Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12065/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Abıyevin sədrliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X5rşı “imtahan balının artırılması və s” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X8 imtahanının nəticələrinə dair sual kitabçasının verilməsinin və onun Azərbaycan dili fənni üzrə düzgün hesablanmamış balının artırılmasının cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, qızı-X12 bu il 9-cu sinifi birtirmişdir və bununla bağlı cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən buraxılış imtahanı vermişdir. Buraxılış imtahanı xx.xx.2023-cü il tarixdə baş tutmuşdur. Buraxılış imtahanının nəticələri elan edildikdə, məlum olmuşdur ki, qızı-X8 verdiyi Azərbaycan dilindən imtahanın nəticələri 70,6 balla qiymətləndirilmişdir. Azərbaycan dili fənni üzrə nəticələrdən narazı qaldıqları üçün tərəflərindən bununla bağlı cavabdeh Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə apellyasiya ərizəsi ilə müraciət olunmuşdur. Apellyasiya instansiyası müraciətinə 13 iyun 2023-cü ildə onlayn formada baxaraq, səthi yanaşmaqla müsbət nəticə verməmiş, ərizə üzrə rəsmi cavab da göndərilməmişdir. Bu səbəbdən 21 iyun 2023-cü il tarixdə də DİM-nin rəsmi ünvanına onlayın qaydada tərəflərindən müraciət ünvanlanmış, hətta övladı sual kitabçasına dair şübhəsiz olduğu üçün göndərilməsi xahiş olunmuş, lakin ona rəsmi cavab göndərilməmiş, yalnız 12 iyul 2023-cü il tarixdə DİM-nin 1653 nömrəli Qaynar xətti ilə əlaqə yaratdıqdan sonra cavablar Şölə Kərimlinin şəxsi kabinetinə yerləşdirilsə də, sual kitabçası yenə də təqdim edilməmişdir. X3ynar xəttinə dəfələrlə zəng edərək qeyd olunan halları bildirdikdə isə bildirilmişdir ki, “bu işlə bağlı məhkəmə qərarı təqdim edilsin, onun əsasında məsələyə münasibət bildirsinlər, sual kitabçasını təqdim etsinlər”. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etirazı) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi X4 izahat verərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AA ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1987-ci ildə Xaçmaz rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. AZE seriyalı 12469186 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X1 şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdehin nümayəndəsi hazırki işin aidiyyəti üzrə Sumayıt İnzibati Məhkəməsinə göndərilməsi məsələsinin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. İPM-nin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 8.1.2, 8.5 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası X5rşı “imtahan balının artırılması və s” tələbinə dair 2-1(112)-12065/2023 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-12065/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12065/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver