Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-120/2020 11.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçının nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respub-li-kasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X8- publik hüquqi şəxsin X5 üzrə Mərkəzi Filialınaqarşı “qulluq stajına görə hesablanmalı olan əlavə haqq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Prezidentinin 665 saylı, xx xxxxxx 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Səbail rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 10 ildən artıq dövlət qulluğu stajına malik dövlət qulluqçusu kimi güzəştli şərtlərlə əmək pensiyaçısıdır. İddiaçıya əmək pensiyası təyin edilərkən Azərbaycan Respublikası Prezidentinin 665 saylı, xx xxxxxx 2002ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq 10 ildən yuxarı qulluq stajı olan şəxs kimi aylıq vəzifə maaşına hesablanmalı olan 20 faiz əlavə nəzərə alınmaqla əmək pensiyası hesablanmamışdır. DSMF-nin Səbail rayon şöbəsi tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair ərizə ilə müraciət edilmişdir. Lakin həmin şöbə tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Buna görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia məhkəmə tərəfindən təmin edilərək, hakimiyyət səlahiyyətlərinin yerinə yetirilməsinə görə 15 faiz və müavinətlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına dair qərar qəbul olunmuş və qərar müvafiq olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmışdır. Göstərilən qərar icra edilməsi üçün DSMF-nin Səbail rayon şöbəsinə göndərilmiş və həmin şöbə tərəfindən əmək pensiyası yenidən hesablanmışdır. Lakin əmək penyasının yenidən hesablanması zamanı qulluq stajına görə iddiaçının əmək haqqına aylıq vəzifə maaşının 20 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla əmək pensiyası hesablanmamışdır. İddiaçı DSMF-nin Səbail rayon şöbəsinə ərizə ilə müraciət edərək, əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Prezidentinin 665 saylı, xx xxxxxx 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə müvafıq olaraq 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasının və ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin həmin şöbənin xx xxx 2019-cu il tarixli məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. DSMF-nin Səbail rayon şöbəsi imtinası əsassız hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Pro-ses--sual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə ilkin cavabdeh DSMF-nin Səbail rayon şöbəsinə göndə-ril-miş, şöbədən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. DSMF-nin Səbail rayon şöbəsindən iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2550/2019 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Səbail rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsi ilə əvəz edilmiş, sonradan isə sonuncunun əvəzinə Azərbaycan Respub-li-kasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X8- publik hüquqi şəxsin X5 üzrə Mərkəzi Filialı əsl cavabdeh kimi qəbul edilmişdir. DSMF-nin X5 İdarəsinin nümayəndəsi Samir Əliyevinxx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaya dair etirazında bildirilmişdir ki, iddiaçı tərəfindən DSMF-nin Səbail rayon şöbəsinə ünvanlanmışərizədən göründüyü kimi iddiaçı eyni məzmunlu tələblə müraciət etmişdir.DSMF-nin Səbail rayon şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin 665 saylı, xx xxxxxx 2002-ci il tarixli Fərmanında qeyd edilən müddəalar göstərilməklə iddiaçıya dövlət məvacibinin qulluq stajının 10 ildən yuxarı hissəsinə təsadüf etdiyi dövrün üzərinə vəzifə maaşının 20 faizi məbləğində əlavə hesablana bildiyi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanından DSMF-nin X5 İdarəsi və Bakı şəhəri İdarəsi haqqında əsasnamələrin təsdiq edilməsi haqqında **********2 saylı xx xxxxxx 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş X5 İdarəsi haqqında Əsasnamənin 2.1.1 və 2.1.2-ci maddələrinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9 və 20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa bir növünə keçirilməsi və pensiyaların üzərinə qulluq stajına görə əlavələrin hesablanması DSMF-nun X5 İdarəsinin səlahiyyətlərinə daxil edilmişdir. Qeyd edilən Əsasnamədən də göründüyü kimi, iddiaçının ərizəsində göstərdiyi xüsusat DSMF-nin Səbail rayon şöbəsinin səlahiyyətlərinə daxil deyil və iddiaçı iddia ərizəsində göstərdiyi tələblə X5 İdarəsinə müraciət etməmişdir. Həmçinin, DSMF-nin Səbail rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxx 2019-cu il tarixli cavab məktubunda onun müraciətinə imtina edilməmiş, ona Azərbaycan Respublikası Prezidentinin 665 saylı, xx xxxxxx 2002-ci il tarixli Fərmanında göstərilən müddəa izah edilmişdir. Sonda iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və müba-hisə-nin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə niz-a-ma sal-maq və barışıq sazişinin bağlan-ma-sına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş material--larında saxlanılması mümkün olan sə-nəd--lərin məhkəməyə təq-dim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna-müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilənlərə uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənəd-----ləri təd-qiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilmə-lidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkət-lərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzi-bati məh-kəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş və pensiya işində olan: - Səbail RPİ tərəfindən xx.xx.2009-cu ildə verilmiş AZE seriyalı 0******* say---lı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəy-yən olunur ki, xx.xx.1972-ci ildə doğulmuş İddiaçı yaşayış yeri üzrə ünvan 2 mənzil 53 ünvanında qeydiyyatdadır. - iddiaçıya məxsus xx xxxxxxx 1989-cu il tarixli, ******* saylı əmək kitaçasının notarial qaydada təsdiq edilmiş surətindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasının 1 x xxxx 2015-ci il tarixli, 2-1(102)-825/15 saylı qərarının surətindən müəyyən edilir ki, iddiaçı xx xxxxxxx 1989-cu ildə əmək fəaliyyətinə başlamış, xx xxxxxx 1997-ci il tarixdən Əmək və X4 Nazirliyində əmək fəaliyyətini davam etdirmiş, aparıcı şöbə müdirinin müavini vəzifəsində işləmiş, dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilmiş, xx xxxxxxx 2008-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 10 il 03 ay dövlət qulluğu stajına malik olmuşdur. - İddiaçı DSMF-nin Səbail rayon şöbəsinə ünvanlanmış ərizəsində əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Prezidentinin 665 saylı, xx xxxxxx 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə müvafıq olaraq 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasının və ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Həmin ərizəyə icra edilmiş ştampdan müəyyən edilir ki, müraciət xx.xx.2019-cu il tarixdə DSMF-nin Səbail rayon şöbəsinə daxil olmuşdur. - DSMF-nin Səbail rayon şöbəsininiddiaçıya ünvanlanmışxx xxx 2019-cu il tarixli, **********5 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 665 saylı, xx xxxxxx 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən dövlət qulluçusuna xidmətin ikinci ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir: 1 ildən - 5 ilədək 5 faiz; 5 ildən -10 ilədək 10 faiz; 10 ildən -15 ilədək 20 faiz; 15 ildən yuxarı 30 faiz aylıq vəzifə maaşına əlavə haqq hesablandığından pensiyası hesablanarkən nəzərə almalı dövlət məvacibinin yalnız qulluq stajınızın 10 ildən yuxarı hissəsinə təsadüf etdiyi dövrün üzərinə vəzifə maaşının 20 faizi məbləğində əlavə hesablanıla bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 xx.xx.2019-cu il tarixli (qərarı) əmri ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatına dair məsələlər xx.xx.2019-cu ildən Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsinə həvalə edilmişdir. İddiaçı tərəfindən DSMF-nin Bakı şəhəri Səbail rayon şöbəsinə məhz sonuncunun güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı ilə əlaqədar məsələlərə inzibati icraat qaydasında baxılması ilə bağlı müvafiq səlahiyyətlərə malik olduğu dövrdə (müraciətin tarixi: xx.xx.2019-cu il) müraciət edildiyindən, sonuncunun cavab məktubu da sonradan əsl cavabdeh kimi icraata cəlb edilmiş inzibati orqanın imtina məktubu kimi qiymətləndirilmiş və bu əsasla da işə mahiyyəti üzrə baxılması mümkün hesab edilmişdir. Məhkəmə, həmçinin, iddiaçının nümayəndəsinin etirazında qeyd edilmiş digər halla, yəni DSMF-nin Səbail rayon şöbəsinin cavab məktubunun imtina məzmunlu olmaması ilə bağlı qeyd edir ki, iddiaçının ərizəsindən də göründüyü kimi həmin müraciət məlumat xarakterli olmamış, sosial təminat hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Bu halda isə, şöbənin cavabı iddiaçının müraciətini təmin etmədiyindən imtina kimi qiymətləndirilmişdir. İddiaçıya məxsus pensiya işi materiallarından da müəyyən edilir ki, ona dövlət qulluqçusu kimi 10 il qulluğu əsasında 584,1 manat məbləğində 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, sonradan şöbənin pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamlarına müvafiq olaraq iddiaçının əmək pensiyasının məbləği artırılmışdır. İddiaçıya pensiya təyin edilərkən onun ƏƏSMN-də işlədiyi şöbə müdiri vəzifəsi əsas götürülərək vəzifə maaşı, ixtisas dərəcəsinə görə vəzifə maaşına əlavə və mükafatları nəzərə alınmaqla əmək pensiyası məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçının pensiya təyin edilərkən nəzərə alınmasını tələb etdiyi 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavə haqq qanunvericiliyə əsasən dövlət qulluqçusuna ödənilmiş məbləğdir. Belə olan halda iddiaçının həmin məbləği almasını təsdiq edən əlavə sənəd təqdim etməsinə zərurət yoxdur. Qeyd edilənlərə baxmayaraq, həmin əlavə haqq pensiya təyin edən orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamışdır. Halbuki, məhkəmə hesab edir ki, iddiaçıya pensiya təyin edilərkən əmək pensiyasının hesablanması zamanı aylıq vəzifə maaşına qulluq stajına görə 20 faiz əlavə haqq nəzərə alınmalı idi. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə görə inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə dövlət qulluqçuları üçün layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər, pensiya təminatı və dövlət sosial sığortası və digər təminatlar verilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə görə dövlət qulluqçusuna qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılır. Haqqın məbləği qanunvericiliklə müəyyən edilir. Bu maddə Azərbaycan Respublikasının Birinci vitseprezidenti və vitse-prezidentləri, Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur. Həmin Qanunun x xxxx 2018-ci il tarixli, 1025-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək qüvvədə olan 23.2-ci maddəsinin redakasiyasına görə dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 23.4-cü maddə-sinə görə dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 20.1-ci və 20.1.7-ci maddələrinə görə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxx 2017-ci il tarixədək qüvvədə olan 20.11.13-cü maddəsinə görə dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərqə qədər əlavə ödənilir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na əsasən 10 ildən yuxarı qulluq stajına malik olan dövlət qulluqçuları hər ay aylıq vəzifə maaşlarının 20 faizi miqdarında əlavə haqq alırlar. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, iddiaçı ona təyin edilmiş əmək pensiyasının məbləğinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını və ödənilməsini öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunması qanunazidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiya) 12-ci maddəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələrinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairə-si-nə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərin-dən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın xx xxxxx 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın xx xxxxxx 2009-cu il tarixli Qərarı, §76-77).Lakin eyni zamanda Məhkəmə qeyd edir ki, legitim gözlənti sadə ümiddən daha konkret xarakterə malik olmalıdır və hüquqi müddəaya və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır. Uzun müddət ləğv edilmiş əmlak hüququnun yenidən bərpa ediləcəyinə ümid “mülkiyyət” kimi qəbul edilə bilməz; nə də şərtin baş verməməsi nəticəsində əldən buraxılmış şərti tələb bu cür qəbul edilə bilməz. Habelə, milli hüququn düzgün təfsiri və tətbiqi barəsində mübahisənin mövcud olduğu və nəticədə ərizəçinin müraciətlərinin milli məhkəmələr tərəfindən rədd edildiyi yerdə “legitim gözlənti”nin əmələ gəlməsindən söhbət gedə bilməz (Béláné Nagy Macarıstana qarşı iş üzrə Böyük Palatanın xx xxxxxx 2016-cı iltarixli Qərarı). Dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir (“Andreyeva Latviyaya qarşı” məhkəmə işi xx xxxxxx 2009-cu il tarixli qərar). İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkət-lərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzi-bati məh-kəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İnzibati Prosessual Məcəllə-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin 665 saylı, xx xxxxxx 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavənin nəzərə alınmaqla İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respub-li-kasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X8- publik hüquqi şəxsin X5 üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin 665 saylı, xx xxxxxx 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavənin nəzərə alınmaqla İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respub-li-kasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X8- publik hüquqi şəxsin X5 üzrə Mərkəzi Filialına həvaləedilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkə-məsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-120/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-120/2020
11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver