Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12018/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 11\755 saylı, xx.xx.1986-ci il tarixli qərarına əsasən iddiaçının istifadəsində olan Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən 500 kv.m torpaq sahəsini əhatə edən 53 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 11 \755 saylı, xx.xx.1986-ci il tarixli qərarına və “Gilavar” Bağçılığının xx.xx.1988-ci il tarixli protokolu ilə Qaradağ rayonu, Şıxlar bağ massivində yerləşən. 500 kv.m torpaq sahəsini əhatə edən 53 saylı bağ evi iddiaçının mülkiyyətinə verilmişdir. Həmin vaxtdan bəri torpaq sahəsinin hasarlanması, bağ sahəsində abadlıq işləri görülməsi, bir sözlə bağın səmərəli istifadəsi üçün iddiaçı öz xərclərilə şərait yaratmışdır. İddiaçı qeyd edir ki, bağ sahəsinin aktiv istifadəçisidir. İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş AN-512201 (kod- **********0440) nömrəli “Torpaq sahəsininin planı və ölçüsü” sənədinin arxivdən verilməsi barədə xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş AN- 512201 (kod- **********0440) nömrəli “Torpaq sahəsininin planı və ölçüsü" sənədinin işlənməsinə əsas olmuş ilkin torpaq qayırma sənədlərinin surəti DƏDRX publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən iddiaçıya təqdim edilmişdir. İddiaçı sözügedən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı, ********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciət ərizəsi ilə cavabdeh orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçıya bildirilmişdir ki, Əmlak Xidmətləri Məkanına müraciət etdiyi təqdirdə müraciətinə baxılacaqdır. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan bağ sahəsi uzun illərdir ki, iddiaçının fasiləsiz istifadəsindədir. Bağ sahəsindən maneəsiz, aşkar istifadə edir və ən əsası bağ sahəsinin ərazisində özbaşına heç bir artırma və dəyişiklik etməmişdir. Cavabdeh inzibati orqan iddiaçının bütün proseduralara uyğun hərəkət edərək müraciət etməyinə baxmayaraq müraciətlərinə cavab verməmişdir. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etmişdir.
3. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında tərəflər iştirak etmişdir. İddiaçı tərəfindən cavabdeh orqana müraciət zamanı tələb olunan sənədlərin əslini təqdim etməsi və inzibati icraatın aparılması məqsədilə ilə məhkəmə iclası təxirə salınmışdır.
4. Cavabdeh orqanın nümayəndəsi ərizə ilə (dəftərxana vasitəsilə) məhkəməyə müraciət edərək mübahisələndirilən əraziyə dair çıxarış təqdim etmiş və iş üzrə mübahisə mövcud olmadığından icraata xitam verilməsini xahiş etmişdir.
5. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
6. Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvan: Qaradağ rayonu, ünvan 2 ümumi sahəsi 0,0494 ha torpaq sahəsinə dair iddiaçı X1 xüsusi mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.
7. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qurum olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
8. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva