Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12065/2022 05.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X12 Birgə cavabdehlər X13 və X5 etibarnamə əsasında nümayəndələri (qardaşı) Cavabdeh iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin birgə cavabdehlər X13 və X7 qarşı “kompensasiya ödənilməklə tikili və qurğuların sökülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti iddia ərizəsi ilə məhəməyə müraciət edərək Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, Cavabdeh sahibliyində və istifadəsində olan sahədə tikili və qurğuların sökülərək ərazinin boşaldılması barədə qərar qəbul edilməsini tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 5 nömrəli Qərarına əsasən Bakı Şəhər icra Hakimiyyəti başçısının tabeliyində “X18” publik hüquqi şəxs yaradılmış və Azərbaycan Milli Elmlər X4 Bağının mövcud ərazisi “X18” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən X14 müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "X14 ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında" sərəncamına əsasən işlərin həyata keçirilməsi məqsədi ilə vəsait ayrılmışdır. Qeyd olunanların icrasını təmin etmək üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında abadlıq, yenidənqurma və tikinti işlərinə başlanılmış, hazırda da davam etdirilməkdədir. X18 mühüm təbiət abidəsi kimi, ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rola malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət etdiyindən yöndəmsiz tikililərin və qurğuların sökülməsi, həmçinin pərakəndə fəaliyyət göstərən ictimai iaşə obyektlərinin dayandırılması və sökülərək ərazinin boşaldılması zərurəti yaranmışdır. Bununla bağlı X14 ərazisində yerləşən, ictimai iaşə obyekti kimi fəaliyyət göstərən "Şəki” restoranının sahibi Cavabdeh aparılan işlərlə bağlı ərazinin boşaldılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ərazinin boşaldılmasından imtina etmişdir, yerində araşdırma aparılaraq həmin tikililərin şəhərsalma və tikinti normaları və qaydalarını pozmaqla tikilmiş bina kimi qiymətləndirmiş, şəhərin ümumi görünüşünə xələl gətirdiyinə görə cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi barədə təkrar xəbərdar olunmuşdur. Lakin, cavabdeh tikililərin sökülməsindən və ərazinin boşaldılmasından imtina etmişdir. Qeyd olunanları ümumiləşdirərək hesab edirik ki, qeyd olunan tikili və qurğular cavabdehin şəxsi vəsaiti hesabına sökülməli və ərazi boşaldılmalıdır. Azərbaycan Respublikası MM-nin246.1. maddəsində qeyd olunub bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.3. maddəsində qeyd olunub ki, torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə bildiriş təqdim etməlidir. Məlumat üçün bildirirk ki, tərəfimizdən cavabdehə qanuna uyğun olaraq bildiriş göndərilib. Azərbaycan Respublikası “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” qanunun 4.1.-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin qanunun 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərə əsasən hesab edilir ki, qeyd olunan tikili və qurğular cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi və ərazinin boşaldılması barədə qərar qəbul edilməlidir.
3. Cavabdeh məhkəmənin dəftərxanası vasitəsi ilə qarşılıqlı iddia ərizə təqdim edərək ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbini irəli sürmüşdür. Bakı şəhər İcra Hakimiyyəti ərizə təqdim edərək Cavabdeh əsl olan cavabdehlər X13 və X10 ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh onun əsl olan cavabdehlər X13 və X10 ilə əvəz olunmasını xahiş etmişdir. Daha sonra X13 və X10 qarşılıqlı iddia ərizəsi təqdim edərək ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbini irəli sürmüşdürlər.
4. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2004-cü il tarixli 4 nömrəli reyestr kitabında 002288 qeydiyyat nömrəli Şəhadətnaməyə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 40 ünvanında yerləşən 7 saylı pavilyon (avadanlıq) X2.
5. Cavabdeh bildirir ki, mərhus atasından miras qalmış əmlakdan bacıları X13 və X5 xerinə imtina etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi X13 və X8r və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar.
6. Qeyd edilənlərə əsasən, vəsatətlər təmin edilmiş, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh əsl olan ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X13 və X10 ilə əvəz edilmiş; ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh prosessual iştirakına xitam verimiş; ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X9 və X5 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən X14 hasarma bitişik ictimai iaşə obyekti kimi fəaliyyət göstərən “Şəki” restoranı mənim sahibliyimdə və istifadəmdədir. Nəbatət bağında aparılan işlərlə bağlı ərazinin boşaldılması barədə Cavabdeh yazılı və şifahi şəkildə ərazinin boşaldılması bardə bildirilmişdir. Lakin heç bir kompensasiya təklif edilməmiş və müvafiq razılaşma aparılmamışdır. Bundan başqa qeyd edilir ki, həmin tikililərin şəhərsalma və tikinti normalarım və qaydalarını pozmaqla tikilməsi, şəhərin ümumi görünüşünə xələl gətirməsi hər hansı müvafiq sənədlə və yaxud qərarla təsdiq olunmur. Belə ki, mübahisə predmeti olan tikili və qurğular Səbail rayon İcraiyyə Komitəsinin (26 Bakı Komissarı Rayon X11 İcraiyyə Komitəsinin) 24 oktyabr 1991-ci il tarixli 21/1093 saylı qərarı əsasında inşa edilmiş, sonradan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında xx.xx.2004-cü il tarixli 002288 nömrəli şəhadətnaməsinə əsasən mülkiyyətə verilmişdir. Qeyd olunanları ümumiləşdirərək hesab edir ki, mübahisə predmeti olan tikili və qurğuların yerləşdiyi torpaq sahəsinin alınması zərurəti yarandığı halda alan orqan tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq qanunvericiliyin tələblərinə müvafiq olaraq kompensasiya ödənilməklə cavabdehin şəxsi vəsaiti hesabına sökülə və ərazi boşaldıla bilər. Əmlakın bazar qiyməti 949.390 manat müəyyən edilərək təsdiq olunmuşdur, lakin hesab edilir ki, ödənilməli kompensasiya məbləği 1.123.000 manat olmalıdır.
8. Daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə protokola əsasən, Səbail rayonu, Badamdar şossesi, Mikayıl Müşviq küçəsində yerləşən Cavabdeh məxsus “Şəki” restoranının faktiki sahəsi 383 kv.m., köməkçi sahəsi 139,92 kv.m. olmaqla "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş bütün əlavələrlə birlikdə 949390 (doqquz yüz qırx doqquz min üç yüz doxsan) manat məbləğində qiymətləndirilmiş və həmin təklif Cavabdeh tərəfindən qəbul edilmişdir.
9. İddiaçı tərəfindən iddia tələbi Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 40 ünvanında yerləşən (Mikayıl Müşfiq 1) X13 və X1 və istifadəsində olan tikili və qurğuların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 949.390 manat məbləğində kompensasiya ödənilməklə sökülərək cavabdehlər tərəfindən ərazinin boşaldılması barədə qərar qəbul edilməsi kimi dəyişdirilmişdir.
10. Birgə cavabdehlər tərəfindən verilmiş qarşılıqlı iddia geri götürülmüş, buna dair məhkəmə tərəfindən ayrıca qərardad qəbul edilmişdir. Odur ki, hazırkı baxışın predmeti ancaq dəyişdirilmiş tələb üzrə ilkin iddiadır.
11. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
12. Birgə cavabdehlərin nümayəndəsi qeyd edilən məbləğdə kompensasiya ödənilməklə tikili və qurğuların sökülməsinə etiraz etmədiyini bildirdi.
II. İddianın növü və mümkünlüyü
13. İddianın növü kompensasiya tələbi ilə bağlıdır.
14. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İPM-in 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
16. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh qismində çıxış edən şəxslərin müştərək hüquqi marağı olduğundan birgə cavabdeh qismində çıxış edə bilərlər.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. X18 mühüm təbiət abidəsi kimi, ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rola malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir. “X14 ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən, X14 müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25,0 (iyirmi beş) milyon manat ayrılmışdır.
19. X19 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
20. İş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdehlərin mərhum atası X6 dövlət əmlakın olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 40 ünvanında yerləşən 7 saylı pavilyon (avadanlıq) satılmış, buna dair ona şəhadətnamə verilmiş, hazırda onun qanun üzrə vərəsəlik hüququ haqqında şəhaətnaməyə əsasən varisləri birgə cavabdehlər X13 və X8r.
21. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərə məxsus “aktiv” kimi əmlak mövcuddur və iddiaçı tərəfindən kompensasiyanın ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilmişdir.
22. “X19 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
23. Hazırkı müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir (ikinci qayda).
24. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
25. Məhkəmə hesab edir ki, müdaxilə qanunidir (Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı mövcuddur) və qanuni məqsəd - X14 müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılması məqsədi daşımaqla cavabdehlərə ağlabatan və ədalətli məbləğdə kompensasiya təklif edilir. Odur ki, iddia tələbinin təmin edilməsinin faktiki şərləri mövcuddur.
26. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
27. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
28. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “kompensasiyanın ödənilməsi tələbinə” iddialarda da İPM-in 14.3-cü maddəsi tətbiq oluna bilər.
29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Birgə cavabdehlər X13 və X1 və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 40 ünvanında yerləşən (Mikayıl Müşfiq 1) tikili və qurğulara görə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 949.390 (doqquz yüz qırx doqquz min üç yüz doxsan) manat məbləğində kompensasiya ödənilməklə sökülsün. Ərazi birgə cavabdehlər tərəfindən boşaldılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva