Məhkəmə qərarları › İş №2-1(112)-12058/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12058/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12058/2025 24.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının qanuni nümayəndələri İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı X4 (bundan sonra – iddiaçı) qanuni nümayəndəsi İddiaçı1 (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, X2na məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2009-cu il təvəllüdlü X4 anası İddiaçı2 qeydiyyatı ünvan 1 ünvanında olduğundan övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları xx.xx.2009-ci il təvəllüdlü X8 məcburi köçkün statusu və vəsiqəsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan iddiaçılar İddiaçı1 və İddiaçı2 əsl iddiaçı X13 ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1 ilə İddiaçı2 birgə nikahından xx.xx.2009-cü təvəllüdlü X13 adlı oğlu anadan olmuşdur. İddiaçı1 Füzuli rayonu Gecəgözlü kəndində anadan olmuşdur. Hazırda həmin rayonda qeydiyyatdadır. Məcburi köçkün kimi Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsi 5/17 məskunlaşmışdır. xx.xx.2006-cı il tarixində Tərtər rayon sakini İddiaçı2 ilə nigaha daxil olmuşdur. Bu nigahdan xx.xx.2006-cı il doğum tarixli X14 və xx.xx.2009-cu il doğum tarixli X13 doğulmuşdur. X2 yetkinlik yaşına çatmadığından məcburi köçkün statusu almamışdır. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar müraciət etməyinə baxmayaraq 3- 36-3/2-M-60xx-xx/2025/6234 sayılı imtina məktubu ilə bildirilmişdir ki, xx.xx.2025 ci il təvəllüdlü X4 anası İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatda olduğundan övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqəni) verilməsi imkan xaricindədir. Uşaqlarının anasının qeydiyyatının Bakı şəhəri olması köçkün statusu və vəsiqəsi verilməsindən imtina hesab edilə bilməz. Cavabdeh iddiaya yazılı münasibətini təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsiləri iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, AZ-İ 235968 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X18 arasında xx.xx.2006-cı ildə nikah bağlanmışdır. xx.xx.2016-cı il tarixli, 841370 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2009-cu il tarixində Bakı şəhərində doğulmuşdur, atası İddiaçı1, anası X11r. AA seriyalı 376046 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Füzuli rayonunu 1993-cü ildə tərk etmişdir, cavabdehin xx.xx.2016-cı il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-43/2-799/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı1 və X14 Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarına əsasən vahid aylıq müavinət alırlar. İddiaçı2 Bakı şəhər sakini olduğu üçün müvafiq qərara əsasən vahid aylıq müavinət almır. X13 vahid aylıq müavinət almışdır. 01 iyun 2025-ci il tarixdə müvafiq təlimatın 2.6-cı bəndinə əsasən Davud Məmmədzadənin vahid aylıq müavinəti Gecəgözlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dayandırılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-35809/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı2 adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10a, 85 saylı mənzil xx.xx.2018-ci il tarixdə; Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 220 saylı sahənin bir hissəsində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixdə; Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2147, ev 3, 45 saylı mənzil xx.xx.2025-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5, 57 saylı mənzil (Yeni qaydalarla: AZ 1089, Bakı şəhəri , Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, giriş 107, M2, m1) xx.xx.2012-ci il tarixdə İddiaçı2 adına qeydiyyatdan keçmişdir, lakin sözügedən ünvan Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiq edilmiş xx.xx.2024- cü il tarixli 4Ə-424 reyest nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024cü il tarixdə X9 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi, ev 13, 11 saylı mənzil xx.xx.2001-ci il tarixdə İddiaçı2 adına qeydiyyatdan keçmişdir, lakin sözügedən ünvan Bakı şəhər notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə/02-321 reyestr nomrəli alqı-satqı müqaviləsinə xx.xx.2012-ci il tarixdə X7 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri Nərimanov rayonu, İnqilab küçəsi, 77 saylı fərdi yaşayış evinin 1/2 hissəsi xx.xx.2001-ci il tarixdə İddiaçı2 adına qeydiyyatdan keçmişdir, lakin sözügedən ünvan 42 saylı DNK-nın xx.xx.2001-ci il tarixli 4Ə-207 reyestr nömrəli alqı- satqı müqaviləsinə əsasən xx.xx.2001-ci il tarixdə X3 adına özgəninkiləşdirilmişdir. İddiaçı1 adına Abşeron rayonu, Masazır kəndində yerləşən 0.12 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin sözügedən ünvanın Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X24 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-220, 4Ə-221 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən X16 (0.018 ha), X5 (0.01 ha) adlarına özgəninkiləşdirilmişdir. Həmçinin Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X24 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-316 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən yerdə qalan torpaq sahəsinin 0.007 ha hissəsi X10 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan torpaq sahəsinin özgəninkiləşib-özgəninkiləşməməsi barədə məlumat aşkar edilməmişdir. X4, X6 adlarına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı1 və X1 rayonundan məcburi köçkün olmuşdurlar. Komitə tərəfindən onlara məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Məcburi köçkün kimi ailə üzvləriylə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, F.B.Köçərli küçəsində müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşmışdırlar. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir. İddiaçı hazırda atasının məcburi köçkün statusuna malik olmasına istinad edərək ona da məcburi köçkün statusunun verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə 14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Tətbiq edilən və yuxarıda sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Azərbaycan Respublikasının Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin xx.xx.2013cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən həmin bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Çünki iddiaçının anası işğal olunmuş rayon (şəhər) üzrə deyil, Bakı şəhəri üzrə daimi qeydiyyatdadır. Belə ki, işdə olan Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/1-18914 nömrəli sorğuya cavab məktubundan görünür ki: - xx.xx.1975-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2002-ci il tarixdən 28 09.2012-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 13, mənzil 11-də. xx.xx.2012-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5, mənzil 57-də, xx.xx.2024-cü il tarixdən hazıradək Bakı şəhəri, Suraxani rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 10A, mənzil 85-də; - xx.xx.1978-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2002-ci il tarixdən hazıradək; -xx.xx.2009-cu il təvəllüdlü X13 xx.xx.2016-cı il tarixdən hazıradək Füzuli rayonunun Gecəgözlü kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bu hal isə iddiaçının hazırkı tələbinin təmin edilməsindən imtina üçün əsas təşkil edir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 880/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar