəsadlaşan davamlı kökcük ağrıları ilə.Vertebrobazilyar arterial sistem sindromu. Yuxarı ətrafların monoplegiyası.sağ yuxarı periferik monoparez, yuxarı ətrafın atoniyası; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası dfsklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu; Meyar: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son beş ildə aldığı stasionar müalicəsi yetərli deyil.İxtisaslaşdırılmış müayinə və müalicəsi davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “Səbəbi : Peşə xəstəliyi; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında -təkrarən baxılmış və “Səbəbi : Peşə xəstəliyi; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54- Digər dorsopatiyalar => M50- Boyun şöbəsinin fəqərəarası cisklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu .Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu fonunda xr.radiklopatiya, davamlı ağrı sindromu ilə və tez-tez fəsadlaşmalarla.C4-C5,C5-C6,C6- C7,L4-L5 f.a.diskin arxa mərkəzi protruziyaları, davamlı kökcük ağrıları ilə,sol yuxarı ətrafın atoniyası, vertebro vaelyar qan dövranı çatmamazlığı, dissurkulyator ensegalopatiya, bel-oma fəq-nin osteoxandrozu,L4-L5 f.a.diskin protruziyaları, ağrı sindromu ilə. Asteno nevrotik sindrom. Yuxarı ətraf əzələlərinin atoniyası. Dissurkulyator ensefalopatiya.; Əmək qabiliyyətinin itirilməsi(%- lə): 65; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9.G80-G80.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin rəyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddiaçının əlillik təyinatı sonuncu dəfə Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında **********3 nömrəli məktuba əsasən əyani müayinələrin nəticələrinə görə aparılmış və ona əmək qabiliyyətinin 65 % itirilməklə müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Göründüyü kimi, İddiaçı **********3 nömrəli məktuba əsasən əyani müayinədə olmuş və onun əmək qabiliyyətinin 65% itirilməsi müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxs "xxxx" MMC iddiaya yazılı münasibət məhkəməyə təqdim etmiş və bildirilmişdir ki, İddiaçı "xxxx" MMC-nin keçmiş işçisi olub və onun əmək qabiliyyətinin itirməsi səbəbindən qanunvericiliklə müəyyən olunmuş qaydada əmək qabiliyyətinin itirməsi faizinə mütənasib olaraq müəyyən edilmiş müvafiq aylıq ödənc "xxxx" MMC tərəfindən hər ay İddiaçı ödənilir. Həmin iş ilə bağlı cavabdeh qismində çıxış edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən keçirilmiş xx.xx.2021-ci il tarixli müayinədən sonra İddiaçı əmək qabiliyyətinin itirilmə faizi 80 faizdən 65 faizədək endirilmişdir. İddiaçı onun əmək qabiliyyətinin itirilməsi faizinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 80 faizdən 65 faizədək endirilməsi qərarı ilə razılaşmayaraq, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı əmək qabiliyyətinin itirilmə faizinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən dəyişdirilməsi "xxxx" MMC tərəfindən İddiaçı ödənilən aylıq ödəncin məbləğini də dəyişir və nəticə etibarı ilə bu cür dəyişiklik həm "xxxx" MMC-nin maddi vəziyyətinə təsir edir və həm də "xxxx" MMC-nin qanunla qorunan maraqlarına toxunur. Hazırkı iş üzrə Məhkəmənin 2-1(112)-8900/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Məhkəmə-tibbi ekspertizası təyin edilməsi və ekspertizanın aparılması barədə qərar qəbul edilmış və ekspertizanın aparılması İddiaçı iştirakı təmin edilərək onun canlı müayinəsi aparılmaqla həyata keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizası və X10 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X10 məhkəməyə taqdim etdiyi 782 saylı 19 sentyabr 2022-ci il tarixli Rəyinə əsasən qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X12 dəvət olunaraq onun canlı müayinəsi aparılmaqla onun Peşə-əmək qabiliyyətini itirilməsi 65% müəyən olunmuşdur. Lakin İddiaçı Kərimov X15 Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X10 məhkəməyə taqdim etdiyi 782 saylı 19 sentyabr 2022-ci il tarixli Rəyi ilə razılaşmamış və məhkəmədən bu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni bir ekspertizanın-tibbi müayinənin aparılmasını tələb etmişdir. Məhkəmə İddiaçı bu tələbini də təmin edərək, onun yenidən əyani müayinə olunması üçün bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə xx.xx.2022-ci il tarixində 2-1(112)-8900/2022 saylı və xx.xx.2023-cü il tarixində isə 2- 1(112)-1199/2023 saylı müvafiq sorğular göndərmişdir. Həmin sorğulara cavab olaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə təqdim etdiyi 12 may 2023-cü il tarixli məktubunda qeyd olunur ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə xx.xx.2023-cü il tarixində dəvət olunaraq onun əyani müayinəsi aparılmış və onun peşə xəstəliyi səbəbilə peşə-əmək qabiliyyətinin 50% (Əlli faiz) itirilməsi müəyən olunmuş və ona müddətsiz 3-cü dərəcə əlillik müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Ona görə də, yuxarıda qeyd olunan ekspertizaların qərar və rəylərinin nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinin müddəalarını rəhbər tutaraq məhkəmədən hazırkı 2-1(112)-1199/2023 saylı inzibati mübahisələrə dair iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmək qabiliyyətinin itirilməsi faizinin 80% olmaqla bərpa edilməsi” tələbi qaldırdığı iddia tamamilə əsassız olduğundan və bu fakt qeyd olunan hər iki ekspertizaların qərar və rəyləri ilə də sübuta yetirildiyindən, həmçinin, İddiaçı iddia tələbi birbaşa hazırkı inzibati işə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin qanunla qorunan maraqlarına toxunduğundan təmin edilməməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X13 iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə 34 saylı Şəhər Poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında xx.xx.2010-cu il tarixdə baxılmış və “Səbəbi: Peşə xəstəliyi, X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: C5-C6 fəqərəarası diskin sağ tərəfli paramedian yırtığı kokcuk ağrı sindromu boyun və bel fəqərələrinin osteoxondrozu; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti müayinə tarixi xx.xx.2011-ci il müəyyən edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 34 saylı Şəhər Poliklinikasının xx.xx.2014cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi: Peşə xəstəliyi; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: C4-C5, fəqərə arası disk yırtığı davamlı kokcuk agrıları bel fəqərələrinin osteoxondrozu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük əzələ sisteminin xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti müayinə tarixi xx.xx.2015-ci il müəyyən edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 34 saylı Şəhər Poliklinikasının xx.xx.2015ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Peşə xəstəliyi; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Boyun şöbəsinin disklərinin radikulopatiya ilə zədələnməsi. C3 C4 C5 C6 C6 C7 fəqərəarası disklərin pratruziyaları tez-tez fəsadlaşan davamlı kökcük ağrıları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük əzələ sisteminin xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti müayinə tarixi xx.xx.2016-cı il müəyyən edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında xx.xx.2016-cı il tarixdə baxılmış və “Səbəbi: Peşə xəstəliyi; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, C3-C4, C5-C6, C6-C7, fəqərə arası disklərin protruziyaları tez-tez fəsadlaşan davamlı kökcük ağrıları ilə. Vertebrobazilyar arterial sistem sindromu. Yuxarı ətrafların monoplegiyası, sağ yuxarı periferik monoparez, yuxarı ətrafın atoniyası; Əmək qabiliyyətinin itirilməsi (%-lə): 65; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu; Meyar: əlavə müalicəyə ehtiyacın olması, səbəbson beş ildə aldığı stasionar müalicəsi yetərli deyil, ixtisaslaşdırılmış müayinəvə müalicəsi davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “Səbəbi: Peşə xəstəliyi; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən xx.xx.2021-ci il tarixdə baxılmış və “Səbəbi: Peşə xəstəliyi; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu. Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu fonuinda xr.radiklopatiya, davamlı ağrı sindromu ilə və tez-tez fəsadlaşmalarla. C4-C5, C5-C6, C6-C7, L4-L5 f.a.diskin arxa mərkəzi protruziyaları, davamlı kökcük ağrıları ilə, sol yuxarı ətrafın atoniyası, vertebro vaelyar qan dövranı çatmamazlığı, dissurkulyator ensegalopatiya, bel-oma fəq-nin osteoxandrozu, L4- L5 f.a.diskin protruziyaları, ağrı sindromu ilə. Asteno nevrotik sindrom. Yuxarı ətraf əzələlərinin atoniyası. Dissurkulyator ensefalopatiya. Ağırlaşma R52.0 Kəskin ağrı. Ağırlaşma İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Dissurkulyator ensefalopatiya. Ağırlaşma M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası. Ağırlaşma G54.4 Oma-bel köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi. Ağırlaşma G45.0 Vertebrobazilyar arterial sistem sindromu; Əmək qabiliyyətinin itirilməsi (%-lə): 65; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İş materiallarına əlavə edilmiş çap tarixi xx.xx.2021-ci il tarixli müayinə aktına dair məlumatlardan görünür ki, iddiaçının əlillik vəziyyətinə 2784003AACFP nömrəli Forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu; Əmək qabiliyyətinin itirilməsi (%-lə): 80” peşə xəstəliyi səbəbi ilə əlillik müddəti xx.xx.2026-cı il tarixi göstərilməklə ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş sistemə daxil edilmə tarixi xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspert Komissiyasinın xx.xx.2021-cu il tarixli, xxxxxxx0008 nömrəli Qərarı ilə İddiaçı təkrar “Səbəbi: Peşə xəstəliyi; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu. Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu fonunda xr.radiklopatiya, davamlı ağrı sindromu ilə və tez-tez fəsadlaşmalarla.C4-C5,C5-C6,C6-C7,L4-L5 f.a.diskin arxa mərkəzi protruziyaları, davamlı kökcük ağrıları ilə,sol yuxarı ətrafın atoniyası, vertebro vaelyar qan dövranı çatmamazlığı, dissurkulyator ensegalopatiya, bel-oma fəq-nin osteoxandrozu, L4-L5 f.a.diskin protruziyaları, ağrı sindromu ilə.Asteno nevrotik sindrom.Yuxarı ətraf əzələlərinin atoniyası. Dissurkulyator ensefalopatiya. Əlilliyin müəyyən olunması meyarı: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9,G80-G80.9)” səbəbi ilə əlillik müddəti “müddətsiz” ikinci dərəcə əlillik təyin edilmişdir. Təyinat tarixi: xx.xx.2021, əmək qabiliyyətinin itirilməsi: 65%. İş materiallarına əlavə edilmiş çap tarixi xx.xx.2021-ci il tarixli müayinə aktına dair məlumatlardan görünür ki, iddiaçının əlillik vəziyyətinə 2784003AACFP nömrəli Forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “Səbəbi: Peşə xəstəliyi; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-beloma fəq-nin osteoxandrozu; Əmək qabiliyyətinin itirilməsi (%-lə): 65”, peşə xəstəliyi səbəbi ilə, əlillik müddəti “müddətsiz” göstərilməklə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəmə icraatında təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli **********2 saylı əmri ilə yaradılmış komissiyanın 06 avqust 2021-ci il tarixli protokolunda qərara alınmışdır ki, protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq 1 nəfərə dair əlillik sərəcəsi qüvvədə saxlanılsın, 12 nəfərə dair əlillik təyin edilsin, 2 nəfər tam reabilitasiya edilsin və əmək qabiliyyətinin itirilmə faizi təyin olunaraq əlillik altsisteminə daxil edilsin. Həmin protokola əlavə edilmiş əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üzrə əyani baxış keçirilmiş şəxslərin siyahısında 3-cü sırada İddiaçı, xx.xx.2021, peşə xəstəliyi, 2-ci dərəcə, 65%, müddəti 5 il olaraq göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "xxxx" MMC-yə ünvanladığı 15 oktyabr 2021-ci il tarixli **********5 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli L01-0912021 nömrəli məktuba Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. İddiaçı xx.xx.2010-cu il tarixdə Tibbi-sosial ekspert komissiyasında ilkin olaraq əyani müayinə olunmuş və ona peşə xəstəliyi səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə əlillik müəyyən edilmişdir. Sonrakı illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmış və xx.xx.2016-cı il tarixdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində təkrar əyani müayinə edilmiş, ona peşə xəstəliyi səbəbindən 5 (beş) il müddətinə (xx.xx.2021-ci il tarixədək) ikinci dərəcə əlillik müəyyən edilmişdir. Əlillik müddətinin başa çatdığı xx.xx.2021-ci il tarixdən sonra İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq Bakı 34 nömrəli Şəhər Poliklinikasının 2784003AACFP nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş, müraciəti əsasında xx.xx.2021-ci il tarixdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq İddiaçı peşə xəstəliyi səbəbindən (peşə-əmək qabiliyyətinin itirilməsi 65%) müddətsiz ikinci dərəcə əlillik müəyyən edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8900/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X10 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X10 xx.xx.2022-ci il tarixli, 400 nömrəli məktubu ilə təqdim edilmiş 782 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1963cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Vətəndaş İddiaçı əyani müayinə olunaraq 2.2.8 meyarı 2-ci dərəcə əlillik təyin edilmişdir. Peşə xəstəliyi ilə əlaqədar əlavə olaraq əmək qabiliyyətinin 65% itirilməsi müəyyən edilmişdir. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin yenidən qiymətləndiriləməsinə ehtiyac olduğu təqdirdə vətəndaş DTSERA-ya müraciət etməklə müvafiq komissiyaya təqdim oluna bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8900/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə dəvət edilərək peşə əmək qabiliyyətinin itirilmə faizinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 20 günlük müddət təyin edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-ci il tarixli, 3-17-4/2-11955/2023 nömrəli məktubunda bildirilmişdir ki, qərardadınıza uyğun olaraq İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi, həmçinin əmək qabiliyyətinin itirilmə faizinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlərin araşdırılması və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmuşdur. Bundan irəli gələrək, vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq xx.xx.2023-cü il tarixindən peşə xəstəliyi (əmək qabiliyyətinin 50% itirilməsi ilə) səbəbilə müddətsiz üçüncü dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş çap tarixi xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasinda sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsindən görünür ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxılmış və “Diaqnoz: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Boyun-bel-oma fəq-nin osteoxandrozu .Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Boyun-bel-oma fəq-nin osteoxandrozu fonuinda xr.radiklopatiya, davamlı ağrı sindromu ilə və tez-tez fəsadlaşmalarla.C4-CS,CS-C6,C6-C7,L4-LS f.a. diskin arxa mərkəzi protruziyaları, davamlı kökcük ağrıları ilə.sol yuxarı ətrafın atoniyası, vertebro vaelyar qan dövranı çatmamazlığı, dissurkulyator ensegalopatiya, bel-oma fəq-nin osteoxandrozu,L4- L5 f.a.diskin protruziyaları, ağrı sindromu ilə.Asteno nevrotik sindrom. Yuxarı ətraf əzələlərinin atoniyası.Dissurkulyator ensefalopatiya” peşə xəstəliyi səbəbi ilə, əlillik müddəti “müddətsiz” göstərilməklə üçüncü dərəcə əlillik təyin edilmişdir. Təyinat tarixi: xx.xx.2023, əmək qabiliyyətinin itirilməsi: 50%. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-20238/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən qiymətləndirilir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, İddiaçı peşə xəstəliyi səbəbindən xx.xx.2023-cü il tarixindən müddətsiz üçüncü dərəcə əlillik statusuna malikdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasfmn 2.10. bəndinə əsasən, istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X3 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentliyin ixtisaslaşmış həkim-ekspertlərindən ibarət Mərkəzi Tibbi-sosial ekspert komissiyası (bundan sonra - MTSEK) kompleks halda qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7. bəndinə uyğun olaraq, əyani müayinələrin nəticələrinə əsasən TSEK-in öncə qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə MTSEK yekun qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd edək ki, qiymətləndirmə vətəndaş tərəfindən təqdim edilən tibbi sənədlər, dövlət tibb müəssisəsinin göndərişləri, aparılan müayinələrin əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun həyata keçirilir. Həmin məktubla göndərilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 16 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və peşə xəstəliyi səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin və əmək qabiliyyətinin 65%(altmış beş faiz) itirilməsinin təyini barədə qərar verilmişdir. Məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı xx.xx.2010-cu ildə tibbi- sosial ekspert komissiyasında ilkin müayinə edilmiş və peşə xəstəliyi səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonrakı illərdə təkrar müayinələr zamanı verilmiş qərar qüvvədə saxlanılmış, xx.xx.2016cı il tarixdə peşə xəstəliyi səbəbi ilə ikinci dərəcə əlilliyi və əmək qabiliyyətinin 65%(altmış beş faiz) itirilməsinin təyini barədə qərar beş il müddətinə uzadılmışdır. Sonuncu dəfə əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və peşə xəstəliyi səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin və əmək qabiliyyətinin 65%(altmış beş faiz) itirilməsinin təyini barədə qərar verilmişdir. Xəstənin hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən olundu ki, düzgün bədən quruluşuna malikdir, dəri və görünən selikli qişaları adi rəngdədir. Dəri altı piy qatı normal inkişaf etmişdir. Şikayətləri boynunda, onurğanın döş və bel nahiyyəsində olan ağrılardan, onurğanın hərəkətinin məhdudluğundan, ümumi halsızlıq və tez yorulmadandır. Müayinə zamanı yuxarı ətraflarda tonus normaldır, D=S, vətər sümüküstü refleksləri canlı olub, D=S. Əzələ gücü pozulmayıb. Aşağı ətraflarda əzələ tonusu və gücü normal, D-S,. Ətraflarda əzələ atrofiyası və parez müəyyən edilmir. Onurğa boyunca paravertebral nöqtələr ağrılıdır. Onurğanın arxaya hərəkəti kəskin məhdud və ağrılıdır. Boyun nahiyəsində onurğanın rotasiyası(fırlanma hərəkəti) kəskin pozulub, başını çevirmək üçün bütün bədənlə dönür, başı məcburi vəziyyətdə dayanır. Onurğanın önə və yana hərəkətləri ağrılıdır, nisbətən məhdudlaşıb. Xəstənin təqdim etdiyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y.Axundov adına Elmi Tədqiqat METTPİ-nun X9 xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixə kimi olan stsionar epikrizində “C5-C6 fəqərəarası diskin yırtığı, davamlı kökcük ağrıları ilə. Tez- tez fəsadlaşan (C4-C5 diskin arxa mərkəzi protruziyası, C6-7 diskin arxa mərkəzi protruziyası,C7-Th1 diskin fibroz halqasının şişkinliyi). Sağ yuxarı ətrafın atrofiyası, bel fəqərələrinin osteoxondrozu, ağrı sindromu ilə” diaqnozlu xəstəliyin peşə mənşəli olması müəyyən edilmişdir. Xəstənin xx.xx.2009-cu il tarixdə Uniklinikada, xx.xx.2012-ci il tarixdə X21, xx.xx.2018-ci il tarixdə X5, xx.xx.2021-ci il tarixdə Xüsusi Müalicə Sağlamlıq Kompleksində keçdiyi MRT müayinələri yuxarıda qeyd edilən diaqnozu təsdiqləyir. Eləcə də xx.xx.2014-cü il və xx.xx.2019-cu il tarixlərdə X7 keçdiyi beyin damarlarının transkranial doppler müayinəsində sağ vertebral arteriyaların C1-C2, C5-C7 səviyyələrdə hemodinamik əhəmiyyətli (50%) daralmasının olduğu qeyd edilir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Xüsusi Müalicə Sağalmlıq Kompleksində aparılmış beyin arterialarının rəngli doppler müayinəsində hər iki onurğa arteriyalarında xarici sıxılma nəticəsində hemodinamik fərqlənmənin olması qeyd edilir. Xəstənin hazırkı vəziyyəti hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.5.1.1. bəndinə müvafiq olaraq pesə xəstəliyi səbəbindən müddətsiz orqanizmin funksiyalarının və əmək qabiliyyətinin 50% pozulmasna əsas verdiyindən, göndərişin rəsmiləşdirilməsi zamanı qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluqunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq 16 mart 2023-cü il tarixdən pesə xəstəliyi səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin və əmək qabiliyyətinin 50%(əlli faiz) itirilməsinin təyini barədə qərar verildi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Sizə əyani müayinə nəticəsində xx.xx.2021-ci ildən “peşə xəstəliyi” səbəbindən (əmək qabiliyyətinin 65% itirilməsi) müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın mahiyyət ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2010-cu ildə peşə xəstəliyi səbəbi ilə bir il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş, sonrakı illərdə iddiaçıya təkrar əlillik təyinatları aparılmışdır. Cavabdehin mövqeyinə görə iddiaçıya sonuncu dəfə Bakı 34 nömrəli Şəhər Poliklinikasının 2784003AACFP nömrəli xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş tibbi göndərişə əsasən əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik təyinatndan imtina edilmiş, qeyd edilən imtinadan sonra iddiaçı cavabdehin ekspert komissiyasında əyani müayinədə iştirak etmiş və ona 2-ci dərəcə peşə əmək qabiliyyətinin itirilmə faizi 65% olmaqla müddətsiz əlillik təyin edilmişdir. Qeyd edilən ekspert komissiyasının qərarı xx.xx.2021-ci ildə əlillik təyinatı alt sisteminə işlənərkən mexaniki səhv olaraq sistemə peşə əmək qabiliyyətinin itirilmə fazi 65% yerinə 80% olaraq daxil edilmiş, daha sonra qeyd edilən bu texniki səhv cavabdeh tərəfindən aşkar edilmiş və xx.xx.2021-ci ildə sistemdə olan yalnışlıq düzəldilərək əmək qabiliyyətinin itirimə faizi 65% olaraq daxil edilmişdir. Məhkəmə təqdim edilmiş inzibati icraat materiallarını müəyyən olunur ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixdən əyani müayinənin nəticəsi olaraq təyin edilmiş növbəti əlillik dərəcəsi təyinatı qərarı iddiaçının peşə əmək qabiliyyətinin 80% olmaqla 2-ci dərəcə və 5 il müddətinə təyinat şəklində olmuşdur. Belə ki, işin hallarından görünür ki, cavabdehin 06 avqust 2021-ci il tarixli protokolunda əlillik dərəcəsinin təyinatı məsələsinə iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ekspert komissiyasında iddiaçının əyani müayinəsi nəticəsində baxıldığı, ekspert komissiyasının müayinə protokolunda iddiaçıya ikinci dərəcə 5 il müddətinə peşə əmək qabiliyyətinin 65% itirilməsi göstərildiyi halda, elektron sistemdən çıxarılmış çap tarixi xx.xx.2021-ci il olan müayinə aktında 5 il müddətinə peşə əmək qabiliyyətinin itirilmə faizi 80% göstərilmiş, çap tarixi xx.xx.2021-ci il tarixli müayinə aktında isə ikinci dərəcə əlilliyin müddəti müddətsiz, itirilmə faizi 65% olaraq qeyd edilmişdir. Göründüyü kimi cavabdehin özünün düzgün qərar kimi qeyd etdiyi əyani müayinə protokolunda iddiaçının peşə əmək qabiliyyətinin itirilmə faizi 65% olmaqla yanaşı müddəti 5 il göstərildiyi halda sonradan “sistemdə düzəltdiyi” ni iddia etdiyi əlillik təyinatı məlumatlarında əlillik dərəcəsinin müddəti “müddətsiz” olaraq göstərilmişdir. Başqa sözlə, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli əyani protokolun nəticəsi ilə xx.xx.2021-ci il tarixdə sistemə daxil etdiyi əlillik təyinatı məlumatları arasında ziddiyyət, uyğunsuzluq mövcuddur. İddiaçının adına bank hesabından çıxarışlardan müəyyən olunur ki, iddiaçıya işləmiş olduğu və peşə əmək qabiliyyətinin itirilməsi faizinə mütənasib ödənişi həyata keçirən üçüncü şəxs tərəfindən 2021-ci ilin iyun ayından həmin ilin noyabr ayına qədər aylıq ödənişlər əmək qabliyyətinin 80 faiz itirilməsi həddinə uyğun ödənilmiş, yalnız 2021ci ilin noyabr ayından etibarən iddiaçıya ödənişlər peşə əmək qabiliyyətinin 65% itirilməsi həddinə uyğun ödənilmişdir. Peşə xəsarəti ilə əlaqədar 80% həddində ödənişi həyata keçirən müəssisənin inzibati orqana ünvanladığı iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli L01-0912021 nömrəli məktubundan sonra inzibati orqan iddiaçının peşə əmək qabiliyyəti faizinin 80% olaraq sistemə daxil edildiyini “sezməsi”nin nəticəsidir ki, inzibati orqan xx.xx.2021-ci il tarixdə iddiaçının peşə qabiliyyəti faizini 65% olmaqla sistemə daxil etmiş, əvvəlki 80%-lə bağlı məlumatı etibarsız hesab etmiş, bundan sonra iddiaçıya xx.xx.2021-ci il tarixli 65% peşə əmək qabiliyyəti faizli müayinə aktı verilmişdir. Bu barədə işəgötürənə məlumat 15 oktyabr 2021-ci il tarixli **********5 nömrəli məktubla məlumat verildikdən sonra müəssisə iddiaçıya 2021-ci ilin noyabr ayından etibarən 65%-lə ödənişlər etmiş və yalnız iddiaçı ödənişin əksik ödənilməsini fərq etdikdən sonra inzibati orqana peşə əmək qabiliyyəti faizinin 80% bərpası ilə bağlı müraciət etmişdir. İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. -64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. -67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı barəsində əlillik təyinatı alt sistemində peşə əmək qabiliyyətinin itirilmə faizi, əlillik dərəcəsinin müddəti ilə bağlı məlumatları xx.xx.2021-ci il tarixdə sistemə daxil edərkən cavabdeh icraatla bağlı qanunvericiliyin tələblərinə riayət etməmiş, xüsusən də, iddiaçı barəsində sistemə ilkin işlənilmiş xx.xx.2021-ci il tarixdə təyin edilmiş peşə əmək qabiliyyətinin 80% olmaqla itirilməsi barədə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hər hansı inzibati akt qəbul etməmişdir. Məhkəmə ilkin olaraq cavabdehin qeyd etdiyi peşə əmək qabilliyyətinin itirilmə faizi ilə bağlı yalnışlığın yalnız bu barədə məlumatların sistem üzərindən düzəliş edilməklə aradan qaldırılmasının mümkünlüyü ilə razılaşmır. Qeyd edilməlidir ki, iddiaçının peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi həmin faiz həddində şəxsin hüquqi imkanlarının bilavasitə dəyişməsi (məsələn, peşə əmək qabiliyyəti faizinin yüksək olması onun müvafiq sahə üzrə işləmək imkanlarını məhdudlaşdırmaqla bərabər eyni zamanda peşə xəsarəti ilə bağlı məsul olan işəgötürən müəssisədən əmək haqqının müvafiq itirilmə faizinə mütənasib haqq almaq imkanının da hədlərini müəyyən edir) hesab olunur ki, bu zaman şəxsin peşə əmək qabiliyyətinin itirilmə faizinin yalnız sistem üzərindən “yalnışlığın aradan qaldırılması” kimi inzibati orqanın faktiki xarakterli hərəkəti ilə kifayətənilə bilməz. Peşə qabiliyyətinin itirilmə faizi hər bir halda şəxsin bilavasitə inzibati icraatda iştirakı, onun iştirakı ilə qəbul edilmiş inzibati aktı və həmin inzibati aktın hüquqi nəticələrinin əlillik təyinatı alt sisteminə daxil edilməsi ilə realizə olunmalıdır. Bununla əlaqədar, məhkəmə ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş peşə əmək qabiliyyətinin itirilmə faizinin (eləcə də əlillik müddətinin) sonradan cavabdeh qurum tərəfindən dəyişdirilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olub-olmadığını, olduğu halda, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Beləliklə, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsi ilə bağlı təyinatın dəyişdirilməsi imkanını tanımışdır. Bunun üçün iki şərt tələb olunur: -TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, -şəxs əyani müayinəyə cəlb olunmalıdır. Yuxarıda da sadalanan işin hallarından müəyyən olunur ki, iddiaçı 2021-ci il tarixdə ilkin olaraq əyani müayinə olunmuş və ona xx.xx.2021-ci il tarixdən etibarən 80% peşə əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. İddiaçı qeyd edilən məlumatın ona həm əyani müayinənin nəticəsində ekspert komissiyası tərəfindən şifahi elan edildiyini, həm də bu barədə ona çap tarixi xx.xx.2021-ci il tarixli müayinə aktında qeyd edilməklə verildiyini, həmin müayinə aktının surətinin həm sosial müdafiə orqanına, həm də işəgötürən müəssisəyə təqdim etdiyini və 80%-ə uyğun olaraq noyabr 2021-ci il tarixədək ödənclər aldığı ilə əsaslandırır. Cavabdeh inzibati orqan iddiaçının 2021-ci il tarixdə əyani müayinədə olduğunu, onun barəsində əyani müayinə barədə ekspert komissiyası qərarının mexaniki səhv olaraq əlillik alt sisteminə daxil edildiyini və həmin yalnışlığın xx.xx.2021-ci il tarixdə aradan qaldırarkən iddiaçını inzibati icraata cəlb etmədiklərini, yenidən əyani müayinəsini aparmadıqlarını bilavasitə məhkəmə iclasında iddiaya etirazları, icraat materialları, eləcə də məhkəmə iclasında iştirak edən ekspert komissiyasının üzvləri və nümayəndənin izahatında qəbul etmişlər. Beləliklə, iddiaçının peşə əmək qabiliyyətinin 80%-dən 65%-ə endirildiyi, əlillik müddətinin 5 ildən müddətsizə çevrilməsi ilə bağlı nəticəyə gəlinməsi üçün əyani müayinəyə cəlb edilmədiyi iş üzrə öz təsdiqini tapır. İddiaçıya 80% peşə əmək qabiliyyəti itirilmə faizinə dair xx.xx.2021-ci il tarixdə əlillik təyinatı barədə məlumatın təqdim edildiyi və həmin məlumata əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən 80%-lə ödənclər edildiyi və iddiaçının da cavabdehin onun barəsində həmin əliverişli inzibati akta etimad etdiyi nəzərə alındıqda hesab olunur ki, inzibati orqan texniki səhv adı altında faktiki xarakterli hərəkətlə deyil, iddiaçının əlillik vəziyyətinin dəyişməsinə gətirib çıxaran hüquqi nəticəni müstəqil inzibati akt vasitəsilə qəbul etmək, həmin inzibati aktla iddiaçını tanış etmək və yalnız bundan sonra müvafiq inzibati aktı və ona uyğun məlumatları sistemə daxil etməklə nail ola bilərdi. İnzibati orqan əvvəlki təyinatın dəyişdirilməsinə və ya ləğvinə dair inzibati akt qəbul etmədiyindən müəyyən olunur ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli peşə əmək qabiliyyəti itirilməsinin 80%-lə olan təyinatı barədə qərar qüvvədə olmuş, həmin akt ləğv edilməmiş, yalnız iddiaçı barəsində peşə əmək qabiliyyəti itirilməsinin 65%-lə olan əlillik dərəcəsi məlumatları əlillik alt sisteminə daxil edilmişdir. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan inzibati icraat zamanı əvvəlki qərarının düzgünlüyünə şübhə olduğu əsaslarını müəyyən etməmiş, bununla bağlı yeni inzibati icraat açmamışdır. İnzibati orqan mexaniki səhvini düzəltməsi əsası ilə iddiaçının əlillik təyinatı məlumatlarını dəyişdirmişdir. Hazırkı məhkəmə icraatı gedişində məhkəmənin aralıq qərardadı ilə inzibati orqan iddiaçını əyani müayinəyə cəlb etmiş və həmin müayinənin nəticəsində iddiaçının həm peşə əmək qabiliyyətinin itirilmə faizini, həm də əlillik dərəcəsinin dəyişməsi barədə qərar qəbul edərək əlillik təyinatı alt sisteminə daxil etmişdir. Məhkəmə qeyd edir ki, adəçəkilən qərardadla komissiya qarşısında iddiaçının yalnız peşə əmək qabiliyyətinin itirilmə faizinin müəyən edilməsi ilə bağlı sual qoyduğu halda, cavabdeh inzibati orqan əyani müayinənin nəticəsində iddiaçının nəinki peşə əmək qabiliyyətinin itirilmə faizini 50% olaraq müəyyən etmiş, həm də əlillik dərəcəsi təyinatını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” baxımından yoxlayaraq 3-cü dərəcə (35-60% aralığı) əlillik təyinatı aparmışdır. Təqdim edilən xx.xx.2023-cü il tarixli əyani müayinə protokolunda iddiaçının yalnız əlillik təyinatı tarixçəsi sadalanmış, onun 2021-ci ildəki əyani müayinə zamanı aşkar olunan əlillik vəziyyəti ilə 2023-cü ildəki əziyyəti arasında nə kimi dəyişikliyin olduğu, 2021ci ildə 80%, daha sonra 65% əmək qabiliyyətinin itirilmə faizi müəyyən edildiyi halda 2023cü ildə sağlamlıq vəziyyətindəki hansı dəyişikliyə əsasən 50% olması əsaslandırılmamışdır. Cavabdeh orqan iddiaçının peşə əmək qabiliyyətinin itirilmə faizinin əyani müayinədə obyektiv yoxlama ilə müəyyən edildiyinə istinad etsə də təqdim edilmiş əyani müayinə barədə Komissiyanın protokolunda iddiaçının sağlamlıq vəziyyətinin təsviri, peşə əmək qabiliyyətinin itirilməsi faizinin hansı qaydada qiymətləndirildiyi, son zamanlar hansı ambulator, stasionar müayinə və müalicələrin nəticəsində və yaxud əyani müayinə zamanı iddiaçının cəlb edildiyi hansı diaqnostik, instrumental müayinələrin nəticəsində peşə əmək qabiliyyətinin itirilmə faizinin müəyyən edildiyi bilavasitə qeyd edilməmişdir. Məhkəmə hazırkı halda cavabdeh inzibati orqanın mövcud icraat qanunveriiliyinin pozulması ilə iddiaçının əlillik təyinatı məlumatlarını sistemdə dəyişdirdiyini, iddiaçının icaata cəlb etmədən, müvafq inzibati akt qəbul etmədən, yalnız məhkəmə icraatı gedişində məhkəmənin aralıq qərardadı ilə iddiaçını əyani müayinəyə dəvət etdiyini, həmin müayinənin iddiaçının əmək qabiliyyəti faizinin müəyyən edilməsi ilə bağlı müvafiq instrumental yoxlamalar aparmadığı, yalnız keçmiş xəstəlik tarixini incələməklə nəticəyə gəldiyini, təkcə peşə əmək qabiliyyətinin itirilmə faizinin deyil, həm də tələb olunmadığı halda onun əlillik dərəcəsini qiymətləndirərək dəyişdirdiyini, əyani protokolda istər 65%, istərsə də 50%-lə bağlı hər hansı əsaslandırma təqdim etmədiyini, bütün bunların inzibati orqanın məhkəmənin təşəbbüsü ilə təyin etdiyi əyani müayinənin nəticəsi əsasında irəli sürüldüyünü nəzərə alaraq hesab edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli iddiaçı barəsində əlillik təyinatı ilə bağlı qərarı əsaslı və qanuni hesab edilə bilməz. Beləliklə, tərəflər arasında yaranmış mübahisənin həlli və cavabdehin inzibati icraat qaydasına riayət etməklə inzibati icraat aparması aralıq qərardad vasitəsilə öz həllini tapmamışdır. Cavabdeh orqanın məhkəmənin aralıq qərardadı ilə keçirdiyi əyani müayinə nəticəsində xx.xx.2023-cü ildə iddiaçının üçüncü dərəcə, müddətsiz, 50% peşə əmək qabiliyyətinin itirilmə faizini müəyyən etməsi inzibati orqanın alt sistemdə xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş əlillik təyinatını etibarsız hesab etməsi ilə bağlı hərəkətlərinin inzibati icraat və əlillik təyinatı ilə bağlı qanunvericiliyin tələblərinin pozmaqla aparması nəticəsini dəyişdirmir və ya həmin pozuntuları aradan qaldırmır. İddiaçı barəsində əlillik təyinatı düzgün icraat nəticəsində yoxlanılmadığından sonrakı icraat da düzgün hesab edilə bilməz və onun əliverişsiz hüquqi nəticələri iddiaçının hüquqi vəziyyətini dəyişdirə bilməz. Odur ki, iddiaçı barəsində müddətsiz 3-cü dərəcə və peşə əmək qabiliyyətinin 50% itirilməsinin təyini barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddiaçı barəsində əvvəlki əlillik təyinatı məlumatarı xx.xx.2021-ci il tarixdən əlillik alt sistemində bərpa edilməlidir. İddiaçı iddia tələbində onun 2010-cu ildən fasiləsiz ikinci dərəcə əlil olduğundan barəsində hazırda ikinci dərəcə peşə əmək qabiliyyətinin 80%, əlillik dərəcəsinin müddətsiz təyin edilməsini mübahisələndirsə də məhkəmə iddiaçının əlillik təyinatının müddətsiz olması hissəsində razılaşmır. Əvvəla, qeyd edilməlidir ki, iddiaçı barəsində ilkin olaraq xx.xx.2021-ci il tarixli qərarla 80%, ikinci dərəcə 5 il müddətinə əlillik dərəcəsi təyin edilməsi qərara alınmış, həmin qərara uyğun olaraq məlumatlar əlillik alt sisteminə yerləşdirilmişdir. İddiaçı nə xx.xx.2021-ci il tarixdə olan əlillik barədə müayinə protokolunu əldə edərkən, nə də xx.xx.2021-ci ildə onun barəsində peşə əmək qabiliyyəti itirilmə faizinin 65% olmasını aşkar etdiyi halda belə əlilliyinin müddətinin müddətiz olması ilə bağlı cavabdehə hər hansı pretenziya irəli sürməmiş və ya inzibati aktı həmin hissədə mübahisələndirməmişdir. İnzibati akt qəbul edildiyi qaydada qüvvəyə minmiş və həmin qərardan şikayət etmə müddəti də keçmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, əlillik dərəcəsi, peşə əmək qabiliyyətinin itirilmə faizində olduğu kimi əlilliyin müddəti ilə bağlı məsələ şəxsin sağlamlıq vəziyyətinə uyğun maddi hüquq baxımından aparılan dəyərləndirmədir. Hazırkı iddiasında iddiaçı əlilliyinin həm də müddətsiz təyin olunmasını mübahisələndirsə də məhkəmə ümumiyyətlə iddiaçının əlillik təyinatı, peşə əmək qabiliyyətinin itirilmə faizi, dərəcəsi, müddəti ilə bağlı maddi hüquq baxımından qiymətləndirmə aparmamışdır. Hazırkı inzibati məhkəmə icraatında yalnız inzibati orqanın icraatla bağlı prosessual qaydalara riayət edib-etməməsi yoxlanılmış və prosessual normalar baxımından cavabdehin hərəkətlərinə hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə yalnız xx.xx.2021ci il tarixli əlillik təyinatı ilə bağlı qərarın hüquqi nəticələrinin əlillik alt sistemində bərpa edilməsi qənaətinə gəldiyindən hesab edir ki, iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixli qərarda nəzərdə tutulmuş peşə əmək qabiliyyətinin 80%, ikinci dərəcə və 5 il müddəti ilə bağlı şərtlər baxımından əlillik alt sistemində bərpa edilməlidir. Dolayısı ilə xx.xx.2021-ci il tarixli qərarla iddiaçının əlillik təyinatı müddəti 5 il olaraq müəyyən edildiyindən və məhkəmə hazırkı icraatda məhz prosessual qaydalar baxımından mövcud vəziyyətdə əlillik təyinatı məlumatlarının əlillik alt sistemində bərpa edilməsi qənaətinə gəldiyindən iddiaçının əlillik müddəti müddətsiz deyil, 5 il olaraq (əlilliyin müddəti xx.xx.2026-cı il) bərpa edilməlidir. İddia tələbi əlilliyin müddətiz olması hissəsində mahiyyəti üzrə baxılmadığından həmin hissədə təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sərvər Kərim oğlu barəsində müddətsiz 3-cü dərəcə və peşə əmək qabiliyyətinin 50% itirilməsinin təyini barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı barədə xx.xx.2021-ci il tarixdən peşə əmək qabiliyyətinin itirilmə faizinin 80% olmaqla 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyini barədə məlumatların əlillik alt sistemində bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sərvər Kərim oğlu barəsində müddətsiz 3-cü dərəcə və peşə əmək qabiliyyətinin 50% itirilməsinin təyini barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı barədə xx.xx.2021-ci il tarixdən peşə əmək qabiliyyətinin itirilmə faizinin 80% olmaqla 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyini barədə məlumatların əlillik alt sistemində bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1199/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1199/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver