Məhkəmə qərarları › İş №2-1(112)-1206/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1206/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1206/2023 18.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “sosial müavinətin bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının dayandırılmış yaşa görə sosial müavinətinin xx.xx.2022-ci il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixinədək qüvvədə olan «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən 3 və daha çox uşaq dünyaya gətirib, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. O, 2019-cu ilin əvvəllərində yaşa görə sosial müavinətin təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Rayon şöbəsinə müraciət edərkən ona bildirilmişdir ki, İddiaçı adında aktiv VÖEN var. Məhz bu səbəbdən də yaşa görə sosial müavinəti təyin edə bilməyəcəklərini demişdirlər. Çünki sosial müavinət işləməyən, əmək pensiyası almaq hüququ olmayan şəxslər üçün nəzərdə tutulmuşdu. Bunun üçün ona adındakı aktiv VÖENin dondurulması məsləhət görülmüş və belə olan halda yaşa görə sosial müavinətin təyin olunacağı bildirilmişdir. Elə həmin vaxtlarda İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə onun adındakı aktiv VÖEN-in dondurulması üçün müraciət olunmuşdur. Müraciət qeydə alınmış və ona 1 ay müddətində VÖEN-in dondurulması barədə rəsmi sənəd veriləcəyi bildirilmişdir. Deyildiyi kimi 1 ay müddətində ona VÖEN-in dondurulması barədə rəsmi sənəd verilmişdir. İddiaçı həmin sənədi DSMF-nin Narimanov Rayon şöbəsinə təqdim etmiş və nəticədə ona qızına yaşa görə sosial müavinət təyin olunmuşdur. Lakin ona təyin olunmuş yaşa görə sosial müavinət DSMF tərəfindən xx.xx.2021 -ci il tarixindən dayandırılmışdır. Səbəb olaraq bildirilmişdir ki, İddiaçı adında 2017-ci ildən bəri aktiv olan VÖEN aşkar olunub. O bu məsələ ilə bağlı 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş və izah etmişdir ki, İddiaçı adındakı VÖEN hələ 2019-cu ildə yaşa görə sosial müavinət təyin olunmamışdan dondurulmuşdur. 4 saylı Bakı DOST Mərkəzindən ona məsləhət görülmüşdür ki, bununla bağlı o Vergi Xidmətindən detallı arayış alıb təqdim etməlidir. O da bununla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə müraciət etmişdir. Lakin vergi orqanı tərəfindən təqdim edilən detallı arayışda İddiaçı 2019-cu ildə VÖEN-inin dondurulması barədə müraciəti, habelə VÖEN-in dondurulmasına dair faktın təsdiq olunması öz əksini tapmamışdır. Hazırda İddiaçı adına olan VÖEN dondurulmuş vəziyyətdədir. Lakin DSMF bildirir ki, vergi orqanından onlara detallı arayış təqdim edilsin və arayışda VÖEN-in 2019-cu ildə dondurulması faktı təsdiq olunsun. Amma vergi orqanı detallı arayışda həmin faktı təsdiq etmir. Bütün bunlara baxmayaraq iddiaçının əlində həmin faktı təsdiq edən sübutlar var. DSMF tərəfindən iddiaçıya ünvanlanmış məktubda yazılır ki, «Xidməti yoxlama məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğunuz halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq sizə xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən sizə təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır.» İddiaçı yaşlı qadındır. Heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. İddiaçı şəxs 2019-cu ildə belə heç bir fəaliyyət ilə məşğul olmamışdır, işləməmişdir. Sadəcə adında aktiv VÖEN olub, o da 2019-cu ildə dondurulmuşdur. Lakin DSMF tərəfindən əsassız yerə iddiaçının yaşa görə sosial müavinəti dayandırılmışdır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaya etirazında bildirilmişdir ki, xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 4209.45 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ oimadıqda və işləmədikdə təyin edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 24 fevral 2022-ci il tarixli məktubuna əsasən iddiaçının xx.xx.2022-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2017-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəvicisi kimi qeydiyyatda olmuşdur. X7 Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı tərəfindən xx.xx.2019cu il tarixli vergi uçotunun ləğv edilməsi haqqında ərizənin verilməsi barədə məlumat müəyyən edilmişdir.Bu məktubun məzmunundan da yalnız iddiaçı tərəfindən xx.xx.2019cu il tarixdə vergi uçotunun ləğv edilməsi haqqında ərizə ilə müraciət edilməsi müəyyən edilir, həmin tarixə müvafiq prosedurun tamamlanması, yəni uçotun ləğv olunması yox. Belə ki, Vergi ödəyicisi uçotdan çıxarılanadək (VÖEN ləğv olunanadək) yerinə yetirilməli olan prosedurlar haqqında bildirişə əsasən xx.xx.2019-cu il tarixədək iddiaçının müvafiq öhdəlikləri olmuş və iddiaçı ləğvetmə proseduru çərçivəsində bu öhdəlikləri yerinə yetirməli idi. X7 Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasın vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə fəaliyyətin və digər vergi tutulan əməliyyatların dayandırılması barədə məlumat aşkar edilməmişdir. Hazırda da iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşma çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilib. Əlavə olaraq bildiririk ki, 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub. 8 vaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yasına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsindən vergi uçotunun dayandırılması haqqında rəsmi arayış təqdim edilməsinə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ 01,07.2021-ci il tarixdən 62 yaş 6 ay müəyyən edildiyindən və iddiaçı beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci tələbləri nəzərə alınaraq, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək xx.xx.2019-cu il tarixdən təyin olunmuş yaşa görə müavinətin (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün müavinət) dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nərimanov rayonu 4 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə göndərilmiş müavinət işinə dair sənədlərdən görünür ki: - Müavinət təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun 430 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə X2 xx.xx.2019-cu il tarixindən yaşa görə soail müavinət təyin olunmuşdur. - Sosial ödənişlər alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya təyin edilmiş sosial müavinət xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. - X3 xx.xx.2022-ci il tarixdə ərizə ilə 4 saylı Dost Mərkəzinə müraciət edərək yaşa görə sosial müavinətin bərpa edilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı tərəfindən X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1 -dən başlayaraq 2027-ci il iyulun 1 -dək hər il 6 ay artırılır). Qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilib. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Məlumat üçün bildiririk ki, xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən sizə xx.xx.2019-cu il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğunuz halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq sizə xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən sizə təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 4209.45 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsindən vergi uçotunun dayandırılması haqqında rəsmi arayış təqdim etməyinizə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən və beş ve daha çox uşaq doğub sekkiz yaşınadək tərbiyə etmədiyinizdən sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-ci maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin göndərdiyi xx.xx.2022-ci il tarixli, **********522500 nömrəli məktubuna əsasən bildirilir ki, vergi ödəyicilərinin uçotqeydiyyat məlumat bazasına əsasən X1 (VÖEN **********) xx.xx.2004-cü il tarixdən vergi orqanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə fəaliyyətin və digər vergi tutulan əməliyyatların dayandırılması barədə məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2013-cü və xx.xx.2019-cu il tarixlərdə “fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında" ərizə ilə vergi orqanına müraciət edilmişdir. Hal hazırda vergi ödəyicisinin vəziyyəti dayandırılmış vəziyyətdədir. Qeyd edirik ki, vergi orqanında olan uçot baza məlumatlarına əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üçün fiziki şəxs X3 tərəfindən vergi orqanına vergi hesabatları (bəyannamələri) təqdim edilmədiyindən dövriyyə məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin göndərdiyi xx.xx.2022-ci il tarixli, **********444800 nömrəli məktubunda bildirilmişdir ki, vergi ödəyicilərınin uçot-qeydiyyat məlumat bazasına əsasən İddiaçı (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2017-ci il tarixdə vaxti çatdığı üçün bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırılması, xx.xx.2019-cu il tarixdə "Fiziki şəxsin vergi uçotundan çıxarılması barədə" ərizə ilə müraciət etməsi barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Vergi ödəyicisinin bank hesablarında əməliyyatları barədə sorğu göndərilmişdir, lakin bankdan sorğu ilə əlaqədar rəsmi cavab daxil olmağı üçün vergi ödəyicisinin vergi qeydiyyatının ləğv edilməsi mümkün olmamışdır. Həmin məktuba xx.xx.2019-cu il tarixli “Fiziki şəxsin vergi uçotundan çıxarılması barədə” ərizənin surəti təqdim edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. İddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın bu növ iddia üzrə nəzərdə tutulmuş xüsusi mümkünlük şərti də ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. İşin hallarından görünür ki, X2 xx.xx.2019-cu il tarixdən “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara müavinət növündə yaşa görə müavinət təyin edilmişdir. İddiaçıya müavinətin ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Hazırkı iddiasında iddiaçı ona təyin edilmiş müavinətin dayandırıldığı tarixdən bərpasını tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. -67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Sadalanan normalara istinadən məhkəmə qeyd edir ki, inzibati orqanın cavabdehə yaşa görə müavinətin təyin edilməsini nəzərdə tutan qərarı əlverişli inzibati aktdır. Hazırkı iş üzrə də iddiaçıya yaşa görə müavinətin təyin edilməsi haqqında əlverişli inzibati akt mövcuddur, o ləğv edilməmişdir. Başqa sözlə, qüvvədə əlverişli inzibati akt olduğu halda həmin inzibati akt ləğv edilmədən həmin əlverişli inzibati aktın nəticələrinin icrasından imtina edilməsi yolverilməzdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və yeni icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman nəzərə alınmalıdır ki, şəxsin sosial müavinət hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından sosial ümavinətlə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda, o cümlədən müavinətin ləğv olunması ilə bağlı hallarda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə müvafiq qurumlara sorğuların göndərilməsini təmin etmək vəzifəsi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Hazırkı müavinət işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı müavinətinin dayandırılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, müavinətin dayandırılmasına əsas verəcək hallar araşdırılmadan iddiaçı barəsində müavinət ödənişini dayandırılmışdır. Bundan əlavə, hazırkı işdən görünür ki, inzibati orqan iddiaçıya xx.xx.2019-cu il tarixdən təyin edilmiş müavinət ödənişinin xx.xx.2021-ci il tarixindən dayandırılmasını iddiaçının xx.xx.2017-xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi olması ilə əsaslandırır. Halbuki, iddiaçının icraat zamanı inzibati orqana təqdim etdiyi arayışlarda, eləcə də məhkəmənin sorğusu ilə əldə edilmiş cavab məktublarında iddiaçının həmin dövrdə aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu sübut olunmur. Belə ki, iddiaçı vergi ödəyicisi kimi (VÖEN **********) xx.xx.2004-cü il tarixdə uçota alınmış, fəaliyyəti xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılmış, fəaliyyəti yalnız vaxtı çatdığı üçün xx.xx.2017-ci il tarixdə bərpa olunmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırılmışdır. xx.xx.2019-cu il tarixli qərarla sosial müavinət təyin edilməzdən öncə iddiaçı xx.xx.2019-cu il tarixdə vergi orqanına "Fiziki şəxsin vergi uçotundan çıxarılması barədə" ərizə ilə mürciət etmiş, lakin vergi orqanı vergi ödəyicisinin bank hesablarında əməliyyatları barədə sorğu ilə əlaqədar rəsmi cavab daxil olmadığı səbəbi ilə vergi ödəyicisinin vergi qeydiyyatını ləğv etməmişdir. Başqa sözlə, iddiaçı sosial müavinət alması üçün qanunla üzərinə düşən vəzifəni icra edərək vergi uçotundan çıxarılma barədə ərizə verdiyi halda vergi orqanı vergi uçotunu ləğv etməmiş, eyni zamanda cavabdeh sosial müdafiə orqanı isə həmin vaxtı iddiaçının vergi uçotunun aktiv olmaması və ya ləğv edilməsi ilə bağlı vergi orqanından dəqiqləşmə aparmadan sosial müavinət təyin etmiş, hazırda isə 2019-cu il tarixli vəziyyəti qiymətləndirərək təyin edilmiş sosial müavinətin ödənişini dayandırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın lazımı dəqiqləşmə aparmaması və ya vəzifələrini vaxtında icra etməməsinin mənfi nəticələri iddiaçını sosial müavinət almaq hüququndan məhrum etməməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, vergi orqanının da verdiyi məlumata əsasən iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi hesabatları (bəyannamələri) təqdim edilməmiş, dövriyyə məbləği də müəyyən edilməmişdir. Beləliklə, iddiaçının adına olan vergi uçotu yalnız 2017-ci ildə vaxtı çatdığı üçün avtomatlaşdırılmış qaydada bərpa olunmuş, sosial müavinət aldığı ərəfədə iddiaçı vergi uçotundan çıxarılma ilə bağlı müraciət etmiş, iddiaçıdan asılı olmayan səbəblərdən vergi uçotu ləğv edilməmiş, bu barədə iddiaçının məlumatı olmamışdır ki, qeyd edilən ərizədən sonrakı vergi hesabatları dövrlərində hər hansı bəyannamə təqdim etməmiş, sosial müvinət aldığı dövrlər üzrə iddiaçının ümumiyyətlə vergi dövriyyəsi olmamış, iddiaçı barəsində hər hansı vergi məsuliyyəti barədə qərar qəbul edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqan iddiaçının sosial müavinətini dayandırmazdan öncə müavinətin dayandırılmasına əsas verə biləcək halları müvafiq sorğular verməklə araşdırmamış və yaxud iddiaçının iştirakını bilavasitə təmin etməklə qeyd edilən hallara aydınlıq gətiməyə təşəbbüs göstərməmiş, bilavasitə iddiaçının vergi uçotunun olmasına istinad edərək iddiaçını xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən qazanılmış müavinət almaq hüququndan məhrum etmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2019-cu il tarixdən təyin olunmuş yaşa görə müavinətin (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün müavinət) dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən təyin olunmuş yaşa görə müavinətin (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün müavinət) dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar