Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1204/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X2, cavabehin nümayəndəsi X3 üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində cəlb edilməklə “mənzil verilməsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu Bəkir Çobanzadə 2399 ünvanında yerləşən binadan qanunla nəzərdə tutulmuş üç otaqlı mənzilin iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, birotaqlı mənzilin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30.09.2020-ci il tarixli 2-1(112)-5337/2020 saylı qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20.06.1991-ci il tarixdə iddiaçı keçmiş SSRİ Silahlı Qüvvələrinin Kaliniqrad şəhərində hərbi xidmətdə olmuş, 1992-ci il mart-aprel aylarında hərbi hissəni özbaşına tərk edərək doğulduğu Cəbrayıl rayonunun özünümüdafiə taboruna könüllü olaraq ordu sırasına yazılmış, xidmət dövründə 1-2 Yuxarı Nüsus, 1-2 Banazur kəndlərində yerləşən erməni separatçılarına qarşı döyüşlərdə və 28.06.1992-ci il tarixdə Sur kəndinin erməni işğalçılarından azad olunmasında iştirak etmişdir. Dəfələrlə ölüm ilə üz-üzə gəlmişdir və 1992-ci il noyabr ayında növbəti tapşırığı yerinə yetirərkən ağır yaralanaraq hər iki gözünü tamamilə itirmişdir. 1993-cü ildən İ qrup Qarabağ əlili kimi əmək pensiyası alır. 2000-ci ildə ailə həyatı qurmuş və hal-hazırda 20 yaşlı oğlu, 14 yaşlı qızı var. 31.03.2000-ci il tarixindən mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Suraxanı Rayonu İcra Hakimiyyətində növbəyə durmuşdur. 24.12.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 2399 məhəllədə Qarabağ əlilləri və Şəhid ailələri üçün inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli binadan iki otaqlı mənzillə təmin olmuşdur. Nazirlər Kabinetinin 459 nömrəli 27 noyabr 2019-cu il tarixli qərarı ilə yaşayış sahəsinin ayrılma norması adam başına minimum 16 kv.m-dir. Buna görə iddiaçı iki otaqlı mənzillə deyil, üç otaqlı mənzillə təmin olunmalıdır. İddiaçıda olan məlumatlara görə ondan əvvəl növbəyə dayananlara üçotaqlı mənzil verilmişdir. Buna görə iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh və üçüncü şəxsə göndərilmiş, iddiaya dair öz münasibətlərini (etirazlarını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı 31.03.2000-ci il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 3 (üç) nəfər ailə üzvləri ilə Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən 24 dekabr 2019-cu il tarixində Qarabağ müharibəsi nəticəsində əlilliyi müəyyən edilmiş İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında mərtəbə 11, giriş 1, otaq sayı 2 olan 84.17 kvadratmetrlik 32 saylı mənzil təhvil verilmişdir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 Qərarına əsasən “sosial kirayə müqaviləsi" əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin." Bu normadan da göründüyü kimi mənzil sahəsinin adambaşına düşən sahəsi 16 kvadratmetr müəyyən olunmuşdur. Sözügedən normada, həmçinin, qeyd olunmuşdur ki, yaşayış sahəsi ilə təmin edərkən nəzərə alınan ən əsas məsələ Dövlət Mənzil Fondunun ehtiyatlarının kifayətliliyidir. Vətəndaşın yaşadığı Qarabağ əlilləri üçün ayrılmış binada üçotaqlı mənzil ailə tərkibi daha geniş olan ailələr üçün nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə vətəndaşın ailə tərkibi 4 nəfərdən ibarət olmasına baxmayaraq, o, 64 kvadratmetr deyil, normadan çox olmaqla - 84 kvadratmetr yaşayış sahəsi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər, o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Qeyd olunan yaşayış binasında mövcud olan 2 otaqlı mənzillərin ümumi sahəsi 84.17, 83.03, 91.03, 81.92 kvadratmetr, 3 otaqlı mənzillərin ümumi sahəsi isə müvafiq olaraq 105, 110.91, 111.07, 121.73 kvadratmetrdir. Eyni zamanda onu da qeyd edirik ki, 36 ədəd 1 otaqlı mənzil, 48 ədəd 2 otaqlı mənzil və 12 ədəd 3 otaqlı mənzildən ibarət olan 96 mənzillik binanın hər bir mənzili imtiyazlı şəxslərə təqdim olunduğundan binada boş mənzillər yoxdur. Buna görə də vətəndaşın tələbini təmin etmək qeyri-mümkündür. Lakin vətəndaşa yardım etmək məqsədilə digər ərazidə inşa olunmuş binada 3 otaqlı mənzil təklif olunsa da, İddiaçı ondan imtina etmişdir. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. DSMF-nun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim edilmiş etirazında göstərilmişdir ki, iddiaçı 31.03.2000-ci il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Suraxanı Rayonu İcra Hamiyyətində növbəyə durmuşdur. 24.12.2019-cu il tarixində ona Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 2399-cu məhəllədə Qarabağ əlilləri və şəhid ailələri üçün inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli binadan ikiotaqlı mənzillə təmin olunmuşdur. Lakin vətəndaş ona verilən mənzilin otaq sayından narazı qalaraq məhkəmədə iddia qaldırmışdır. İddia tam əsassızdır və təmin edilməməlidir. Vətəndaşın iddiası aşağıdakılara əsasən əsassızdır: Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında həmin Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Vətəndaş aztəminatlı hesab olunduğundan o, Dövlət Mənzil Fondunun ehtiyatları hesabına mənzillə təmin olunmuşdur. Aztəminatlı vətəndaşların sosial kirayə müqaviləsi əsasında mənzillə təmin olunma səviyyəsi Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşir. Nazirlər Kabinetinin 459 saylı Qərarına əsasən “sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.” Bu normadan da göründüyü kimi mənzil sahəsinin adambaşına düşən sahəsi 16 kvadratmetr müəyyən olunmuşdur. Hazırkı iş üzrə isə vətəndaşın ailə tərkibi 4 nəfərdən ibarət olmasına baxmayaraq ona 64 kvadratmetr deyil, normadan çox sahədə - 84 kvadratmetr yaşayış sahəsi təmin edilmişdir. Mənzil Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Hazırkı iş üzrə isə vətəndaşa adambaşına düşən yaşayış sahəsi normasından artıq birotaqlı mənzil verilməli olduğu halda ona güzəşt edilərək ikiotaqlı mənzil təmin edilmişdir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən Dövlət Mənzil Fonduna münasibətdə vətəndaşların sosial mənzillərlə təmin olunması səviyyəsi Azərbaycan Respublikasının inzibati əraziləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Nazirlər Kabinetinin 459 saylı Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə müəyyən olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. Normadan göründüyü kimi yaşayış sahəsiylə təmin edərkən nəzərə alınan ən əsas məsələ Dövlət Mənzil Fondunun ehtiyatlarının kifayətliliyidir. Vətəndaşın yaşadığı məhəllədə Qarabağ əlilləri üçün ayrılmış binalarda üçotaqlı mənzil qalmamışdır. Buna görə də vətəndaşın tələbini təmin etmək mümkün deyildir. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli Qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Nəzərinizə çatdırmaq istəyirəm ki, sosial kirayə müqavilələri əsasında mənzillər Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər müxtəlif kateqoriyalardan olan minlərlə vətəndaşa təmin olunur və onların bir çoxu geniş ailə tərkibinə malikdir. Belə olan halda ailə tərkibi 4 nəfərdən ibarət olan və normadan artıq ölçüdə yaşayış sahəsi təmin olunmuş vətəndaşa üçotaqlı mənzilin verilməsi qanuni əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Məhkəmədən bütün bu faktları nəzərə alaraq İddiaçı “mənzillə təmin olunması" barədə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı və iddiaçının nümayəndəsi ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. İddiaçı cavabdehin etirazı barəsində vermiş ərizəsi ilə baglı əlavə olaraq bildirdi ki, cavabdehin etirazı bir neçə səbəbdən rədd edilməlidir. Cavabdeh öz etirazında qeyd edir ki, Nazirlər Kabinetinin 459 saylı qərarına əsasən yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kv-metr müəyyən edilsin. Normadan göründüyü kimi yaşayış sahəsi ilə təmin edərkən nəzərə alınan ən əsas məsələ Dövlət Mənzil Fondunun ehtiyyatlarının kifayyətliliyidir. Vətəndaşın yaşadığı məhəllədə Qarabağ əlilləri üçün ayırılmış binalarda 3 otaqlı mənzil qalmamışdır. Buna görə də vətəndaşın tələbini təmin etmək mümkün deyildir. Nəzərinizə çatdırmaq istəyir ki, onun iddia ərizəsiylə cavabdeh tam tanış olmamış və məhkəmənin fikrini yayındırmaq üçün belə arqument gətirmişdir. Azərbaycan Respublikasının MM-in 56.1, 56.2-ci maddələrinə əsasən yəni uçota duran vətəndaşlara yaşayış sahələri növbəlilik qaydasına əsasən uçota alma tarixi nəzərə alınmaqla verilir. Bundan başqa qanunun 57.1-ci maddəsində göstərilib ki, sosial müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Cavabdeh yuxarıda göstərilən qanuna riayət etməmişdir. Bildirmək istəyir ki, 31.03.2000-ci il tarixindən Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən qeydiyyata alınmış və 26.12.2019cu il tarixində Nizami rayon, Bəkir Çobanzadə küçəsində ona 2 otaqlı mənzil verilmişdir. Qeyd etmək istəyir ki, həmin binada 96 mənzildən 12-si 3 otaqlıdır. Baxmayaraq ki, hər iki gözdən tamamilə məhrum, qeydiyyat tarixi 3 otaqlı alanlardan daha öncə və ailə tərkibi digərlərindən daha ağır olduğu halda 2 otaqlı mənzillə təmin olunmuşdur. Ona görə hesab edir ki, cavabdehin etirazı əsassızdır və onun iddia ərizəsinə heç bir aidiyyəti yoxdur. İddia ərizəsinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19.05.2003-cü il tarixli 316-6-514 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Nazirliyin sifarişi ilə 2003-cü ildə Qarabağ əlilliləri və şəhid ailələri üçün Bakı şəhərində 36 mənzilli yaşayış binası tikilib istifadəyə verilməsi planlaşdırılır. Həmin mənzillərin bölgüsü zamanı mənzil növbəsinə dayansanız Sizin də mənzil şəraitinizin yaxşılaşdırılması məsələsinə komissiyada baxılacaqdır”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 23.02.2004-cü il tarixli 3/6-6-385 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş ərizənizə baxılmışdır. Bildiririk ki, Nazirliyin sifarişi ilə 2004-cü ilin mart -aprel aylarında Qarabağ əlilləri və şəhid ailələri üçün Bakı şəhərinin Sabunçu rayon ərazisində 36 mənzilli yaşayış binasının tikilib istifadəyə verilməsi planlaşdırılır. Həmin mənzillərin bölgüsü zamanı Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunacaq Qarabağ əlillərinin mənzil növbəliliyi siyahısında adınız qeyd olunarsa, mənzil növbəsinə dayanan digər Qarabağ əlilləri və şəhid ailələri ilə yanaşı Sizin də mənzil şəraitinizin yaxşılaşdırılması məsələsinə komissiyada baxılacaqdır”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02.04.2010-cü il tarixli 06/17-6-116 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş teleqramınıza baxılmışdır. Bildiririk ki, hazırda müvafiq dövlət proqramlarına uyğun olaraq Bakı şəhərinin Sabunçu, Əzizbəyov və Yasamal ravonlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslər və şəhid ailələri üçün Nazirliyin sifarişi ilə 81 mənzilli yaşayış binası inşa olunur. Yaşayıs binalarının 2010-cu ildə istifadəyi verilməsi planlaşdırılır. Siz 31 mart 2000-ci il tarixdən Suraxanı rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri siyahısında 32-ci sıra nömrəsilə mənzil növbəsinə dayanmısınız. Həmin binalardakı mənzillərin bölgüsü zamanı Sizin də mənzil-məişət şəraitinizi yaxşılaşdırılması məsələnizə Nazirliyin məsul işçilərindən, rayon İcra Hakimiyyətləri başçılarının müavinlərindən, Respublika Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birininin və “20 yanvar” Cəmiyyəti sədrlərindən ibarət yaradılmış komissiyada növbəlilik qavdasında baxılacaqdır”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziririnin müvafiq əmri ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 2399-cu məhəllə inşa edilmiş mərtəbəli 96 mənzilli binanın 11-ci mərtəbəsində 32 saylı 2 otaqlı mənzil verilmişdir. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 24.08.2020-ci il tarixli H-206-068 saylı məktubundan görünür ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslərin siyahısında olub-olmamağı barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, o, 31.03.2000-ci il tarixdən 1-ci qrup əlil kimi yaşayış yeri üzrə Suraxanı rayon İcra Hakimiyyətində 4 nəfər ailə tərikibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində alınmışdır və siyahı üzrə 1-ci şəxsdir. - Cavabdehin 17.12.2020-ci il tarixli **********5 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil tələbinə” dair 2-1(112)- 5337/2020 saylı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsindən daxil olmuş 29.10.2020-ci il tarixli məktubuna Agentliyin Hüquq şöbəsində baxılmışdır. İddiaçı 31.03.2000-ci il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 3 (üç) nəfər ailə üzvləri ilə Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən 24 dekabr 2019-cu il tarixində Qarabağ müharibəsi nəticəsində əlilliyi müəyyən edilmiş İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında mərtəbə 11, giriş 1, otaq sayı 2 olan 84.17 kvadratmetrlik 32 saylı mənzil təhvil verilmişdir. Bundan əlavə bildiririk ki, İddiaçı növbəsi üzrə 2018-ci ildə digər ərazidə inşa olunmuş binada 3 otaqlı mənzil təklif olunsa da, iddiaçı ondan imtina etmişdir. Bakı şəhəri, Nizami rayonu B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş yaşayış binasında olan 36 ədəd 1 otaqlı mənzil, 48 ədəd 2 otaqlı mənzil və 12 ədəd 3 otaqlı mənzildən ibarət olan 96 mənzillik binanın hər bir mənzili qanunvericilik üzrə imtiyazlı şəxslərə təqdim olunduğundan binada boş mənzillər mövcud deyildir. Buna görə də iddiaçının müvafiq tələbini təmin etmək mövcud imkanlar xaricindədir. - Cavabdehin 06.04.2021-ci il tarixli **********3 saylı məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayon sakini İddiaçı ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş 1 fevral 2021-ci il tarixli İş № 2-1(112)- 1204/2021 nömrəli məktuba aidiyyəti üzrə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda adıçəkilən Sərəncamın icrası çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 19 mat 2016-cı il tarixli 181 nömrəli məktubda 4 nəfər ailə tərkibi ilə 31 mart 2000-ci il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilən İddiaçı Nazirlik tərəfindən qanunvericiliyə uyğun 26 dekabr 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasının 1-ci giriş, 11-ci mərtəbəsində ikiotaqlı ümumi sahəsi 84.17 kvadratmetr olan 32 nömrəli mənzil ilə təmin edilmişdir. Həmin mənzil paylanışı olan binada 36 ədəd 1 otaqlı mənzil, 48 ədəd 2 otaqlı mənzil, 12 ədəd 3 otaqlı mənzil olduğunu nəzərə alaraq ailə tərkibləri 4 nəfər olan vətəndaşlara 2 otaqlı mənzil verilməsi məqsədəuyğun hesab edilmişdir. Əlavə olaraq bildiririk ki, qeyd edilən Sərəncamın həyata keçirilməsi çərçivəsində Nazirlik son illərdə Bakı şəhərinin Qaradağ rayonu ərazisində və Abşeron rayonunun Məmmədli kəndində, Saray və Mehdiabad qəsəbələrində, 2020-ci ildə isə Bakı şəhərinin Suraxanı və Xətai rayonlarında inşa olunmuş çoxmərtəbəli binalardan mənzilləri satın alaraq imtiyazlı şəxslərin mənzillə təmin olunmasını həyata keçirmişdir. Hazırda Abşeron rayonu, Məmmədli kəndi və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən binalardakı mənzillərlə bərabər, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilmiş Bakı şəhərinin Sabunçu rayonu, Ramana qəsəbəsində, Binəqədi rayonu, Xocəsən qəsəbəsində və Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş yaşayış komplekslərindəki çoxmərtəbəli binalarda yerləşən mənzillər də imtiyazlı şəxslərə təklif edilir. Eyni zamanda qeyd edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən çoxmərtəbəli binalardan mənzillər satın alınması nəzərdə tutulmamışdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA 22/03/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işində Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işində məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Azərbaycan Respublikasının Konstitusiyasınını 38-ci maddəsinin İİİ hissəsinə əsasən Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən kateqoriyadan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha yuxarı ayrılma norması müəyyən edilə bilər. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Məhkəmədə işin araşdırılan hallarından görünür ki, iddiaçı İ-ci qrup Qarabağ əlili kimi 31.03.2000-ci il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 3 (üç) nəfər ailə üzvləri ilə Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən 24 dekabr 2019-cu il tarixində ona Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında mərtəbə 11, giriş 1, otaq sayı 2 olan 84.17 kvadratmetrlik 32 saylı mənzil təhvil verilmişdir. Lakin hazırda iddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə yaşadığı üçün mövcud mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə cavabdeh tərəfindən əlavə bir otaqlı mənzilin verilməsini də tələb etmişdir. Cavabdeh tərəfindən isə iddiaçının gözləntilərinin hansı vaxtda reallaşacagını bildirmədən, iddiaçını qeyri-müəyyən gözləmə vəziyyətində qoyaraq formal məktublar göndərməklə tələbin icrasından əsassız olaraq imtina etmişdir. «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ikiotaqlı mənzillə təmin olunsa da, hazırki sağlamlıq və ailə vəziyyəti inzibati orqan tərəfindən ətraflı araşdırılmadan onun mənzil şəraitinin daha da yaxşılaşdırılmasından imtina etmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçının hazırki sağlamlıq və ailə vəziyyəti yenidən araşdırılaraq, onun əlavə bir otaq mənzillə təmin edilməsi məsələsinə yenidən baxılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsində qeyd edilmişdir ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə yuxarıda şərh edilən normativ hüquq aktlarının tələblərinə uyğun olaraq yenidən baxmalı və işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlarının müvafiq müddəalarını göstərməklə müvafiq inzibati akt qəbul etməlidir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda iddianın predmetini inzibati orqan tərəfindən məcburi olaraq və ya diskresion səlahiyyət əsasında qəbul edilən qərarlar təşkil edir. Hər iki halda məhkəmə özü inzibati akt qəbul etmir, çünki hakimiyyətlərin bölgüsü prinsipinə müvafiq olaraq inzibati aktın qəbulu inzibati orqanların işidir. Məhkəmə yuxarıda göstərilənlərə, həmçinin, müvafiq məsələnin tənzimlənməsi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan hesab edir ki, hazırkı vəziyyətdə iddiaçıya əlavə bir otaqlı mənzilin verilməsi ilə bağlı müraciəti üzrə zəruri araşdırmaların aparılması İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, cavabdeh inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İnzibati Prosessual Məcəllənin 68.2. maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ona birotaqlı mənzilin verilməsi ilə bağlı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə öhdəlik qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı birotaqlı mənzilin verilməsi ilə bağlı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə öhdəlik qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3DRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1204/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1204/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver