Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12056/2024 22.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranan fərqin birdəfəlik ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı qızı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 13 fevral 2024-cü il tarixli məktubdakı cavabının əsassız sayılması; ona təyin olunmuş pensiyanın, ümumi iş staj illərinin “məlumat vərəqi”ndə göstərilən, 33 il 06 gün staj illəri 18 il 06 ay 04 günü güzəştli sayılan hərbi xidmət illəri, 14 il 06 ay 02 gün isə əmək fəaliyyətindən alınan mülki staj illəri olaraq yenidən hesablanması və yaranan fərqin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 noyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Xidmət etdiyi orqan tərəfindən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin SMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Flialına təqdim olunmuş “məlumat vərəqi”nə əsasən, 28 noyabr 2022-ci il tarixdən, hərbi qulluqçu kimi “ƏPH” Qanununun 9.5.2 və 20.14.2-ci maddələrinin tələblərinə əsaslanmaqla 25 təqvim ilinə görə (12 il 06 ay hərbi staj + 12 il 06 ay isə mülki staj olaraq) təminat xərcinin (1077,75 manat) 50% miqdarında, yəni 538,88 manat məbləğində əmək pensiyası təyin edilib ki, nəticəsi də onun yerdə qalan 8 (səkkiz il 06 günlük staj illəri nəzərə alınmamışdır. Belə ki, “məlumat vərəqi”nə əsasən 33 il 06 gün ümumi iş stajı var. Həmin staj illərinin 18 il 06 ay 04 günü güzəştli sayılan hərbi xidmət illəri, 14 il 06 ay 02 gün isə əmək fəaliyyətindən alınan mülki staj illəridir. Qanuna görə “Hərbi xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox iş stajı olan bu stajıı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50%-i və 25 ildən yuxarı stajın (hərbi xidmətə görə güzəştli sayılan hissə nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 1%-i miqdarında əlavə olunmaqla əmək pensiyası təyin edilir. Qeyd edildiyi kimi cavabdehə təqdim olunmuş “məlumat vərəqi”nə əsasən 33 il 06 gün ümumi iş stajı olub. Ona pensiya hesablanarkən göstərilən 8 (səkkiz) illik staj illərinə görə hesablanma aparılmayıb. Cavabdehə ünvanladığı qeyd olunan məzmunlu ərizəsi təmin edilməyib və ona ünvanlanan 13 fevral 2024-cü il tarixli məktubla tələbi ümumi sözlərlə cavablandırılıb. Konstitusiyanın 60-cı maddəsinin İ və İl hissələrində bildirilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinin l hissəsində bildirilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan redaksiyasının 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1ci və 72.2-ci maddələrinin tələblərinə görə: Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər; (72.1) İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər; (72.2) İnzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı 09 dekabr 2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmiş, Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/3-4- 3609/2024 nömrəli qərarla İddiaçı 28 noyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Müvafiq hesablamadan narazı qalan İddiaçı 30 yanvar 2023-cü il tarixdə yenidən Mərkəzi Filiala müraciət etmiş, 18 ili hərbi xidmət, 15 ili mülki staj olmaqla 33 il ümumi stajının nəzərə alınan 25 ildən əlavə qalan 8 ilinin nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını tələb etmişdir. F.X4 tərəfindən 01 mart 2023-cü il tarixli 3-17-1/2- Ə-41910/2023 nömrəli məktubla əmək pensiyasının hesablanması barədə məktub ünvanlanmışdır. Müvafiq hesablamadan narazı qalan İddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Mərkəzi Filialına həvalə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar iddia ərizəsinə etirazı təqdim edirik və icraatınıza qəbul edib, hüquqi qiymət verməyinizi Sizdən xahiş edirik. Aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı F.X6 Xidməti tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən 28 noyabr 2022-ci il tarixdə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinə əsasən, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanır. İddiaçı münasibətdə sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə və Qanunun 20.14.2-ci maddəsinin tələblərinə əsasən 33 il 6 gün (18 il 4 ay 21 gün təqvimi xidmət ili, 1 ay 13 gün güzəştli xidmət illəri, 14 il 6 ay 2 gün ümumi iş stajı) cəmi iş stajı nəzərə alınmagla təminat xərcliyinin (1077,75 manat) 50 (25 ilə görə-50 faiz)- 538,88 manat məbləğində hərbi gullugçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda həmin Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlagədar İddiaçı pensiyası 01 yanvar 2023-cü il tarixdən 618,09 manat, 01 yanvar 2024-cü il tarixdən 687,31 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və ganunsuzdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı qızına ünvanlanmış 3-17-1/2-Ə-31948/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.5.2-cı maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox umumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin yaşa gorə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxan hərbi xidmətin (hərbi xidmətin güzəştii sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarinda hesablanır. Sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən 28 noyabr 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən Qanunun 20.14.2-ci maddəsinin tələblərinə əsasən 33 il 6 gün (18 il 4 ay 21 gün təqvimi xidmət ili, 1 ay 13 gün güzəştli xidmət illəri, 14 il 6 ay 2 gün ümumi iş stajı) cəmi iş stajı nəzərə alınmaqla təminat xərcliyinin (1077,75 manat) 50 (25 ilə görə-50 faizi-538,88 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar pensiyası 1 yanvar 2023-cü il tarixdən 618,09 manat, 1 yanvar 2024-cü il tarixindən 687,31 manat məbləğində müəyyən edilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2- 203233/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə vətəndaş X1 pensiya işinə dair sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-4-3609/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı qızına pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən 538,88 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən tərtib edilmiş Məlumat vərəqindən görünür ki, iddiaçının 33 il 6 gün (18 il 4 ay 21 gün təqvimi xidmət ili, 1 ay 13 gün güzəştli xidmət illəri, xx.xx.2006-cı il tarixədək 14 il 6 ay 2 gün) ümumi iş stajı vardır. 30 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 30/0861 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı qızı H.Mirzəyev küçəsi 39 “B” №-li evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X7 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 fevral 2024-cü il, “Azərbaycan” qəzeti, 16 fevral 2024-cü il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 137) 20.14.2-ci maddədə hər iki halda “25” rəqəmləri “30” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə, “12 il 6 ayını” sözləri “15 ilini” sözləri ilə və “hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla)” sözləri “ümumi iş stajının” sözləri ilə əvəz edilmişdir. 7 iyun 2024-cü il tarixli 1172-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyun 2024-cü il, “Azərbaycan” qəzeti, 30 iyun 2024-cü il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, İ kitab, maddə 644) 20.14.2-ci maddəyə “30 təqvim ili” sözlərindən əvvəl “buraxıldığı günə” sözləri əlavə edilmişdir. Hazırki iddianı qaldırmaqda iddiaçının məqsədi onun ümumi stajı 25 ildən, hərbi xidmət dövrü isə 12 il 6 aydan çox olduğunu nəzərə alaraq həmin illər (8 il və ya 6 il) üzrə də əmək pensiyasına əlavələr edilməklə pensiyanın yenidən hesablanmasıdır. İddiaçıya 28 noyabr 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci maddəsinə əsasən, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxs kimi, xidmət etdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə və Qanunun 20.14.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan mətninə əsasən (hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 06 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında hesablanmaqla) 33 il 6 gün (18 il 4 ay 21 gün təqvimi xidmət ili, 1 ay 13 gün güzəştli xidmət illəri, 14 il 6 ay 2 gün ümumi iş stajı) cəmi iş stajı nəzərə alınmagla təminat xərcliyinin 50 %-i məbləğində hərbi gullugçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, məhkəmə müəyyən edir ki, cavabdeh qurum tərəfindən iddiaçının pensiyası qanunamüvafiq qaydada hesablanmış, pensiyasının hesablanması qaydası qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. İddiaçının 33 il 06 gün ümumi staj illəri (25 ildən 8 il 6 ay artıq) və 18 il 06 ay 04 gün (12 il 6 aydan 6 il artıq) güzəştli sayılan hərbi xidmət illəri nəzərə alınaraq qanunvericiliyin müəyyən etdiyindən artıq faiz əlavələri hesablanmaqla pensiyanın yenidən hesablanması və yaranan fərqin birdəfəlik ona ödənilməsinə “qanuni gözləntisi” yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-12056/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12056/2024
22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver