Məhkəmə qərarları › İş №2-1(112)-1204/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1204/2022

16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1204/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh2nə qarşı Bakı şəhəri Cavabdeh1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla mənzillə təmin edilmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Bakı şəhəri Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun - İddiaçı imtiyazlı əsaslarla ailə üzvləri ilə birlikdə 16.03.2017-ci il tarixdən başlayaraq müvafiq mənzil sahəsi ilə təmin olunmağından ötrü 22-ci sırada olan ev növbəsinin real icra edilməsi vəzifəsinin cavabdehlər ƏƏSMN-nin və Cavabdeh1 üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bakı şəhəri Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə əlavə dəqiqləşdirilmə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh kimi yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin, üçüncü şəxs qismində isə Bakı şəhəri Cavabdeh1 qəbul etməklə İddiaçı 16.03.2017-ci il tarixdən başlayaraq ailə üzvləri ilə birlikdə 22-ci sırada olan ev növbəsinə əsasən imtiyazlı əsaslarla müvafiq mənzil sahəsi ilə təmin olunmağı vəzifəsinin Cavabdeh2 üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-7286/2021 nömrəli, 10.11.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Cavabdeh1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 19.02.1988-ci ildə rəsmi evlənərək ailə qurduğu həyat yoldaşı Əliyev Fizuli Yüzbaşı oğlu 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi biitövlüyünün müdafiəsi, dövlət qurulucuğunun və suverenliyinin qorunması uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə könüllü döyüşçü kimi iştirak etmiş, yaralanaraq bir neçə ay müalicə olunduqdan sonra nisbətən sağalmış və İİ (ikinci) qrup ömürlük əlil olmuşdur. Həyat yoldaşı müalicəsini davam etdirərəkən 2000-ci illərin əvvəllərində Azərbaycan Respublikasının Qanunlarına müvafıq olaraq güzəştli şərtlərlə mənzil ilə təmin olunmağından ötrü dəfələrlə həm yazılı, həm də şifahi olaraq Bakı şəhəri Cavabdeh1nə müraciət etmiş və qanuni qaydada imtiyazlı əsaslarla mənzil şəraitini yaxşılaşdırmaq hüququ olan şəxs kimi növbəyə götürülməsini xahiş etmişdir. Həmin İcra Hakimiyyətində bu məsələ ilə əlaqədar onu aldatdıqlarına, yaxşı münasibət göstərmədiklərinə görə Füzuli bədəninin müəyyən mahiyyələrini kəsib doğramış və 20.12.2009-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafıəsi zamanı İİ qrup əlil olmuş mərhum Əliyev Füzuli Yüzbaşı oğlunun ailəsinin “Əlililiyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabiliyasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu nəzərə alaraq Cavabdeh1 başçısının 16.03.2017-ci il tarixli, 1-1/43 №-li sərəncamına əsasən mərhumun dul qalmış arvadı İddiaçı 5 nəfər ailə tərkibi ilə (özü, 2 oğlu, nəvəsi) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Hazırda İddiaçı, yəni o yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin siyahısı üzrə 22-ci sıradadır. Belə ki, hazırda 10 nəfərdən ibarət ailə üzvü (özü, oğlanları, gəlinləri və nəvələri ilə birgə) ümumi sahəsi 31,79 kv.m. olan bir otaqdan iki otağa böyük çətinliklə-borc-xərclə təmir etditib məcburən yığışaraq-sıxışıb yaşadığı ünvan 1 ünvanındakı mənzildə sıxıntı içərisində çətinliklə ağır yaşayış şəraitində yaşamağa məhkumdurlar. Bu isə gərgin mənəvi-psixoloji gərginlik, çətinlik yaradır və haqlı olaraq narazılığa, naharatçılığı səbəb olur. Bunları onun ərizəsi əlavə etdiyi sənədlər, arayışlar, məktublar da təsdiq edir. Ona görə də hesab etmişdir ki, onun imtiyazlı əsaslarla ailə üzvləri ilə birgə 16.03.2017-ci il tarixdən başlayaraq müvafiq mənzil sahəsi ilə təmin olunmağından ötrü 22-ci sırada olan ev növbəsinin real icra edilməsi vəzifəsinin cavabdehlər Azərbaycan Respublikası ƏƏSMN-nin və Bakı şəhəri Cavabdeh1 üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsi qanuni və ədalətli olardı. Lakin Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin 14.04.2021-ci il tarixli, **********7 Ng-li məktubu ilə ona imtina cavabı verilmiş və onun ailənin mənzil məişət şəraitini imtiyazlı şərtlərlə yaxşılaşdırmaq hüququna malik olmadığı qeyd olunur. Sözügedən imtina cavabını 04.05.2021-ci il tarixdə poçt vasitəsi ilə almışdır, lakin onu qanunsuz hesab etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan SSR - Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarının 20-ci maddəsinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Müvafiq Qərarı qüvvədən salan və ya dəyişdirən hər hansı qanunvericilik aktı qəbul edilməmişdir. Yuxarıda qeyd olunan qanunvericilik aktlarından görünür ki, mənzil növbəsi ailə üzvlərinə yalnız imtiyazlı şəxs növbəyə durduğu halda keçə bilər. Lakin mərhumun vəfat etməsindən 8 il keçdikdən sonra onun ailə üzvləri heç bir qanuni əsası olmadan qeydiyyata alınmışdılar. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazının məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada məlumatlandırılmış, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 saylı ZTSEK tərəfindən verilmiş 150611 №-li, 09.03.2000-ci il tarixli arayışın surətindən görünür ki, Əliyev Fizuli Yüzbaşı oğluna müddətsiz Azərbaycan Respublikasının müdafiəsində yaralanması səbəbi ilə ikinci qrup əlillik təyin edilmişdir. - Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 yanvar 2010-cu il tarixli, AZ-İ 399920 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Fizüli Yüzbaşı oğlu 20.12.2009-cü ildə hemorraqik şok səbəbi ilə ölmüşdür. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 2010-cu ilin yanvar ayının 06-da 14 nömrə ilə lazımı qeyd edilmişdir. - Bakı şəhəri, Cavabdeh1 Başçısının 16 mart 2017-ci il tarixli, 1-1/43 №-li, “İddiaçı mənzil növbəsinə qəbul edilməsi haqqında”sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı İİ qrup əlil olmuş mərhum Əliyev Fizulu Yuzbaşı oğlunun arvadı İddiaçı yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində 5 nəfər ailə tərkibi ilə mənzil növbəsinə qəbul edilməsi barədə Cavabdeh1nə müraciət etmişdir. İddiaçı 1997-ci ildən Çobanzadə küçəsi, 73 №-li binanın şəxsi mülkiyyət hüququ ilə özünə məxsus 1 otaqlı (15,99 kvm.) 3-cü mənzilində 6 nəfər ailə tərkibi ilə (özü, 3 oğlu, qızı, nəvəsi) daimi qeydiyyatdadır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı İİ qrup əlil olmuş mərhum Əliyev Fizuli Yüzbaşı oğlunun ailəsinin “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqsut 1992-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu nəzərə alaraq İddiaçı 5 nəfər ailə tərkibi ilə (özü, qızı, 2 oğlu: Rusif və Babək, nəvəsi) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarını dövlət qeydiyyataı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26.08.2016-cı il tarixli, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 31,79 kvm. olan daşınmaz əmlak xüsusi mülkiyyət kimi İddiaçı adına qeydə alınmışdır. - Bakı şəhəri, Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyi 76 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 31.05.2021-ci il tarixli, 308 №-li Forma 2 arayışından görünür ki, ünvan 2 İddiaçı məxsusdur. İddiaçı ailəsi 7 (yeddi) nəfərdən ibarətdir. Onlardan İddiaçı özü, X6, X7, X8, X3, X10, X5 həmin mənzildə daimi qeydiyyatdadırlar. - Bakı şəhər Cavabdeh1 Baçşısının aparatı tərəfindən məhkəməyə ünvanlanmış 11- 13/718 №-li, 18.08.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh1nə müraciət edərək dul qalmış 2-ci qrup Qarabağ müharibəsi əlilinin arvadı kimi imtiyazlı əsaslarla mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Məlumat üçün bildirilir ki, G.A.Əİiyevanın əri Əliyev Fizuli Yüzbaşı oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı İİ qrup əlil olmuşdur və 20.12.2009-cu il tarixində intihar edərək vəfat etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı İİ qrup əlil olmuş mərhum Əliyev Fizuli Yüzbaşı oğlunun ailəsinin “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərın və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu nəzərə alaraq, Nizami Rayon İcra Hakimiyyətı başçısının 16.03.2017-ci il tarixli, 1-1/43 №-li sərəncamına əsasən mərhumun dul qalmış arvadı İddiaçı 5 nəfər ailə tərkibi ilə (özü, qızı, 2 oğlu, nəvəsi) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Hazırda G.A.Əİiyeva yaşayış yeri üzrə imtıyazlı əsaslarla mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin siyahısı üzrə 22-cidir. - Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 546C- 09 №-li, 23.11.2021-ci il tarixli məktuba əlavə edilmiş 25 yanvar 2010-cu il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, 20 dekabr 2009cu il tarixdə, saat 09:45 radələrində Lerik rayonunda anadan olmuş, 1963-cü il təvəllüdlü, evli, İİ qrup Qarabağ əlili, ünvan 5 ünvanında yaşayan Əliyev Fizuli Yüzbaş oğlunun yaşadığı mənzildə ülgüc vasitəsilə sağ və sol qolunun hər iki dirsək iç çuxurlarından kəsərək özünü öldürməyə cəhd göstərməsi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərsutikinti” Xəstəxanasına yerləşdirilməsi və həmin xəstəxanada onun aldığı xəsarətlərdən ölməsi faktı üzrə Nizami rayon prokurorluğunda araşdırılma aparılmışdır. Aparılmış araşdırma zamanı Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin dizpozosiyasına əsasən mərhum Əliyev Fizuli Yüzbaşı oğlunun intihar etməsi faktında onun maddi, xidməti və ya sair cəhətdən asılı olduğu hər hansı bir şəxs tərəfindən onunla amansız rəftar etmə, ləyaqətinin mütəmadi olaraq alçatma, ona hədə-qorxu gəlmə yolu ilə onun özünü öldürmə həddinə çatdırma halları müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilmişdir. - Cavabdehə tərəfindən iddiaçıya ünvanlanmış **********7 №-li, 14.04.2021-ci il tarixli məktubundan görünür ki, onun mənzil şəraitinin yaxşılaşdırılması barədə müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafıəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, eyni zamanda yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunmuş sərəncamlarla əhatə olunan imtiyazlı şəxslər kateqoriyasından hesab edilmədiyindən onun sosial-məişət şəraitinin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsi ilə müəyyən olunan fəaliyyət istiqamətinə aid deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırıması zamanı müəyyən edilmişdir ki, iddiaçının əri Əliyev Füzuli Yüzbaşı oğluna Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci qrup əlillik təyin edilmişdir. Əliyev Füzuli Yüzbaşı oğlu 20 dekabr 2009-cu il tarixdə intihar edərək özünü öldürmüşdür. İddiaçı Cavabdeh1nə müraciət edərək dul qalmış 2-ci qrup Qarabağ müharibəsi əlilinin arvadı kimi imtiyazlı əsaslarla mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyətı başçısının 16.03.2017-ci il tarixli, 1- 1/43 №-li sərəncamına əsasən mərhum Əliyev Füzuli Yuzbaşı oğlunun dul qalmış arvadı İddiaçı 5 nəfər ailə tərkibi ilə (özü, qızı, 2 oğlu, nəvəsi) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. İddiaçı 2-ci qrup Qarabağ müharibəsi əlilinin arvadı kimi mənzillə təmin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh İddiaçı imtiyazlı şəxslər kateqoriyasından hesab edilməməsini əsas gətirərək onun müraciətini təmin etməmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməlidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrin) (1.1-ci bəndi); yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin (1.2-ci bəndi) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməlidir. Həmin Sərəncamın 2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidirlər. Yuxarıda qeyd olunan sərəncamlardan göründüyü kimi 2014-cü il yanvarın 1-dək, 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrin) və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Məhkəmə qeyd edir ki, Nizami Rayon İcra Hakimiyyətı başçısının 16.03.2017-ci il tarixli, 1-1/43 №-li sərəncamında istinad olunan və 31.05.2018-ci il tarixədək qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərın və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində əlillərin mənzil təminatından bəhs edilir. Həmin maddəyə əsasən əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman 1 qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. - 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.3-cü maddəsinin tələbinə görə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır Məhkəmə araşdırılması zamanı isə müəyyən edilmişdir ki, iddiaçının mərhum əri Əliyev Fizuli Yüzbaşı oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əlilliyi olan şəxs olsa da yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmamışdır. Belə olan halda Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmamış əlilliyi ona şəxsin vəfatından sonra onun ailə üzvü kimi güzəştli əsaslarla mənzil növbəsinə alınması qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmamışdır. Ona görə də İddiaçı imtiyazlı əsaslarla mənzil təminatı barədə müraciətinin təmin edilməməsi barədə cavabdeh inzibati orqanın gəldiyi nəticə qanun və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar