Məhkəmə qərarları › İş №2-1(112)-1201/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1201/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1201/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyini və ödənilməmiş məbləğin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixindən, ödənilməmiş pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin müraciətə xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, xx.xx.1984-xx.xx.2006-ci il tarixləri arasındakı dövrdə işləyib-işləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəbdən də həmin dövr iş stajına daxil edilməmişdir. xx.xx.1984-xx.xx.1992-ci il tarixlərində '’Enerjiquraşdırma KЕМ” ASC-də quraşdırıcı, xx.xx.1992-xx.xx.2008-ci il tarixlərində boru kəmərlərinin qazla kəsilməsi peşəsində işləmişdir. Bu faktlar həm ИТ-İ № ******* saylı əmək kitabçasında, həm də"xxxx" ASC tərəfindən verilən arayışda təsdiqlənir. Həmin arayışda göstərilir ki, işlədiyim peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixlil2 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya (fəsil 35) uyğun olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verir. xx.xx.1981 -xx.xx.1983-cü il tarixlərində hərbi xidmətdə olmuşdur və müharibə veteranıdır. H3 № ******* saylı hərbi biletinin surətini və müharibə veteranı vəsiqəsinin surətini iddia ərizəsinə əlavə edmişdir. xx.xx.1984-xx.xx.1984-cü il tarixlərində isə Bakı şəhəri 22 №-li Peşə Məktəbində təhsil almışdır. Filialın imtina məktubunda qeyd etdiyi xx.xx.1984xx.xx.2006-cı il tarixləri arasındakı dövrdə işləyib-işləməməyi ilə bağlı mövqeyi haqlı deyildir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, “İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.” "Əmək pensiyaları haqqında" İddiaçının işlədiyi dövrləri, hərbi xidmət və təhsil illərini nəzərə alaraq 25 ildən çox sığorta stajı vardır və bu müddətin 12 il 06 ayından çoxunu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq işlərdə çalışmışdır. Ona görə də 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanı, lunun 9.1-ci maddəsini əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaş; görə əmək pensiyesı almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, amək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hi ququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək oensiyasının minimuTi məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduc ta (2017-ci il iyulun 1-də yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respubli ası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və əhalinin scsial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyam hüququnun müəyyən idilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyət orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur Sözügedən Qanunun 1.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta h ssəsi əmək pensiyasın sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığorta olunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi s| lələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarix 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hı. zjuqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektləri inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) yarımbəndində sənaye dəmir-beton borularının boruçəkənləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin İddiaçı dair K/26 nömrəli arayışında xx.xx.1984-xx.xx.1992-ci il tarixləri arasındakı dövrdə adıçəkilən müəssisədə quraşdırıcı, xx.xx.1992-xx.xx.2008-ci il tarixləri arasındaki dövr ərzində isə boru kəmərlərinin qazla kəsilməsi peşələrində işlədiyi qeyd olunub. İddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş sənaye dəmir-beton borularının boruçəkənləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Bundan başqa, araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabın sığorta hissəsində yalnız 2007-ci ilin 4 ayı üzrə sığorta ödənişlərinin öz əksini tapdığı müəyyən edilib. Bu səbəbdən də İddiaçı xx.xx.1984-xx.xx.2006-cı il tarixləri arasındakı dövrdə də işləyib-işləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş; aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmədə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Aydındır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblər baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1962-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1981-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1983-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş Г 601654 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə qədər 22 nömrəli peşə məktəbində çilingər ixtisası üzrə təhsil almışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 25 avqust 1981-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1984-cü il tarixində "xxxx" ASC-də quraşdırıcı vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu ildə 3-cü dərəcəli quraşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə 4-cü dərəcəli quraşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə boru kəmərlərinin qazla kəsilməsi üçün 5-ci dərəcəli quraşdırıcı keçirilmiş, xx.xx.2001-ci ildə Abşeron quraşdırma İdarəsinin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. xx.xx.2008-ci ildə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilən arayışdan görünür ki, X3 xx.xx.1981-ci ildə hərbi qulluqda olub. xx.xx.1984-cü ildə Bakı şəhəri 22№-li Peşə Məktəbin qutarıb, Diplom No: 601654, 27.08,1984-cü ildə Kavkazenerjiqııraşdırma trestin Abşeronquraşdırma idarəsinə 265/k əmrlə 4-cü dərəcə quraşdırıcı işinə qəbul edilmişdir. xx.xx.1990-cı ildə 6№-li əmrlə 3-cü dərəcəli quraşdırıcı işinə qəbul olunmuşdur. xx.xx.1990-cı ildə 96№-li əmrə əsasən 4-cü dərəcəli quraşdırıcı işinə qəbul olmuşdur. xx.xx.1992-ci ildə 43/k əmrə əsasən boru kəmərlərinin qazla kəsiiməsi üçün 5- ci dərəcəni almışdır. xx.xx.2008-ci ildə Öz xahiş ilə 68h 2/a əmri ilə işdən azad olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 2 saylı qərarı ilə təsdiq edilmiş siyahıda (fəsil 35), qazla kəsicilərlə eyni işi görür. Mingəçevir, Sumqayıt, Şimal elektrik stansiyasında və Bayramzadə adına istilik elektrik stansiyalarında quraşdırma və təmir işlərində qazla kəsici işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 saylı qərarına fəsil 35 əsasən işlədiyi sahələr zərərli olduğu güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ daşıyır. Abşeron Quraşdırma İdarəsinin adı dəyişdiriərək EnerjiQuraşdırma KEM ASC adlandırılmışdır. Məhkəmə sorğusuna əsasən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, “İddiaçı həqiqətən də xx.xx.1984-cü ildən Kavkazenerjiqııraşdırmatrestin Abşeronquraşdırma idarəsinə 265/k əmrlə 4-cü dərəcə quraşdırıcı işinə qəbul edilmişdir. xx.xx.2008-ci ildə öz xahişi ilə 68h 2/aəmri ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Milli Əmlak Nazirliiyi tərəfindən təşkil olunan özəlləşdirmə prosesində "xxxx" ASC təşkilatı arxiv sənədləri ASC təhvil verilmədiyi üçün həmin vaxt ərzində arxivləşdirilməmişdir. İddiaçı "xxxx" ASC-də işlədiyi dövr ərziində Azırbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin müddətində məhkəməyə təqdim olunmasını xahiş etmişsiniz” sərəncamının icrasını təmin etmək məqsədilə arxiv sənədlərini Milli Əmlak Komitəsinin Özəlləşdirmə İdarəsinə müraciət etmək zəruridir. Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək Enerjiquraşdırma KEM ASC adlandırılmışdır. ƏMR 24/k xx.xx.2001-ci il. Arayış əmək kitabçasının əsasında verilmişdir. AB Milli Arxiv İdarəsi tərəfindən sənədlərin saxlanılması müddəti müəyyən edilib(12 aprel 2016-cı il tarixli 3/1 nömrəli əmr) Həmin sənədə əsasən mühasibat uçotu sənədlərin saxlanılması meddəti 5 il, kadr uçotu sənədlərin saxlanılma müddəti isə 75 il müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilən arayışdan görünür ki, X3 xx.xx.1981-ci ildə hərbi qulluqda olub. xx.xx.1984-cü ildə Bakı şəhəri 22№-li Peşə Məktəbin qutarıb, Diplom No: 601654, 27.08,1984-cü ildə Kavkazenerjiqııraşdırma trestin Abşeronquraşdırma idarəsinə 265/k əmrlə 4-cü dərəcə quraşdırıcı işinə qəbul edilmişdir. xx.xx.1990-cı ildə 6№-li əmrlə 3-cü dərəcəli quraşdırıcı işinə qəbul olunmuşdur. xx.xx.1990-cı ildə 96№-li əmrə əsasən 4-cü dərəcəli quraşdırıcı işinə qəbul olmuşdur. xx.xx.1992-ci ildə 43/k əmrə əsasən boru kəmərlərinin qazla kəsilməsi üçün 5- ci dərəcəni almışdır. xx.xx.2008-ci ildə öz xahişi ilə 68h 2/a əmri ilə işdən azad olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-163041/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, iddiaçının hesabına "xxxx" ASC tərəfindən 2007-ci ilin iyun, iyul, avqust, oktyabr, 2010-cu ilin yanvar ayı üçün, 16 nömrəli X2 Tresti tərəfindən 2008-ci ilin aprel-dekabr, 2009-cu ilin fevral-sentyabr aylarınadək, 2017-ci ilin may, noyabr, 2018-ci ilin yanvar-iyul ayları üzrə VÖEN üzrə, Bərpa-AS MMC tərəfindən 2021-ci ilin yanvar-oktyabr ayları, X1 Firması tərəfindn 2022-ci ilin iyul ayı üzrə MDSS-lər ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023cü il tarixli 23/**********900 məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" ASC xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2- 19365/2023 nömrəli məktubunda qeyd olunur ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Azəristilikenerjiquraşdırma trestinin Abşeron Quraşdırma idarəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 136 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) xx.xx.2000-ci il tarixinə səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-91943/2023 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifəiəün və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şənlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə gerə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (201 7-ci il iyulun 1 dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanca bildiririk ki, Xüsusi Şərtərlə təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını. X6 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərin, rəhbər tutur. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz "Enerjiquraşdırma КЕМ” ASC-nin sizə dair yeni arayışında xx.xx.1984-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə quraşdırıcı, xx.xx.1992-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə boru kəmərlərinin qazla kəsilməsi peşələrində işlədiyiniz qeyd olunub. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində yalnız 2007-ci ilin 4 ayı üzrə sığorta ödənişlərinin öz əksini tapdığı müəyyən edilib. Buna görə də xx.xx.1984-xx.xx.2006-cı ıl tarixləri arasındakı dövrdə də işləyib-işləməməyinizə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəbdən də həmin dövrü sizin iş stajınıza daxil etmək mümkün olmadığından güzəştli iş stajınız yoxdur. Bunlar nəzərə alınaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin tələb olunan azı 60 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə 60 yaşını tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin v bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; - “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, yuxarıda qeyd olunan hərbi bilet, diplom və əmək kitabçasına əsasən iddiaçının xx.xx.1981- xx.xx.1983-cü ilədək hərbi xidmət dövrü 02 il 01 ay 02 gün, xx.xx.1984-xx.xx.1984-cü ilədək təhsil dövrü 05 ay 14 gün, xx.xx.1984-xx.xx.2006-cı il tarixədək işlədiyi dövr 21 il 04 ay 06 gün olmaqla 23 il 10 ay 22 gün və xx.xx.2006-cı il tarixdən sonra məcburi sosial sığorta haqlarının ödənildiyi dövr 03 il 06 ay olmaqla ümumilikdə 27 il 04 ay 22 gün ümumi iş stajı toplamışdır. Cavabddeh iddiaçının xx.xx.1984-xx.xx.2006-cı il tarixləri arasındakı dövrü mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçının əmək fəaliyyəti əmək kitabçasında işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, ASC-nin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlərlə sübut olunur. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi arayışlarda da iddiaçının əmək fəaliyyətinin həqiqiliyi barədə məlumatlar əks olunmuş, xx.xx.2006-cı il tarixdən sonra fərdi uçotun yarandığı ilk dövrlər üzrə də həmin müəssisə tərəfindən müvafiq aylar üzrə MDSS-lə ödənilmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və hazırkı əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. Bundan əlavə məhkəmə sorğusu ilə əldə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin cavabından müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə "xxxx" Dövlət Şirkətinin Azəristilikenerjiquraşdırma trestinin Abşeron Quraşdırma idarəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 136 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, xx.xx.2001-ci il tarixində tam özəlləşdirilmişdir. Özəlləşmə zamanı müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən emissiya prospektində müəssisənin, onun əmlakının özəlləşməsində güzəştli şərtlərlə iştirak etmək hüququ olan əmək kollektivi üzvlərinin siyahısı tərtib olunmuşdur ki, həmin kollektivin üzvü kimi xx.xx.2000-ci il tarixinə səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar qeyd edilmişdir. Beləliklə, emissiya prospektində (özəlləşmə planında) iddiaçının adının əmək kollektivinin sırasında göstərilməsi onu deməyə əsas verir ki, iddiaçı həmin müəssisədə çilingər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuş, o tutduğu vəzifəyə uyğun ştat vahidi, əmək haqqı və s. ilə təmin olunmuşdur. Əks halda əmək kollektivinin sırasında adı çəkiləməməklə bərabər özəlləşmədə güzəştli şərtlərlə çıxış etmək imkanı tanınmazdı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.1984xx.xx.2006-cı il tarixədək dövrün iddiaçının ümumi stajına daxil etməməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İddiaçının işlədiyi peşənin güzəştli pensiya təyinatına əsas verib verməməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 23200000 XXXİİİ. Ümumi peşələr bölməsində 23200000—11618 qazla kəsicilər peşəsi, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş 35. Ümumi peşələr bölməsində qazla kəsicilər peşəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. İş yerindən verilmiş güzəştli arayışda iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi 5-ci dərəcə boru kəmərlərinin qazla kəsicisi vəzifəsinin funksional təyinat baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin ilə təsdiq edilmiş siyahıda 35-ci bölmədə qazla kəsicilərlə eyni işi gördüyü qeyd edilərək həmin vəzifəyə uyğunlaşdırılmışdır. İddiaçının əmək fəaliyyətinə dair sənədlər və təqdim edilmiş güzəştli iş arayışları onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 13 il 11 ay 27 gün və xx.xx.2006-cı il tarixdən sonra 05 ay olmaqla, cəmi 14 il 04 ay 27 gün güzəştli iş stajı var. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar