Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1199/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının faktiki istifadəsində olmuş ünvan 1 saylı binanın 4A saylı mənzilinə görə iddiaçıya 35.000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının faktiki istifadəsində olmuş ünvan 1 saylı binanın 4A saylı mənzilinə görə iddiaçıya 35.000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən iki girişdən ibarət 4 mərtəbəli yataqxana Bakı Dəniz Balıq İdarəsinə məxsus olmuşdur. İddiaçı uzun müddət həmin idarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləmişdir. Yaşayış sahəsinə ehtiyacı olduğu üçün ərizə ilə rəhbərliyə müraciət etmiş, müraciəti əsasında 2007-ci ilin sentyabr ayında yataqxanada otaqla təmin olunmuşdur. xx.xx.2008-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın faktiki yaşadığı 4A saylı mənzilinə dair iddiaçının adına 09 saylı order verilmiş, istifadə hüququ tanınmışdır. 2007-ci ilin iyun ayından 2018-ci ilin avqust ayına qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşamışdır. 2016-cı il sakinlərin müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin TTİ-yə X4 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitunun mütəxəsisləri tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxanaya baxış keçirilərkən yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkən marşının qırılıb aşması nəticəsində binanın bir girişinin bağlandığı, yeganə işlək olan sağ pilləkən qəfəsəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatının düşməsi nəticəsində binaya giriş və çıxışın yararsız hala düşməsi müəyyən edilərək binanın qəzalı vəziyyətdə olmasına dair xx.xx.2016-cı il tarixli “Rəy" tərtib edilmişdir. Qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizlyinin təmin edilməsi, orada faktiki yaşayan ailələrin Baki ŞİH-ə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri ücün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödəməklə köçürülməsi, eləcə də binanın sökülərək arazinin abadlaşdırılması işlərinin həyata keçirilməsinə dair Baki ŞİH-nin xx.xx.2017-ci il tarixli 7-290/2g saylı təklifinə Azərbaycan Respublikasi Baş nazirin müavininin xx.xx.2017-ci il tarixli xx/xx/3266-12 saylı dərkənarı ilə etiraz edilməmişdir. Mübahisəli mənzillərin yerləşdiyi yataqxana faktiki olaraq təxminən 94 mənzildən ibarət olmuş, lakin cavabdeh tərəfindən 71 ailəyə "birdəfəlik maddi yardim" ödənilmişdir. Qəzalı vəziyyətdə olması müəyyən edilmiş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın sakinlərinin kompensasiya verilməklə köçürülməsi cavabdehə, Suraxanı Rayonu İcra Hakimiyyətinə tapşırılmışdır. Qəzalı yataqxana binasında inventarlaşdırma işləri aparılması və orada faktiki yaşayan ailələrinin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədi ilə Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 89 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamı ilə müvafiq "Komissiya" yaradılmışdır. Lakin “Komissiya" tərəfindən sakinlərin siyahıya alınmasında, kompensasiyanın ödənilməsində, sakinlərin köçürülməsində bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, "Komissiya" sakinləri siyahıya alarkan sakinlərin bir hissəsi ümumiyyətlə siyahıya salınmamışdır. Siyahının tərtib olunması iş vaxtına təsadüf etdiyindən sakinlərin bəziləri isdə olmuş, bəziləri isə bu və ya digər səbəblərdən yataqxanada olmamış və bu səbəbdən ilkin siyahıya düşməmişlər. İddiaçı da daxil olmaqla siyahıya salınmayan sakinlər tərəfindən cabahdehə etiraz edildikdə sonuncu tərəfindən əlavə siyahi tərtib olunacağı bildirilmişdir. Əraziyə xidmət edən 11 saylı, MKİS tərəfindən əlavə siyahı tərtib olunaraq "komissiya'ya təqdim edilmiş, lakin tərtib olunmuş əlavə siyahıda olanların hər birinə bu günədək kompensasiya verilməmişdir. Belə ki, bir otağa görə ödənilən kompensasiya məbləğ 2 və ya 3 otağa görə də eyni olmuşdur (35.000). Suraxanı Rayon İcra Hakimiyyatinə xx.xx.2017-ci ildə daxil olmuş iF-336 sayl məktubun surətindən göründüyü kimi mübahisəli binada yaşayan 92 ailəyə və 3 qeyri-yasayiş sahəsinin mülkiyyətçisinə "birdəfəlik maddi yardım" ödənilməsi nəzərdə tutulmuşdur. Bundan sonra iddiaçı tərəfindən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət olunaraq, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın digər sakinləri kimi, ona da istifadə hüququnun olduğu yataqxananın 4 A saylı mənzilinin sökülməsinə görə 35.000 (otuz beş min) manat məbləğində kompensasiya verilməsini xahiş etmiş, lakin bu günə qədər ona heç bir cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin etirazında göstərilmişdir ki, qeyd edilən yataqxana binasında 44 saylı mənzil olmamışdır və Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)5411/2018 saylı qətnaməsində qeyd olunan 44 saylı mənzil Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 8 saylı binada yerləşməklə üç nəfər ailə tərkibi ilə X1 məxsusdur. Eyni zamanda, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərinin aparılması məqsədilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən İddiaçı həmin dövrdə sözügedən yataqxanda faktiki yaşamadığı müəyyən edildiyindən ona birdəfəlik 35000 manat maddi yardım ödənilməsi qanunamüvafiq hesab edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);...2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;.. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır.
İş materiallarında olan:
AZE seriyalı 0******* nömrəli, Suraxanı rayon Polis İdarəsi tərəfindən xx.xx.2012-ci ildə verilmiş şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır, .ünvan 3 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. 1 saylı Təmir Tikinti İdarəsinin 09 nömrəli, xx.xx.2008-ci il tarixli orderinin kserosurətinə əsasən, Bakı şəhəri, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 nömrəli, 1 saylı TTİ-nin yataqxanasında 1 otaq, 14.5 kv.m olan 4A İddiaçı (ailə tərkibi- özü)verilmişdir. 1 saylı Təmir Tikinti İdarəsi ilə İddiaçı arasında xx.xx.2008-ci ildə “Yataqxanada yaşayan sakinlərin mənzil və kommunal xidmətlərin ödənilməsi hüquq və vəzifələri haqqında” 09 nömrəli müqavilə bağlanılmışdır. X5, X8 və Babayev Zahir Vəkil oğlu tərəfindən bağlanılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən bildirilmişdir ki, İddiaçı bugünkü günə qədər ailə üzvləri ilə birlikdə Bak şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, ailəvi yataqxana 24-də yaşayırlar. İddiaçı tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə ünvanlamış ərizədən görünür ki, o, hazırki iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 11 saylı MKİS-rəisi tərəfindən iddiaçıya ünvanlanmış (tarixsiz və nömrəsiz) bildiriş-xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyindən daxil olmuş xx.xx.2017-ci il tarixli xx/xx-01331 saylı telefonoqramda Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən ünvan 1 ünvanda yerləşən 4 mərtəbəli yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkan marşının qırılıb aşması nəticəsində binanın bir girişi bağlanmışdır. Binanın yeganə işlək olan sağ pilləkən qəfəsəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatının qopub düşməsi nəticəsində binaya giriş və çıxış yararsız hala düşmüşdür. Qeyd edilənləri nəzərə alaraq xoşagəlməz hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə yaşadığı mənzili müvəqqəti olaraq 2 (iki) gün müddətində boşaltmağınız zəruridir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 89 nömrəli, xx.xx.2017-ci il tarixli “ünvan 5 ünvanında yerləşən yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi üçün inventarlaşdırma işlərinin aparılması ilə bağlı komissiyanın yaradılması haqqında” Sərəncamına əsasən, ünvan 5 ünvanında yerləşən yataqxana binasına xx.xx.2017-ci il tarixdə keçirilmiş baxışın nəticəsi olaraq binanın qəzalı olması haqqında rəy verilmişdir. Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərinin təhlükəsizliyinin, habelə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədi ilə həmin qəzalı yataqxana binasında yaşayan ailələrin Bakı şəhər İcra Hakimiyyətinə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi işlərinin həyata keçirilməsinə dair BŞİH-nin xx.xx.2017-ci il tarixli 7-290/2 g saylı təklifinə Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Abid Şərifovun 27.07 2017-ci il tarixli dərkanarı ilə etiraz edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı şəhər Mənzil – Kommunal Təsəsrrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Hövsan qəsəbəsi , Rüfət Abdullayev küçəsi 24 ünvanda yerləşən qəzalı yataqxana binasında yaşayan ailələlərin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsinə zərurət təşkilati tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqəsdi ilə “yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.15.11 və 3.15.12. bəndlərinə istinad edərək qərara aldı: 1. ünvan 6 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərinin aparılması məqsədilə aşagıdakı tərkibdə komissiya yaradılsın; 2. Komissiya ünvan 6 ünvanında yerləşən qəzalı yataqxana binasında inventarlaşdırma işlərini həyata keçirməklə orada yaşayan ailələr və onların yaşayış sahələri haqqında zəruri məlumatları özündə əks etdirən dəqiq siyahını tərtib edərək Suraxanı RİH-ə və BŞİH MKTD -ə təqdim etsin. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin məhkəməyə ünvanladığı 226 nömrəli, 18 avqust 2023-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, qeyd edilən ünvan 1 saylı binanın (yataqxananın) sökülməsi planlaşdırıldıqda inventarizasiya aparılmış faktiki yaşayan vətəndaşlar siyahıya alınaraq kompensasiya verilmişdir. Sözügedən binada yaşamayan qeydiyyatda olan vətəndaşları kompensasiya verilməsi nəzərdə tutulmamışdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 5-20/2- 1856/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 saylı binanın (yataqxananın) sakinlərinin siyahısında vətəndaş İddiaçı adı mövcud olmayıb. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 5-20/2- 2301/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən ünvan 9 ünvanında qəzalı vəziyyətə düşdüyündən sökülmüş yataqxana binasında yaşamış və 2017-ci ildə birdəfəlik maddi yardım verilməklə köçürülmüş sakinlərin siyahılarının surəti təqdim edilmişdir.
İİİ. Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən
- 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən:
- 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. - 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. - 28.5. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. - 28.7. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. - 84.0. Aşağıdakı hallarda vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar: 84.0.1. yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; 84.0.3. yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə; - 85. Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. - 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.2. yataqxanalarda yaşayış sahələri; - 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci madəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
İşin faktiki hallarına əsasən iddiaçının kompensasiyanın ödənilməsini tələb etdiyi yaşayış sahəsinin (otağın)yerləşdiyi binanın (yataqxana) qəzalı vəziyyətdə olduğuna görə sökülməli olduğu müəyyən edildiyindən, Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış Komissiyaya ünvan 6 ünvanında yerləşən qəzalı yataqxana binasında inventarlaşdırma işlərini həyata keçirməklə orada yaşayan ailələr və onların yaşayış sahələri haqqında zəruri məlumatları özündə əks etdirən dəqiq siyahını tərtib edərək Suraxanı RİH-ə və BŞİH MKTD -ə təqdim etməsi tapşirilmişdir. Komissiya tərəfindən tərtib edilmiş siyahıda iddiaçının adı olmadığından ona kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Belə ki, qəzalı binada faktiki yaşayan vətəndaşlar siyahıya alınaraq onlara kompensasiya verilmişdir. İddiaçı isə hazırda ünvan 1 saylı binanın 4A saylı mənzilinə dair kompensasiyanın verilməsini tələb etsə də, yaşayış sahəsinin (otağın) ona məxsus olması və ya onun həmin otaqda faktiki yaşaması iş materialları ilə sübuta yetirilməmişdir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsindən göründüyü kimi iddiaçı xx.xx.2012-ci ildən Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ev 14, mənzil 46-da yaşayış yeri üzrə qeydiyyatdadır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə verilmiş imtina qanuni olmuşdur.
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 11-ci maddəsində göstərilmişdir: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” - 89.1. inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Göründüyü ki, yalnız qanunsuz qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə inzibati orqan məsuliyyət daşıyir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
15. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının faktiki istifadəsində olmuş ünvan 1 saylı binanın 4A saylı mənzilinə görə iddiaçıya 35.000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia əsassız olduğu üçün təmin edilməməlidir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova