Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1201/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçı Viktorovna və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Viktorovnanın cavabdeh Bakı Xoreoqrafiya Akademiyasına qarşı “xoreoqrafiya məktəbini bitirmə diplomunu X7 “Tələbə-məzun” sisteminə daxil edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti
1. İddiaçı Viktorovna cavabdeh Bakı Xoreoqrafiya Akademiyasına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “12 xoreoqrafiya məktəbini bitirmə diplomunu X7 “Tələbəməzun” sisteminə daxil edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsinı xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildə Bakı Xoreoqrafıya Məktəbinin 7-ci sinifinə daxil olmuş, 9-cu sinifə qədər oxuyub, 2000-ci ildə daxili imtahanları verərək BXM-nin 1-ci kursuna qəbul olmuşdur. 3-cü kursun sonunda BHM subbakalavr dərəcəsini və 21 iyun 2003-cü il tarixli AB 11 seriyalı 096398 saylı diplomu almışdır. 2016-cı ildən BXM-nin adı Bakı Xoreoqrafıya Akademiyası adlandırılıb və adı çəkilən təhsil müəssisəsinə qəbul şərtləri dəyişib, yəni 9-cu sinifdən 1- ci kursa yalnız “Tələbə-məzun” X13 sistemi vasitəsilə qəbul olunmaq mümkün olub. 2021-ci ildə Bakı Tibb Universitetinin 21 iyun 2003-cü il tarixli buraxılış diplomu əsasında 2 saylı Bakı Tibb Kollecinin ödənişli şöbəsinə qəbul olmuşdur. Kollecin illik təhsil haqqı ildə 1000 manat idi. Sonradan 2 saylı Bakı Tibb Kollecində 3 il uğurla təhsil aldıqdan, həmçinin “onkologiya” ixtisası üzrə internaturanı uğurla başa vurduqdan və təhsil haqqını vaxtında ödədikdən sonra tədris ilinin sonuna qədər kafedra müdiri iddiaçı ilə əlaqə saxladı. 2 saylı Bakı Tibb Kollecinin şöbəsi və iddiaçıya izah edən kadrlar şöbəsi 2022-ci ilin əvvəlində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əsasnaməsi qüvvəyə minib bütün diplomların sistemə daxil edilməsi barədə “Tələbə- məzun” DİM-in X13 iddiaçıdan BXU-nun 1-ci kursunda 9-cu sinifi bitirdikdən sonra qəbul olma faktını təsdiq edən sənəd istədilər. Halhazırda 2 saylı Bakı Tibb Kollecini bitirmə diplomu ala bilmir. 2 saylı Bakı Tibb Kollecinin diplomunun alınmasında maneələrin aradan qaldırılması üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxladı. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 13 mart 2024-cü il tarixli məktubu ilə yurisdiksiyaya aid ərizə Bakı Horeoqrafiya Məktəbinə göndərilib. Lakin cavabdeh tərəfindən iddiaçının müraicətinin icrasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavаbdеh təqdim etdiyi iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, Komissarlığı Kollegiyasının qərarına əsasən Bakıda ritm və rəqs studiyası açılmış və "Balet studiyası" adlandırılmışdır. 1929-cu ildə X9 Kollegiyasının qərarına əsasən, bu studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilmişdir. 1933-cü ildə Bakı Xoreoqrafiya Məktəbində artıq 157 şagird təhsil alır və təhsil müddəti 4 ildən 9 ilə çatdırılmışdır. 1935- ci ildə Xoreoqrafiya Məktəbi Azərbaycan SSR X10 Şurasının qərarı ilə Bakı Xoreoqrafiya Texnikumu, 1962-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin qəran ilə Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Məktəbi adlandırılmışdır. Azərbaycan Respublikasının Mədəniyyət naziri P.Bülbüloğlunun xx.xx.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş Bakı Xoreoqrafiya Məktəbinin Nizamnaməsinin İV fəslinə müvafiq olaraq, Bakı Xoreoqrafiya Məktəbində ümumi təhsil ilə yanaşı, orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığı həyata keçirilmişdir. İddiaçı Viktorovna 1998-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin 7-ci sinifinə daxil olmuş, 2000-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin 9-cu sinfini bitirərək Bakı Xoreoqrafiya Məktəbinin orta ixtisas təhsili pilləsində təhsilini davam etdirmişdir. Belə ki, həmin dövrdə Bakı Xoreoqrafiya Məktəbinin Pedaqoji Şurasının qərarı və Bakı Xoreoqrafiya Məktəbinin Nizamnaməsinə uyğun olaraq Bakı Xoreoqrafiya Məktəbinin 9-cu sinifini müvəffəqiyyətlə bitirmiş məzunlar təhsillərini Bakı Xoreoqrafiya Məktəbinin orta ixtisas təhsili pilləsində davam etdirmək hüququnu qazanırdılar. Qeyd edilən illərdə Bakı Xoreoqrafiya Məktəbinin orta ixtisas təhsili üzrə Tədris planları Azərbaycan Respublikasının Mədəniyyət nazirliyi və Azərbaycan Respublikasının Təhsil nazirliyi tərəfindən təsdiq edilmişdir. 2014-cü il tarixədək Bakı Xoreoqrafiya Məktəbində 9 illik təhsil alan məzunlara Şəhadətnamə, orta ixtisas pilləsinin məzunlarına isə Azərbaycan Respublikasının Təhsil nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş formada qiymət cədvəli -əlavə edilməklə diplomlar verilmişdir. Bakı Xoreoqrafıya Məktəbinin orta ixtisas pilləsini bitirməsi barədə İddiaçı Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən xx.xx.2003-cü il tarixində AB İİ 096398 nömrəli dövlət nümunəli sənəddiplom verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydalarına müvafiq olaraq İddiaçı Viktorovna xx.xx.2003-cü ildə Bakı Tibb kollecində təkrar orta ixtisas təhsil şöbəsinə qəbul olunduğu zaman onun əvvəl aldığı ixtisasının təhsil proqramında öyrənilmiş fənlərin məzmununun yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğunluğu qiymətləndirilməli, xx.xx.2003- cü il tarixinli AB İİ 096398 nömrəli diplomun dövlət nümunəli sənəd olması barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə sorğu verilməli idi. Bakı Xoreoqrafıya Akademiyası Azərbaycan Respublikasının X6 30 aprel 2014-cü il 419 saylı Sərəncamı ilə Bakı Xoreoqrafıya Məktəbinin bazasında yaradılmışdır. Bakı Xoreoqrafıya Akademiyası xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində təhsil kompleksi olaraq qeydiyatdan (№1115-A10- 536) keçmişdir. Bakı Xoreoqrafıya Akademiyasının Nizamnaməsi Azərbaycan Respublikası X6 xx.xx.2014-cü il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Prezidentin xx.xx.2016-cı il tarixli 979 nömrəli və 19 iyul 2019-cu il tarixli 783 nömrəli Fərmanları ilə Bakı Xoreoqrafıya Akademiyası Nizamnaməsinə əlavə və dəyişikliklər edilmişdir. Bakı Xoreoqrafıya Akademiyasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ali təhsil fəaliyyətinin həyata keçirilməsinə № 088303, ümumi və orta ixtisas təhsil fəaliyyətinin həyata keçirilməsinə № 088932 müddətsiz Lisenziyaları verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il 30 saylı qərarı və Təhsil Nazirliyinin xx.xx.2016-cı İl 130 nömrəli əmri ilə Bakı Xoreoqrafıya Akademiyasının nəzdində Bakı Xoreoqrafıya Kolleci yaradılmış və həmin ad altında hazırda kollec öz fəaliyyətini davam etdirir. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Bakı Xoreoqrafıya Akademiyasına qəbul olunan tələbələr barədə məlumatlar “Tələbə- məzun” dövlət elektron məlumat sistemində 2016-cı tədris ilindən yerləşdirilməyə başlanılmışdır. Azərbaycan Respublikası X6 xx.xx.2024-cü il tarixində “Tələbə- məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərmanına əsasən, Azərbaycan Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də "Tələbə- məzun” dövlət elektron məlumat sisteminə qoşula biləcək. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1–ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 23 aprel 2010-cu il tarixli 225 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ali və orta ixtisas təhsili müəssisələrinin üzərinə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulması və ya həmin təhsil müəssisələri tərəfindən məlumatların sistemə vaxtında, tam və ya düzgün daxil edilməsi kimi vəzifələr qoyulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh -təhsil müəssisəsi- inzibati orqan olmasa da hazırkı mübahisə üzrə münasibətlərin tənzimləməsi publik hüquq sahəsinə aiddir. Belə ki, publik hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. III. İş materiallarında olan sənədlər:
AB-İİ 096398 nömrəli 21 iyun 2003-cü il tarixli diplomdan görünür ki, (Şərifova) X2 1988-ci ildə Bakı Xoreoqrafiya məktəbinə daxil olmuş və 24 may 2003-cü il xalq rəqsləri artisti ixtisası üzrə tam kursu bitirmişdir. AB-İİ 096398 nömrəli diploma “Diploma əlavə” əlavə edilmişdir. (AZ-İ№201897, 15 mart 2006-ci il tarixli ) nigah haqqında şəhdətnaməyə əsasən, X12 ilə X3 15 mart 2006-ci il tarixdə nigahlarını bağlamışlar; nigah bağladıqdan sonra ərə Şərifov, arvada Şərifova soyadı verilmişdir. Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyasının (Təhsil Kompleksi) 72/d xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının daxil olduğu Bakı Xoreoqrafiya Məktəbinin ümumi orta təhsil pilləsini bitirib, subbakalavr dərəcəsinə yiyələnmək üçün 2000-ci ildə BXM-nın orta ixtisas təhsil pilləsinə DİM vasitəsilə deyil, daxili buraxılış imtahanları verərək keçirilmisiniz. Bu səbəbdən, Sizin dövlət sənədinizin (diplom) X7 Tələbə-məzun sisteminə daxil edilməsi mümkün deyildir. 2015-ci ilədək Bakı Xoreoqrafiya Məktəbi adlandırılan Bakı Xoreoqrafiya Akademiyası qeyd olunan ilədək 12 illik təhsil müddəti ilə (9 ıl ümumi orta, 3 il orta ixtisas) fəaliyyət göstərirdi. Ümumi orta təhsillərini başa vurduqdan sonra məzunlar, daxili imtahan vasitəsilə orta ixtisas pilləsinə keçirilirdilər. Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin tələbələrinin məlumatları X7 Tələbə-məzun sisteminə isə 2016-cı ildən daxil edilir. Çünki qeyd olunan ilədək qəbul olunan tələbələr DİM-in qəbul imtahanları ilə deyil, daxili imtahanlar ilə orta ixtisas təhsil pilləsinə qəbul olmuşlar. Yalnız 2016-cı ildən başlayaraq, BXA-nın orta ixtisas təhsil müəssisəsinə qəbul DİM vasitəsilə aparılmışdır.
IV. Məhkəmənin mövqeyi
Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələblərində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir:
5. Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Maddə 42. Təhsil hüququ İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
6. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanına əsasən:
1. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 2.3. ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya həmin təhsil müəssisələri tərəfindən məlumatların sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə məsuliyyət müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının X13 “Tələbə-məzun” dövlət elektron məlumat sisteminin yaradılması, zənginləşdirilməsi və ondan səmərəli istifadə olunmasının təmin edilməsi üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmasının və həmin təhsil müəssisələri tərəfindən məlumatların sistemə vaxtında, tam və düzgün daxil edilməsinin təmin olunması üçün müvafiq tədbirlər görsün.
7. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə əsasən:
1. Bu Əsasnamə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminin (bundan sonra – Sistem) yaradılması, zənginləşdirilməsi və ondan istifadə qaydalarını müəyyən edir. Sistemə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatlar daxil edilir.
4. Sistemin istifadəçiləri ali və orta ixtisas təhsili müəssisələri, həmçinin bu Əsasnamənin 6-cı bəndində nəzərdə tutulan dövlət orqanlarıdır.
15. Təhsil müəssisəsi olan istifadəçilər: 15.1. informasiyanın mühafizəsi və doğruluğunu təmin etmək üçün məsul şəxsi və məlumat axtarışını icra edən və yeni məlumatları mərkəzi serverə daxil edən operatoru (operatorları) təyin edir; 15.2. mərkəzi serverə tələbələri və magistrantları haqqında aşağıdakı məlumatları daxil edir: 15.2.1. soyad, ad və ata adında ola biləcək dəyişikliklər; 15.2.2. akademik müvəffəqiyyət haqqında məlumat; 15.2.3. ixtisas dəyişmələri; 15.2.4. təhsildə fasilələr; 15.2.5. tələbələr sırasından xaric edilmələr; 15.2.6. bərpalar; 15.2.7. təkrar ali təhsil və ya orta ixtisas təhsili alan şəxslər haqqında məlumatlar; 15.2.8. bir təhsil müəssisəsindən digərinə köçürmələr, o cümlədən təhsil müəssisəsinə xarici ölkədən köçürülmüş tələbələr haqqında məlumatlar; 15.2.9. təhsil müəssisəsinə qəbul edilmiş əcnəbilər haqqında məlumatlar; 15.2.10. diplom əmrləri və diplom haqqında məlumatlar.
8.“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2. Əsas anlayışlar informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; informasiyanın istifadəçisi- özü üçün zəruri informasiyanın alınması məqsədilə bilavasitə informasiya sisteminə və ya vasitəçiyə müraciət edən və ondan ancaq istifadə hüququna malik subyekt;— özü üçün zəruri informasiyanın alınması məqsədilə bilavasitə informasiya sisteminə və ya vasitəçiyə müraciət edən və ondan ancaq istifadə hüququna malik subyekt; Maddə 3. İnformasiyalaşdırma sahəsində dövlət siyasəti İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir: milli informasiya fəzasının formalaşdırılması; informasiyalaşdırma üzrə fəaliyyətin başlıca istiqamətlərinin təyini və meydana çıxan münasibətlərin tənzimlənməsi; informasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyətin bütün formalarının inkişafına, informasiya məhsulları və xidmətləri bazarının formalaşmasına yardım edilməsi; dövlət informasiya ehtiyatlarının formalaşdırılması və mühafizəsi üçün zəruri olan şəraitin yaradılması; ərazi informasiya şəbəkələrinin yaradılması, onların beynəlxalq informasiya şəbəkələri ilə uzlaşması, qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün lazımi təşkilati, hüquqi, texniki siyasətin təyin edilməsi; dövlət informasiya ehtiyatları əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların müvafiq informasiya ilə təmin olunması üçün şərait yaradılması; informasiya fəzasında milli təhlükəsizliyin təmin edilməsi; informasiya məhsulları və xidmətləri bazarında informasiya münasibətlərinin subyektləri, o cümlədən xarici subyektlər tərəfindən inhisar fəaliyyəti və haqsız rəqabətin qarşısının alınması və yol verilməməsi; informasiyalaşdırma mühitində dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların hüquqlarının təmin olunması; informasiyalaşdırma mühitində elmi-texniki və istehsal siyasətinin formalaşdırılması və həyata keçirilməsi; informasiyalaşdırma layihələri və proqramlarının dəstəklənməsi, onların işlənməsi və həyata keçirilməsi üçün investisiyaların cəlb olunması sisteminin və stimullaşdırma mexanizminin yaradılması; informasiya prosesləri, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində hüquqi bazanın inkişaf etdirilməsi. 9.Məhkəmə ilkin olaraq qeyd edir ki, təhsil hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan əsas hüquqlardan biridir. Hər bir şəxs təhsil almaq və təhsil aldığına dair sənəd almaq hüququna malikdir. Bu hüququn effektiv təminatı üçün dövlət tərəfindən müxtəlif mexanizmlər və sistemlər yaradılmışdır onlardan biri də X1. Bu sisteminin yaradılmasının əsas məqsədi tələbə və məzunlar haqqında məlumatların toplanması, təhsilin şəffaflığının artırılması və diplomların doğruluğunun təmin olunmasıdır. X5 Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnaməyə əsasən yaradılmış və həmin Əsasnamədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbə və məzunlar haqqında məlumatları sistemə daxil etmək vəzifəsi göstərilmişdir. Lakin cavabdeh iddiaçıya təqdim edilmiş diplomun dövlət nümunəli sənəd olduğunu bildirsə də, üzərinə düşən vəzifənin yerinə yetirilməməsi, iddiaçının təhsil hüququnun faktiki olaraq həyata keçirilməsinə mane olması ilə nəticələnir.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
11. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Viktorovanın xoreoqrafiya məktəbini bitirmə diplomunu X7 “Tələbə-məzun” sisteminə daxil edilməsi öhdəliyi cavabdeh Bakı Xoreoqrafiya Akademiyasının üzərinə qoyulmalıdır.
12. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Viktorovanın xoreoqrafiya məktəbini bitirmə diplomunu “Tələbə-məzun” sisteminə daxil edilməsi öhdəliyi cavabdeh Bakı Xoreoqrafiya Akademiyasının süzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova