Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12008/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı və X6 cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncama düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı və digər iddiaçının nümayəndəi X6 iştirakı ilə, iddiaçılar İddiaçı və X6 cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı X4 üçüncü şəxs qismində göstərilməklə “sərəncama dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakmiyyətinə (bundan sonra mətndə Binəqədi RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X4 və nəvəsi X3 ailə tərkibi və ailə üzvü hesab edilməklə onların şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Binəqədi RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçılar qismində İddiaçı və X9, cavabdeh qismində Binəqədi RİH-ni və üçüncü şəxs qismində isə X2 göstərməklə, məhkəmədən, Binəqədi RİH Başçısının “Vətəndaş İddiaçı mənzil növbəsinin yaşayış yeri üzrə Binəqədi RİH-yə keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli, 8 saylı sərəncamına düzəliş edilməklə, qızları X1 və nəvələri X3 da ailə üzvləri kimi güzəştli əsaslarla mənzil növbəsində hesab olunmaları və onların da mövcud olan güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Binəqədi RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə oğulları X7 döyüş meydanında xx.xx.2020-ci il tarixində şəhid olmuşdur. İlk növbədə qeyd edirlər ki, şəhid ailəsi kimi mənzil növbəsinə ehtiyacı olan şəxs qismində növbəyə götürülmə barədə əvvəlcə yaşadıqları rayon üzrə Beyləqan Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Müraciətləri müsbət qarşılanaraq İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 49 saylı Sərəncamı ilə Beyləqan rayonu ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi növbəyə götürülmüşlər. Daha sonra yaşayış yerinin dəyişməsi ilə əlaqədar Bakı şəhəri ərazisinə köçdüklərindən rayonda sərəncamla mənzil-uçotundan çıxdıqdan sonra yenidən Binəqədi RİH-yə müraciət etmişlər. İcra Hakimiyyəti Başçısının 8 nömrəli 17 yanvar tarixli Sərancamı ilə ailə tərkibi 2 nəfər kimi (İddiaçı və arvadı X12) qeyd olunmaqla xx.xx.2022ci il tarixindən şahid ailəsi kimi güzəştli əsaslarla mənzil növbəsində hesab olunmuşlar. Lakin həmin sərəncamla ailə tərkibin 2 nəfər kimi qeyd olunmuşdur. Ailə tərkibi hazırda 4 nəfərdən ibarətdir. İddiaçı, arvadı-X12, qızı-X4, nəvəsi-X8. Qızının nikahı Qubadlı Rayon Məhkəməsinin 2(028)- 453/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra mənzili və yaşayış yeri olmadığından onlarla birlikdə yaşamışdır. Qızları və nəvələri onların himayəsindədir. Bundan sonra yenidən Binəqədi RİH-yə mənzil növbəsinin ailə tərkibinə qızının və nəvələrinin daxil edilməsinə köməklik göstərilməsinə dair müraciət etmişdir. Binəqədi RİH Başçısının 23 iyul 2024-cü il tarixli məktubu ilə müraciətindən imtina olunmuşdur. İmtinanın səbəbində isə göstərilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid ailəsinin üzvləri şəhidin arvadı(əri) valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr hesab edilir, qızınızın və onun övladının qanunvericiliyə əsasən şəhid ailəsi üzvü hesab edilmədiyindən məslənin müsbət həlli mümkün olmamışdır. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır və həmin imtina hüquqlarımızı kobud sürətdə pozmuşdur. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Binəqədi RİH tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli, 5-10/1-A-96/2-068/2-t/1/2024 saylı ərizə ilə Binəqədi RİH-yə müraciət edərək, onun şəhid ailəsi kimi mənzil növbəsinin ailə tərkibinə qızının və nəvəsinin daxil edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı Beyləqan RİHB-nın xx.xx.2022-ci il tarixli 49 saylı Sərəncamı ilə şəhid ailəsi kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və daimi yaşayış ünvanını Binəqədi rayonuna dəyişdikdən sonra müraciəti əsasında Beyləqan RİHB-nın xx.xx.2023-cü il tarixli 07 saylı Sərəncamı ilə mənzil növbəsi siyahısından çıxarılmış və mənzil uçot sənədləri baxılması üçün Binəqədi RİH-yə göndərilmişdir. İddiaçının ailə tərkibi 2 nəfər olmaqla (özü və arvadı) Binəqədi RİHB-nın xx.xx.2023-cü il tarixli 8 saylı Sərəncamı ilə xx.xx.2022-ci il tarixdən şəhid ailəsi kimi güzəştli əsaslarla mənzil növbəsində hesab olunmuş və mənzil növbəliliyi Binəqədi RİH-də mövcud olan güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli 697 nömrəli Qanunun 1-ci maddəsinə əsaslanaraq iddiaçının qızının və nəvəsinin şəhidin ailə üzvü kimi mənzil növbəsinin ailə tərkibinə daxil edilməsindən imtina edilmişdir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli 697 nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi bacı və qardaşlar uşaq evlərində tərbiyə olunduqda, əyani təhsil aldıqda isə 23 yaşına çatana qədər şəhid ailəsinin üzvü hesab olunurlar. Həmçinin, bacı və yaxud qardaş uşaqlarının şəhid ailəsi üzvü hesab olunması da qanunvericilikdə öz əksini tapmamışdır. Belə olduğu halda tərəflərindən iddiaçının qızı X1 və nəvəsi X3 şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə götürülməsi mümkün olmamışdır. Beləliklə də, hesab edirlər ki, iddiaçının Binəqədi RİH-yə qarşı iddia irəli sürməsi əsassızdır, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və digər iddiaçının nümayəndəi X12 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılaraq, təmin olunmasını xahiş etdi. Faktiki hallar və sübutlar: İş materiallarında olan Binəqədi RİHB-nın 8 №li 17 yanvar 2023-cü il tarixli sərəncamından (surəti) görünür ki, İddiaçı Beyləqan RİH-də olan mənzil növbəsi yaşayış yeri üzrə Binəqədi RİH-yə keçirilməsi və İddiaçı ailə tərkibi 2 nəfər olmaqla (özü İddiaçı və arvadı X12) xx.xx.2022-ci il tarixindən şəhid ailəsi kimi güzəştli əsaslarla mənzil növbəsində hesab olunması, İddiaçı mənzil növbəsinin Binəqədi RİH-də mövcud olan güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Binəqədi RİH tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, qızı və onun övladı qanunvericiliyə əsasən şəhid ailəsinin üzvü hesab edilmədiyindən məsələnin müsbət həlli mümkün olmamışdır. İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçının izahatını dinləyərək, hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır.Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, xx.xx.1994-cü il təvəllüdlü X5 və onun övladı X8 şəhid ailəsinin üzvləri kateqoriyasına aid olan şəxslər sırasına daxil deyildirlər. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə görə inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. İş materiallarından göründüyü kimi, iddiaçılar şəhid ailəsi üzvü kimi götürüldükləri mənzil növbəsinə xx.xx.1994-cü il təvəllüdlü qızları X1 və nəvələri X3 daxil edilməsini xahiş edirlər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçılar xx.xx.1994-cü il təvəllüdlü qızları X1 və nəvələri X3 şəhid ailəsi üzvü kimi götürüldükləri mənzil növbəsinə daxil edilməsi ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyillər. Məhkəmə araşdırması zamanı məhkəmə iclasında iştirak edən iddiaçıya (və digər iddiaçının nümayəndəsi) İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, əsl olmayan iddiaçıların əsl iddiaçı ilə əvəz olunması təklif olunsa da, o, bundan imtina etmiş və qızları X1 və nəvələri X3 onların (iddiaçıların) ailə üzvü kimi götürüldükləri mənzil növbəsinə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçılar İddiaçı və X6 cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı X4 üçüncü şəxs qismində göstərilməklə “sərəncama dəyişiklik edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev