Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12057/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası:mühasib,işləmir), iddiaçının nümayəndəsi X9 (Bakı şəhərində qeydiyyatdadır, işləmir), cavabdehin nümayəndəsi X11 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası psixoloq, Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının məsul katibi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qаrşı üçüncü şəxs qismində Cavabdeh2 göstərilməklə “cavabdehin imtinasının əsassız hesab edilərək iddiaçının nəvələri üzərində qəyyum təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Bаkı İnzibаti Məhkəməsində cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq cavabdehin 17 mart 2022-ci il tarixli, S-16-099 saylı məktubunu əsassız hesab edərək nəvələri xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 üzərində qəyyum təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, mərhum qızı X18 üçüncü şəxs X10 ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuş və onların nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 anadan olmuşlar. Cavabdeh2 evi olmadığı üçün iddiaçı ona və ailəsinə iddiaçının evində yaşamağa icazə vermişdir. İddiaçı qızı, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları X12 xx.xx.2021-ci ildə vəfat etmiş, uşaqların atası Cavabdeh2 isə artıq uzun müddətdir ki, uşaqları atıb getmişdir. O vaxtdan bir dəfə də olsun uşaqları ilə maraqlanmamışdır. xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 İddiaçı öhdəsində qalmışlar. İddiaçı uşaqların atasını axtarsa da onu tapa bilməmişdir. İddiaçının yanında yaşayan xx.xx.2008ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yaşı 18-dən az olduğundan onların hüquq və mənafelərinin müdafiəsi üçün valideyn himayəsindən məhrum olan uşaq qismində himayəyə verilməsi zəruridir. Buna görə İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək X2 və X3 onun himayəsinə verilməsi barədə müvafiq sərəncamın verilməsini xahiş etmişdir, lakin rədd cavabı almışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən iddiaya etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən məsələyə Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış, yetkinlik yaşına çatmayanların atası Süleymanov X5 iclasına dəfələrlə dəvət olunmasına baxmayaraq iclasa gəlməkdən imtina etmişdir.Sözügedən məsələ ilə bağlı uşaqların atasının fikrinin öyrənilməsinin mümkün olmamasını, həmçinin onun valideynlik vəzifələrini yerinə yetirilmədiyini nəzərə alaraq xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 üzərində qəyyum təyin edilməsi RİH yanında Qəyumluq və Himayə Komissiyası tərəfindən məqsədəuyğun hesab edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən sözügedən məsələ ilə bağlı yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 atası Cavabdeh2 məhkəməyə dəvət olunaraq fikrinin öyrənilməsi və onun övladları üzərində valideynlik vəzifəsini yerinə yetirib-yetirməməsi barədə araşdırma aparılaraq uşaqların üstün mənafeyi rəhbər tutmaqla müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi X15 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X19 cavabdehin iddiaya dair etirazında göstərilən məzmunda çıxış edərək mübahisənin həllinn məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, iddiаçının, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi qismən təmin еdilməlidir. İddiaçı tərəfindən məhkəməyə cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, X7 ölüm haqqında şəhadətnaməsinin, iddiaçının şəxsiyyət vəsiqəsinin, X3 və X2 doğum haqqında şəhadətnamələrinin, nikah haqqında şəhadətnamənin, yaşayış yeri haqqında arayışın, qonşuların ərizələrinin və digər sənədlərin surətləri təqdim edilmişdir. Cavabdeh iddiaçının müraciəti ilə bağlı aparılmış inzibati icraata dair sənədlər kimi Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2022-ci il tarixli iclasının protokolundan çıxarış,iddiaçının cavabdehə ünvanlanmış ərizəsinin, azyaşlı X2 cavabdehə ünvanlanmış ərizəsinin,iddiaçının qonşusu Bakı şəhəri, Əmircan qəsəbəsi, X21 küçəsi, dalan 1, ev 5 ünvanda qeydiyyatda olan X4 ərizəsinin,iddiaçının sağlam olması barədə tibbi arayışın, X2 və X8 226 nömrəli məktəbdə təhsil almaları haqqında arayışların, İddiaçı ailə tərkibi haqqında arayışın surətlərini təqdim etmişdir. Beləliklə, iş materiallarına əsasən iddiaçının qızı X1 Şahmar Nəcəf oğlu ilə 2007-ci il sentyabrın 7-də rəsmi nikaha daxil olmuş, həmin nikahdan qeyd edilən şəxslərin xx.xx.2008-ci il təvəllüdlü Fatimə,xx.xx.2013-cü ildə Zəhra adlı övladları doğulmuşdur. İddiaçının qızı Süleymanova (qızlıq soyadı Kazımova) Arzu Bəşir qızı xx.xx.2021-ci ildə vəfat etmişdir, bundan sonra xx.xx.2008-ci il təvəllüdlü Fatimə, xx.xx.2013-cü ildə Zəhra adlı uşaqların iddiaçının yanında qalmaları, uşaqların atalarının uşaqlarla maraqlanmaması əsası ilə İddiaçı qeyd edilən uşaqlara özünün qəyyum təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilmədiyi üçün İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənlri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 136.1-ci maddəsinə əsasən qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Həmin Məcəllənin 136.3-cü maddəsinə əsasən uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. Həmin Məcəllənin 137-ci maddəsinə əsasən, yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilirlər.(137.1),uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır.(137.2) Azərbaycan Respublikasının Mülki Məcəlləsinn 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 35-ci maddəsində göstərilir: “35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər.35.2. Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. 35.3. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır...35.6. Yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar.” “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.13.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə uyğun olaraq, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə müvafiq olaraq şəhər, rayon və şəhər rayonu komissiyalarını yaradır, onların üzvlərinin sayını müəyyən edir, həmin komissiyaların fəaliyyətini təşkil edirlər, həmin Fərmanın 4.6.5-ci bəndinə əsasən yeniyetmələrin nəzarətsizliyinə və baxımsızlığına qarşı profilaktik işlərin görülməsi, çətin həyat vəziyyətinə düşənlərin sosial adaptasiyası və reabilitasiyası, onların qanuni mənafelərinin və hüquqlarının müdafiəsi sahəsində tədbirlər həyata keçirmək cavabdehin səlahiyyətlərinə aid edilmişdir; Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli, 336-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yerli komissiyaların səlahiyyətləri aşağıdakılardan ibarətdir:.. 2) yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması, tərbiyəsi, təhsil alması, işləməsi və istirahəti, baxımsızlığının və kimsəsizliyinin profilaktikası sahəsində müvafiq proqramların işlənib hazırlanmasında iştirak etmək və onların icrasına nəzarət etmək, yetkinlyaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətini əlaqələndirmək; İşin faktiki hallarına əsasən hazırda iddiaçının faktiki himayəsində olan iki azyaşlı nəvəsi xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 valideynlik himayəsindən məhrumdurlar, belə ki, anaları 2021-ci ildə vəfat etmişdir, ataları isə uşaqlarla birlikdə yaşamır, təlim-tərbiyəsi ilə maraqlanmır, onların maddi və mənəvi tələblərini təmin etmir, azyaşlı uşaqların qayğısına qalmır. Qeyd edilən hallar cavabdehin təqdim etdiyi iddiaçının qonşusunun notariat qaydasında təsdiq edilmiş ərizəsinin surətindən, habelə iddiaçının ailə tərkibi haqqında arayışdan müəyyən olunur, habelə cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli protokoldan çıxarışa əsasən iddiaçının nəvələri xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 üzərində qəyyum təyin edilməsi məsələsinə cavabdehin yanında Qəyyumluq və Himayə Komissiyasında baxıldıqda dəfələrlə uşağın atası Cavabdeh2 komissiyaya dəvət edilməsinə baxmayaraq dəvətə gəlməmiş, övladlarından imtina etmədiyini bildirsə də uşaqların onunla birlikdə yaşamasına, onların qayğısına qalmasına dair nəinki sübutlar təqdim etmiş, heç bu barədə ümumiyyətlə bildirməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin iş materiallarından göründüyü kimi iddiaçının müraciəti ilə bağlı cavabdehdə aparılmış inzibati icraat materiallarında xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 iddiaçının ailə tərkibi olması barədə arayışın olmasına, azyaşlı Fatimə Süleymanovanın bacısı Zəhra ilə birlikdə iddiaçının himayəsində yaşamasını, iddiaçının uşaqları məktəbə aparıb-gətirməsini, iddiaçının (nənələrinə) onlara baxmasını, ataları Cavabdeh2 onlarla birlikdə yaşamadığını göstərməsinə və nənələri olan iddiaçının himayəsinə verilmələrini xahiş etməsinə, iddiaçının qonşuluğunda yaşayan X4 cavabdehə ünvanlanmış ərizəsində xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 bütün ehtiyaclarının İddiaçı tərəfindən qarşılanması barədə bildirdiklərini nəzərə almadan iddiaçının müraciətinə formal əsasla imtina cavabı verilmişdir, belə ki, Suraxanı rayon İcra Hakimiyyəti (Qəyyumluq və Himayə Komissiyası) öz imtinasını yalnız atanın öz övladlarından imtina etməməsi barədə telefon vasitəsilə bildirdikləri ilə kifayətlənmişdir ki, bunun da nəticəsində məhkəmə hesab edir ki, ilk növbədə azyaşlı xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 mənafeləri pozulur, belə ki, onlarla bağlı həyata vacib olan məsələlərdə (məsələn təhsili, səhhəti və s.ilə bağlı) qərar qəbul etmək lazım gələrsə iddiaçının qəyyum təyin edilmədən qərar qəbul etmək səlahiyyəti olmayacaqdır, valideynlərdən isə ana vəfat etmiş, ata isə uşaqlarla birlikdə yaşamır və uşaqların həyatında bir valideyn kimi iştirak etmir. Məhkəmə hesab edir ki, iddiaçının nəvələri olan xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 üzərində qəyyum təyin edilməsi məsələsinin müəyyən edilməsi üçün yuxarıda göstərilən halların aydınlaşdırılması ilə bağlı zəruri və tam araşdırma aparılmasından sonra müvafiq qərar qəbul oluna bilər. Azərbaycan Respublikasının İnziati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz:73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə;73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Azərbaycan Respublikasının İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin üzərinə məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının nəvələri xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 üzərində qəyyum təyin edilməsi barədə qərar qəbul edilməsi üçün zəruri və tam araşdırılma apararaq müvafiq qərarın qəbul edilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 85, 72, 73, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə məhkəmənin mövqeyi nəzərə alınmaqla İddiaçı nəvələri xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 üzərində qəyyum təyin edilməsi barədə qərar qəbul edilməsi üçün zəruri və tam araşdırılma apararaq müvafiq qərarın qəbul edilməsi vəzifəsi qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-12057/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12057/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver