Məhkəmə qərarları › İş №2-1(112)-12032/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12032/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12032/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Cəbrayılov Mehman Hümsi oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan xəstəlik səbəbinin 1992-ci ildə əsirlikdə olarkən aldığı güllə yarası və işgəncə nəticəsində əmələ gəlmiş xəstəliklə bağlı təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1961-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuş və orada yaşamışdır. Məlum Qarabağ savaşı başlayan ilk gündən Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1991-ci ildə hərbi xidmətə çağrılmış və Azərbaycan Milli Ordusunun N () saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməklə döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə erməni yaraqlıları tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zəmanı 110 nəfər həmkəndlisi ilə birlikdə əsir götürülmüşdür. Əsr götürüləndən sonra Xankəndi şəhərindəki X2 saxlanılmışdır. Əsir düşdüyü və saxlanıldığı müddət ərzində erməni hərbiçiləri və polisləri tərəfindən yumruq, təpik, ağac və dəmir parçaları ilə zərbələr yetirilməklə vəhşicəsinə döyülmüş, 17 gün acsusuz saxlanılmışdır və çənədən güllə yarası almışdır. 40 gün əsirlikdə qalandan sonra 26 mart 1992-ci ildə əsirlikdən azad edilmişdir. Azad edilən kimi səhhətinin ağır olması və xəsarətləri ilə bağlı 07 aprel 1992-ci ildən 07 may 1992-ci ilədək Akademik M.Topçubaşov adına X8 müalicə olundu. xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək isə X11 yaralanmağı zaman aldığı «Sol yanağın L6 və L7 səviyyəsində çoxqəlpəli yaralanma diaqnozu ilə müalicə olundu. Əsirlikdən azad ediləndən sonra aldığı ağır xəsarətlərlə bağlı 1992-ci ildə Akademik M.Topçubaşov adına X8 (keçmiş ETKTİ) müalicə almağı ilə bağlı tibbi sənədlər 2002-ci ildə həmin xəstəxanada baş vermiş yanğın səbəbindən məhv olmuşdur. Məhz bu səbəbdən də iddiaçının 1992-ci ildə hərbi xidmət zamanı əsir düşməyi və xəsarətlər almağına dair Akademik M.Topçubaşov adına X9 tərəfindən tamamilə başqa diaqnoz-guya xroniki hepatit, xroniki nefrit, qalxanvari vəzinin hiperplaziyası» diaqnozu yazırlar. İddiaçı 1992-ci ildə hərbi əməliyyatlar zamanı xəsarət almağı ilə bağlı Prezidentin fərmanına müvafiq olaraq müharibə veteranı təqaüdü alırdı, lakin həmin təqaüdün verilməsi 2016-cı ildə məhz əlilliyinə səbəb olmuş xəsarətlərinin düzgün yazılmamasıdır. Bununla bağlı iddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş və müraciətində 1992-ci ildə əsir düşməyini və yaralanmağını təsdiq edən sənədləri və videogörüntüləri təqdim etməyinə baxmayaraq, agentlik özünün 09 iyun 2023-cü il tarixli 3-17-4/2-N-15135/2023 saylı cavab məktubunda qeyd etmişdir ki, siz xx.xx.2021-ci il tarixdə Agentlikdə qəbulda olmusunuz və təqdim edilən tibbi sənədlər və müayinə zamanı qeyd etdiyiniz diaqnoz təsdiqini tapmamışdır. İddiaçı hesab edir ki, agentliyin müraciətindən imtinası tamamilə əsassızdır. Onun 1992-ci ildə Qarabağ uğrunda savaşında əsir düşərək yaralanmağı və əlil olmağı aşağıdakı faktlarla təsdiq olunur. Belə ki, o, Qarabağ savaşı başlayan ilk gündən Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1991-ci ildə hərbi xidmətə çağırıldı və Azərbaycan Milli Ordusunun N () saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməklə döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə erməni yaraqlıları tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zəmanı 110 nəfər həmkəndli ilə birlikdə əsir götürüldü. Əsr götürüləndən sonra Xankəndi şəhərindəki X2 saxlanıldı. Bu barədə videogörüntüdə onun digər həmkəndliləri ilə əsir düşməyi tam əks olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 301 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçıda müəyyən edilən xəsarətlər Hərbi Travmadır və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocavənd rayon məhkəməsinə ünvanİanmış xx.xx.2028-ci il tarixli NP-21/429 nömrəli arayışda onun xx.xx.1992-ci ildə əsir düşməyi və əsirlikdə olarkən işgəncəyə məruz qalmağı, döyülməyi və güllə ilə çənədən yaralanmağı təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, X7 Əlaqədar Dövlət Komissiyasının 8.11.2018-ci il tarixli DK/2329 nömrəli arayışı ilə onun xx.xx.1992-ci il tarixdən 26 mart 1992-ci ilədək erməni əsirliyində olmağı ilə bağlı Komitədə qeydiyyatda olmağı təsdiq edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi özünün xx.xx.2019-cu il tarixli əlilliyin qiymətləndirilməsinə dair arayışında ona - «İnsulindən asılı şəkərli diabet, şəkərli diabet İ tip, Bud-çanaq oynağı və bud nahiyyəsinin travmatik amputasiyası, sol aşağı ətrafın qanqerenaya görə budun yuxarı 1/3-dən amputasiyası» diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik təyin etmişdir. Halbuki iddiaçı 1992-ci ildə işgəncə və döyülmə, habelə sol yanağın L6 və L7 səviyyəsində çoxqəlpəli güllə yarasını almışdır. Cavabdehin ona əlillik təyin etməsi ilə bağlı yazdığı diaqnoz ümumi xəstəlik səbəbi ilə əlaqələndirilmişdir. Ona görə də cavabdeh tərəfindən iddiaçıya əlillik təyini üçün xəstəliyin ümumi əsaslarla deyil, 1992-ci ildə əsirlik zamanı aldığı güllə yarası və işgəncə nəticəsində yetirilmiş xəsarətlər nəticəsində yaranmış xəstəlik diaqnozu ilə əvəz edilməlidir.

3. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə iddiaçıya hüquqi yardım göstərmiş və iddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı İddiaçı “səbəb-əlaqəsi ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir” hissəsində ləğv edilməsi və onun əlilliyinin səbəb-əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” kimi nəzərə alınmışdır.

4. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının müraciətinə olan xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Qeyd edirik ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Müəyyən olmuşdur ki, Siz müraciətinizə əsasən xx.xx.2021-ci il tarixdə Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq təqdim etdiyiniz şəhadətnamədə göstərilən səbəb və diaqnoz öz təsdiqini tapmamış, lakin ümumi xəstəlikdən olan yanaşı xəstəliyiniz əlillik təyinatının aparılmasına əsas verdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, xx.xx.2019-cu il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı qüvədə saxlanılaraq, səbəb-əlaqəsi ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir.”

5. 10.09.2020-ci il tarixli ********** nömrəli Əlillik haqqında arayışa əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. “Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Əlilliyin təyin edilmə tarixi: xx.xx.2019; Əlillik qrupu: 2.2 İkinci dərəcə əlillik => 2.4.6. bir budun güdülü (Z89.8); Diaqnoz: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet i tip. Ağır forma.insulin tələbli. Bud-çanaq oynağı və bud nahiyəsinin travmatik amputasiyası, Sol aşağı ətrafın qanqrenaya görə budun yuxarı 1/3-dən amputasiyası.; Əlilliyin müddəti: Müddətsiz; Səhiyyə müəssisəsi: Xocavənd Rayon Mərkəzi Xəstəxana; Təsdiqlənmə tarixi: xx.xx.2019.”

6. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş qərarına əsasən İddiaçı əlillik vəziyyəti Xocavənd rayon Mərkəzi Xəstəxananın xx.xx.2019-cu il tarixli göndərişi əsasında qiymətləndirilmiş, “Səbəb: Ümumi xəstəlik., X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E14 - Dəqiqləşdirilməmiş şəkərli diabet., Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip.Ağır forma. İnsulin tələbli. Budçanaq oynağı və bud nahiyəsinin travmatik amputasiyası, Sol aşağı ətrafın qanqrenaya görə budun yuxarı 1/3-dən amputasiyası., Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.6. bir budun güdülü (Z89.8);” səbəbilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.

7. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarında qeyd olunur: Xocavənd rayon sakini İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0333003AAB3R nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İkinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 301 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki hepatit, xroniki nefrit, qalxanvari vəzin heiperplazivası. Sol yanağın L6 və L7 səviyyəsində çoxqəlpəli yaralanması.” diaqnozu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sol budun aşağı 1/3-nin amputasion qüdülü qeyd olunmuşdur (diabetik qanqrenə ilə əlaqədar). Hazırki sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2019-cu il tarixli müddətsiz İkinci dərəcə əlillik təyinatı güvədə saxlanılaraq, səbəb-əlaqəsi Ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir. Vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, qeyd edilən əlillik təyinatının səbəb-əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na müvafiq olaraq Minik avtomobil üçün tibbi göstərişə əsas verməmişdir.

8. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Xocavənd Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E14 - Dəqiqləşdirilməmiş şəkərli diabet Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip.Ağır forma. İnsulin tələbli. Bud-çanaq oynağı və bud nahiyəsinin travmatik amputasiyası, Sol aşağı ətrafın qanqrenaya görə budun yuxarı 1/3-dən amputasiyası., Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.6. bir budun güdülü (Z89.8);” səbəbilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.1-ci bəndinə görə əlillik müəyyən edildikdən sonra sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Xocavənd rayon sakini İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0333003AAB3R nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İkinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 301 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki hepatit, xroniki nefrit, qalxanvari vəzin heiperplazivası. Sol yanağın L6 və L7 səviyyəsində çoxqəlpəli yaralanması.” diaqnozu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sol budun aşağı 1/3-nin amputasion qüdülü qeyd olunmuşdur (diabetik qanqrenə ilə əlaqədar). Hazırki sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2019-cu il tarixli müddətsiz İkinci dərəcə əlillik təyinatı güvədə saxlanılaraq, səbəb-əlaqəsi Ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2019-cu il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2019-cu il tarixdə verilən əlillik təyinatı qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Cavabdeh qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayyəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

11. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

İİ. İddianın növü və mümkünlüyü

12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

13. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. 2.2 İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.

15. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İPM-in 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

16. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə “səbəb əlaqəsinin ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilməsi”nə dair qərar qəbul edilmiş, iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur, iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

18. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

İV. Məhkəmənin mövqeyi

20. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Xocavənd rayon Mərkəzi Xəstəxananın xx.xx.2019-cu il tarixli göndərişi əsasında qiymətləndirilərək ona ikinci dərəcə əlillik müddətsiz verilmişdir. Həmin qiymətləndirmədə qeyd olunur: “Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar. X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E14 - Dəqiqləşdirilməmiş şəkərli diabet., Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip.Ağır forma.İnsulin tələbli. Bud-çanaq oynağı və bud nahiyəsinin travmatik amputasiyası, Sol aşağı ətrafın qanqrenaya görə budun yuxarı 1/3dən amputasiyası., Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.6. bir budun güdülü (Z89.8)”.

21. İddiaçının minik avtomobili ilə bağlı müraciəti əsasında cavabeh tərəfindən aparılan əlavə əyani müayinə nəticəsində sol budun aşağı 1/3-nin amputasion qüdülü qeyd olunmuşdur (diabetik qanqrenə ilə əlaqədar). Hazırki sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəbəlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2019-cu il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı güvədə saxlanılaraq, səbəbəlaqəsi Ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir.

22. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının cavabdehə müraciəti əlilliyin qiymətləndirilməsi ilə bağlı deyil, ona minik avtomobilinin verilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqan isə bu halda iddiaçıya reabilitasiya vasitəsi olan minik avtomobilinin verilməsinə dair tibbi göstərişlərin mövcud olub-olmamasını yoxlamalı və buna müvafiq olaraq məhz iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunub-olunmaması barədə qərar qəbul etməli olduğu halda, xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə “minik avtomobilinə tibbi göstərişin olmaması”, eyni zamanda “səbəb-əlaqəsinin Ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilməsi” barədə nəticəyə gəlmişdir.

23. Hansıki, cavabdeh orqan iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunub-olunmamasını yoxlayarkən onun cavabdeh orqanın qərarı ilə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyi mövcud olmuş, habelə əlilliyinin qiymətləndirilməsi barədə göndəriş olmamışdır.

24. Bu hal isə cavabdeh inzibati orqan tərəfindən iddiaçının müddətsiz İkinci dərəcə əlillik təyinatını güvədə saxlayaraq, səbəb-əlaqəsi Ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirililməsi qanunsuz və əsassız olduğunu təsdiq edir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”: 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X4 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X6 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X4 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X5 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir.

27. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə isə əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri əks olunmuşdur.

28. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh xx.xx.2019-ci il tarixli göndəriş əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir. Belə ki, eyni tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti əlavə əyani aparılaraq yenidən qiymətləndirilmiş, nəticədə xx.xx.2019-cu il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı qüvvədə saxlanılaraq, səbəb-əlaqəsi Ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir.

29. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli inzibati akt qüvvədə olmuşdur. İş materiallarına əlavə olunmuş əlillik altsistemindən çıxarışa əsasən görünür ki, əlilliyin təyinat tarixi xx.xx.2019-cu ildən səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla müddətsiz göstərilmişdir.

30. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;

31. Cavabdeh isə “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada xx.xx.2019-cu il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.

32. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı İddiaçı “səbəbəlaqəsi ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir” hissəsində ləğv edilməli və onun əlilliyinin səbəb-əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı İddiaçı “səbəb-əlaqəsi ümumi xəstəlik ilə əlaqədar kimi dəyişdirilmişdir” hissəsində ləğv edilsin və onun əlilliyinin səbəb-əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar