Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1199/2025 17.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun əmək kitabçasında qeyd edilmiş, 1990-1992-ci illərin, 2003-2004-cü illərdə seçki orqanında işlədiyini, siğorta stajına daxil edilməsini, “Əmək veteranı” və “Qarabağ müharibəsi veteranı” olduğu üçün aid olan staj illərinin ikiqat hesablanaraq (xx.xx.2023-cü il tarixdən) pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01 oktyabr 1976-cı ildən əmək fəaliyyətinə başlamışdır . Hal-hazırda da əmək fəaliyyətini davam etdirir. 01 oktyabr 2023cü il tarixdə 65 yaşı tamam olduğundan ona SMS vasitəsilə Azərbaycan Respublikası ƏƏMN-nin DSMF tərəfindən bildiriş göndərilərək, yaşa görə avtomatlaşdırılmış qaydada 339,72 AZN məbləğində pensiya təyin edildiyi haqda məlumat verilmişdir. O, dərhal təyin edilmiş pensiya məbləğinin düzgün hesablanmaması barədə Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 5 saylı Bakı DOST Mərkəzinə ərizə ilə müraciət etdi. Müraciətində bütün lazımi sənədləri və əmək kitabçasını təqdim edərək və əmək sığorta stajının 48 ilə yaxın olduğunu vurğulayaraq pensiyasının hesablanmasına yenidən baxılmasını xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-l.L-ci maddəsinə əsasən əmək pensiyasına çıxan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1 - 22-1.2.3- cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdim etdiyi sənədlərdə və Əmək kitabçasında bütün əmək fəaliyyəti və fasiləsiz (yəni 01 oktyabr 1976-cı ildən hal-hazıradək) əmək sığorta stajı haqqında zəruri məlumatlar aydın şəkildə tam qeyd edilərək öz əksini tapmışdır. Müraciətindən sonra Azərbaycan Respublikası ƏƏSMN DSMF tərəfindən əmək pensiyasının yenidən hesablanıb 347,17 AZN məbləğinə çatdırılması barədə ona SMS vasitəsilə məlumat bildirildi. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələbinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 386,06 manata çatdırılıb. Lakin yenidən ƏƏSMN-nin Bakı 5 saylı DOST Mərkəzinə ərizə ilə müraciət edərək, əmək sığorta stajının düzgün hesablanmadığını və yenidən baxılmasını xahiş etdi. Bundan əlavə müraciətində Qarabağ müharibəsi veteranı olduğunu bildirərək müvafiq sənəd, arayış və vəsiqənin surətini təqdim etmişdir. Eləcə də, Azərbaycan Respublikasının Əmək veteranıdır və vəsiqənin surətini təqdim etmişdir. Əmək kitabçasında göstərilən dövrlərin əmək stajı kimi təsdiqlənməsində uyğunsuzluq olduğunu qeyd edərək onun iş stajı süni olaraq azaldılır. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona 19 aprel 2024cü ildə təhvil verdiyi 09 mart 2024-cü il tarixli 3-17-1/2-Ə-58010/2024 saylı cavab məktubunda bildirilir: təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışda döyüşən ordunun tərkibində xidmət etməyi qeyd olunmadığından həmin dövrün ikiqat ölçüdə sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.1996- cı il 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin Əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixi bazar gününə təsadüf edir) sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Yuxarıda qeyd edilənlərlə əlaqədar ondan göstərilən dövrlərə aid əmr kitabçaları- əmək haqqı cədvəllərinin təqdim edilməsi tələb edilir. Göründüyü kimi, cavabdeh tərəfindən əmək pensiyasının düzgün hesablanması onun iradəsindən asılı olmayan səbəblər əsas gətirilərək həyata keçirilmir və hüquqları kobud şəkildə pozulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyının tabeliyinde Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 5 saylı Bakı DOST Mərkəzindən daxil olmuş İddiaçı ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Frialda aidiyyəti üzrə baxılmışdır. İddiaçıya Mərkəzı Filial tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-17- 1/2 J-58010/2024 nomrəli məktubla imtina cavabı verilərək müraciətin musbət hallinin mumkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bir Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial siğortaolunanların onlara əmək pensiyaspı təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud siğortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçı 22.1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22.1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22.1.2.1-22.1.2.3-cü maddələrində göstərilən siğorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki siğorta stajı nəzərə alınır. İddiaçının təqdim etdiyi sənədin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil aldığı illər və xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 il 8 ay 3 gün siğorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək (17 il 7 ay siğorta stajına uyğun) fərdi hesabın siğorta hissəsində qeydə alınmış 26207.61 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 347.17 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 386.06 manata çatdırılmışdır. Qanunun 24.0.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 1.Döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə.
2. şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri-ikiqat ölçüdə,
3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti-ikiqat ölçüdə,
4. əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti-üçqat ölçüdə Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyət orqanının qərarı əsasında) ikiqat ölçüdə siğorta stajına əlavə edilir. Bildiririk ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışının surətində onun döyüşən ordunun tərkibində xidmət etməyi qeyd olunmadığından həmin dövrün ikiqat ölçüdə sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılır. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Sözügedən qərarda göstərilən vəzifələr və fəaliyyətlərə dair hər hansı sübutlar, həmçinin yuxarıda qeyd edilən qərar təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixi bazar gününə təsadüf edir) siğorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bu səbəbdən, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, AR MPM-in 154-cü və AR İPM-nin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, müharibə veteranı olduğu üçün sığorta stajına döyüş illərinin əlavə edilməsi və 3 qat hesablanmasının nəzərə alınması (1988-1993-cü illər); əmək fəaliyyətinin fasiləsiz olaraq qeyd olunan sənədlərdə (əmək kitabçası və müvafiq arayış) 48 il sığorta stajı olmasının cavabdehə bildirilməsi (2023-cü il 01 oktyabrdan olaraq); 1980-ci il 11 yanvar- 1990-cı il 05 fevral tarixədək - 10 il bir ay - 240-cı Hərbiləşdirilmiş Mühafizə Alayının 9 nömrəli komandasında atıcı olaraq Azərbaycan Baş Enerji X9 Stansiyasında strateji dövlət obyektinin mühafizəsində işlədiyinin ikiqat hesablanaraq sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsi; cavabdehin üzərinə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh orqan xx.xx.2025-ci il tarixdə etiraza əlavə təqdim edərək, Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların aila üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçı 22-1.1-ci maddəsinə əsasən 01 10 2023-cü il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı iddiasına dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Mərkəzi Filial) daxil olmuş xx.xx.2025-ci il tarixli 3-17-1/3- 1-11154/2025 nömrəli xidməti məktuba baxılmışdır. İddiaçı müraciətinə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarı ilə yenidən baxılmışdır. Onun təqdim etdiyi attestatın surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixədək təhsil aldığı müddət, hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək, Tərtər Rayon İcra Hakimiyyəti Başçısının X8 ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024- cü il tarixli arayışına əsasən xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri daxil olmaqla onun ümumilikda xx.xx.2006-cı il tarixədək 26 il 1 ay 29 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025ci il tarixli 3-43-90/2-237/2025 nömrəli məktubunda Tərtər rayon şöbəsinin uçot məlumatlarında İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində hərbi xidmət keçməsi və döyüş amaliyyatlarında iştirak etməsi barədə məlumatın mövcud olmadığı qeyd edildiyindən vətəndaşın iddia etdiyi 1988-1992-ci illərin ikiqat ölçüdə hesablanaraq sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma barədə məlumatlar kiril qrafikalı əlifba ilə yazılmış, latın qrafikalı möhürdən istifadə edilmişdir və işdən çıxma tarixi bazar gününə təsadüf edir) sığorta stajına daxil edilməmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunun 24.0.1-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə: 2. şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri – ikiqat ölçüdə; 3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; 4. əməliyyataxtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti üçqat ölçüdə. Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ördunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə sığorta stajına əlavə edilir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışının surətində onun döyüşən ordunun tərkibində xidmət etməyi qeyd olunımadığından həmin dövrün ikiqat ölçüdə sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, adliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası" haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Əzizov X6 rayonu, Umudlu kəndi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ИТ seriyalı ******* nömrəli Əmək kitabçasına əsasən İddiaçı: -xx.xx.1977-xx.xx.1977-ci illərdə Azərbaycan SSR Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. -xx.xx.1980-xx.xx.1990-cı AzBaşEnerji 240-cı Hərbiləşmiş mühafizə layı 9 nömrəli komandada atıcı vəzifəsində çalışmışdır. -xx.xx.1990-xx.xx.1992-ci illərdə Nizami adına maldarlıq sovxozunda hesablayıcı dispetçer vəzifəsində çalışmışdır; -xx.xx.1992-xx.xx.2003-cü illərdə Tərtər rayon İcra Hakimiyyəti başçısının X8 ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır; -xx.xx.2004-cü ildə Azərbaycan MEA Neft-kimya prosesləri Mexaniki-təmir sahəsinə əməyin ödənilməsinin 13 dərəcəsi ilə mexanik vəzifəsinə işə qəbul edilmişdir. -xx.xx.2006-Mexaniki təmir sahəsi təcrübə sınaq və texniki sexinin tərkibinə keçirilmişdir. -xx.xx.2018-ci ildə əməyin öənilməsinin 13 dərəcəsi ilə mühəndis vəzifəsinə keçirilmişdir. -xx.xx.2021-ci ildə aldığı maaş və vəzifəsi ilə yeni yaradılmış texniki xidmət şöbəsinə keçirilmişdir. -xx.xx.2022-ci ildə attestasiya nəticələrinə əsasən öz vəzifəsində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş MV seriyalı 00903 nömrəli xx.xx.2019-cu il tarixli müharibə veteranı vəsiqəsinə əsasən Vəsiqənin sahibi İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının X8 ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 128 nömrəli Arayışında göstərilmişdir ki, Ağdərə rayonundan məcburi köçkün Tərtər RİHB-nın Umudlu kənd İƏDsi üzrə nümayəndəlikdə qeydiyyatda olan İddiaçı xx.xx.2003-cü il tarixli, 09 saylı əmrlə nümayəndəliyə texniki işçi kimi işə götürülmüş, xx.xx.2005-ci il tarixli, 34 saylı əmrlə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-146847/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının 22-1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi attestatın surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığı müddət, hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri daxil olmaqla onun xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 25 il 8 ay 3 gün təşkil edir. Bildiririk ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 560 nömrəli arayışında onun döyüşən ordunun tərkibində hansı illərdə xidmət etməsi qeyd olunmadığından vətəndaşın iddia etdiyi 1988-1992-ci illərin ikiqat ölçüdə hesablanaraq sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma barədə məlumatlar kiril qrafikası ilə, möhür latın qrafikası ilə yazılmış və işdən çıxma tarixi bazar gününə təsadüf edir) sığorta stajına daxil edilməmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsisteminə əsasən adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2023-cü il tarixinə indeksləşdirilmiş məbləği 26207,61 manat müəyyən edilmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-Ə-256815/2023 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən İddiaçı hazırki pensiya məbləği və yenidən hesablanmış pensiya məbləği 339.71 manat təşkil edir. Fərdi hesab üzrə PSK-nın məbləği 25766.02 manat, fərdi hesab üzrə PSK-nın nəzərə alındığı son tarix xx.xx.2023-cü il qeyd edilmişdir. Yenidən hesablama zamanı pensiya məbləği dəyişməmiş, əskikvermə müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-Ə-280207/2023 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən İddiaçı hyazırki pensiya məbləği 339.72 manat artırılaraq 341.99 manat qeyd edilmişdir. Fərdi hesab üzrə PSK-nın məbləği 26091.48 manat, Fərdi hesab üzrə PSK-nın nəzərə alındığı son tarix xx.xx.2023-cü ildir. Yenidən hesablamanın ödəniş tarixi xx.xx.2023-cü ildir. Əskik vermə məbləği 4.54 manat qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən hazırki pensiya məbləği 341.98 manatdan artırılaraq 346.31 manat təşkil etmişdir. Fərdi hesab üzrə PSK-nın məbləği 26091.48 manat, fərdi hesab üzrə PSK-nın nəzərə alındığı son tarix xx.xx.2023-cü ildir. Yenidən hesablamanın ödəniş tarixi xx.xx.2024-cü ildən nəzərdə tutulmuşdur. Əskik vermə məbləği 12.99 manat qeyd edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən əmək pensiyası təyin olunmuşdur. Hazırki əmək pensiyasının məbləği 346.31 manat, yenidən hesablanmış əmək pensiyasının məbləği 386.06 manat, fərdi hesab üzrə PSK-nın nəzərə alındığı son tarix xx.xx.2023-cü il; yenidən hesablamanın ödəniş tarixi xx.xx.2024-cü il; xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üzrə 347.17 manat; xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üzrə 386.06 manat ödənilmişdir; əskik ödəmə 1813.63 manat qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-274459/2023 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 5 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 22-1.1-ci maddəsinə əsasən sizə xx.xx.2023-cü il tarixində 339,72 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.122-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 26091,48 manat pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 341,98 manat müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajınız 24 il 10 ay 9 gün olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə sığorta stajına əlavə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma tarixi bazar gününə təsadüf edir) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Bildiririk ki, sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) və döyüşən ordunun tərkibində xidmət etdiyinizi təsdiq edən müvafiq arayışı Bakı DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrlərin sığorta stajınıza daxil edilərək əmək pensiyanızın yenidən hesabllanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-58010/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Teminat Agentliyinin 5 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinə əsasən sizə xx.xx.2023-cü il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığınız illər və xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 25 il 8 ay 3 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək (17 il 7 ay sığorta stajınıza uyğun) fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 26207,61 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 347,17 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 386,06 manata çatdırılmışdır. Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə sığorta stajına əlavə edilir. Bildiririk ki, təqdim etdiyiniz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışının surətində döyüşən ordunun tərkibində xidmət etməyiniz qeyd olunmadığından həmin dövrün ikiqat ölçüdə sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixi bazar gününə təsadüf edir) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Bildiririk ki, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) və döyüşən ordunun tərkibində xidmət etdiyinizi təsdiq edən müvafiq arayışı DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrlərin sığorta stajınıza daxil edilərək əmək pensiyanızın yenidən hesabllanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Əlavə olaraq bildiririk ki, ötən dövr üzrə (xx.xx.2023-cü il tarixindən) hesablanmış əmək pensiyanızın fərq məbləği aylıq pensiyanızın üzərinə əlavə edilməklə sizə ödəniləcəkdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 43-59/2-911/2024 nömrəli məktubu ilə təqdim edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi üzrə Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin Adlı Siyahısında İddiaçı adı qeyd edilmişdir. Protokol nömrəsi və tarixi-xx.xx.2019, №2; Vəsiqənin nömrəsi 00903 qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-43-90/2-2686/24 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -Tərtər Rayon İcra Hakimiyyətinin X8 Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli 56 nömrəli məktubu ilə təqdim edilən məktubda 1988-ci il fevralın 1dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi quldur dəstələrinə qarşı keçmiş DQMV-nin Ağdərə rayonunun Umudlu kəndində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və kəndin müdafiəsində durmuş Umudlu kənd özünümüdafiə dəstəsi üzvlərinin Siyahısında 1-ci olaraq 1958-ci il təvəllüdlü İddiaçı adı qeyd edilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli 740 nömrəli Arayışında göstərilmişdir ki, ehtiyyatda olan əsgər 1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1996-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsində qeydiyyatdadır. Əsas:qeydiyyat kartası. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiyasının xx.xx.2016-cı il tarixli 1/Ə-6904 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün Müdafiə nazirinin əmri ilə yaradılmış komissiya Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Hərbi Komissarlığın ləğv olunması ilə əlaqədar öz fəaliyyətini dayandırmışdır. Ehtiyatda və istefada olan şəxslərin sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində saxlanıldığını nəzərə alaraq qeyd olunan məsələnin aidiyyəti üzrə baxılması üçün tərəfimizdən təkliflər hazırlanmış və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı", "Silahlı Qüvvələr veteranı" və "Əmək veteranı” adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabineti Qərarının təkmilləşdirilmiş layihəsi və digər sənədləri baxılması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-14/2-2250/25 nömrəli məktubunda göstərilmişdir ki, Sizin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığınız 24 yanvar 2025-ci il tarixli 2-1(112)-1199/2025 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan "Şəxsi heyətin elektron məlumat sistemi"nə əsasən İddiaçı Azərbaycan Ordusunda xidmət keçməsinə dair məlumat aşkar edilməmişdir. Təqdim etdiyiniz, İddiaçı məxsus H3 № ******* nömrəli hərbi biletin kserosurətində olan qeydlərə əsasən müəyyən olunur ki, o, 30 oktyabr 1977-ci il tarixdən 31 oktyabr 1979-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Bundan başqa, təqdim etdiyiniz, İddiaçı məxsus ИТ-І № ******* nömrəli Əmək kitabçasında olan qeydlərə əsasən müəyyən olunur ki, o, 11 yanvar 1980-ci il tarixdən 05 fevral 1990-cı il tarixədək Azərbaycan Respublikası Energetika və Elektrikləşdirmə Birliyinin 240 saylı Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin 9 nömrəli komandasının atıcısı vəzifəsində mülki şəxs qismində işlədiyi müddət mülki iş stajına aiddir. Belə ki, yuxarıda qeyd olunan Hərbiləşdirilmiş Mühafizə Dəstəsi hərbi müəssisə (qurum) hesab edilmədiyindən, bu müəssisədə (qurumda) iş müddəti həqiqi hərbi xidmət müddəti hesab edilmir. Yuxarıda göstərilənlərə istinad olaraq bildirilir ki, İddiaçı 11 yanvar 1980-ci il tarixdən 05 fevral 1990-cı il tarixədək olan dövrdə həqiqi hərbi xidmətdə (hərbi qulluqçu statusunda) olmadığından, bu dövrə aid güzəştli hesablama qaydası nəzərdə tutulmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Tərtər Rayon İcra Hakimiyyəti Tərtər Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48- 43-RA/1-71/2025 nömrəli məktubunda göstərilmişdir ki, sorğuda göstərilən Tərtər rayon Umudlu kəndi "Nizami" adına X7 sovxozunun əmr kitabları və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-190447/2024 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 22-1.1-ci maddəsinə əsasən sizə xx.xx.2023-cü il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 26 il 1 ay 29 gün sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığınız illər, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət və xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Tərtər rayon Umudlu Kənd İcra Nümayəndəliyində olan dövr də nəzərə alınmaqla) və xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək (17 il 7 ay sığorta stajınıza uyğun) fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 26207,61 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 350,28 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 389,82 manata çatdırılmışdır. Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə sığorta stajına əlavə edilir. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası nın 4.1.5-ci maddəsinə əsasən şəxsin Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud yuxarıda qeyd olunan orqanların müvafiq arayışına əsasən sığorta staına daxil edilir. Bildiririk ki, döyüşən ordunun tərkibində xidmət etdiyinizi təsdiq edən müvafiq arayışı DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrlərin sığorta stajınıza daxil edilərək əmək pensiyanızın yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Əlavə olaraq bildiririk ki, ötən dövr üzrə (xx.xx.2023-cü il tarixindən) hesablanmış əmək pensiyanızın fərq məbləği aylıq pensiyanızın üzərinə əlavə edilməklə sizə ödəniləcəkdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-58010/2024 nömrəli məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinə əsasən sizə xx.xx.2023-cü il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.122-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığınız illər və xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 25 il 8 ay 3 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək (17 il 7 ay sığorta stajınıza uyğun) fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 26207,61 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 347,17 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 386,06 manata çatdırılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə qismən əsaslıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2023-cü il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırkı iddia üzrə aşağıdakı dövrlərin ümumi stajına daxil edilməklə yenidən hesablanmasını mübahisələndirir: -1988-1993-cü illərdə döyüş illərinin 3 qat hesablanması -1980-ci il 11 yanvar-1990-cı il 05 fevral tarixədək - 10 il bir ay - 240-cı Hərbiləşdirilmiş Mühafizə Alayının 9 nömrəli komandasında atıcı olaraq Azərbaycan Baş Enerji X9 Stansiyasında strateji dövlət obyektinin mühafizəsində işlədiyinin 2qat hesablanaraq sığorta stajına daxil edilməsi -xx.xx.1990-xx.xx.1992-ci ilədək Tərtər rayonu Umudlu kəndində Nizami adına X7 sovxozundakı əmək fəaliyyəti dövrünün staja daxil edilməsi -xx.xx.2003-noyabr 2004-cü illərdə 95 saylı Tərtər DSK 36 saylı Ağdərə MSK-nın sədri vəzifəsində işlədiyi dövrü “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi hazırkı hüquq münasibətlərini tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla əmək fəaliyyəti dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır, lakin qanunverici əmək fəalyyəti və hərbi xidmət dövrləri üst-üstə düşdüyü halda onlardan birinin tam hesablanmasını, eyni zamanda həmin dövrlərin üst-üstə düşməyən yerdə qalan hissəsinin iş stajına hesablanmasını qadağan da etmir. İşin hallarından görünür ki, iddiaçının ümumi staja hesablanmasını tələb etdiyi dövrlərdən -1988-1993-cü illərdə döyüş illərinin 3 qat hesablanmasını tələb etdiyi dövrlə 2qat hesablanmasını tələb etdiyi xx.xx.1980-xx.xx.1990-cı il tarixədək olan 240-cı Hərbiləşdirilmiş Mühafizə Alayının 9 nömrəli komandasında atıcı olaraq çalışdığı dövrün bir qismi (1980-1988-ci il tarixədək olan dövr) üst-üstə düşür. Məhkəmə ilk növbədə mübahisələndirilən 240-cı Hərbiləşdirilmiş Mühafizə Alayının 9 nömrəli komandasında atıcı olaraq çalışdığı üst-üstə düşməyən 1980-1988-ci il tarixədək olan dövrün 2 qat hesablanması ilə bağlı aşağıdakıları qeyd edir. Qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasında da qeyd edilmiş Azərbaycan Respublikası Energetika və Elektrikləşdirmə Birliyinin 240 saylı Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin 9 nömrəli komandasının atıcısı vəzifəsində işlədiyi dövrü cavabdeh 1 günə 1 gün olmaqla ümumi stajında nəzərə almışdır. Məhkəmə sorğusuna cavab olaraq Müdafiə Nazirliyi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Energetika və Elektrikləşdirmə Birliyinin 240 saylı Hərbiləşdirilmiş Mühafizə Dəstəsi hərbi müəssisə (qurum) hesab edilməmiş, iddiaçının həmin qurumda işlədiyi dövrdə hərbi qulluqçu statusunda olmamışdır. Belə olan halda iddiaçının tələb etdiyi kimi 1980-1988-ci il tarixədək olan dövr mülki vəzifə olduğundan 2 qat hesablana bilməz. İddiaçının 1988-1993-cü illərdə döyüş illərinin 3 qat hesablanması tələbinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən aşağıdakı redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə iş stajına daxil edilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edirdi. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir”. Qeyd edilən dəyişikliklər 2004-cü il 13 sentyabr tarixindən qüvvəyə minmişdir. Bundan sonra “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə;". Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir. Göründüyü kimi qanunvericiliyə edilmiş yeni dəyişikliklə şəxsin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr əvvəl 3 qat ölçüdə hesablanırdısa, xx.xx.2005-ci il tarixli qanunla edilmiş dəyişiklikdən sonra qeyd edilən dövrün 2 qat ölçüdə hesablanması nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki: (...)Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publikhüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipinin və onun mühüm elementi olan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır. Konstitusiya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır” Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X4 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X3-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Beləliklə, adları çəkilən Plennum Qərarlarındakı hüquqi mövqedən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçının 1988-1991-ci il tarixlərdə iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan “Vətəndaşların Pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsi məhz döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrünü 3 qat ölçüdə hesablanmasını nəzərdə tutmuşdur, xx.xx.2005-ci il tarixli qanunla edilmiş dəyişikliklə həmin dövrün 3 qat deyil 2 qat ölçüdə hesablanması şəxsin hərbi xidmət keçdiyi dövrdə artıq qazandığı pensiya hüquqlarının pozulmasına gətirib çıxarır. Başqa sözlə, yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanıldığından iddiaçının məhz yeni dəyişikliyə qədər stajının 3 qat ölçüdə hesablanması ilə bağlı tələb hüququ da saxlanılmışdır, qüvvədədir və məhdudlaşdırmaya məruz qalmamalıdır. Hazırkı işin hallarından məüyyəndir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən müharibə veteranı stastusundadır və ona müharibə veteranı adı və statusunun verilməsinə əsas olmuş icraat materiallarından görünür ki, iddiaçı 1988-ci ilin fevralın 1-dən 1991-ci ilin oktybarın 9-dək keçmiş DQMV-nin Ağdərə rayonunun Umudlu kəndində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə sonuncu dəfə xx.xx.2016-cı il tarixdə iddiaçının da adının olduğu (sıra1) siyahı Tərtər rayon İcra Hakimiyyətinə və səfərbərlik xidmətinə təqdim edilmiş, bundan sonra iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Məhkəmə yuxarıda adıçəkilən hərbi xidmət dövründən xx.xx.1988-xx.xx.1991-ci il tarixədək olan dövrün 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin edilmiş dəyişikliyə qədər üçqat ölçüdə hesablayaraq iş stajına daxil edilməsini qanuni sayır. Məhkəmə iddiaçının xx.xx.1990-xx.xx.1992-ci ilədək sovxozda işlədiyi dövrün xx.xx.1988-xx.xx.1991-ci il hərbi xidmət dövrü ilə üst-üstə düşən hissə çıxılmaqla qalan xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək olan əmək fəaliyyəti dövrünün ümumi staja daxil edilməsi nəticəsinə gəlir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının əmək kitabçasında mübahisələndirilən sovxozda işlədiyi dövr əmək kitabşasında öz əksini tapmış, işə qəbul, vəzifənin dəyişdirilməsi və işdən azad edilmə tarixləri və əmrlərin nömrələri göstərilmiş, əmrlər müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Kitabçanın 6-7ci səhifələrində qeyd edilən həmin dövrün yazılma ardıcıllığı pozulmamış, həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala (qaralama və s.) isə məhkəmə icraatında rast gəlinməmişdir. Sonrakı 8 və 9cu səhifərində də iddiaçının növbəti iş yerlərində olan əmək fəaliyyəti dövrü əks olunmuşdur. Qeyd edilən sovxoza aid əmrlərin arxivdə bu və ya digər səbəbdən arxivdə saxlanılmaması iddiaçının məsuliyyət dairəsinə aid olan məsələ deyildir və bununla bağlı həddən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyula bilməz. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və hazırkı əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. Odur ki, iddiaçının sovxozda işlədiyi dövrdən xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək olan dövr onun ümumi stajına hesablanmalıdır. İddiaçının noyabr 2003-noyabr 2004-cü illərdə 95 saylı Tərtər DSK 36 saylı Ağdərə MSK-nın sədri vəzifəsində, eləcə də X8 Ərazi Daiəsi üzrə nümayəndəliyin təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışa əsasən xx.xx.2003- xx.xx.2005-ci il tarixədək olan əmək fəaliyyəti dövründən əmək kitabçasında qeyd edilmiş xx.xx.2004-xx.xx.2006-cı il tarixədək olan növbəti əmək fəaliyyəti dövrü ilə üst-üstə düşməyən hissələrdə, yəni xx.xx.2003-cü ildən xx.xx.2004-cü il tarixədək olan dövrün daxil edilməsini mümkün hesa edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının 1988-ci ilin fevralın 1-dən 1991-ci ilin oktybarın 9-dək hərbi xidmət dövrü üçqat ölçüdə, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək və xx.xx.2003cü ildən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı 1988-ci ilin fevralın 1-dən 1991-ci ilin oktybarın 9-dək hərbi xidmət dövrü üçqat ölçüdə, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək və xx.xx.2003-cü ildən xx.xx.2004cü il tarixədək olan əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova