Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1207/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiаçı İddiaçı cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı məhkəmə qərarı il təsdiq olunmuş iş dövrünü əmək kitabçasında olan dövr ilə nəzərə alaraq onun 65 yaşdan yaşa görə əmək pensiya hüququnu yarandığını iddia edir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina əsası kimi iddiaçının ümumi iş stajının toplanmamasına və qiyabi təhsil müddətinin ümumi sığorta stajına daxil edilməməsinə əsaslanmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi iddiaçının təqdim etdiyi əmək kitabçasına, diploma və arayışa əsasən onun ümumi sığorta stajı tələb olunan müddətdən azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan başqa, Sumqayıt Dövlət Texniki Kollecinin arxiv arayışına əsasən iddiaçı qiyabi təhsil şöbəsini bitirdiyinə görə təhsil müddəti sığorta stajına daxil edilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, İddiaçı xidmət müddəti barədə hazırda Xidmətin Kəlbəcər rayon şöbəsində heç bir rəsmi sənəd yoxdur. İddiaçının hərbi xidmətdə olduğunu təsdiq edən əsas sənədhərbi bilet olmadığından və SXHÇDX-nın müvafiq şöbəsi tərəfindən verilmiş arayış rəsmi sənədlər əsasında deyil, iddiaçının öz sözlərinə əsasən tərtib edildiyindən iddiaçının hərbi xidmət müddətinin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin, əmək kitabçasındaki qeydlərə əsasən iddiaçının 07.07.1994-cü il tarixdən 30.04.1996-cı il tarixədək işlədiyi “Ağdərə”kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün araşdırılmamış və həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşdan əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, imtina məktubunun və yazılı etirazın məzmunundan görünür ki, cavabdeh imtina üçün iki halı əsas götürmüşdür:
1. Ümumi iş stajının 25 ildən az olması;
2. Fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının tələb olunan pensiya kapitalından az olmasıdır. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən 1-ci və 2-ci əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və 15.03.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə iddiaçının yaşa görə əmək pensiyasının hüququnun yaranmamasının əsaslarına ayrı-ayrılıqda münasibət bildirir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsini aşağdaki əsaslar ilə əlaqələndirmişdir: İddiaçının 07.07.1994-cü il tarixdən 30.04.1996-cı il tarixədək işlədiyi “Ağdərə”kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanılmaması; (1) İddiaçının hərbi xidmətdə olduğunu təsdiq edən əsas sənəd-hərbi biletin olmaması; (2) İddiaçının qiyabi təhsil müddətinin sığorta stajına daxil edilməməsidir.(3) Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan əmək kitabçalarına nəzər yetirdikdə məlum olur ki, iddiaçı: -28.08.1978-ci il tarixdə Kəlbəcər elektrik şəbəkəsi Mex.və nəqliyyata çilingər peşəsinə qəbul edilmiş, 06.07.1983-cü il tarixdə kadrlar üzrə baş müfəttiş keçirilmiş, 20.01.1992-ci il tarixdə Kəlbəcər el.Şəbəkəsinə direktorun köməkçisi vəzifəsinə keçirilmiş və 24.11.1992-ci il tarixdə işdən azad edilmiş; (14 il 02 ay 27 gün) -24.11.1992-ci il tarixdən 05.07.1994-cü il tarixədək Kəlbəcər rayon təsərrüfat hesablı avtoqaraja rəis vəzifəsində işləmiş; (01 il 07 ay 12 gün) -07.07.1994-cü il tarixdən 30.04.1996-cı il tarixədək “Ağdərə” kiçik müəssisəsində direktor müavini işləmiş; (01 il 09 ay 24 gün) -03.05.1996-cı il tarixdənn 01.02.1999-cu il tarixədək Kəlbəcər elektrik şəbəkəsində direktor; (02 il 08 ay 29 gün) -02.02.1999-cu il tarixdən 31.05.1999-cu il tarixədək Gəncə elektrik şəbəkəsi Daşkəsən şəbəkə rayonunda rəis; (04 ay) -13.07.1999-cu il tarixdən 15.09.2000-cı il tarixədək Gəncə elektrik şəbəkəsi Daşkəsən şəbəkəsində rəis; (01 il 02 ay 03 gün) -29.04.2020-ci il tarixdn 01.07.2020-ci il tarixədək DOST X1 rayonunda köməkçi işləmişdir. (02 ay 03 gün) Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının yalnız əmək kitabçasında əks olunan dövrləri nəzərə alsaq iddiaçının 65 yaşı tamam olduğu tarixədək ümumi iş stajı 22 il 01 ay 07 gün (28.08.1978-05.07.1994; 07.07.1994-30.04.1996; 03.05.1996-01.02.1999; 02.02.1999- 31.05.1999; 13.07.1999-15.09.2000; 29.04.2020-01.07.2020) təşkil edir. Nəzərə alınmalıdır ki, cavabdeh əmək kitabçasında əks olunan 07.07.1994-cü il tarixdən 30.04.1996-cı il tarixədək olan dövrü mübahisələndirir və bu halı onunla əsaslandırır ki, “Ağdərə” kiçik müəssisəsinin faktiki və arxiv sənədləri təqdim edilmədiyindən həmin dövrlərin araşdırılması mümkün deyildir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı (1994- 1996-ci illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın 01.01.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 01.01.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçının işlədiyi “Ağdərə” kiçik müəssisəsi ilə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, 30.03.2021-ci il tarixli qərarı) Doğrudur ki, məhkəmə araşdırılması zamanı ünvanlanmış sorğulara cavab məktublarından “Ağdərə” kiçik müəssisəsinin vergi ödəyicisi kimi Ərazi Vergilər İdarəsində vergi uçotuna alınması, dövlət əmlakının Reyestrinə heç bir məlumatın olmaması, həmin müəssisənin adına qeydiyyatdan keçirilmiş daşınmaz əmlak barədə məlumatın aşkar edilməməsi müəyyən edilmiş, müəssisənin arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilməməsi aşkar olunmuşdur. Müəssisənin mövcudluğu ilə bağlı yeganə əsas Dövlət Statistika Komitəsi tərəfindən verilmiş soğruya cavab məktubu çıxış edir. Belə ki, həmin məktubda “Ağdərə” kiçik müəssisəsinin 22 yanvar 1998-ci il tarixlərində qeydiyyata alınması, lakin qeydiyyat tarixdən hal-hazıradək müəssisəyə dair hər hansı əlavə məlumatın mövcud olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən dövr bilavasitə köhnə dövrləri əhatə etdiyindən, həmçinin həmin dövrün ümumi iş stajına daxil edilməsi məhz əmək kitabçası əsasında həyata keçirildiyindən və ən əsası formalaşmış məhkəmə təcrübəsi bu növ mübahisələrdə müəssisənin aşkar olunmadığı təqdirdə pensiyaçının ümumi iş stajını əmək kitabçasında olan dövr əsasında müəyyən etdiyindən, onun 07.07.1994-cü il tarixdən 30.04.1996-cı il tarixədək “Ağdərə” kiçik müəssisəsində işlədiyi müddət sığorta stajına daxil edilməlidir. Cavabdehin ümumi iş stajının ödənilməməsi ilə bağlı digər imtina əsası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon Bölməsinin arayışında əks olunan məlumatı təsdiq edən sənədin olmamasıdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, təkzib olunmaz haldır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon Bölməsi 14.04.2021-ci il tarixli arayışda İddiaçı öz sözlərinə əsasən 1976-cı il iyul ayından 1978-ci ilin avqust ayınadək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə olmasını əks etdirən məlumatı əks etdirmişdir. Halbuki, iddiaçının həqiqətən həmin dövrlərdə hərbi xidmətdə olmasını təsdiq edən dəqiq və konkret məlumat olmalıdır. Bununla bağlı aparılmış araşdırma zamanı təqdim olunnuş Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv filialının arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N №-li hərbi hissəsinin əmrləri ilə 03.06.1976-cı il tarixdən 03.05.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Bu müddət ümumilikdə 01 il 11 ay 01 gün təşkil edir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv filialı tərəfindən təqdim olunmuş arxiv arayışının mötəbərliyini yoxlamaq və ya arxiv arayışında əks olunan məlumatları təsdiq edən sənədlərin təqdim edilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilməsinə zərurət yaranmamışdır. Belə ki, iddiaçının hərbi xidmət müddətdi ümumi iş stajı ilə birgə cəmləndikdə belə onun 65 yaşı tamam olduğu vaxta ümumi iş stajı 25 ildən az (24 il 08 gün) təşkil edir. Məhkəmə qeyd etmək istəyir ki, hazırki mübahisə üzrə iddiaçının ümumi iş stajının ödənilməməsinin əsası onun təhsil müddətinin ümumi iş stajına daxil edilməməsi ilə bağlıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəznində Sumqayıt Dövlət Texniki Kolleci tərəfindən verilmiş arxiv arayışında İddiaçı 22.08.1975-ci il tarixdən 10.09.1979-cu il tarixədək “Kimya zavodlarının avadanlığı” ixtisası üzrə əyani təhsil almış, 10.09.1979-cu il tarixdən (2-ci kursdan) 06.07.1982-ci il tarixədək həmi ixtisas üzrə qiyabi formada Sumqayıt Kimya Texnologiya Texnikumunu bitirmişdir. Göründüyü kimi iddiaçının təhsil müddətinin bir hissəsi əyani (1-ci kurs), digər hissəsi isə qiyabi formada (2-ci kursdan başlayaraq) olmuşdur. İddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmamasıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilə bilər. Belə ki, 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq vətəndaşların ali təhsil müəssisələrində bütün formalarda (qiyabi və axşam təhsili) deyil, yalnız istehsalatdan ayrılmaqla aldıqları əyani təhsil müddətləri onların sosial sığorta stajına daxil edilir. Belə ki, qiyabi və axşam təhsili alan vətəndaşlar idarə və müəssisələrdə əsas iş yerlərində çalışmaqla öz əmək funksiyalarını yerinə yetirir və onların sessiya imtahanlar dövründə işdə olmadıqları müddət üçün əmək haqları saxlanmaqla bu müddət də onların iş stajına hesablanırdı, bu təhsil forması əyani təhsil müddətindən bir il artıq olurdu. Hazırkı işin materiallarından da göründüyü kimi, iddiaçı təhsil müddətinin yalnız birinci ilini (22.08.1975-iyun 1976) əyani formada, ikinci kursdan (10.09.1979-06.07.1982) etibarən isə qiyabi formada Sumqayıt Dövlət Texniki Kollecində təhsil almış, beləliklə o, həmin kollecdə bilavasitə istehsalatdan ayrılmadan 10.09.1979-06.07.1982-cı illərdə qiyabi şöbəsində təhsil almışdır ki, vaxtilə qüvvədə olmuş qanunvericiliyə əsasən qiyabi formada, yaxud axşam şöbəsində alınmış təhsil müddətləri sığorta stajına daxil edilə bilməz. Bundan əlavə iş materiallarındakı iddiaçıya məxsus əmək kitabçasından onun 28.08.1978-cı il tarixdən (təhsil aldığı dövrdə) bilavasitə əmək fəaliyyəti ilə məşğul olduğu, müxtəlif işlərdə və müəssisələrdə çalışdığı təsdiq edilir ki, həmin dövrlər də iddiaçının sığorta stajına daxil edilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 564/2019 saylı iş üzrə qəbul etdiyi 27.02.2019 -cU il tarixli qərarında qeyd edilmişdir ki, “Əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq vətəndaşların ali təhsil müəssisələrində bütün formalarda (qiyabi və axşam təhsili) deyil, yalnız istehsalatdan ayrılmaqla aldıqları əyani təhsil müddətləri onların sosial sığorta stajına daxil edilir. Belə ki, qiyabi və axşam təhsili alan vətəndaşlar idarə və müəssisələrdə əsas iş yerlərində çalışmaqla öz əmək funksiyalarını yerinə yetirir və onların sessiya imtahanlar dövründə işdə olmadıqları müddət üçün əmək haqları saxlanmaqla bu müddət də onların iş stajına hesablanırdı, bu təhsil forması əyani təhsil müddətindən bir il artıq olurdu.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 188/2020 saylı iş üzrə qəbul etdiyi 15.01.2020-ci il tarixli digər bir qərarında da qeyd etmişdir ki, İşə baxmış məhkəmələr isə işin qeyd edilən hallarına əhəmiyyət verməmiş, iddiaçının əyani yaxud qiyabi formada təhsil aldığını dəqiqləşdirməmiş, istehsalatdan ayrılmadan qiyabi təhsil aldığı halda bu illərin onun sosial sığorta stajına daxil edilə bilmədiyini nəzərə almamışlar, həmçinin bu illər nəzərə alınmadan ona yaşa görə əmək pensiyası təyin edilməsinin mümkünlüyünü müzakirə etməmişlər. Göründüyü kimi oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, əgər vətəndaşın təhsil aldığı müddət qiyabi və ya axşam təhsili formasında həyata keçirilərsə və bu müddət ərzində onun idarə, müəssisələrdə əsas iş yerlərində çalışmaqla öz əmək funksiyalarını yerinə yetirilməsi aşkar olunarsa, bu zaman həmin təhsil müddətinin sığorta stajına daxil edilməsi istisna olunur. Nəzərə alınmalıdır ki, yalnız zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə münasibətdə qiyabi və ya axşam təhsil formasının xüsusi mexanizm əsasında sığorta stajına daxil olması təsbit olunmuşdur. Belə ki, Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli Qərarının 1-ci hissəsində qeyd olunmuşdur ki, zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Bəhs edilən normanın məzmununa görə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə götürülməzdən əvvəl ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həmin şəxslərin əhatə dairəsi düşmədiyindən, ona münasibətdə qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtının bir ili altı ay sayılmaqla hesablanması mümkün deyildir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının Sumqayıt Dövlət Texniki Kollecində yalnız əyani təhsil aldığı müddət sığorta stajına (22.08.1975-iyun 1976) daxil edilməli, 2-ci kursdan bərpa olunduğu 10.09.1979-06.07.1982-cı illərdə qiyabi şöbəsində aldığı təhsil əsas iş yerində çalışması səbəbi ilə ümumi sığorta stajına daxil edilməməlidir. Beləliklə iddiaçının təhsil müddəti 09 ay 10 gün (22.08.1975-01.06.1976) təşkil edir. Qeyd olunanlara əsasən iddiaçının əmək fəaliyyəti, hərbi xidmətə olduğu müddət və təhsil müddəti nəzərə alındıqda, onun ümumi iş stajı 25 ildən (24 il 08 gün+09 ay 10 gün = 24 il 09 ay 18 gün) az təşkil edir. Belə olan halda iddiaçının yaşa görə əmək pensiya hüququnun yaranması üçün ümumi iş stajı ilə bağlı şərt ödənilməmişdir. Məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı əsasında yaşa görə əmək pensiya hüququnun yaranıb-yaranmamasını müəyyən etmək zərurətinin yarandığını bildirir və bu hissədə qiymətləndirməni aşağıda göstərilən qanunvericiliyin və normativ hüquqi aktların tələbləri əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasənBu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 6-1-ci maddəsinin 24 dekabr 2021-ci il tarixədək olan redaksiyasında deyilirdi ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 28.800 manat təşkil etməlidir. Məhkəmə mübahisənin 15 mart 2021-ci il tarixədək (minimum məbləğin 240 manat olmasına qədər) yarandığını əsas gətirərək bu nəticəyə gəlmiş və hesablama qaydasını gözlənin pensiya ödənişi müddətini və minimum əmək pensiyası məbləğini əsas götürmüşdür. Hesablama qaydası: 144 ay (gözlənilən pensiya ödənişi müddəti ) x 200 manat (minimum pensiya məbləği) = 28.800 manat İddiaçinin ümumiyyətlə işlədiyi dövrdə topladığı pensiya kapitalının müəyyən edilməsi üçün isə məhkəmə, aşağıda göstərilən qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. -10.4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. -27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan 27.1-ci maddəsinin tələbindən göründüyü kimi, 1 iyul 2017-ci il tarixdə bu Qanuna edilən dəyişiklikdən sonra, fərdi hesabında pensiya kapitalı kimi aşağıdakılar qeyd alınır 1) 2006-cı ilə qədər ümumi stajın hər ili üçün 306 manatdan hesablanaraq şəxsin fərdi hesabında nəzərə alınır. 2) 01.01.2006-01.07.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı 80 faiz artırılmaqla fərdi hesabda qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 15-ci Misalına görə, Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. 4.2.3-ci yarımbəndinə görə, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir; 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın 01.01.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının 01.01.2017ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.
İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla İllər indeksinin illik səviyyəsi ilin əvvəlinə pensiya kapitalı 2006 8,3 8415,0 2007 16,7 9113,4 2008 20,8 10635,4 2009 1,5 12847,6 2010 5,7 13040,3 2011 7,9 13783,6 2012 1,1 14872,5 2013 2,4 15036,1 2014 1,4 15396,9 2015 4,0 15612,5 2016 12,4 16237,0 2017 18250,4
Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik 01.01.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2021-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır.Burada vətəndaşın 01.01.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. Belə olan halda, “Qaydalar”dakı cədvəldə göstərilən illər və bundan sonra 2017- 2021-ci illər üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, tətbiq olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla, iddiaçının 2006-cı ilə qədər ümumi stajının hər ilinə görə 306 manatdan olmaqla, toplamış olduğu 7.588,59 manat (24x306+306/12x.9+306/365x18) məbləğində pensiya kapitalı, onun pensiya yaş həddinə çatdığı 2021-ci ilə kimi aşağıdakı məbləğlərdə indeksləşdirilir:
İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla ilin İllər indeksinin illik əvvəlinə pensiya kapitalı səviyyəsi 2006 8,3 8.218,44 =(7.588,59+7.588,59*8,3%) 2007 16,7 9.590,92 =(8.218,44+8.218,44*16,7%) 2008 20,8 11.585,83 =(9.590,92+9.590,92*20,8%) 2009 1,5 11.759,62 =(11.585,83+11.585,83*1,5%) 2010 5,7 12.429,92 =(11.759,62+11.759,62*5,7%) 2011 7,9 13.411,88 =(12.429,92+12.429,92*7,9%) 2012 1,1 13.559,41 =(13.411,88+13.411,88*1,1%) 2013 2,4 13.884,84 =(13.559,41+13.559,41*2,4%) 2014 1,4 14.079,23 =(13.884,84+ 13.884,84*1,4%) 2015 4,0 14.642,40 =(14.079,23+14.079,23*4%) 2016 12,4 16.458,06=(14.642,40+14.642,40*12,4%) 2017 12,9 18.581,15 =(16.458,06+16.458,06*12,9%) 2018 2,3 19.008,52 =(18.581,15+18.581,15*2,3%) 2019 2,6 19.502,74 =(19.008,52+19.008,52*2,6%) 01.01.2020 2,6 20.009,81 =(19.502,74 +19.502,74*2,6%) 31.12.2020 2,8 20.570,08 =(20.009,81+20.009,81*2,8%) 01.01.2021 12 23.038,49 =(20.570,08+20.570,08*12%) 31.12.2021 6,7 24.582,07 =(23.038,49+23.038,49*6,7%) 01.01.2022 12,1 27.556,50=(24.582,07+24.582,07*12,1%)
İddiaçının 65 yaş həddi 2021-ci ilin mart ayında tamam olur. Belə olan halda, onun 01.01 2006-cı ilə qədər ümumi stajına görə “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə müvafiq olaraq 01.01.2006-cı il tarixinə topladığı 7.588,59 manat məbləğində pensiya kapitalı, indeksləşdirməklə 2021-ci ilin əvvəlinə 23.038,49 manat təşkil edir (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatları üzrə cədvəldə qeyd olunan istehlak qiymətləri indeksinin illik səviyyəsini əks etdirən məlumatlar (hər ilin sonuna olan faizlər) hazırkı mərhələdə işə əlavə olunmuşdur). Qeyd olunmalıdır ki, iddiaçının 01.04.2020-ci il tarixdən 01.10.2020-ci il tarixədək toplanmış 118,35 manat pensiya kapitalı da nəzərə alınmalıdır. Belə olan halda, toplanmış pensiya kapitalı əsasında sığortaolunanın aylıq pensiya məbləğinin 160,81 ((23.038,49+118,35/144 ay) manat olması müəyyən edilir. Alınan həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində (əvvəlki redaksiyasında) nəzərdə tutulan məbləğdən (200 manatdan) azdır ki, bu da iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmadığına dəlalət edir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 28.800 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 5.643,16 manat fərq ilə 23.156,84 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan şərtin ödənilməməsini göstərir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, təkzib olunmazdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunvericiliyin normalarının və formalaşmış məhkəmə təcrübəsinə əsasən əgər şəxsin 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanarsa, bu zaman şəxsin stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyası təyin etmək hüquq olur. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə iddiaçı bu hüquqa da malik olmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı fərdi hesabının sığorta hissəsində 2020-ci ilin aprel ayından pensiya kapitalı qeydə alınmağa başlanmışdır. Göründüyü kimi iddiaçının pensiya kapitalı 01.07.2018-ci il tarixdən sonra qeydə alındığından, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiqi istisna olunur. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov