Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12/2025 01.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin vəkili Vəkil2 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X5 cəlb etməklə “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydiyyatın ləğv edilməsi və onun hüquqi nəticələrinin iddiaçının istifadəsində olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüdudlarına aid hissədə etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydiyyatın ləğv edilməsi və onun hüquqi nəticələrinin iddiaçının istifadəsində olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüdudlarına aid hissədə etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 iyul 2020-ci il tarixli Qərardadı ilə X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-414/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-414/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1520/2021 saylı xx.xx.2021-ci il tarixli Qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-414/2021 saylı qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddianın əsaslandırılması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1984-cü ildən etibarən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. X1 istifadəsində olan torpaq sahəsi ilə onun istifadəsində olan torpaq sahəsi arasında 1976-cı ildə daş hasar çəkilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi, daş hasar çəkilərkən, kiçik bir qapı qoyulmuşdur ki, onlar qohum olduqları üçün bir-birilərinin evlərinə rahat gedib- gələ bilsinlər. 2018-ci ildə iddiaçı qapının yerini daşla hördürərək evinin həyətindən qonşuya gedən piyada yolunu bağlamışdır. Bundan sonra iddiaçının qonşusu Nümayəndə tərəfindən ona qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarma və həyətdən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair Binəqədi rayon məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2017-ci il tarixli iclasında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin vaxt torpaq sahəsi üzərində mülkiyyət hüququna dair reyestrdən çıxarış və texniki pasport olmamışdır. İddiaçıya məxsus torpaq sahəsinə hazırda iddia edən qonşusu yaşadığı evin 1976-cı ilin oktyabr ayında Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş evlər idarəsi üzrə texniki inventarizasiya kartoçkası, texniki inventarizasiya və qiymətləndirməyə dair pasportu var idi ki, həmin sənədlər 2016-cı ildə vəfat etmiş X8 adına rəsmiləşdirilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra qonşuluğunda yerləşən ev və torpaq sahəsi Səmayə Allahyarovanın adına rəsmiləşdirilərək ona xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarış və **********57-10301 nömrəli texniki pasport verilmişdir. Müvafiq sənədləşmə aparıldıqdan sonra Səmayə Allahyarova tərəfindən Binəqədi Rayon Məhkəməsində “mülkiyyətində olan zəbt edilmiş 80 kv metr torpaq sahəsinin boşaldılması”na dair qaldırılmış iddia tələbi Məhkəmənin 07 oktyabr 2019- cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən sənədləşdirmə işləri aparılarkən torpaq sahəsinin ölçüsü, koordinatları və sərhədləri yanlış göstərilmişdir. Texniki pasporta görə 40 ildən çoxdur ki, daş hasarla ayrılmış və iddiaçının istifadəsində olan torpaq sahəsi Nümayəndə mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. İddiaçıya məxsus torpaq sahəsinə hazırda iddia edən X12nin yaşadığı evin 1976-cı ilin oktyabr ayında Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş evlər idarəsi üzrə texniki inventarizasiya kartoçkası, texniki inventarizasiya və qiymətləndirməyə dair pasportu var idi ki, həmin sənədlər 2016-cı ildə vəfat etmiş X8 adına olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra qonşuluğunda yerləşən ev və torpaq sahəsi Səmayə Allahyarovanın adına rəsmiləşdirilmiş, ona xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarış və **********57- 10301 nömrəli texniki pasport verilmişdir. Lakin sənədləşdirilmə işləri aparılarkən torpaq sahəsinin ölçüsü, koordinatları və sərhədləri yanlış göstərilmişdir. Belə ki, texniki pasporta görə 40 ildən çoxdur ki, daş hasarla ayrılmış və iddiaçının istifadəsində olan torpaq sahəsi Nümayəndə mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, araşdırma aparılan zamanı müəyyən edilmişdir ki, iddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli müraciəti zamanı X3 verilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarış və **********57-10301 nömrəli texniki pasport qanunsuz əlverişsiz inzibati akt olduğundan onun ləğv edilməsi barədə qərar (inzibati akt) qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti ilə iddia tələbi üst-üstə düşmür. Bundan əlavə, müvafiq qanunvericiliyə əsasən daşınmaz əmlakla bağlı mübahisələr məhkəmə qaydasında həll olunur və qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında qeydiyyat aparılır. Bu səbəbdən ərizənin icrasından imtina edilmiş və bu barədə iddiaçıya xx.xx.2019-cu il tarixli, **********37 saylı cavab məktubu ünvanlanmışdır. Bakı şəhər notariusunun xx.xx.2017-ci il tarixdə verdiyi 2v-289 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Həmid Sultanov küçəsi, ev 115 X2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış və ********** saylı çıxarış verilmişdir. Tərəflərin iştirakı və izahatları: Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdeh (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Xocəsən qəsəbəsində yerləşən ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli Qətnaməsi ilə iddiaçı Nümayəndə cavabdeh İddiaçı qarı “zəbt edilmiş torpaq sahəsindən çıxarma və həyətdən istifadəyə manelərin aradan qaldırılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-889/2019 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə X2 mülkiyyətində olan ünvan 3 ünvanında X11 zəbt edərək 80 kv.m torpaq shaəsində inşa etdiyi hasar və tikililər İddiaçı hesabına sökülməklə həmin sahənin boşaldılması İddiaçı həvalə edilməsi qət edilmişdir. ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış və 0.0768 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X4 adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********37 nömrəli xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, müvafiq qanunvericiliyə əsasən daşınmaz əmlakla bağlı mübahisələr məhkəmə qaydasında həll olunur və qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında qeydiyyat aparılır. Məhkəmə sorğusu əsasında ünvan 5 ünvanında dair sənədlərin təsdiq edilmiş surətləri cavabdeh tərəfindən təqdim edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə aşağıdakı sualları göstərilməklə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmişdir: - İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin hansı hissəsinə (həmin hissəsinin ölçüləri göstərilməklə) Nümayəndə adına mülkiyyət hüququ tanınmışdır? - İddiaçı yaşadığı evin yolunun hansı həcmdə (neçə kvadrat metr) olan hissəsi (totpaq sahəsinin ölçüləri göstərilməklə) Nümayəndə mülkiyyətinə aiddir və həmin yol olmadan İddiaçı evinə gedib-gəlməsi mümkündürmü? İddiaçı yaşadığı evindən gedişgəlməsi üçün yol açılmasına başqa inkanlar mövcuddur ? Ədliyyə Naziirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2023-cü il tarixli məlumatından görünür ki, ekspertizanın keçirilməsindən imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-47248/2023 **********48 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-4241/2024 **********41 nömrəli məktubları ilə təqdim edilmiş mütəxəssis rəylərində aşağıdakılar qeyd edilmişdir: -1.X2 mülkiyyətində olan torpaq sahəsi arxiv plan və ölçüsündə 768,0 kv.m qeyd olunub. -2.İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Faktiki istifadədə olan torpaq sahəsi 228.0 kv.m təşkil edir. Faktiki istifadədə olan 228.0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. -3.İddiaçı faktiki istifadəsində olan (faktiki göstərilən) torpaq sahəsi ilə, cavabdeh X2 mülkiyyətində olan ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışına əsasən üst-üstə düşmə halı mövcud deyil. -Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziləridir (Binəqədi oyl). Sözügedən torpaq sahəsidə daxil olmaqla 1099,0 kv.m torpaq sahəsinə Nəriman Əlisultan oğlu tərəfindən müraciət olub (imtina verilib). Torpaq sahəsinə dair sənəd təqdim edilmədiyindən ətraflı qeyd aparmaq mümkün olmadı. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyə təqdim etdiyi 10/5878 №-li ekspert rəyinin nəticəsi hissəsində aşağıdakılar qeyd edilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********41 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X2 mülkiyyətində olan torpaq sahəsi arxiv plan və ölçüsündə 768,0 kv.m qeyd olunub. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Faktiki istifadədə olan torpaq sahəsi 228.0 kv.m təşkil edir. Faktiki istifadədə olan 228.0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olundu. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı faktiki istifadəsində olan (faktiki göstərilən) torpaq sahəsi ilə, cavabdeh X2 mülkiyyətində olan ******* nömrəli, 08.11,2017ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışına əsasən üst-üstə düşmə halı mövcud deyil. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə aşağıdakı suallar göstərilməklə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmişdir: - İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin hansı hissəsinə (həmin hissəsinin ölçüləri göstərilməklə) Nümayəndə adına mülkiyyət hüququ tanınmışdır? - İddiaçı yaşadığı evin yolunun hansı həcmdə (neçə kvadrat metr) olan hissəsi (totpaq sahəsinin ölçüləri göstərilməklə) Nümayəndə mülkiyyətinə aiddir və həmin yol olmadan İddiaçı evinə gedib-gəlməsi mümkündürmü? İddiaçı yaşadığı evindən gedişgəlməsi üçün yol açılmasına başqa inkanlar mövcuddur ? Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyə təqdim etdiyi 10/5878 №-li ekspert rəyinin nəticəsi hissəsində aşağıdakılar qeyd edilmişdir: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-2977/2025 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemdə qeyd olunan məlumatlara əsasən, ünvan 5 ünvanında yerləşən, ******* nömrəli, xx.xx.2017-ci il tarixli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden" Çıxarışına əsasən X2 mülkiyyətində olan 0.0768 ha torpaq sahəsinin arxiv texniki pasportunda göstərilən 768.0 kv.m (0.0768 ha) torpaq sahəsinin koordinatları müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə koordinatlar göstərilmişdir) Arxiv texniki pasportunda baş planın perimetrik ölçüləri və sahəsinə əsasən 768.0 kv.m (0.0768 ha) torpaq sahəsinin 44.0 kv.m hissəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə birləşdirilərək, iddiaçının faktiki istifadəsində olan 228.0 kv.m torpaq sahəsinin tərkibində olduğu müəyyən edilmişdir. -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-2977/2025 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi faktiki olaraq 228.0 kv.m təşkil edir. Həmin 228.0 kv.m torpaq sahəsinin koordinatları, sərhədləri, konfiqurasiyası mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-2977/2025 saylı mütəxəssis rəyinə əsasən, ünvan 5 ünvanında yerləşən, ******* nömrəli, xx.xx.2017-ci il tarixli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden" Çıxarışına əsasən X2 mülkiyyətində olan 0.0768 ha torpaq sahəsinin arxiv texniki pasportunda göstərilən 768.0 kv.m (0.0768 ha) torpaq sahəsinin 44.0 kv.m hissəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə birləşdirilərək, iddiaçının faktiki istifadəsində olan 228.0 kv.m torpaq sahəsinin tərkibində olduğu müəyyən edilmişdir. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.A 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçı üçüncü şəxs X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının səhv olduğundan, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi üçüncü şəxsin qeydiyyata alınmış əmlakın tərkibində göstərdiyindən, qeydiyyatın ləğv edilməsini tələb edir, faktiki istifadəsində olan 228 kv.m torpaq sahəsinə isə plan ölçünün verilməsini tələb edir. İş üzrə keçirilmiş məhkəmə mühəndis texniki ekspertiza nəticəsində təqdim edilmiş ekspert rəyindən məhkəmə müəyyən etmişdir ki, X2 mülkiyyətində olan 0.0768 ha torpaq sahəsinin arxiv texniki pasportunda göstərilən 768.0 kv.m torpaq sahəsinin 44.0 kv.m hissəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə birləşdirilərək, faktiki istifadəsində olan 228.0 kv.m torpaq sahəsinin tərkibində olduğu müəyyən edilmişdir. İddiaçı onun yaşadığı evin yerləşdiyi torpaq sahəsinin ona məxsus olmasına dair hüquqmüəyyənedici sənədləri təqdim etməmiş, belə sənədlərin mövcud olması barədə məlumat verməmişdir. Məhkəmə araşdırılması ilə cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin dövlət qeydiyyatına alınması zamanı qanunvericiliyin normalarının pozulmasına yol verilməsi müəyyən edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16.6-ci maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə inzibati işə baxan zaman aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququ hüquqmüəyyənedici sənədlər əsasında aparılmışdır, həmin sənədlər hal-hazırda güvvədədir; bu zaman cavabdeh inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilməmişdir. İddiaçının tələb etdiyi qeydiyyatın ləğv edilməsinə o zaman yol verilmiş olardı ki, cavabdeh inzibati orqan tərəfindən qeydiyyatın aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmazdı, lakin nə qədər ki, cavabdeh inzibati orqan tərəfindən qeydiyyat qanunla nəzərdə tutulmuş əsaslar əsasında aparılmışdır, o zaman inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilməmiş, beləliklə cavabdehin hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri çərçivəsində olmuşdur. İddia tələbinin digər hissəsində (ünvan 1 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması) məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.4.-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; 3.1.12-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;3.1.21-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;3.1.26-cı bəndinə əsasən ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.1.36-cı bəndinə əsasən mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. İş materiallarından görünür ki, iddiaçının plan və ölçünün verilməsini tələb etdiyi torpaq sahəsinə dair (mülkiyyət, icarə və ya istifadə) hüquqları dövlət qeydiyyatına alınmamışdır. Odur ki, cavabdeh tərəfindən iddianın hazırki hissəsi üzrədə imtinası əsaslı və qanuni olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X5 olmaqla “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydiyyatın ləğv edilməsi və onun hüquqi nəticələrinin iddiaçının istifadəsində olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüdudlarına aid hissədə etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-12/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12/2025
01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver