Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12073/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, X6 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR X2 Elmi- Tədqiqatı İnstitutu, X5rşı “AR Əmək Məcəlləsinin 15.12.3.4.5.6; 140.1; 143.2; 154.1;157.1.2.3; 172.5; 177.1.2.3.4.5.6 maddəsi və büdcə xərclərinin iqtisadi təsnifatına əlavə səh.96 210000, 211000; 211100; 211200; 211300; 211400; 212000 əməyin xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR X2 Elmi-Tədqiqatı İnstitutu, X5rşı AR Əmək Məcəlləsinin 15.12.3.4.5.6; 140.1; 143.2; 154.1;157.1.2.3; 172.5; 177.1.2.3.4.5.6 maddəsi və büdcə xərclərinin iqtisadi təsnifatına əlavə səh.96 210000, 211000; 211100; 211200; 211300; 211400; 212000 əməyin xərclərinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrrüfatı Nazirliyinin tabeliyində olan X1 Elmi-Tədqiqat İnstitutunda (KTİETİ) 1999- 2015-ci illəri əhatə edən dövr ərzində iqtisadiyyat və maliyyə məsələləri üzrə direktor müavini, 2015-ci il tarixdən 21 iyun 2018-ci il tarixədək dövr ərzində Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri-baş mühasib vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli 89 nömrəli Fərmanına əsasən, KTİETİ X9 X13 çevrilmişdir. ATM-in 21 iyun 2018-ci il tarixli 01 nömrəli əmrinə əsasən İnstitutun işçilərinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinin tələblərinə uyğun olaraq bağlanmış əmək müqavilələrinə üçüncü şəxs tərəfindən xitam verilmişdir. Həmin vaxt mən əmək qabiliyyətini (14.02-xx.xx.2018) müvəqqəti olaraq itirməklə qonşu dövlətdə, Təbriz şəhərində stasionar müalicədə olmuş, bu günə kimi ambulator müalicəsi davam edir. 2009-cu ildən şəkərli diabet xəstəsi olmaqla 2-ci dərəcə ağır formada əlildir. 2018-ci ildə KTİETİ-də şöbə müdiri işləyən zaman aylıq vəzifə maaşı - 563.00 (beş yüz altmış üç) manat həcmində, ATM-də isə 1875.00 (bir min səkkiz yüz yetmiş beş) manat həcmində olub. Sonra olan əmək haqqı artımları haqqında heç bir məlumatı yoxdur. 2017-ci ilin dekabr ayında büdcədən kənar hesab üzrə iddiaçıya hesablanmış 4373.62 (dörd min üç yüz yetmiş üç manat 62 qəpik) manat əmək haqqı 2017-ci ilin dördüncü rübün təqdim olunmuş Fərdi uçot hesabatında öz əksini tapmamışdır. Bu barədə Sosial sığoıta və Fərdi uçot üzrə Mərkəzi filiala müraciət etmişdir. İddiaçı kompüter vasitəsilə Fərdi uçot hesabımda hesablanmış əmək haqqım və sosial ödəniş barədə sosial arayış çıxarmış, 2017-ci ilin dekabr ayında 4373,62 manat əmək haqqı öz əksini tapmayıb. Kapital Bankdan xx.xx.2021-ci il tarixdə əmək haqqının ödəniş kartı üzrə çıxarış götürmüş, çıxarışa əsasən hesablanmış 4373.62 manat əmək haqqına qarşı xx.xx.2017-ci il tarixdə 3580.00 manat ödəniş olmuşdur. Necə olur ki, karta məvacib ödənilir, Fərdi uçot hesabında öz əksini tapmır. Bu dəlil rəsmi əyani sübutdur. Bu barədə, yəni dekabr 2017-ci ilin hesablanmış əmək haqqının Fərdi uçotda öz əksini tapmaması dəqiqləşdirilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə yəni işdən çıxarılan günə kimi ödənilən 1852.86 manat miqdarında xəstəlik vərəqəsi xərclərinin düzgün hesablanmamasma cavab olaraq bildirilir ki, AR Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli qərarına əsasən 1852.86 manat müavinət fonda geri qaytarılmalı və yenidən xəstəlik vərəqələri hesablanaraq dürüstləşdirmək mümkündür. İddiaçı isə aldığını qaytara bilməz, çünki faktiki haqqını ala bilmir. Bu barədə Fərdi uçot üzrə Mərkəzi Filiala üç məktubla müraciət edib üç cavab almışdır. Ancaq heç bir tədbir görülməyib. Eyni zamanda, 2018-ci ilin bülletendə olduğu dövrdə sosial arayışda göstərilən əmək ödənişi növləri 987.46 AZN məzuniyyət, İİİ- 2018-445.00 AZN xəstə olduğu üçün madddi yardım, İV-2018-332.90 AZN Novruz bayramı üçün mükafatdan, yəni iş günü olmayan ödənişlərdən ibarətdir. 2018-ci ildə X9 X14 tərəfindən hesablanmış və ödənilmiş məzuniyyət haqqının, xəstəlik vərəqələri xərclərinin, işdən çıxarılma müavinətinin düzgün hesablanmaması və işdən çıxarılan zaman xəstə olduğu vaxtların 81 günün xəstəlik vərəqələri xərclərinin, məcburi iş buraxma nəticəsində istifadə etmədiyi beş illik məzuniyyətin hesablanıb ödənilməməsi nəticəsində mövcud qanunvericiliyə əsasən 2-ci dərəcəli əlil şəkər xəstəsi olmaqla əmək hüquqları kobud şəkildə pozulmuşdur. 2017-ci ilin dekabr ayında büdcədən kənar hesab üzrə mənə hesablanmış 4373.62 manat əmək haqqı, Fərdi uçot hesabatında öz əksini tapmamış və sosial arayışda qeydə alınmamışdır. Bu hesablandıqda (4373.62 x 25%=1093.40 : 72) - 15.18 manat pensiya deməkdir. - xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci ilin orta əmək haqqı çıxarılmadan, son ayın əmək haqqı götürülən məzuniyyət hesablanıb və ödənilib. xx.xx.2017-ci il tarixdən - xx.xx.2018-ci il tarixə kimi olan dövrün orta əmək haqqı çıxarılmadan, xəstəlikdən qabaqkı iki ayın əmək haqqı çıxarılıb (14.02-xx.xx.2018-ci ilədək) - 84 günlük xəstəlik vərəqələri xərci ödənilib. İşdən çıxarılma müavinəti hesablanarkən 2018-ci il yanvar və fevral ayının əmək haqqından istifadə olunub. İddiaçı xx.xx.2018-ci il tarixdə növbəti əmək məzuniyyəti götürüb, xarici dövlətə müalicəyə getmək üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi müvəqqəti əmək qabiliyyətini itirdiyi üçün, fevral 2018-ci ildə işdə olmamışdır. Fevral 2018-ci il tarixdəki əmək haqqı məzuniyyət və xəstəlik vərəqələri xərclərinə aiddir, həmin tarixdə iş günü olmadığı üçün əmək ödənişi hesab olunmur, fevraldan qabaqkı iki ayın Xİİ-2017 və 1-2018 ayların orta əmək haqqı götürülməli idi. İddiaçı xarici ölkədə müalicədə olduğu üçün işdən çıxarıldığını 26 sentyabr 2018-ci il tarixdə bilmişdir, bu barədə rəsmi bildiriş, xəbərdarlıq və əmrin surəti göndərilməyib. İşdən çıxarılan gündən, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi olan xəstəlik vərəqələrin xx.xx.2018-ci il tarixdə ATM-nin mühasibatlığına verilib, lakin bu günə kimi hesablanıb ödənilməyib. xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi istifadə olunmayan beş illik məzuniyyətin kompensasiyası ödənişi olmayıb. X7 xx.xx.2018ci il tarixli 01 nömrəli əmri Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri — baş mühasib vəzifəsindən azad olmuşdur. İddiaçı öz hüquqlarının bərpası üçün Səbail rayon üzrə ərazi məhkəməsinə şikayət edərək işə bərpa olunmağı üçün iddia qaldırmış, məhkəmə işində müəyyən olundu ki, iddiaçının işdən azad oolunması barədə əmr verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən onun işlədiyi müəssisə ləğv edilməmişdir. Çünki Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 89 nömrəli Fərmanının 1-ci bəndinə əsasən AR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki X4 X3 Hüquqi Şəxs statusu olan X9 çevrilmə yolu ilə təşkil olunmuşdur. Göründüyü kimi, AR Prezidentinin xx.xx.2018-ci il tarixli 89 nömrəli Fərmanı ilə hüquqi şəxsin ləğv deyil, hüquqi şəxsin çevrilmə yolu ilə yenidən təşkil edilməsi həyata keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2(103)- 11331(2019) nömrəli xx.xx.2019-cu il tarixli qərar çıxarmışdır. AR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X7 21 iyun 2018-ci il tarixli 01 nömrəli əmri ləğv edilsin və İddiaçı AR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyndə X8, AR Əmək Məcəlləsinin 74.2 maddəsinin tələblərinə əsasən əvvəlki tutduğu vəzifəyə Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri baş mühasib vəzifəsinə bərpa olunsun. ATM-i tərəfindən 21 iyun 2018-ci il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilsin. X9 X12 xx.xx.2018-ci il tarixli 01 nömrəli əmrinin tərkib hissəsi. AR Prezidentinin xx.xx.2018-ci il tarixli 89 nömrəli Fərmanına əsasən ATM hüquqi şəxsin yaradılması. AR İnzibati Xətalar Məcəlləsinin 59-cu maddəsi ilə Hüquqi şəxsin KTİETİ- nun ləğv olunması. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinn tələblərinə əsasən 90 nəfər elmi əməkdaşın əmək müqaviləsinə üçüncü şəxs tərəfindən xitam verilib. Bakı Apellyasiya Məhkəməsi 2-(103)11331-(2019) 15.X.2018-ci il tarixli qərarı ilə ATM-nin xx.xx.2018-ci il tarixli 01 nömrəli əmri ləğv olunub. Deməli, KTİETİ çevrilmə yolu ilə ATM X14 yenidən təşkil olunub, belə başa düşülür ki, yəni KTİETİ ləğv olunmayıb, çevrilib və 90 nəfərin əmək müqaviləsinə xitam verilməsi ləğv olunub. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinlədikdən sonra iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 1.1.-ci maddəsində göstərilmişdir: “Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi AR Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq əməyin xərclərinin ödənilməsindən ibarətdir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərdən (əmək müqaviləsindən) irəli gələn mübahisədir. Halbuki yuxarıda sadalanan qanunvericilik normalarına əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respbulikası Qanununun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə hüququ yardım etmək məqsədi ilə iddiaçıya ünvanladığı 27 iyul 2023-cü il tarixli məktubunda izah etmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan mübahisə əmək münasibətlərdən irəli gəldiyi mübahisə olduğu üçün onun inzibati məhkəmə icraatında həlli qeyri-mümkündür. İddia tələbinə mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq mülki icraatı qaydasında baxılmalıdır. Məhkəmənin işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə keçirdiyi xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçı bildirmişdir ki, əmək haqqı ödənişlər düzgün ödənilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 saylı qərarının 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Beləliklə məhkəmə müəyyən etdi ki, hazırkı mübahisə iddiaçı ilə cavabdeh arasında mövucd olmuş(olan) əmək münasibətlərindən irəli gələn mübahisədir, cavabdeh inzibati orqan deyil; belə olan halda əmək müqaviləsi üzrə yaranmış münasibətlər publik hüquq sahəsinə deyil, xüsusi hüququn nizamasalma predmetinə aiddir. Buna görə də iddiaçı hazırkı iddiaya mülki icraat qaydasında baxılması üçün ümumi məhkəməyə müraciət etməlidir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-12073/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12073/2023
23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver