Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-121/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Bağlar təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən, 25070 №-li, 21 may 2007-ci il tarixli müqavilə əsasında İddiaçı adına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 nömrəli bağ torpaq sahəsinə aid hissəyə dair başqa şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi ” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçılar İddiaçı və X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 nömrəli bağ torpaq sahəsinin hüdudların faktiki ölçüsünün müəyyən edilməsi, ərazinin azaldılması halında, azalmanın səbəblərinin və trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi, azalmaya səbəblərin aradan qaldırılması, qeyd olunan əraziyə aid hissəyə dair başqa şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin 90 nömrəli bağ torpaq sahəsinin, 25070 nömrəli müqavilədə qeyd olunan ölçülərində mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatının aparılması barədə və; iddiaçı X2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90a nömrəli bağ torpaq sahəsinin hüdudların faktiki ölçüsünün müəyyən edilməsi, ərazinin azaldılması halında, azalmanın səbəblərinin və trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi, azalmaya səbəblərin aradan qaldırılması, qeyd olunan əraziyə aid hissəyə dair başqa şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin 90a nömrəli bağ torpaq sahəsinin, 25070 nömrəli müqavilədə qeyd olunan ölçülərində mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatının aparılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 56.2. –ci maddəsinə əsasən, məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır.
3. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 16 avqust 2021-ci il tarixli Qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 nömrəli bağ torpaq sahəsinin hüdudların faktiki ölçüsünün müəyyən edilməsi, ərazinin azaldılması halında, azalmanın səbəblərinin və trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi, azalmaya səbəblərin aradan qaldırılması, qeyd olunan əraziyə aid hissəyə dair başqa şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin 90 nömrəli bağ torpaq sahəsinin, 25070 nömrəli müqavilədə qeyd olunan ölçülərində mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatının aparılması barədə və; iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90a nömrəli bağ torpaq sahəsinin hüdudların faktiki ölçüsünün müəyyən edilməsi, ərazinin azaldılması halında, azalmanın səbəblərinin və trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi, azalmaya səbəblərin aradan qaldırılması, qeyd olunan əraziyə aid hissəyə dair başqa şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin 90a nömrəli bağ torpaq sahəsinin, 25070 nömrəli müqavilədə qeyd olunan ölçülərində mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatının aparılması barədə iddia tələbləri ayrı ayrı icraatlara ayrılması qərara alınmışdır.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərmiş, “Birlik”adlandırılan Bağlar təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 25070 №-li, 21 may 2007-ci il tarixli müqavilə əsasında iddiaçının adına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 №-li bağ torpaq sahəsi 21 may 2007-ci il tarixdən iddiaçının istifadəsindədir. İddiaçı onun adına olan torpaq sahəsinin, adının mülkiyyət hüququ üzrə qeydiyyata alınması üçün, cavabdehə müraciət etmişdir. İddiaçının tələbi cavabdeh idarə təmin etməyib və 06 iyul 2021-ci il tarixli **********24 №-li cavab məktubunda göstərilib ki, ərizənin təmin olunmaması səbəbləri daha əvvəlki məktublarla cavablandırılıb. İddiaçının buna qədər olan müraciətə verilmiş 05 fevral 2021-ci il tarixli, **********73 №-li imtina məktublarında imtinaya səbəb olaraq göstərilib ki, iddiaçının adına ayrılmış bağ sahəsinin ümumi ərazisi arxiv cizgisinə uyğun hasarlanmadığından və ərazi üzrə mərzçəkmə işləri düzgün aparılmadığından ərazidə azalma gedib. Yəni iddiaçıya məxsus bağ sahəsinin ərazisi başqaları tərəfindən zəbt edilib. Bağ sahələrinin qeydiyyatını məhz bu cavabdeh idarə aparır. Belə olduğu təqdirdə iddiaçı hesab edir ki, ona məxsus bağ sahəsinin ərazisinin azalmasına cavabdeh elə bu idarədir. Çünki, vaxtı ilə mövcud olmuş bağlar idarələri ləğv edildikdən sonra bağlarla əlaqəli məsələlərin həlli, o cümlədən də həmin ərazilərin hüdudlarının müəyyən edilməsi məhz bu cavabdeh idarəyə həvalə edilib. Ona görə də iddiaçı hesab edir ki, ona məxsus bağ torpaq sahələrinin ərazisinin azaldılması məhz bu cavabdeh inzibati orqanın məsuliyyətsizliyi səbəbindən baş verib ki, həmin azalma səbəblərinin aradan qaldırılması da, yəni həmin ərazilərin kimlər tərəfindən zəbt olunduğunu müəyyən etmək və zəbt olunmuş əraziyə dair aparılmış qeydiyyatı ləğv etmək iddiaçıya məxsus bağ torpaq sahəsinin tam şəkildə onun adına özəlləşdirilməsini təmin etmək də bu cavabdeh inzibati orqanın üzərinə düşən vəzifəsidir.
5. Cavadeh etirazında bildirmişdir ki, göstərilmiş bağ sahəsində arxiv cizgisinə uyğun hasarlanma və mərzçəkmə işləri düzgün aparılmadığından torpaq sahəsinin ölçüləri azalmışdır. Belə ki, hüquqmüəyyənedici sənədlərdə bağ sahəsinin ölçüləri 1200 kv.m qeyd olunsa da, faktiki 840 kv.m təşkil edir.
6. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.3.-ci mаddəsinə əsаsən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 34.1.-ci maddəsinə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 7.Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun, Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. 9.Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Birlik” adlandırılan Bağlar təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən, 25070 №-li, 21 may 2007-ci il tarixli müqavilə əsasında İddiaçı adına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 nömrəli torpaq sahəsinə aid hissəyə dair başqa şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi “ hissəsində iddiası mümkünlük şərtlərinə cavab vermir.
10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanununun 2.1.ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3.-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4.-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
11. ”İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır; Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır; Həmin Qanunun 57.1-ci maddəsinə əsasən, qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir; Həmin Qanunun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır; Həmin Qanunun 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 11.İnzibati məhkəmə işinin materiallarından, o cümlədən cavabdehin təqdim etdiyi sənədlərdən məhkəmə müəyyən etmişdir ki, “Bağlar təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən, 25070 №-li, 21 may 2007-ci il tarixli müqavilə əsasında İddiaçı adıma ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 nömrəli bağ torpaq sahəsinə aid hər hansı hissəyə dair başqa şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış hər hansı bir qeydiyyat mövcud deyildir. 12.”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 13.Hal-hazırda cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin hər hansı bir hüquqi və ya fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mövcud olmadığından iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. 14.Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bağlar təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən, 25070 №-li, 21 may 2007-ci il tarixli müqavilə əsasında İddiaçı adına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 nömrəli bağ torpaq sahəsinə aid hissəyə dair başqa şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində iddiası mümkün sayılmamalıdır. 15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 17.Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bağlar təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən, 25070 №-li, 21 may 2007-ci il tarixli müqavilə əsasında İddiaçı adına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən, 0,12 ha sahəsi olan, 90 nömrəli bağ torpaq sahəsinə aid hissəyə dair başqa şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində iddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2acıbəyova