Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1206/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X2 (Cəbrayıl rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, “xxxx” ASC-də hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “iddiaçının adının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya ödənilməli olan şəxslərin siyahısına daxil edilməsi və kompensasiya hesablanması öhdəliyinin qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı məhkəmədə iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə iddiaçının adının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya ödənilməli olan şəxslərin siyahısına daxil edilməsi və 784,77 manat kompensasiya hesablanması öhdəliyinin qoyulması” barədə qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, onunla “xxxx” ASC arasında 12 mart 2014-cü il tarixində 1795SBFFK nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya 24 ay müddətinə, 22 faiz dərəcəsi ilə 3.300 (üç min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. 28 fevral 2019-cu il tarixində cənab X6 tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalandı. Həmin fərmanın qüvvəyə minməsindən sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində onun kreditinin sözügedən Fərmanın təsiri altına düşüb-düşməməsini yoxladıqda axtarışın nəticəsi olaraq heç bir məlumat tapılmadı. Daha sonra iddiaçı palata tərəfindən yaradılmış apelyasiya komissiyasına Palatanın rəsmi internet səhifəsindən bu məsələ ilə bağlı öz şikayətini ünvanladı. Onun şikayətinə cavab olaraq palata tərəfindən bildirildi ki, “iddiaçının kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır”. Bundan sonra Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən güzəştli kreditlərlə bağlı Fərmanın təsir dairəsinə düşmədiyi üçün Bank tərəfindən ona kompensasiya verilməsindən imtina edildi və bunun nəticəsində də haqqı olan güzəşt məbləğini əldə etməkdən məhrum olmuşdur. Palatanın və Bankın hərəkətləri əsassızdır. İddiaçı 12 mart 2014-cü il tarixli müqavilə üzrə götürdüyü 3.300 ABŞ dolları məbləğində öhdəliyi lazımi qaydada yerinə yetirmişdir. “xxxx” ASC qarşısında hər hansı öhdəliyi qalmamışdır. Məlumdur ki, Azərbaycan Respublikasında Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsinin dəyişməsi ilə əlaqədar 2015-ci ilin fevral və dekabr aylarında iki dəfə ard-arda kəskin devalvasiya baş vermişdir. 1-ci devalvasiya zamanı onun banka olan borcu 1951,54 ABŞ dolları, 2-ci devalvasiya zamanı isə 494,81 ABŞ dolları olmasına baxmayaraq hər iki devalvasiya zamanı iddiaçı borcunu tamamilə ödəyib qurtarmışdır. Ərizəyə əlavə olunmuş Bank tərəfindən iddiaçıya verilən ödəmə planı üzrə izləmədə də, hesabdan çıxarış materialında da ödənişləri açıq-aydın görsənir. Bank da bunu təsdiq edə bilər. Bunun nəticəsində də hər iki devalvasiyanı nəzərə aldıqda xarici valyutada olan əsas kredit borcunun manatla artmış hissəsi ilə əlaqədar güzəştə düşdüyü üçün iddiaçıya 784,77 manat məbləğində kompensasiya ödənilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair münasibətini təqdim edərək göstərmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında ləğv prosesində olan “xxxx” ASC ilə bağlanmış 12.03.2014-cü il tarixli kredit müqaviləsi ilə bağlı hər hansı qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilə barəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasına vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Eyni zamanda, məhkəmə mübahisənin daha çevik və hərtərəfli araşdırılması, habelə iddiaçının tələbi üzrə yekun mövqeyin bildirilməsi məqsədilə İddiaçı ilə ləğv prosesində olan “xxxx” ASC arasında bağlanmış 12.03.2014-cü il tarixli kredit müqaviləsinin, həmin müqavilə üzrə əsas kredit borclarını əks etdirən ssuda hesabından çıxarışın, baş vermiş devalvasiya günlərinə (21.02.2015-ci və 21.12.2015-ci il tarixlərinə) və hazırki günə əsas kredit borcunun qalıq məbləği barədə müvafiq arayışın təqdim edilməsinə dair həmin bankın ləğvedicisi kimi təyin edilmiş Əmanətlərin Sığortalanması Fonduna məhkəmə sorğusunun göndərilməsinə zərurət vardır. Cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, aşağıdakılara əsasən idda ərizəsinə etiraz edilir: İddia ərizəsində kreditin götürülməsi və qaytarılması ilə bağlı faktlar həqiqəti əks etdirir. Belə ki, həqiqətən də İddiaçı ilə “xxxx” ASC arasında 12.03.2014-cü il tarixdə 1795 SBFFK nömrəli kredit müqaviləsi bağlannış və müştəriyə 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit ödənişlərində gecikməyə yol verilməmişdir. İddiaçı adı Mərkəzi Bank tərəfindən banklara göndərilən və kompensasiya almalı olan fiziki şəxslərin adlarının qeyd olunduğu siyahıya daxil edilməmişdir. İddiaçı tərəfindən artıq bir dəfə cavabdehlər “xxxx” ASC-yə və AR Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı “güzəşt məbləğinin verilməsi tələbinə dair” Bakı şəhər Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış, Nəsimi Rayon Məhkəməsinin 19.02.2020-ci il tarixli, 2(006)-897/2020 saylı Qətnaməsi ilə iddia təmin edilmiş və “xxxx” ASC-nin üzərinə 12.03.2014-cü il tarixli, 1795 SBFFK nömrəli müqavilə barədə “xxxx” MMC-yə məlumat verilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının icrası üçün nəzərdə tutulmuş müüdət bitmiş və icra prosesi artıq yekunlaşmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması X1 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinlədikdən, iş materiallarını tədqiq etdikdən sonra hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası şəxsiyyət vəsiqənin surətinə əsasən İddiaçı xx.xx.1985-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçının “xxxx” ASCdə olan hesabdan 29.06.2020-ci il tarixli çıxarışına əsasən,dövrün əvvəlinə qalıq borcu yoxdur. . Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçının apellyasiya komissiyasına verdiyi şikayət əsasında qəbul edilmiş 28.09.2019-cu il tarixli qərarına əsasən, iddiaçının kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmiş, bununla əlaqədar sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. 12 mart 2014-cü il tarixli, 1795 SBFFK nömrəli kredit müqaviləsinə əsasən, “xxxx” ASC-nin Səbail filialı tərəfindən İddiaçı 24 ay müddətinə 3.300 ( üç min üç yüz) ABŞ dolları kredit verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-897/2020 saylı işi üzrə qəbul etdiyi 19.02.2020-ci il tarixli qətnaməyə əsasən, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 12.03.2014-cü il tarixli 1795 SBFFK nömrəli kredit müqaviləsi barədə məlumatın “xxxx” MMC-yə verilməsi vəzifəsi “xxxx” ASC-yə həvalə edilməsi qət edilmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı “xxxx” ASC-dən 12 mart 2014-cü ildə 3.300 ABŞ dolları məbləğində kredit götürmüşdür, “xxxx” ASC-dən aldığı kreditin tam ödənilməsini həyata keçirmişdir, ”Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı verildikdən sonra iddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi bankına müraciət edərək xarici valyutada götürdüyü və ödədiyi kreditiin devalvasiya nəticəsində manatla artmış hissəsinin hesablanaraq kompensasiya ödənilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Prezidenti tərəfindən devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı verilmişdir. Həmin Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndində göstərilmişdir: bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Həmin Fərmanın 3.2-ci bəndi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etmək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat vermək tapşırılmışdır. Həmin Fərmanın 8.3-cü bəndində göstərilmişdir ki, bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi nəzərdə tutulur. Eyni zamanda qeyd edilən fərmanın 3.1-ci bəndi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etmək tapşırılmışdır. Həmin tapşırığın icra edilməsi nəticəsində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 27 mart 2019cu il tarixli, ********** nömrəli qərarı hazırlanmışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 3.1-ci bəndində göstərilmişdir: Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Qaydanın 3.2-ci hissəsinə əsasən kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.2ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir.3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən Palatanın bu Qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, Fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir:4.3.1. kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir;4.3.2. bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətlərin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri, istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsinin qərara alınması göstərilmişdir. İşin faktiki hallarına əsasən iddiaçının “xxxx” ASC-dən götürdüyü kreditl Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın tələblərinin təsiri altına düşür, bu səbəbdən də qanunvericiliyin tələblərinə əsasən cavabdeh Mərkəzi Bankı tərəfindən kompensasiya ödənilməsi üçün iddiaçı İddiaçı adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməli olduğu halda iddiaçıya münasibətdə cavabdehin bu öhdəliyi iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılana qədər icra edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının iddiaçının müraciətinə imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Halbuki işin faktiki hallarına əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19.02.2020-ci il tarixli 2(006)-897/2020 saylı qətnaməsi ilə “xxxx”ASC-nin üzərinə 12.03.2014-cü il tarixli, 1795 SBFFK nömrəli müqavilə barədə “xxxx” MMC-yə məlumat verilməsi öhdəliyi qoyulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə olan halda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən ”xxxx” ASC-nin Səbail filialı ilə iddiaçı arasında bağlanmış 1795SBFFK nömrəli kredit müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün İddiaçı adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensayanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka həvalə edilməlidir. Belə ki, həmin kredit müqaviləsinin mövcud olması və iddiaçı tərəfindən kreditin götürülməsi və ödənişlər etməsi həm kredit müqaviləsi, həm “xxxx” ASC-nin hesab üzrə çıxarış, məhkəmə qətnaməsi və digər sənədlərlə təsdiqlənir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının adının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya ödənilməli olan şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçının iddiası cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə hazırki iş üzrə qəbul edilmiş 17 iyun 2021-ci il tarixli qərardadla mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Həsən qızının adının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya ödənilməli olan şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-1206/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1206/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver