Məhkəmə qərarları › İş №2-1(112)-1207/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1207/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1207/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı firmasının nümayəndəsi X4, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı firmasının cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı firması cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 xx xxxxxx 2018-ci il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı firması qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra vergi ödəyicisi kimi qeydiyyata duraraq fəaliyyət göstərir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X3 tərəfindən xx.xx.2018-ci il tarixli “Tələbin icraya yönləndirilməsi haqqında” qərar qəbul edilmiş və qərar icra olunması üçün Xəzər rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Həmin qərarda İddiaçı firması tərəfindən 62.095,43 əsas, 120 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 62.215,43 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Vergilər Nazirliyi yanında X1 xx.xx.2015-ci il tarixli, **********967200 nömrəli qərarları xx.xx.2018-ci il tarixdən icraya yönləndirilməsi qərara alınmışdır. Vergilər Nazirliyi yanında X1 “Vergilərin hesablanması barədə” xx.xx.2015-ci il tarixli **********937200 nömrəli qərarı ilə İddiaçı firmasına vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 188,80 manat məbləğində vergi borcu müəyyən edilmişdir. Həmin qərar əsasında İddiaçı firmasına 188,80 manat vergi borcu hesablanmasına baxmayaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X3 tərəfindən həmin qərar əsasında 62.095,43 əsas və 120 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 62.215,43 manat vergi borcu hesablanmış və icraya yönləndirilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X3 tərəfindən 62.095,43 əsas və 120 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 62.215,43 manat vergi borcunun hesablanması qanunsuz və əsassız olduğundan, həmin borc silinməli və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X1 xx.xx.2018-ci il tarixli “Tələbin icraya yönləndirilməsi haqqında” qərarı ləğv edilməlidir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki,vergi ödəyicisinin şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixə vergilər üzrə 59.160,87 manat, maliyyə sanksiyası üzrə 120 manat, faiz üzrə 452,68 manat, ümumilikdə 59.733,55 vergi borcu mövcuddur.İddiaçının şəxsi vərəqəsindəki vergi borcunun əsas hissəsi, yəni 50.746,16 manat hissəsi vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2014-cü ilin may ayı üzrə ƏDV bəyannaməsinin əsasında yaranmış vergi borcudur. İddiaçı tərəfindən özü verdiyi hesabat üzrə yaranmış vergi borcunun silinməsi tələbi əsassızdır.Cavabdeh tərəfindən vergi ödəyicisinin dövlət büdcəsi qarşısında yaranmış vergi öhdəliklərinin tələb edilməsi istiqamətində “Tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edilmişdir. “Tələbin icraya yönəldilməsi haqqında” qərarın qəbul edilməsi vergi ödəyicisinin dövlət büdcəsi qarşısında olan vergi öhdəliklərindən icrası məqsədi ilə qəbul edilmiş icra sənədi olduğundan, onun ləğv edilməsi yaranmış vergi borcunun silinməsi anlamına gəlmir. Qeyd olunan hüquq normalarına və faktlara əsaslanaraq, İddiaçı firması tərəfindən irəli sürülmüş iddia tələbləri əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı firmasının nümayəndəsi X6 iddia tələbində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı firması xx xxxxxx 1997-ci ildə qeydiyyata alınmış və ona ********** №-li VÖEN Şəhadətnamə verilmişdir. Vergilərin hesablanması barədə **********937200 №-li xx xxxx 2015-ci il tarixli qərardan görünür ki, İddiaçı firmasına vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi borcu 188,80 manat təşkil edilmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 xx xxxxxx 2018-ci il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” qərarı ilə İddiaçı firması tərəfindən 62.095,43 əsas, 0,00 manat faiz, 120 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 62.215,43 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Vergilər Nazirlliyi yanında Bakı şəhəri X1 xx.xx.2015-ci il tarixli **********937200 nömrəli qərarları xx.xx.2018-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilən “Tələbin icraya yönəldilməsi haqqında” qərar Qanuna əsasən akt hesab olunur. Həmin aktın, inzibati akt olubolmamasının aydınlaşdırılması üçün, sözügedən akt özündə inzibati akta məxsus xüsuslarının məcmusunu təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; -Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; -Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; -Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; -Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; -Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən tərtib olunan “qərar” yuxarıda sadalanan əlamətlərin hamısına malikdir. Sözügedən Vergi orqanı tərəfindən tərtib olunan qərar özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmışdır. Məhkəmənin qənaətinə görə, “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində birbaşa ifadə olunmasa da, həmin Qanunun məzmunundan, eləcə də “İnzibati aktların icra edilməsi” adlanan Vİİİ fəslindəki normalarından inzibati aktın digər bir əlaməti- “İcra edilməli olması” əlaməti müəyyən edilir. Belə ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. Birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan, aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Odur ki, həmin qərar ilə iddiaçının bank hesablarına məhdudiyyət qoyulmuş və hüquqları məhdudlaşdırılmışdır, bu səbəbdən Məhkəmə hesab edir ki, “Tələbin icraya yönəldilməsi haqqında” qərar inzibati akt olduğundan, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İşin faktiki hallarına nəzar yetirilsə görünür ki, cavabdeh orqan tərəfindən xx xxxx 2015-ci il tarixdə kameral vergi yoxlaması aparılmış, iddiaçıya vergi orqanı tərəfindən aparılmış yoxlama nəticəsində 188,80 manat məbləğində vergi borcu müəyyən edilmişdir. Cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edilmiş və qərar icra olunması üçün Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin qərarda iddiaçı tərəfindən 62.095,43 manat əsas, 0 manat faiz, 120 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 62.215,43 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkarın xx xxxx 2015-ci il tarixli **********937200 saylı qərarı xx xxxxxx 2018-ci il tarixdən icraya yönəlmişdir. İddiaçı “Tələbin icraya yönəldilməsi haqqında” qərar ilə razılaşmayaraq və səhv olduğunu bildirərək, həmin qərarın ləğv edilməsi tələbi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə qeyd etmək istəyir ki, göründüyü kimi iddiaçı sözügedən qərarın tam ləğvini istəyir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfındən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfındən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfındən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərin nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları( aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Məhkəmə araşdırılma apararaq müəyyən etmişdir ki, cavabdeh orqan tərəfindən yoxlama apardıqdan sonra xx xxxx 2015-ci il tarixli **********937200 nömrəli vergilərin hesablanması barədə qərarda yalnız 188,80 manat kameral borcu təyin edilmiş, “Tələbin icraya yönəldilməsi haqqında” qərarda isə xx xxxx 2015-ci il tarixli **********937200 nömrəli qərarın icraya yönəldilməsi və 62.215,43 manat vergi, faiz və maliyyə sanksiyasının tutulması qeyd edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi qanunvericliyin tələbinə görə cavabdehin üzərinə qoyulmuşdur. Lakin cavabdeh inzibati orqan iddiaçıdan 62.215,43 manat vergi, faiz və maliyyə sanksiyasının həmin qərarla tutulması halını və nə əsasla yazıldığını, xx xxxx 2015-ci il tarixli **********937200 nömrəli qərardan başqa hansı qərarların icraya yönəldiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 57.1-ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. - 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-ci maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən iddiaçıya “Tələbin icraya yönəldilməsi haqqında” qərar tərtib edilərkən inzibati icraat düzgün aparılmamış, inzibati aktın məzmunu ilə bağlı qaydalara əməl edilməmişdir ki, bu da özü-özlüyündə həmin qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Qeyd edilən halların mövcudluğunu sübut etmək yükünü inzibati orqan daşıyır. Lakin, cavabdeh qeyd edilən halların mövcudluğunu sübut edə bilməmiş, məhkəmə araşdırması zamanı müdaxilənin zəruriliyini təsdiq edən hallar müəyyən olunmamışdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin üçüncü abzasına əsasən vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanın üzərinə düşür.Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Tələbin icraya yönəldilməsi” barədə xx.xx.2018-ci il tarixli qərar kameral vergi yoxlaması nəticəsində 188 manat verginin hesablanması barədə xx.xx.2015-ci il qərarın icraya yönəldilməsi hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı firmasının iddiası qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (əvvəlki Vergilər Nazirliyi yanında Bakı şəhəri X1) xx.xx.2018-ci il tarixli “Tələbinin icraya yönəldilmiş” haqqında qərarı kameral vergi yoxlaması nəticəsində 188 manat verginin hesablanması barədə xx.xx.2015-ci il qərarın icraya yönəldilməsi hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar