Məhkəmə qərarları › İş №2-1(112)-1209/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1209/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1209/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 1978-1981-ci illər ərzində Bakı Dəniz yolları məktəbində təhsil müddətinin ümumi iş stajına daxil edilməsi, ona 09 yanvar 2018-ci il tarixindən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 2018-ci ildən hazırkı vaxta qədər yığılan pensiya məbləği fərqinin birdəfəyə ona ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1978-1981-ci illərdə Bakı Dəniz yolları məktəbində əyani təhsil aldıqdan sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işə qəbul edilmişdir. 1982-ci ildən hazırkı vaxta qədər Gəmidə “üzən heyət” təkibində güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışır. İddiaçı 01 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Həmin idarə müxtəlif əsaslarla ona pensiya təyin etməkdən imtina etmişdir. İddiaçı xx xxxxxx 1961-ci ildə anadan olmuşdur. 2018-ci ildə 57 yaşı tamam olduğu üçün 09 yanvar 2018-ci ildə pensiya hüququ yaranmışdır. İki dəfə XŞTMF-a müraciət etməyinə baxmayaraq ona hələ də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməyib. 21 fevral 2020-ci il tarixli DSMF-nin XŞTMF-ı tərəfındən ona verilən cavabda bildirilmişdir ki, iddiaçının 2006cı ilə qədər olan ümumi iş stajı 25 ildən azdır, ona görə də ona pensiya təyin edilməsi mümkün deyil. İddiaçı yenidən cavabdehə müraciət edərək 1978-1981-ci illərdə təhsil aldığı müddətin də ümumi iş stajına daxil olmasını və ümumi iş stajının 2006-cı ilə qədər 25 ildən çox olduğunu sübut etmişdir və təkrarən ona pensiya təyin edilməsini xahiş etmişdir. 26 may 2021-ci il tarixli cavab məktubunda cavabdeh tərəf bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair 30 mart 2021-ci il tarixli İRD 021 nömrəli arayışında istinad edilən qərarın 21-ci bölmənin (21.2) bəndinin “b” yarımbəndinə əsasən güzəştli iş stajınız yoxdur. Halbuki, həmin arayışda qeyd olunur ki, iddiaçının 14 il mexanik kimi güzəştli şərtlərlə iş stajı var. 12 aprel 2021-ci il tarixli İRD 023 saylı arayışda dəqiqliyi ilə qeyd edilir ki, İddiaçı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına məxsus gəmilərdə üzən heyətdə müxtəlif vəzifələrdə çalışmışdır və üzən heyət kimi 24 il 9 ay iş stajı vardır. Lakin cavabdeh tərəf bu arayışı da nəzərə almadan 26 may 2021-ci il tarixli cavab məktubu ilə iddiaçıya pensiya təyin etməyi əsassız olaraq təxirə almış və bu günə qədər ona hələ də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməmişdir. İddiaçı ümumi və güzəştli şərtlərlə tam əmək stajını 2006-cı ilin yanvarın 1-dək topladığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 2006-cı il yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməlidir. Həmin Qanunun 13-cü maddəsinin b) bəndində deyilir ki, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin dövrdə qüvvədə olan Qanunla yaş həddi iki il artırıldığına görə iddiaçının pensiya hüququ 57 yaşda, yəni 2018-ci il yanvarın 9-da yaranır. Lakin XŞTMF qanunsuz olaraq iddiaçının Bakı Dəniz yolları məktəbində əyani formada aldığı təhsil müddətini ümumi iş stajına daxil etməmişdir. 2007-ci il 23 yanvar tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına 2 nömrəli əlavənin 23003010 saylı koduna əsasən iddiaçı üzən heyətə daxil olan şəxs kimi güzəştli şərtlərlə pensiya hüququ verən staja malikdir və ona görə də ona 2018-ci ilin yanvar ayının 1-dən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı 01 fevral 2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) və xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair 30 mart 2021-ci il tarixli İRD 021 nömrəli arayışında istinad edilən qərarın 21-ci bölmənin (21.2) bəndinin “b” yarımbəndinə əsasən güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildirilir ki, iddiaçının həmin arayışda xx.xx.1982-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə işlədiyi matros, növbə kapitan köməkçisi, kapitan köməkçisi, kapitan, növbə mexaniki, böyük mexanik-növbə kapitan köməkçisi, kapitan növbə mexaniki, gəzinti sahəsinin rəisi-İİ kateqoriyalı xəzinədar, məsləhətçi kapitan, liman kapitanının müavini vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 bəndinin “a” yarımbəndinə uyğun olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan БT № 074710 saylı, xx.xx.1981-ci il tarixli diplomun surətinə əsasən İddiaçı 1978-ci ildə Bakı Dəniz yolları məktəbinə daxil olmuş, xx.xx.1981-ci ildə gəmi sürücülüyü ixtisasını bitirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Dəniz Akademiyasının xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, verilir İddiaçı ona görə ki, o, həqiqətən 1978-1981-ci illərdə Bakı dəniz yolları məktəbində əyani formada təhsil almışdır. İş materiallarına əlavə edilmiş ИT-İ ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1982-ci ildə Bakı Dəniz Limanında “Orbita” gəmisinə 1 dərəcəli matros vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü ildə “Maştaqi” gəmisinə növbə ilə kapitan köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü ildə əsasən “Buxtoviy” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə, xx.xx.1985-ci ildə “Kosmos” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə, xx.xx.1986-cı ildə “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə, xx.xx.1987-ci ildə “Sputnik” gəmisinə müvəqqəti kapitan vəzifəsinə, xx.xx.1988-ci ildə “Kosmos” gəmisinə müvəqqəti kapitan vəzifəsinə, xx.xx.1988-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə, xx.xx.1988-ci ildə “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə, xx.xx.1991-ci ildə “Zarya” üzən gəmisinə müvəqqəti böyük mexanik vəzifəsinə, xx.xx.1991-ci ildə “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə, xx.xx.1999-cu ildə “Araz” üzən gəmisinə növbə mexaniki vəzifəsinə, xx.xx.2000-ci ildə Kür gəmisində kapitan növbə mexaniki vəzifəsinə, xx.xx.2003-cü ildə “Kür” gəmisinə kapitan vəzifəsinə, xx.xx.2006-cı ildə “S.Əsgərova” gəmisinə kapitan vəzifəsinə, xx.xx.2006-cı ildə Donanma Xidmət Terminalının gəzinti sahəsinin rəisi-ll kateqoriyalı xəzinədar vəzifəsinə, xx.xx.2013-cü ildə Donanma Xidmət Terminalında məsləhətçi kapitan vəzifəsinə, xx.xx.2014-cü ildə liman kapitanının müavini vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmişdir. xx.xx.2014-cü ildə X1 Mərkəzinin bələdçi xidmətinə bölmə müdiri vəzifəsinə, xx.xx.2019-cu ildə bələdçi xidmətinə xidmət rəisi vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, İRD 021 nömrəli arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1982ci ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) xx.xx.1982-ci il tarixli 119/л saylı əmrə əsasən “Orbita” gəmisinə 1 dərəcəli matros vəzifəsinə işə qəbul edilmişdir.

1. 247/л saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən “Trudovik” gəmisinə 1 dərəcəli matros vəzifəsinə keçirilmişdir;

2. 1151/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən “Buxtoviy” gəmisinə 1 dərəcəli matros vəzifəsinə keçirilmişdir;

3. 1789/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən “Maştaqi” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir;

4. 1871/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən “Buxtoviy” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir;

5. 407/л saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən “Kosmos” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir;

6. 1066/л saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir;

7. 1350/л saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisinə müvəqqəti kapitan vəzifəsinə keçirilmişdir;

8. 794/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Kosmos” gəmisinə müvəqqəti kapitan vəzifəsinə keçirilmişdir;

9. 2107/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir;

10. 2211/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir;

11. 1241/л saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən “Zarya” üzən gəmisinə müvəqəti böyük mexanik vəzifəsinə keçirilmişdir;

12. 1430/л saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir;

13. 51/k saylı xx.xx.1999-cu il tarixli əmrə əsasən “Araz” üzən gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir;

14. 100/k saylı xx.xx.2003-cü il tarixli əmrə əsasən “Kür” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir;

15. 34/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən “S.Əsgərova” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir;

16. 194/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən Donanma xidmət terminalının gəzinti sahəsinin rəisi-ll kateqoriyalı xəzinədar vəzifəsinə keçirilmişdir;

17. 149/k saylı xx.xx.2013-cü il tarixli əmrə əsasən Donanma xidmət terminalında məsləhətçi kapitan vəzifəsinə keçirilmişdir;

18. 15/k saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən Liman kapitanının müavini vəzifəsinə keçirilmişdir;

19. 34/n saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı çalışdığı dövr ərzində yuxarıda qeyd olunan gəmilərdə müxtəlif vəzifələri icra etmişdir və qeyd edilən gəmilər Liman akvatoriyası ilə yanaşı, Liman akvatoriyasından kənarda 20 dəniz milindən uzaqlaşmamaq şərti ilə açıq dənizdə istismar edilmişdir. Gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilir: 1) “Truvodik” - yedək gəmisi, 2) “Buxtovıy” - yedək gəmisi, 3) “Maştaqi” - tanker gəmisi, 4) “Kosmos” - yedək gəmisi, 5) “Sputnik” - yedək gəmisi, 6) “Vosxod” (indiki “Kür”) - neft və çirkab suları yığan gəmi, 7) “Zarya” - neft və çirkab suları yığan gəmi, 8) “Araz” - sərnişin gəmisi, 9) “S.Əsgərova” - sərnişin gəmisi. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. Güzəştli pensiya üçün staj: 14 il 10 ay təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 2/02- 09-/931 nömrəli məktubunda bildirilmişdir ki, Cəmiyyətin sabiq işçisi İddiaçı xx.xx.1982-ci ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) xx.xx.1982-ci il 119/л saylı əmrə əsasən “Orbita” sinə 1 dərəcəli matros vəzifəsinə işə qəbul edilmişdir və işlədiyi müddətdə aşağıdakı vəzifələri icra etmişdir:

1. 247/л saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən “Trudovik” gəmisinə 1 dərəcəli matros vəzifəsinə keçirilmişdir;

2. 1151/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən “Buxtoviy” gəmisinə 1 dərəcəli matros vəzifəsinə keçirilmişdir;

3. 1789/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən “Maştaqi” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir;

4. 1871/л saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən “Buxtoviy” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir;

5. 407/л saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən “Kosmos” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir;

6. 1066/л saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir;

7. 1350/л saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisinə müvəqqəti kapitan vəzifəsinə keçirilmişdir;

8. 794/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Kosmos” gəmisinə müvəqqəti kapitan vəzifəsinə keçirilmişdir;

9. 2107/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisinə növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir;

10. 2211/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir (23003020—23484);

11. 1241/л saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən “Zarya” üzən gəmisinə müvəqqəti böyük mexanik vəzifəsinə keçirilmişdir ( 23003020—23484);

12. 1430/л saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən “Vosxod” üzən gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir (23003020—23484);

13. 51/k saylı xx.xx.1999-cu il tarixli əmrə əsasən “Araz” üzən gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir (23003020—23484);

14. 100/k saylı xx.xx.2003-cü il tarixli əmrə əsasən “Kür” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir;

15. 34/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən “S.Əsgərova” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir;

16. 194/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən Donanma xidmət terminalının gəzinti sahəsinin rəisi-ll kateqoriyalı xəzinədar vəzifəsinə keçirilmişdir;

17. 149/k saylı xx.xx.2013-cü il tarixli əmrə əsasən Donanma xidmət terminalında məsləhətçi kapitan vəzifəsinə keçirilmişdir;

18. 15/k saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən Liman kapitanının müavini vəzifəsinə keçirilmişdir;

19. 34/n saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında 28 saylı bölmənin (kod 23000000-Nəqliyyat) 3-cü bəndinin (kod 23003000-Dəniz və çay donanması) 1 saylı yarımbəndinə (kod 23003010-Üzən heyət) əlavə edilən “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” (23003020—23484) qeydlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. Güzəştli pensiya üçün staj: 14 il 10 ay təşkil edir. İddiaçı Cəmiyyətdə işlədiyi dövr ərzində “Trudovik”, “Maştaqi”, “Buxtovıy”, “Kosmos”, “Sputnik”, “Vosxod”, “Zarya” “Araz”, “Kür”, “S.Əsgərova” gəmilərində müxtəlif vəzifələri icra etmişdir və qeyd edilən gəmilərin üzmə rayonu Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsidir. Gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilir: 1) “Trudovik” - yedək gəmisi, 2) “Maştaqi” - yedək gəmisi, 3) “Buxtovıy” - yedək gəmisi, 4) “Kosmos” - yedək gəmisi, 5) “Sputnik” - yedək gəmisi, 6) “Vosxod” - Neft məhsullarının, çirkab döşəməaltı suların və zibillərin qəbulu, 7) “Zarya” - Neft məhsullarının, çirkab döşəməaltı suların və zibillərin qəbulu, 8) “Araz” - Sərnişin və bələdçi gəmisi, 9) “Kür” - Neft məhsullarının çirkab döşəməaltı suların, zibillərin qəbulu, 10) “S.Əsgərova” - Sərnişin gəmisi. İddiaçı çalışdığı müddətdə əmək şəraitinə görə əlavə məzuniyyətlər (xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinə kimi 6 gün) verilmişdir. İddiaçı çalışdığı müddətdə (2003-cü ilin iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları, 2004-cü ilin yanvar-oktyabr ayları, 2005-ci ilin yanvar-oktyabr və dekabr aylar, 2006-cı ilin mart ayı) əmək şəraitinə görə əlavə ödənişlər verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 2/xxxx/1549 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı növbə mexaniki vəzifəsində işlədiyi “Vosxod”, “Zarya” “Araz”, “Kür” gəmiləri xidməti köməkçi donanma və ya liman donanması gəmilərinə aiddir və gəmilərin kateqoriyası üzrə məlumatlar aşağıdadır: 1) “Vosxod” gəmisi - (adı dəyişdirilmiş “Kür” gəmisi) - Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi, 2) “Zarya” gəmisi - (adı dəyişdirilmiş “Şəfəq” gəmisi) - Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi, 3) “Araz” gəmisi - bələdçi kateri, 4) “Kür” gəmisi - Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 2/02- 09/458 nömrəli məktubunda bildirilmişdir ki, Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xx.xx.2015-ci il tarixində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə yaradılmışdır və İddiaçı növbə mexaniki vəzifəsində işlədiyi dövr (xx.xx.1988-ci ildən xx.xx.2003-cü ilədək) qeyd olunan tarixdən əvvəlki dövrə təsadüf edir. İddiaçı növbə mexaniki vəzifəsində işlədiyi zaman yerinə yetirdiyi funksiyalarla bağlı Cəmiyyət arxivindən məlumatlar aşkar edilməmişdir. Lakin İddiaçı icra etdiyi növbə mexaniki vəzifəsinə Cəmiyyətdə hal-hazırda uyğun olan növbə mexaniki vəzifəsinin əmək funksiyaları aşağıdakı kimidir: - öz növbəsi ərzində gəminin mexaniki qurğusunu müstəqil idarə etmək, bütün gəmi texniki vəsaitlərindən səriştəli istifadə edilməsinə və öz növbəsində bütün heyət üzvlərinin normal istehsal və ictimai fəaliyyətini təmin etmək; - gəmi enerji avadanlıqları və qurğularını texniki istismar etmək; - istismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək; - gəminin istismarı zaman dəyişdirilməsi zəruri olan gəmi enerji avadanlıqlarını və ya avadanlığın sistem və elementlərini seçmək; - məsuliyyət daşıdığı bütün mexanizmlərin (göyərtə və ya maşın bölməsindəki) və avadanlıqların təhlükəsiz və səmərəli istismarını təmin etmək: - mexanizmlərin bütün qüsurları və özü gördüyü tədbirlər haqqında Baş mexanikə məlumatlar vermək; - qəza hallarında əsas xidmətlərin təhlükəsiz şəkildə bərpa olunması üçün mexanizmlərlə və sistemlərlə tanış olmaq. İddiaçı növbə mexaniki vəzifəsində işlədiyi “Vosxod” “Zarya” “Araz”, “Kür” gəmiləri xidməti köməkçi donanma və ya liman donanması gəmilərinə aiddir və gəmilərin kateqoriyası üzrə məlumatlar aşağıdadır: 1) “Vosxod” gəmisi - (adı dəyişdirilmiş “Kür” gəmisi) - Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi, 2) “Zarya” gəmisi - (adı dəyişdirilmiş “Şəfəq” gəmisi) - Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi, 3) “Araz” gəmisi - bələdçi kateri, 4) “Kür” gəmisi - Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi. İnzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək 57 yaşı 2018-ci il yanvar ayının 9-da tamam olduğu, xx.xx.2006-cı il tarixədək 25 il ümumi və zərərli sahədə 12 il 6 ay əmək stajı olduğunu qeyd etməklə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) və xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab edilir. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair 30 mart 2021-ci il tarixli İRD 021 nömrəli arayışında istinad edilən qərarın 21-ci bölmənin (21.2) bəndinin “b” yarımbəndinə əsasən güzəştli iş stajınız yoxdur. Əlavə olaraq bildirilir ki, həmin arayışda xx.xx.1982-xx.xx.2014cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə işlədiyiniz matros, növbə kapitan köməkçisi, kapitan köməkçisi, kapitan, növbə mexaniki, böyük mexanik-növbə kapitan köməkçisi, kapitan növbə mexaniki, gəzinti sahəsinin rəisi-İİ kateqoriyalı xəzinədar, məsləhətçi kapitan, liman kapitanının müavini vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 bəndinin “a” yarımbəndinə uyğun olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə Mərkəzi Filiala yuxarıda qeyd olunan müvafiq arayış təqdim edildikdən sonra baxılacaqdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 9.1-ci maddəsinə əsasən yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2018-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, əmək kitabçasına əsasən xx.xx.1978-xx.xx.1981-ci il tarixədək təhsil dövrü 03 il 04 ay, əmək fəaliyyəti dövrü xx.xx.1982-xx.xx.2006-cı il tarixədək 23 il 10 ay 15 gün olmaqla, ümumilikdə 27 il 02 ay 15 gün təşkil edir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 ümumi iş stajı topladığı müəyyən olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. İşəgötürənin təqdim etdiyi güzəştli arayışlarda İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 28 saylı bölmənin (kod 23000000-Nəqliyyat) 3-cü bəndinin (kod 23003000-Dəniz və çay donanması) 1 saylı yarımbəndinə (kod 23003010-Üzən heyət) əlavə edilən “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” (23003020—23484) vəzifəsinə uyğun hesab etmişdir. Cavabdehin imtinası və etirazında iddiaçının işlədiyi matros, kapitan köməkçisi və kapitan vəzifələrinin üzən heyətə aid olub-olmaması barəsində, həmin vəzifələrin, eləcə də növbə mexaniki, böyük mexanik-növbə kapitan köməkçisi, kapitan növbə mexaniki, gəzinti sahəsinin rəisi-ıı kateqoriyalı xəzinədar, məsləhətçi kapitan, liman kapitanının müavini vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 bəndinin “a” yarımbəndinə uyğun olub-olmaması barədə hər hansı məlumatın qeyd edilmədiyi, eyni zamanda həmin vəzifələrdə 21-ci bölmənin (21.2) bəndinin “b” yarımbəndinə əsasən güzəştli iş stajı olmadığına istinad etmişdir. Məhkəmə cavabdehin qeyd edilən dəlili ilə razılaşmır. Belə ki, iddiaçının işlədiyi xx.xx.2006-cı il tarixədək olan vəzifələrlə bağlı hüquq münasibətlərinin yarandığı dövrü tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23000000 XXVİİİ. Nəqliyyat bölməsində 23003000 Dəniz və çay donanması yarımbölməsində 23003010 1) Üzən heyət bəndində iki yarımbənd: - Birincisi, 23003010 kodu altında Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla); - İkincisi 23003020 kodu altında Xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər (xidməti gedişgəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olunmaqla) yarımbəndləri nəzərdə tutulmuşdur. Həmin Siyahıda daha sonra gələn vəzifələr 13156 duru yanacaqla işləyən gəmi ocaqçıları, 13502 bütün adlarda maşinistlər, 14706 bütün adlarda motorçular, 23484 mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər, 25410 elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri vəzifələri 23003010 kodu ilə göstərilən yarımbəndə deyil, bilavasitə 23003020 kodu altında xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər yarımbəndinin tərkibindədir, həmin yarımbəndə daxil olan vəzifələrin təsnifatıdır. Hazırkı iş üzrə iddiaçının işlədiyi xx.xx.1988-ci il tarixdə “Vosxod” üzən gəmisində növbə mexaniki, xx.xx.1991-ci il tarixdə “Zarya” üzən gəmisinə müvəqqəti böyük mexanik, xx.xx.1991-ci il tarixdə “Vosxod” üzən gəmisinə növbə mexaniki, xx.xx.1999-cu il tarixdə “Araz” üzən gəmisinə növbə mexaniki, xx.xx.2000-xx.xx.2003-cü illərdə “Kür” gəmisində növbə mexaniki vəzifəsində işlədiyi vəzifələr adıçəkilən Siyahının 23003020— 23484 “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifəsinə uyğundur. İddiaçının növbə mexaniki vəzifəsində işlədiyi “Vosxod”, “Zarya” “Araz”, “Kür” gəmiləri “Vosxod” əsasən Neft məhsulları, çirkab döşəməaltı suların, zibillərin qəbulu gəmisi olmaqla xidməti köməkçi donanma və ya liman donanması gəmilərinə aid olmuşdur. Beləliklə, iddiaçının işlədiyi növbə mexaniki vəzifəsi üzən heyətdə 23003010 kodlu Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinə deyil, Üzən heyətdə 23003020 kodu altında xdməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlərə (xidməti gedişgəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olunmaqla) aid olan “mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” peşələrinə aiddir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən Siyahıda mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifələrinin adlarında olan “mexanik” anlayışı ümumi anlayışdır, peşənin və ya vəzifənin növünü və onun peşə məzmunu ifadə edir. Növbə mexaniki anlayışı isə funksional anlamda vəzifəni və onun statusunu ifadə edir. Yəni hər iki peşədə işləyənlər eyni vəzifəni, vəzifə təlimatlarındakı eyni əmək funksiyalarını icra edirlər, hər iki peşə (ad) üzrə adlarda fərq olsa da əmək funksiyaları, işin icra edildiyi əmək şəraiti eynidir, fərq yalnız iş qrafikində olan növbəlilikdədir. Bu mənada məhkəmə hesab edir ki, adıçəkilən siyahıda nəzərdə tutulmuş “mexanik (....)” anlayışı məzmun baxımından həm də növbə mexaniki vəzifəsini də ehtiva edir. Beləliklə, iddiaçının xx.xx.1988-xx.xx.2003-cü ilədək dövr 14 il 10 ay 08 gün olmaqla onun güzəştli iş satjına hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə iddianı xx.xx.2018-ci il tarixdən - 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi hissəsində təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə eyni zamanda iddianı iddiaçıya ödənilməli olan pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində isə əsaslı hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi müddəası nəzərdə tutulmamışdır. Qanunun yuxarıda qeyd olunan 32.1-1-ci maddəsi qeyd edilən məsələni tənzimləməklə pensiya fərqinin birdəfəlik deyil, hissəvi şəkildə - ümumi məbləğin ötən dövrdəki ayların saylarına bölünməklə ödənilməsini bilavasitə nəzərdə tutmuşdur. Odur ki, iddiaçının pensiya fərqinin birdəfəlik ödənilməsi tələbinin hüquqi əsası yoxdur və iddia həmin hissədə təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi hissəsində təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar