Məhkəmə qərarları › İş №2-1(112)-12022/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12022/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12022/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və E.Süleymanov küçələrinin kəsişməsində, 14 nömrəli X8rşısında faktiki sahibliyi və istifadəsində olan 0,08 ha torpaq sahəsində köhnəlmiş tikililərin yenidən qurulması və tikilməsi qərarına gəlmişdir. Bu məqsədlə "xxxx" MMC tərəfindən yenidən tikiləcək obyektin layihəsi – memalıq mlanlaşdırma bölməsi (memar A.Abdulkərimova) hazırlanmış və müraciət əsasında 8 oktyabr 2013-cü il tarixdə 18/03-8/24 nömrəsi ilə Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yeni inşa ediləcək obyektin layihəsi razılaşdırılmışdır. Obyektin yerləşdiyi torpaq sahəsi onun faktiki sahiblik və istifadəsində olsa da, rəsmi olaraq bununla bağlı sənəd olmadığından, 12 aprel 2017-ci il tarixdə Bakı ŞİH ilə iddiaçının arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında“1312 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə (1.1-ci bənd) əsasən icarəyə verən (ŞİH) 49 il müddətinə 745 kv.m torpaq sahəsini iddiaçının istifadəsinə vermişdir. Həmin müqavilənin şərtlərindən (1.3-cü bənd) həmçinin görünür ki, torpaq sahəsi qeyri-yaşayış obyektinin tikintisi üçün verilmişdir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin 26 noyabr 2014-cü il tarixli 0164 nömrəli əmri ilə təsdiq edilmiş 6 dekabr 2017-ci il tarixli Ö/002682 nömrəli “istismara hazırlıq aktı” ilə müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və E.Süleymanov küçələrinin kəsişməsində, 14 nömrəli X8rşısında yerləşən qeyri-yaşayış obyektinin əsas göstəriciləri 1 ədəd 2 mərtəbəli, 2 ədəd 1 mərtəbəli və köməkçi tikilidən ibarət qeyri-yaşayış obyektlərdir (ümumi sahəsi S=279,49 kv.m, tikinti altı sahəsi S=246,17 kv.m, həcmi V=997,45 kub.m). Bundan başqa, Bak şəhəri Nizami RİH tərəfindən AR Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarına müvafiq olaraq, 79 nömrəli 15 fevarl 2018-ci il tarixli həmin obyektin istismarına icazə verilmişdir. Beləliklə, həmin qeyri-yaşayış sahəsinin tikintisi başa çatdırıldıqdan sonra iddiaçı tərəfindən onun üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə 17 mart 2021ci il tarixli ərizə ünvanlanmışdır. Lakin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi formal mülahizələrə əsaslanaraq özünün 31 mart 2021-ci il tarixli bildiriş məktubu ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Cavabdehin həmin məktubu 31 mart 2021-ci il tarixdə imzalansa da, iddiaçıya 14 oktyabr 2021-ci il tarixdə təqdim edilmişdir. İddiaçı hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən mülkiyyət hüquqları barədə dövlət reyestrində müvafiq qeydiyyat aparılmalıdır. Ona görə də, cavabdeh təşkilatın müraciətdə qaldırılan məsələnin müsbət həllindən imtinasını əsassız sayır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, İPM-in 2.2, 14.3, 33.1, 33.2, 45, 46, 73, 75-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 73.2-ci maddəsinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və E.Süleymanov küçələrinin kəsişməsində, 14 nömrəli X8rşısında yerləşən qeyri-yaşayış obyektin (ümumi sahəsi 279,49 kv.metr, tikintialtı sahəsi 246,17 kv.m, həcmi 997,45 kub.m) iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində (etirazında) aşağıdakılar qeyd olunmuşdur: - X3 iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 17 mart 2021-ci il tarixdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, yaşıllıq ərazisində yerləşən torpaq sahəsinin icarəyə verilməsinə dair qərar, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin rəyi, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş formada təsdiq olunmuş tikintiyə icazə və istimarına icazə sənədi təqdim edilməmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 31 mart 2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.10, 19.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Bəzi tikinti obyektlərinin tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası»nın, 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11.11.5, 4.11.12, 4.18.2-ci yarımbəndlərinə, 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»nin 3-cü bəndinə, 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə müddəalarına əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, X3 iddiasının təmin olunmaması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizısində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, icarəyə verən Bakı ŞİH ilə icarəçi X6 arasında bağlanmış 12 aprel 2017-ci il tarixli 1312 nömrəli müqaviləyə əsasən icarəyə verən Bakı ŞİH tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və E.Süleymanov küçələrinin kəsişməsində, 14 nömrəli X8rşısında yerləşən 745 kv.m ölçüdə torpaq sahəsi məqsədi və təyinatı “qeyri-yaşayış obyektinin tikintisi” olmaqla 49 il müddətinə icarəçi X5 icarəyə verilmişdir. İş materiallarından görünür ki, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən X5 ayrılmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və E.Süleymanov küçələrinin kəsişməsində, 14 nömrəli X8rşısında yerləşən 745 kv.m ölçüdə torpaq sahəsinə dair cizgi verilmişdir. İş materiallarından görünür ki, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin X5 ünvanlanmış 8 oktyabr 2013-cü il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - Memarlıq və Şəhərsalma Baş İdarəsi X5 məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və E.Süleymanov küçələrinin kəsişməsində, 14 nömrəli X8rşısında yerləşən qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırılması həllinə baxıb ("xxxx" MMCnin işi, memar A.Abdulkərimova), müstəsna hal olaraq razılaşdırır. Sənədləşdirmə işləri mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada aparılmalıdır. İş materiallarından görünür ki, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi, sifarişçi (eyni zamanda podratçı) X6, layihəçi "xxxx" MMC-nin nümayəndəsi tərəfindən 6 dekabr 2017-ci il tarixdə ö/002682 nömrəli Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və E.Süleymanov küçələrinin kəsişməsində, 14 nömrəli X8rşısında yerləşən qeyri-yaşayış obyektinin “istismara hazırlıq aktı” təsdiqlənmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami RİH tərəfindən 15 fevral 2018-ci il tarixdə X5 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və E.Süleymanov küçələrinin kəsişməsində, 14 nömrəli X8rşısında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli Qanunu ilə qərara alınmışdır ki: - (1) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi təsdiq edilsin; - (2) Məcəllənin aşağıdakı müddəaları bu maddədə nəzərdə tutulmuş müddətdə və qaydada qüvvəyə minir: (2.1) şəhərsalma və tikinti sahəsində bələdiyyələrin səlahiyyətlərinə, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəalar - həmin məsələlərlə bağlı müvafiq qanunlar qəbul edildikdə; (2.2) tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 11 il sonra; - (3) Məcəllənin bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəaları istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir; - (4) Məcəllənin qüvvəyə mindiyi gündən «Şəhərsalmanın əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu ləğv edilir; - (5) Şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11.11.5-ci yarımbəndinə görə İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci yarımbəndinə görə bu Əsasnamənin 4.11.11.5-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2008-ci il tarixli 214 nömrəli qərarı ilə «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı» təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə işin faktiki hallarına yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini tətbiq edərək aşağıdakıları qeyd edir: - iddiaçının təqdim etdiyi sənədlər onlarda göstərilən məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Həmin sənədlərin müvafiq formatda tərtib edilməməsi, onların etibarsızlığına səbəb olmur və bu tələb formal mülahizələrə söykənən haldır. - Eləcə də, obyektin tikintisi ilə bağlı müvafiq sənədlər 2013-cü ilin yanvar ayının 1dən sonrakı dövrə təsadüf etdiyindən, “Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11.11.5 və 4.18.2-ci yarımbəndlərinə istinadən obyektin tikintisinə icazə barədə sərəncam verilməsində şəhər rayonunun icra hakimiyyəti başçısının səlahiyyətsiz olması qənaəti əldə oluna bilməz. Çünki, «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli Qanunu ilə tikinti ilə bağlı akta münasibəıtdə «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı» tətbiq oluna bilməz. - iddiaçı ona məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və E.Süleymanov küçələrinin kəsişməsində, 14 nömrəli X8rşısında 1 yanvar 2013-cü il tarixdən sonrakı dövrdə inşa edilmiş qeyri-yaşayış sahəsi ilə bağlı onun yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququnu təsdiq edən sənədi, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədlərini təqdim etmişdir və bu sənədlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən iddiaçının qeyri-yaşayış sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasına əsas verir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və E.Süleymanov küçələrinin kəsişməsində, 14 nömrəli Texniki Peşə Məktəbinin qarşısında yerləşən qeyri-yaşayş sahəsinə (ümumi sahəsi 279,49 kv.m, tikintialtı sahəsi 246,17 kv.m olan) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski və E.Süleymanov küçələrinin kəsişməsində, 14 nömrəli Texniki Peşə Məktəbinin qarşısında yerləşən qeyri-yaşayış sahəsinə (ümumi sahəsi 279,49 kv.m, tikintialtı sahəsi 246,17 kv.m olan) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar