Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12013/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi » tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən pensiyanın təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1960-cı il Ermənistan Respublikasında anadan olmuşdur. O, əmək fəaliyyətinə xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda yerləşən Zod qızıl mədənində xadimə vəzifəsində başlamış, xx.xx.1978-ci il tarixdən həmin müəssisədə liftçi vəzifəsində keçirilərək xx.xx.1988-ci il tarixədək, yəni doğma torpaqlarından deportasiya olunanadək orada işləmişdir. Bundan sonra da müxtəlif işlərdə əmək fəaliyyəti olmuşdur. Belə ki, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Kolxozda üzv, xx.xx.1992-xx.xx.1994-cü il tarixədək Bakıxanov adına sənaye-ticarət və trikotaj birliyində dərzi şagirdi və dərzi, xx.xx.1994-xx.xx.1997-ci illərdə 5 №-li təsərrüfat hesablı təmir tikinti idarəsində fəhlə, xx.xx.1997-xx.xx.2002 Nazirlər Kabineti yanında tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası komitəsinin emalatxanasında xadimə, xx.xx.2003- xx.xx.2004-cü illərdə "xxxx" şirkətində xadimə, xx.xx.2004-xx.xx.2005-ci illərdə isə “Bərpa” Təmir-tikinti idarəsində xadimə vəzifələrində işləmişdir. Qeyd edir ki, pensiya hüququnun yarandığı xx.xx.2015-cı il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiya yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda yerləşən Zod qızıl mədənində xadimə vəzifəsində başlamış, xx.xx.1978-ci il tarixdən həmin müəssisədə liftçi vəzifəsində keçirilərək xx.xx.1988-ci il tarixədək işlədiyi təsdiq olunur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki halda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən stajı 10 il, 1 ay, 20 gündür. Fəhlə peşələri və işlərin Vahid X1 bütün sahələr üçün ümumi olan fəhlə peşələrinin adları və dərəcələr diapazonu qeyd olunmuşdur. Qaydaların İ fəslində bütün sahələr üçün ümumi olan, əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilməyən fəhlə peşələri sadalanmışdır. Cədvəl aşağıdakı kimidir və 31-ci bənddə liftçi vəzifəsinin adı qeyd olunmuşdur. Sözügedən Tarif- İxtisas Sorğu kitabçasının 47-ci bəndi “LİFTÇİ” adlanır. Orada işin xüsusiyyətləri aşağıdakı kimi qeyd olunmuşdur. “Liftin idarə edilməsi və onun saz vəziyyətdə saxlanılmasına nəzarət. Telefonun və ya qəza siqnalizasiyasının, işıq və səs siqnalizasiyasının, avtomatik qıfılların, bütün dayanacaq məntəqələrində "Dayan" düymələrinin sazlığının yoxlanılması və liftin işə salınması. Liftin istismarına nəzarət. Sərnişinləri və ya yükləri müşayiət etdikdə, sərnişinlərin liftə minməsi və çıxmasına və ya yüklərin yüklənib boşaldılmasına nəzarət. Nominal yükqaldırma qabiliyyətinə riayət olunması. Liftin işində nasazlıqlar aşkar edildikdə, xırda nasazlıqların düzəldilməsi və ya dayandırılması və növbətçi elektromexanikə xəbər verilməsi. Liftin kabinəsinin və bütün dayanacaq məntəqələrindəki mərtəbə meydançalarının təmiz saxlanılması. Növbənin qəbul-təhvil jurnalının doldurulması. Bilməlidir: liftin quruluşunu, istismar qaydasını və təhlükəsizlik cihazlarını; qapı qıfıllarının, qapı və döşəməaltı kontaktların, konusvari açarların yerləşməsini və təyinatını, idarəetmə aparatı siqnalizasiyasının təyinatını, təhlükəsizlik texnikası qaydasını, "Dövləttexnikinəzarət müfəttişliyinin" təsdiq etdiyi sərnişin və ya yük liftlərinin istismarı üçün nümunəvi təlimatları; minimum yükqaldırmanı, liftin işə buraxılma qaydasını. 2-ci dərəcə: hərəkət sürəti 1 m san-dən çox olan liftlərin idarə olunmasında; 3-cü dərəcə: xırda təmir işləri yerinə yetirildikdə.” Analogiya kimi qeyd etmək olar ki, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2023-cü il 11 “-li Qərarında vəzifələr kateqoriyalara bölünür və “Bağban, gözətçi, ocaqçı, liftçi, çilingər, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət” eyni bənddə qeyd olunur. Mənə qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim. Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən göndərilmiş xx.xx.2023-cü il tarixli, cavab məktubunda əmək kitabçasında iş stajının 25 ildən az təşkil etdiyini göstərərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən əsassız imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən pensiyanın təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək müxtəlif dövrlərdə fərqli idarələrdə işlədiyini və inzibati orqanın ona əsassız yerə pensiya təyin etməkdən imtina etdiyini bildirmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatda olan 2-1(112)-12013/2023 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İnzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-132293/2023 nömrəli məktubu ilə iddiaçıya ümumi stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan az olması səbəbilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyasının 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-2-ci maddəsinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində “orqan (qurum)" dedikdə, Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış qadınların (xx.xx.2023-cü il tarixədək) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının inzibati orqana təqdim etdiyi sənədlərə əsasən, güzəştli iş stajı müəyyən edilməmişdir. İddiaçı isə iddia ərizəsində işlədiyi vəzifələrin güzəştli iş stajı olduğunu bildirsə də, bunu təsdiq edəcək hər hansı bir sənəd təqdim etməmişdir. İddiaçının təqdim etdiyi ET-İ ******* nömrəli əmək kitabçasındakı məlumatlara əsasən mübahisələndirilməyən ümumi stajı 22 il 02 ay 06 gün təşkil edir. Belə ki, İddiaçı mübahisələndirilməyən iş stajına xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər daxil edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1ci maddəsində əmək pensiyası anlayışına görə əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sıqortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məgsədilə vətəndaşlara aylığ pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaggı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) gulluq keçdiyi dövrdə almadıgları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək hagqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi ganunun tələblərinə uyğun deyildir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olarag fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haglarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin geydə alındığı subhesabdır. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.2003-cü il tarixdən xx.xx.2004cü il tarixədək “Qala" şirkətində və xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Bərpa Təmir-Tikinti" ASC-də işlədiyi dövrlər mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. Sözügedən dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitoring)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyalan haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri iddiaçının iş stajınıza daxil edilməsi mümkün olmamışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20543,68 manat təşkil edir. Qeyd olunan xüsusatlara əsasən, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960cı il tarixdə doğulmuşdur. - İddiaçıya məxsus EТ-İ ******* nömrəli xx.xx.1989-cu il tarixli Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1989-xx.xx.1989-cu illərdə sovxozda fəhlə, xx.xx.1992xx.xx.1994-cü illərdə Bakıxanov adına sənaye-ticarət və trikotaj birliyində dərzi şagirdi və dərzi, xx.xx.1994-xx.xx.1997-ci illərdə 5 №-li təsərrüfat hesablı təmir tikinti idarəsində fəhlə, xx.xx.1997-xx.xx.2002-ci illərdə Nazirlər Kabineti yanında tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası komitəsinin emalatxanasında xadimə, xx.xx.2003xx.xx.2004-cü illərdə "xxxx" şirkətində xadimə, xx.xx.2004-xx.xx.2005-ci illərdə isə “Bərpa” Təmir-tikinti idarəsində xadimə vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-132294/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16 may 2023-cü il tarixində daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Eyni zamanda ET-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" şirkətində və xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (22 il 2 ay 6 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20543,68 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-328/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən İddiaçı ərizəsi təmin edilərək, İddiaçı 25 iyun 1977-ci il tarixindən, 12 sentyabr 1978-ci il tarixinə kimi Basarkeçər rayonunun Zod qızıl mədəninə xadimə vəzifəsində, 2 sentyabr 1978-ci il tarixindən 22 oktyabr 1988-ci il tarixinə kimi həmin mədəndə liftçi vəzifəsində işləmə faktı təsdiq edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 3531/2022 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)- 328/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsinin – ərizəçi İddiaçı Basarkeçər rayonunun Zod qızıl mədənində liftçi vəzifəsində işləməsi faktının 2.09.1978-ci il tarixindən müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ərizəçi İddiaçı Basarkeçər rayonunun Zod qızıl mədənində liftçi vəzifəsində işləməsinin başlanması tarixinin xx.xx.1978-ci il tarixi müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5148/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Maraqlı şəxsin kassasiya şikayəti təmin edilməsi, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3531/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********672400 nömrəli məktubunda göstərilmişdir ki, dövlət reyestrində "xxxx" Şirkətinin xx.xx.1999-cu il tarixdə F-2587 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə adında “Bərpa” Təmir-Tikinti İdarəsi sözü olan hüquqi şəxslərin sayı çox olduğundan sorğu etdiyiniz hüquqi şəxsi müəyyən etmək mümkün olmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (ünvan 1ə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq, xx.xx.2023-cü il tarixli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Eyni zamanda ET-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2003xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" şirkətində və xx.xx.2004-xx.xx.2005ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (22 il 2 ay 6 gün (xx.xx.1977xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1992xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20543,68 manat təşkil edir. Həmin cavabdan narazı qalan iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə icraatı zamanı cavabdeh orqan tərəfindən iddia tələbinə qarşı xx.xx.2022ci il tarixli yazılı etiraz təqdim etmişdir. Etirazı dəlili olaraq cavabdeh orqan qeyd etmişdir ki, iddiaçının inzibati orqana təqdim etdiyi sənədlərə əsasən, güzəştli iş stajı müəyyən edilməmişdir. İddiaçı isə iddia ərizəsində işlədiyi vəzifələrin güzəştli iş stajı olduğunu bildirsə də, bunu təsdiq edəcək hər hansı bir sənəd təqdim etməmişdir. İddiaçının təqdim etdiyi ET-İ ******* nömrəli əmək kitabçasındakı məlumatlara əsasən mübahisələndirilməyən ümumi stajı 22 il 02 ay 06 gün təşkil edir. Belə ki, İddiaçı mübahisələndirilməyən iş stajına xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər daxil edilmişdir. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “Qala" şirkətində və xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Bərpa Təmir-Tikinti" ASC-də işlədiyi dövrlər mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. Sözügedən dövrlərin dəqiqləşdirilməsi məgsədilə “Sığorta Alt Sistemi (monitoring)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta hagları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyalan haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda geyd olunan dövrləri iddiaçının iş stajınıza daxil edilməsi mümkün olmamışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20543,68 manat təşkil edir. Qeyd olunan xüsusatlara əsasən, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin b bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321 nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin xx.xx.1997-ci il tarixdən başlayaraq xx.xx.2000-ci il tarixədək 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır:
1. İddiaçının 52 yaşının tamam olması;
2. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması.
1. Hazırki işin hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur.
2. EТ-İ ******* nömrəli xx.xx.1989-cu il tarixli Əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1989-xx.xx.1989-cu illərdə sovxozda fəhlə (08 ay 22 gün), xx.xx.1992-xx.xx.1994-cü illərdə Bakıxanov adına sənaye-ticarət və trikotaj birliyində dərzi şagirdi və dərzi (01 il 02 ay 23 gün), xx.xx.1994-xx.xx.1997-ci illərdə 5 №-li təsərrüfat hesablı təmir tikinti idarəsində fəhlə (02 il 11 ay 02 gün), xx.xx.1997-xx.xx.2002-ci illərdə Nazirlər Kabineti yanında tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası komitəsinin emalatxanasında xadimə (05 il 11 ay 24 gün), xx.xx.2003- xx.xx.2004-cü illərdə "xxxx" şirkətində xadimə (01 il 08 ay 24 gün), xx.xx.2004-xx.xx.2005-ci illərdə isə “Bərpa” Təmir-tikinti idarəsində xadimə (01 il 02 ay 30 gün) vəzifələrində işləmişdir. (ümumilikdə xx.xx.2006-cı il tarixinədək 13 il, 02 ay, 02 gün). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 3531/2022 nömrəli məhkəmə qərarı ilə İddiaçı xx.xx.1977-xx.xx.1978-ci il (01 il 02 ay 18 gün) və xx.xx.1978-xx.xx.1988-ci il tarixləri (10 il 01 ay 09 gün) arasındakı (ümumilikdə 11 il 03 ay 28 gün) iş stajının mövcud olması təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixə tələb olunan ümumi iş stajı (24 il 05 ay 28 gün) mövcud olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir. İddiaçının güzəştli iş stajına gəlincə, məhkəmə bildirir ki, iddiaçı güzəştli iş stajının olmasını onunla əsaslandırmışdır ki, xx.xx.1978-xx.xx.1988-ci il tarixləri (10 il 01 ay 09 gün) arasındakı dövrdə işlədiyi liftçi peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahıda, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda liftçi peşəsi müəyyən edilməmişdir. Beləliklə, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı idda ərizəsində və məhkəmədə verdiyi izahatdan müəyyən olunur ki, o, qızıl mədənində işlədiyi üçün “dağ-mədən” işlərində fəhlə sinfinə aid edilməlidir. Belə ki, iddiaçının əsaslandırması ondan ibarət olmuşdur ki, “Fəhlə və işlərin Vahid X2”nda göstərilən “liftçi”lər fəhlə peşəsinə aid edildiyi üçün həmin dövrlər “Dağmədən işləri” üzrə güzəştli iş stajı verən peşəyə aid edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Dağ-mədən işləri”nin fəhlələrə (2010100a) kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, draqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər, 2010100a—11709 istehsalat sahələrində, həmçinin nümunələr seçilməsi və partladıcı materialların çatdırılması üzrə markşeyder və geoloji işlərdə məşğul olan bütün adlarda dağ-mədən fəhlələri, ******* 3) özül materialının hasilatı, yenidən emalı və nəql edilməsi bənd üzrə 2010300a—11708 dağmədən fəhlələri aid edilmişdir. Göründüyü kimi, fəhlə peşələri üzrə funksiyalar müəyyən olunmuşdur. Hansı ki, yalnız həmin funksiyaları həyata keçirən fəhlələr güzəştli iş stajı hesab olunan peşələrə aid edilmişdir.İddiaçı isə “liftçi” olaraq həyata keşirdiyi funksiyalar iddia ərizəsində özünün də qeyd etdiyi kimi liftin idarəedilməsi və onun sazlığı ilə bağlı olmuşdur. Odur ki, onun işlədiyi “liftçi” peşəsini yuxarıda qeyd edilən Qərarda nəzərdə tutulmuş “fəhlə” peşəsinə aid etmək olmaz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapsa da, xx.xx.2006-cı il tarixədək 10 il güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüquqlarını pozmur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı İddiaçı 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən pensiyanın təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev