Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1210/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X20, üçüncü şəxs X17, üçüncü şəxs X11 vəkili X18 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10, X25, X21 və X12 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri,N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı, X10 və X25 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X25 və X6 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, üçüncü şəxslərin adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun hazırki iş üzrə üçüncü şəxs Mələk Gülməmmədovaya və digərlərinə qarşı çıxarışın etibarsız hesab edilməsi və maddi zərər tələblərinə dair iddiası üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin adına DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər raonu, Mərdəkan qəsəbəsi, 502 E saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınıb, ona müvafiq çıxarış verilsə də, həmin qeydiyyatın və çıxarışın verilməsinə əsas olmuş, Əzizbəyov (hazırki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 407/306 saylı, xx xxx 1994-cü il tarixli sərəncamı ilə həmin torpaq sahəsinin ünvanı 502 E saylı deyil, 5/502 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrıldığı təsdiq edilmişdir. X15 mübahisəli torpaq sahəsini digər üçüncü şəxs Zaur Məmmədovdan alqı-satqı yolu ilə əldə etmiş və torpaq sahəsinə dair Xəzər rayon İcra hakimiyyəti başçısının xx xxx 1994-cü il tarixli Sərəncamı məhz sonuncunun adına verilmişdir. Cavabdeh tərəfindən üçüncü şəxslərin adına mübahisəli torpaq sahəsinə dair dövlət reyestrində qeydiyyatın aparılması və çıxarışın verilməsinə əsas olmuş yuxarıda göstərilən sənədlərlə (sərəncam), cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərə verilmiş sənədlər, xüsusilə torpaq sahəsinin planı və ölçüsü və çıxarış arasında uyğunsuzluqlar aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə X12 və X21 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artrılması) barədə ərizə təqdim edərək, cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X25 və X6 və X11 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, habelə üçüncü şəxslərin adına, yəni X17 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatı və RX seriyalı, ******* №li Çıxarışı, X6 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın və X11 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reystrində aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı yenidən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artrılması) barədə ərizə təqdim edərək, cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin üçüncü şəxslər X25, X6 və X11 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxslərin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, habelə üçüncü şəxslərin adına, yəni X17 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatı və RX seriyalı, ******* №li çıxarışın, X6 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın və X11 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reystrində aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiyi xx.xx.2020ci il tarixli etirazında göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi idarəsinə rəsmi müraciəti daxil olmamışdır. Bundan əlavə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsi Xəzər rayon İcra hakimiyyəti başçısının 407/306 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamı və təsdiqlənmiş yerləşmə cizgisi əsasında X17 adına JN-17630D saylı şəhadətnamə verilmiş, daha sonra isə həmin şəhadətnamə əsasında qeydiyyata alınaraq **********1 reyestr nömrəsi ilə xx.xx.2015-ci il taixdə çıxarış verilmişdir. X25 ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən daşınmaz əmlak X6 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış verilişdir. X10 ilə X21 arasında xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən daşınmaz əmlak X11 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. İddiaçı iddia əriəsində Xəzər rayon İcra hakimiyyəti başçısının 407/306 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamında müvafiq daşınmaz əmlakın 5/502 saylı sahə kimi göstərilsə də, X22 verilmiş çıxarışda hansı səbəbdən ünvanın 502E saylı olmasını qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarının 3.14-cü bəndinə əsasən ünvan nömrəsi 1-dən 9999-dək olan rəqəmlərdən istifadə etməklə bu Qaydaların 3.9-3.11-ci bəndlərində göstərilmiş qaydada verilir. Ünvan nömrələrinin verilməsi zamanı Ə,Ö,Ü,İ,İ,Ç,J,G,O,Ş hərfləri istisna olmaqla, digər hərflərdən istifadə edilə bilər. Ünvan nömrəsi verilmiş obyektlər arasında inşa edilmiş yeni tikilinin giriş ünvanına ünvan nömrəsi hərflərdən istifadə olunmaqla verilə bilər. Rəqəmlərdən və hərflərdən ibarət ünvan nömrələri bərabər statusa malikdir. xx xxxxxx 2012-ci il tarixli 590 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə artıq nömrələnmiş daşınmaz əmlak obyektləri arasında yeni inşa edilmiş daşınmaz əmlak obyektinə iki nömrədən kiçik nömrəyə kəsr xəttindən sonra yeni nömrə verilməsini nəzərdə tutan 3.17-ci bənd ləğv edilmişdir. Cavabdeh həmçinin etirazda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55 və 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddələrinə istinad etməklə məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs X25 məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı adına olan şəhadətnamədə göstərilən torpaq sahəsinin onun mülkiyyətində olmuş torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Bekə ki, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının xx xxx 1994-cü il tarixli, 407/306 saylı sərəncamı ilə ona (Z.Məmmədova) Mərdəkan qəsəbəsində 5/502 saylı sahədə torpaq sahəsi ayrılmış, xx.xx.2015-ci il tarixdə həmin torpaq sahəsinə 502 E saylı ünvan kimi onun mülkiyyət hüququ qeydə alınmış, müvafiq çıxarış verilmiş, xx.xx.2015-ci il tarixdə torpaq sahəsini o, notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi ilə X3, xx.xx.2015-ci il tarixdə sonuncunun mülkiyyət hüququ dövlət reyestrində qeydiyyatdan keçmişdir. Mələk Gülməmmədova 2019-cu il tarixdə həmin torpaq sahəsini Heyran Seyid adlı şəxsə satmışdır, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının xx xxx 1994-cü il tarixli, 407/245 saylı sərəncamı ilə X9 Mərdəkan qəsəbəsində 5/102 saylı sahədə torpaq sahəsi ayrılmışdır. Hesab edir ki, həmin sərəncam saxtadır. Belə ki, sərəncamın tarixi xx xxx 1994-cü il tarixidir, lakin sərəncamın birinci cümləsində “Əzizbəyov rayon İH-nin Mərdəkan qəsəbəsindəki nümayəndəsinin Ş101 04.04.99-cu il tarixli tarixli sərəncamına baxıldı” sözləri qeyd olunmuşdur. Buradan görünür ki, həmin xx xxx 1994-cü il tarixli sərəncam 1999-cu ildə 5 il əvvələ 1994-cü il üçün saxta yolla hazırlanıb, əgər həmin sərəncam 1994-cü ildə verilmişdirsə nə üçün özündən 5 il sonraya xx.xx.1999-cu il tarixə istinad olunur. Bu saxta sərəncamla xx.xx.2002-ci il tarixdə həmin torpaq sahəsinə İlhamə Qafarova şəhadətnamə almış, xx.xx.2002-ci il tarixdə torpaq sahəsini şəhadətnamə əsasında hazırki İddiaçı satmış, xx.xx.2002-ci il tarixdə İddiaçı adına şəhadətnamə almışdır. Xəzər Rayon Məhkəməsində məhkəmə araşdırmaları zamanı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, İlhamə Qafarovanın və İddiaçı adına olan şəhadətnamədə göstərilən torpaq sahəsinin ilkin torpaq ayırma sənədlərinə əlavə edilmiş sxemdə miqyas, koordinatlar və yaxud hər hansı bir tərpənməz nöqtədən məsafəsi qeyd edilməməsi səbəbindən həmin torpaq sahəsinin harda yerləşməsini müəyyən etmək olmur. X6 adına olan çıxarışda göstərilən torpaq sahəsi isə mübahisəli əraziyə düşür. Məhkəməyə daxil olmuş yeni rəydə göstərilir ki, elektron kadastr məlumatlarına əsasən İlhamə Qafarovanın və İddiaçı adına olan şəhadətnamədə göstərilən torpaq sahəsinin ilkin torpaq ayrıma sənədlərinə əlavə edilmiş sxemdə miqyas, koordinatlar və yaxud hər hansı bir tərpənməz nöqtədən məsafəsi qeyd edilməməsi səbəbindən həmin torpaq sahəsinin harda yerləşməsini müəyyən etmək olmur. Onun və Mələk Gülməmmədovanın mülkiyyətində olmuş torpaq sahəsi isə mübahisəli əraziyə düşür. Sonuncu rəydə ekspert tərəfindən heç bir hüquqi əsası olmayan arayışa istinad olunmuşdur Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi iıə İddiaçı iddia tələbi qsmən təmin edilməklə Z.R.Məmməovun adına olan çıxarışın etibarsız hesab edilməsi, M.Gülməmmədova ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sonuncunun adına verlmiş çıxarışın etibarsız hesab edilməsi qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin həmin tarixli qərardadı ilə onun adına mülkiyyət hüququ ilə qeydə alınması barədə çıxarışın etibarsız hesab edilməsi hissəsində də qətnamənin ləğv olunaraq həmin hissədə işin icraatına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iş üzrə üçüncü şəxslər X10 və X12 məhkəmə iclaslarına gəlməmiş və gəlmədikləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə iş üzrə üçüncü şəxslər X6 və X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda verdikləri izahatlarında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X27 iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etdiyini bildirərək və etirazda qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X25 iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etdiyini bildirərək və etirazda qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X11 vəkili X26 məhkəmə iclasında verdiyi izahatında məhkəmədən iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə verildiyinin nəzərə alınaraq, mümkünsüz hesab olunmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və 3-cü şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs X17 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxsin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, X17 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki; Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/245 saylı xx xxx 1994-cü il sərəncamı ilə X9 Mərdəkan qəsəbəsində 5/102 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri 7 saylı notariat kontorunda reyestrdə 4Ə/İ-125 sayla qeyd edilmiş xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi ilə X12, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/245 saylı xx xxx 1994-cü il tarixli sərəncamına əsasən özünə məxsus olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/102 saylı ünvanda yerləşən 0,12 hektar torpaq sahəsini 18.000.000 manata İddiaçı satmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-3217D kod 00300016 saylı şəhadətnaməyə əsasən, Bakı şəhəri 7 saylı notariat kontorunun xx.xx.2002-ci il tarixli reyestrdə 4Ə/İ-125 saylı alqı-satqı müqaviləsi ilə satılmış, Mərdəkan qəsəbəsi, 5/102 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsi İddiaçı adına xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır. Şəhadətnamədə torpaq sahəsinin döngə nöqtələrinin əks olunduğu sxemi və ərazinin planı qeyd olunmuşdur. Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/306 saylı xx xxx 1994-cü il tarixli sərəncamı ilə X22 Mərdəkan qəsəbəsində 5/502 saylı sahədə fəırdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-17530D kod 00300016 saylı şəhadətnaməyə əsasən, Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/306 saylı xx xxx 1994-cü il tarixli sərəncamı ilə ayrılmış Mərdəkan qəsəbəsi, 5/502 saylı sahədə yerləşən 0,12 hektar torpaq sahəsi X17 adına xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. Şəhadətnamədə torpaq sahəsinin döngə nöqtələrinin əks olunduğu sxemi və ərazinin planı qeyd olunmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2015-ci il tarixdə 600 saylı reyestr kitabının 56765 saylı vərəqində ********** sayla qeydə alınmış və bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarış verilmişdir. X25 həmin torpaq sahəsini daşınmaz əmlakın AN –İ № ******* saylı xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, 502 E saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 600 saylı reyestr kitabının 56765. saylı vərəqində ********** sayla qeydiyyata alınmışdır. X10 həmin torpaq sahəsini daşınmaz əmlakın AN –İ № ******* saylı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, 502 E saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 600 saylı reyestr kitabının 56765. saylı vərəqində ********** sayla qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə, X22 və Bakı şəhəri 7 saylı notariat kontoruna qarşı “əqdin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X19 cavabdeh İddiaçı qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiaları üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)- 329/2017 saylı iş üzrə çıxartdığı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502E saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə X17 adına qeydə alınması barədə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdehlər X25 ilə cavabdeh X10 arasında bağlanmış Bakı şəhəri 7 saylı notariat kontorunda reyestrdə 4Ə-377 sayla qeyd edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin alqısatqısına dair AN-İ № ******* saylı xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502E saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə X6 adına qeydə alınması barədə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, iddianın qalan hissədə rədd olunması, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X19 cavabdeh İddiaçı qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan iş üzrə qəbul etdiyi eyni tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı X6 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3919/2018 saylı iş üzrə çıxartdığı xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə X6 apellyasiya şikayəti təmin edilərək, həmin iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində (icraatına xitam verilən hissədən başqa) ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X19 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə qeyd olunan iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixl qətnaməsinin İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə X17 adına qeydə alınması barədə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX JNb ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5220/18 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 22951 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli **********64 saylı mütəxəssis rəyinə əsasən, X8 adına verilmiş JN-2669 saylı şəhadətnamənin verilməsinə əsas olmuş ilkin sənədlər və Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti tərəfindən verilmiş ilkin yerləşmə cizgisi mülki işə əlavə edilmədiyi üçün (yenidən əlavə edilib göndəriləcəyi təqdirdə miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməlidir) eyni zamanda mülki işə əlavə edilmiş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İddiaçı adına verilmiş JN-32170 saylı (KOD 00300016) “Torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamə”də məkan göstəriciləri olmadığından sözü gedən torpaq sahələrinin eynilik tşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin vətəndaş İddiaçı xx xxxxxx 2016-cı il müraciətinə əsasən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 1 saylı Bakı şəhər Layihə-Təqiqat İdarəsi tərəfindən İddiaçı adına verilmiş JN-32170 saylı (KOD 00300016) şəhadətnamə ilə faktiki sahənin elektron baza məlumatlarına əsasən müqayisəsi göstərilmişdir və sxem təqdim edilmişdir. Təqdim edilmiş sxemə əsasən mübahisəli ərazinin koordinatları ilə İddiaçı adına verilmiş JN-32170 saylı (KOD 00300013) şəhadətnamənin qismən üst-üstə düşdüyü müəyyən olunmuşdur (sxem əlavə edildi). Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Əzizbəyov RİH-in xx xxx 1994-cü il tarixli 407/306 nömrəli sərəncamına ərazinin yerləşmə sxemində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən daşınmaz əmlakın dövlət reyestrində X11 adına xx xxxxxx 2018-ci il tarixdə qeydiyyata alınmış (reyestrdən çıxarış seriya RX nömrə 1437552) 1.200 kv. metr ölçüdə 502 E saylı torpaq sahəsinin koordinatlarının eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, mübahisələndirilən ərazi kimi koordinatları verilmiş 1296,0 kv. metr torpaq sahəsi Xəzər rayon İcra hakimiyyəti başçısının 407/306 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı və təsdiqlənmiş yerləşmə cizgisi əsasında xx.xx.2015-ci il tarixində 0**********1 reyestr nömrəsi ilə X17 adına qeydiyyata alınmış, torpaq sahəsi sonradan X25 tərəfindən xx.xx.2015-ci il tarixində 7 saylı notariat kontorunun 4Ə-377 reyestr nömrəli, AN-İ № ******* seriyalı alqı-satqı müqaviləsi əsasında X1. Sonradan X10 torpaq sahəsini 2 saylı Asan Xidmətin Xüsusi notariusu X14 təsdiqi ilə 4Ə-2486 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X5, sonuncunun adına ********** qeydiyyat nömrəli çıxarışla 780 qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Hazırda iddiaçı yenidən məhkəməyə müraciət edərək, DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən X25, X10 və X11 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxslərin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, habelə sonuncuların adına qeyd olunan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışların ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə “Torpaq sahəsinin planı və ölçüsü”nün hüquqi təbiəti ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçıliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 4-cü bəndinə görə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999-cu il tarixli 176 saylı Fərmanının 2.2-ci bəndinə əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir (Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 775 nömrəli Fərmanı ilə 2.2-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən Azərbaycan Respublikasınən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü” qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli, 516 saylı Fərmanına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarının 3.14-cü bəndinə əsasən ünvan nömrəsi 1-dən 9999-dək olan rəqəmlərdən istifadə etməklə bu Qaydaların 3.9-3.11-ci bəndlərində göstərilmiş qaydada verilir. Ünvan nömrələrinin verilməsi zamanı Ə,Ö,Ü,İ,İ,Ç,J,G,O,Ş hərfləri istisna olmaqla, digər hərflərdən istifadə edilə bilər. Ünvan nömrəsi verilmiş obyektlər arasında inşa edilmiş yeni tikilinin giriş ünvanına ünvan nömrəsi hərflərdən istifadə olunmaqla verilə bilər. Rəqəmlərdən və hərflərdən ibarət ünvan nömrələri bərabər statusa malikdir. xx xxxxxx 2012-ci il tarixli 590 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə artıq nömrələnmiş daşınmaz əmlak obyektləri arasında yeni inşa edilmiş daşınmaz əmlak obyektinə iki nömrədən kiçik nömrəyə kəsr xəttindən sonra yeni nömrə verilməsini nəzərdə tutan 3.17-ci bənd ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İş materiallarından da göründüyü kimi iddiaçının hazırda mübahisələndirdiyi üçüncü şəxs X17 adına mübahisəli daşınmaz əmlakla bağlı plan, ölçü və çıxarış cavabdeh inzibati orqan tərəfindən Əzizbəyov (indiki Xəzər) rayon İcra hakimiyyəti başçısının 407/306 saylı xx xxx 1994-cü il tarixli sərəncamı əsasında qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs X17 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxsin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, X17 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın ləğv edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs X17 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 502 E saylı torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməklə, həmin şəxsin adına verilmiş plan və ölçüsünə dair sənədlərin etibarsız sayılması, X17 adına həmin ünvanda olan torpaq sahəsinə dair hüquqların dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli qeydiyyatın və RX seriyalı ******* №li çıxarışın ləğv edilməsi hissəsində rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1210/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1210/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver