Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1210/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “İNDUSTRİA DE DİSENO TEXTİL, S.A“ nın (İNDİTEX, S.A) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı 3-cü şəxs qismində X13 “X14” Şirkəti işə cəlb edilməklə “qərarın ləğv edilməsi və beynəlxalq qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndələri X5 və X1 iştirakları ilə, İddiaçı “İNDUSTRİA DE DİSENO TEXTİL, S.A“ nın (İNDİTEX, S.A) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı 3-cü şəxs qismində X13 “X14” Şirkəti işə cəlb edilməklə “qərarın ləğv edilməsi və beynəlxalq qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı “İNDUSTRİA DE DİSENO TEXTİL, S.A” (İNDİTEX, S.A) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının № A72/23,12 yanvar 2024-cü il tarixli qərarının ləğvi və X13 “X14” şirkətinin adına ““Zarina” – Zarina + şəkil”” əmtəə nişanının 3, 9, 14,16, 25 və 35-ci sinif əmtəə və xidmətləri üzrə 2022 1460 nömrəli (ilkinlik xx.xx.2021 ərizə № 2021 02877), qeydiyyatın etibarsız sayılması, Əqli Mülkiyyət Agentliyinin Patent və X3 mərkəzinin ““Zarina” – Zarina + şəkil”” əmtəə nişanının xx.xx.2021 ərizə № 2022 02702 ərizə üzrə qərarının ləğv edilməsi barədə barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İNDUSTRİA DE DİSEÑO TEXTİL, S.A. (İNDİTEX, S.A.) adına Azərbaycan Respublikası ərazisində 3, 4, 8, 9, 11, 14, 16, 18, 20, 21, 24, 25, 26, 28, 34, 35-ci sinif əmtəələri üzrə daha əvvəl ilkinliklə mühafizə olunan 973064 saylı (qeydiyyat tarixi xx.xx.2007) adi standart şriftlə verilmiş sözdən ibarət "ZARA"; 3, 4, 5, 6, 8, 9, 11, 12, 14, 16, 18, 20, 21, 22, 24, 25, 26, 27, 28, 34, 35-ci sinif əmtəələri üzrə daha əvvəl ilkinliklə mühafizə olunan 834842 (ilkinlik ES, xx.xx.2003, 2.531.471) adi standart şriftlə verilmiş sözdən ibarət "ZARA HOME”; “ZARA” №706028; "ZARA" "ZARA HOME" №834842; “ZARA FOR MUM" №1058099; "ZARA BASİC" N1092869; “ZARA SRPLS" N1445357; "ZARA ORİGİNS" və sairə, tərkibində mühafizə predmeti olan, geniş tanınmış, nüfuzlu "ZARA” əmtəə nişanlarına hüquqlar əsasında həmin əmtəə nişanlarına qarışdırılacaq dərəcədə oxşar olan, üçüncü şəxs X13 "X14", 10aya Krasnoarmeyskaya, 22, Letter A, premises 1-H, 6 floor, 190103, Saint Petersburg, Russia (RU) adına daha sonra ilkinliklə qanun pozuntusu ilə qeydiyyata alınmış "Zarina- Zarina+şəkil" əmtəə nişanının 3, 9, 14, 16, 25 və 35-ci sinif əmtəə və xidmətləri üzrə 2022 1460 saylı (ilkinlik xx.xx.2021 ərizə No 2021 02877) qeydiyyatının etibarsız sayılması barədə verilmiş etiraz ərizəsi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının № A72/23, 12 yanvar 2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Cavabdeh qərar verərkən, İNDİTEX, S.A., şirkətinin mənşə ölkəsi İspaniya, Portuqaliya, Çexiya Respublikası, X8 Mülkiyyət İdarəsi (EUİPO), Çin və Hindistan tərəfindən "ZARA" əmtəə nişanının, geniş X11 olmasını, eləcə də, yuxarıda sadalanan beynəlxalq qeydiyyatlarla Azərbaycan Respublikasında qanunla qorunan hüququnu tanımamışdır. X13 "X14", şirkətinin adına 2022 1460 saylı (ilkinlik xx.xx.2021 ərizə No 2021 02877), "Zarina+şəkil” əmtəə nişanının "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanunun 6-cı maddəsinin "b" bəndindən irəli gələn əsasların pozulması və uyğun "Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının" (sonralar "Qaydalar") 29.3, 29.5 "a" və "ç", 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4 bəndlərinə əsasən səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlığı, nəzərə almadan qeydiyyata alındığı üçün, həmin qanunun 29-cu maddəsinin əsaslanmaqla etibarsız sayılması barədə iddia tələbləri təmin edilməli, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının №A72/23, 12 yanvar 2024 cü il tarixli qərarı ləğv edilməli, 2022 11460 sayla qeydiyyata alınan "Zarina-Zarina+şəkil" əmtəə nişanının 3,9,14,16,25.35-ci sinif əmtəə və xidmətləri üzrə qeydiyyatı etibarsız sayılaraq ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İNDUSTRİA DE DİSEÑO TEXTİL, S.A. (İNDİTEX, S.A.) adına adi standart şriftlə verilmiş “ZARA” əmtəə nişanı 973064 ((qeydiyyat tarixi xx.xx.2007) saylı beynəlxalq qeydiyyatla 3, 4, 8, 9, 11, 14, 16, 18, 20, 21, 24, 25, 26, 28, 34, 35-ci sinif əmtəələri üzrə xx.xx.2006-cı il tarixdən dünyanın AG, AL, AM, AU, AZ, BA, BH, BQ, BT, BW, BY, CH, CN, CU, CW, DZ, EG, GE, GH, HR, İR, İS, JP, KE, KG, KP, KR, KZ, Lİ, LR, LS, MA, MC, MD, ME, MG, MK, MN, NA, NO, NZ, RS, RU, SD, SG, SL, SM, ST, SX, SY, SZ, TJ, TM, TN, TR, UA, US, UZ, VN, ZM ölkələrində, o cümlədən Azərbaycan Respublikası ərazisində mühafizə olunur. (Əlavə 1). X13 "X14", 10-aya Krasnoarmeyskaya, 22, Letter A, premises 1-H, 6 floor, 190103, Saint Petersburg, Russia (RU) adına daha sonra ilkinliklə TuZarina+şəkil" əmtəə nişanı 3,9,14,16,25, və 35-ci sinif əmtəə və xidmətləri üzrə 2022 1460 saylı (ilkinlik xx.xx.2021 ərizə No 2021 02877) qeydiyyata alınmışdır (Əlavə 2). İş materiallarına əlavə edilmiş İNDUSTRİA DE DİSENO TEXTİL, S.A. (İNDİTEX S.A.) şirkəti tərəfindən Azərbaycan Respublikasında "ZARA” əmtəə nişanının geniş tanınmış nişanı kimi təsbit edilməsi barədə Vəkil andı-Affidevit" (Əlavə 3). "Affidevit"-dən görünür ki, X9, İspaniyanın Arteyxo şəhəri, Avenida de la Diputacion, Edificio İnditex, E-15142 ünvanında qeydiyyatdan keçmiş, İNDUSTRİA DE DİSENO TEXTİL, S.A. (İNDİTEX S.A.) şirkətinin Baş məsləhətçisi və İdarə heyətinin katibi, aşağıdakıları bəyan edir ki, "ZARA" əmtəə nişanı mənşə ölkəsi İspaniyada (2004), Portuqaliya (2010), Çexiya Respublikası (2005), X8 Mülkiyyət İdarəsi (EUİPO) (2008), Çin (2015) və Hindistanda (2015) "ZARA" əmtəə nişanlı geniş tanınmış nişan kimi tanınır (səh 6, 7). Türkiyə Respublikası, X12, X6, X11 X2 ilə Əmtəə nişanı - ZARA, İddiaçı İNDUSTRİA DE DİSEÑO TEXTİL, S.A. (İNDİTEX, S.A.), İddianın tarixi xx.xx.2007, İddianın nömrəsi 108623, Qərar tarixi, nömrəsi 2007-M-5953, ilə ZARA əmtəə nişanı geniş X11 kimi təsbit edilmişdir(Əlavə 4). İNDUSTRİA DE DİSEÑO TEXTİL, S.A. (İNDİTEX, S.A.) adına daha əvvəl ilkinliklə aşağıda və əlavədə verilmiş cədvəldə göstərilən beynəlxalq qeydiyyatlar Azərbaycan Respublikası ərazisində mühafizə olunur (Madrid Monitor axtarışın nəticələri Əlavə 4.). İNDUSTRİA DE DİSEÑO TEXTİL, S.A. (İNDİTEX, S.A.) şirkəti bildirir ki, iddianın əsası daha əvvəl ilkinliklə qeydiyyata alınmış "ZARA" nişanındakı bütün səslərin, “Zarina - Zarina+şəkil" əmtəə nişanında ZARİNA sözünə daxil olmaqla, ardıcıllıqla təkrarlanma edilir, təqlid edilməsi ilə qarışdırılacaq dərəсədə oxşar olmasıdır. Azərbaycan Respublikasının da, qoşulduğu "Sənaye mülkiyyətinin qorunması haqqında konvensiyasını” 6bis maddəsində göstərilir: Paris İttifaq ölkələri həmin ölkənin qanunvericiliyində nəzərdə tutulduğu halda inzibati orqanın təşəbbüsü ilə və ya qeydiyyatdan keçmiş ölkənin və ya istifadə ölkəsinin səlahiyyətli orqanı tərəfindən geniş tanınmış nişan olması təsbit olunan nişanını təkrarlayan, təqlid edən tərcüməsi olan, çaşqınlıq yaradan digər əmtəə nişanın, bu Konvensiyanın üstünlüklərindən isifadə edən maraqlı şəxsin ərizəsi əsasında qeydiyyatından imtina etməyi va ya etibarsız hesab etməyi və əmtəə nişanının istifadəsini qadağan etməyi öhdəsinə götürürlər. Bu müddəa eyni zamanda geniş tanınmış nişanın ("ZARA") mühüm hissəsini təkrarlaması ("Zarina") və ya onunla çaşqınlıq yarada bilən təqlidi olduğu hallara da, şamil edilir". Bu müddəa Azərbaycan Respublikası "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun" 26-cı maddəsində “Əmtəə nişanı və ya onun əsas hissəsi (“ZARA” ) geniş X11na aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının (“Zarina”) qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər” kimi nəzərdə tutulmuşdur. İNDUSTRİA DE DİSEÑO TEXTİL, S.A. (İNDİTEX, S.A.) şirkətinin adına beynəlxalq qeydiyyatla 1984-cü ildən, daha əvvəl ilkinliyə malik yuxarıda göstərilən 15 beynəlxalq qeydiyyatla mühafizə olunan, adi standart şriftlə verilmiş, iddianın əsası “ZARA” sözündən ibarət əmtəə nişanlarıdır. Adi standart şriftlə verilmiş "ZARA" [Standart şriftlərlə işlənmiş sözlərdən ibarət nişanlar istənilən qrafik yazılışda istifadə oluna bilər (qaydalar 2-ci maddə 3-cü abzas, 2-ci cümlə)]. “ZARİNA" xüsusi qrafiki yazılışla verilmişi şriftlə sözdən ibarət nişanları səsli (fonetik) oxşarığın araşdırsaq: "ZARA" adlı əmtəə nişanı 4 hərf, 4 səsdən ibarətdir, heca bölgüsü za-ra. [z]cingiltili samitdir (kar qarşılığı [s] samitidir). [a]-qalın, açıqdodaqlanmayan saitdir. [r]-cingiltili (cingiltili sonor samitdir), kar qarşılığı yoxdur. [a]-qalın, açıqdodaqlanmayan saitdir. “ZARİNA” adlı əmtəə nişanı 6 hərf, 6 səsdən ibarətdir. Heca bölgüsü: za-ri-na. [z]- cingiltili samitdir (kar qarşılığı [s] samitidir). [a]-qalın, açıq, dodaqlanmayan saitdir. [r]-cingiltili (cingiltili sonor samitdir), kar qarşılığı yoxdur. [i]-qapalı, incə, daqlanmayan saitdir. [n]cingiltili (cingiltili sonor samitdir), kar qarşılığı yoxdur. [a]-qalın, açıq, dodaqlanmayan saitdir. Beləliklə yuxarıda göstəriləndən məlum olur ki, “ZARA” adlı əmtəə nişanı tərkibində olan 4 hərf və 4 səs bütövlükdə və ardıcıllıqla "ZARİNA" sözdən ibarət nişanın tərkibina daxil olmaqla səslənmə üzrə qarışdırılacaq dərəcədə oxşardır. Ümumdünya Mülkiyyət Təşkilatı (WİPO) elektron dərsliyini maddələrində göstəriliir: https://www.wipo.int/edocs/pubdocs/en/intproperty/489/wipo_pub 489.pdf 2.470 Eyni tələffüz, bir işarədə əsas fərqləndirici bir hissani - (indiki halda ZARA) (söz işarəsinin bir hissəsi və ya işarəni meydana gətirən bir neçə sözdən birini) ehtiva edərsə, bu fərqləndirici element pozucu nişanla (indiki halda ZAR İN A) tam və ya demək olar ki, umumilikdə eynidir. 2.473 ... vacib məqam, qarışıqlığın yazıdakı, tələffüzdəki ... oxşarlıqdan yarana biləcəyi və bu sahələrdən birindəki bənzərliyin istehlakçıları aldatması halında hüquq pozuntusu üçün yetərli olmasıdır. 2.474 .... Tələffüzdə oxşarlıq vacibdir, çünki yazılan ticarət nişanları eyni şəkildə tələffüz edilə bilər və şifahi ünsiyyətdə eyni tələffüz sayılır. Azərbaycanlı istifadəçi tərəfindən “ZARA”, “ZARİNA” qadın adı kimi, qısaldılmış formada qəbul edilir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WİPO) elektron dərslkdə göstərilənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş: "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nda (Sonralar Qaydalar)29.6.1., 29.6.2. və 29.6.5. maddələri ilə xarakterizə olunur. Qaydaların 29.6.1. bəndinə əsasən Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik) (Qaydalar 29.6.2),, qrafik (görünüşlü) (Qaydalar 29.6.3), və məna ifadəli (semantik) (Qaydalar 29.6.3), ola bilər. 1.Adi şriftlə verilmiş “ZARA” və “ZARİNA” sözdən ibarət nişanları səsli (fonetik) (Qaydalar 29.6.2) oxşarlığını kriteriyaları əsasında araşdırsaq: - a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu- “ZA RA” - “ZA RİNA” -hər iki nişanda Z,A,R,A- eyni səsləri mövcuddur; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı“ZA RA” - “ZA RİNA” hər iki nişanda-Z,A,R,A-səsləri eynidir; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi - “ZA RA” - “ZA RİNA” hər iki nişanda Z,A,R,A- səslərinin biri-birinə nəzərən yerləşməsi eynidir; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu - “ZA RA” - “ZA RİNA”- bütün səslər eyni ardıcıllıqla yerləşir; d) işarədə olan hecaların miqdarı - “ZA RA” - “ZA RİNA” -hər iki heca üst üstə düşür eynidir; e) işarənin tərkibində səs uyğunluğunun üst-üstə düşdüyü yer_“ZA RA” - “ZA RİNA” səs uyğunluğu üstüstə düşür; a) kar və cingiltili tərkibin yaxınlığı “ZA RA” - “ZA RİNA” ) kar va cingiltili tərkibi eynidir; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri “ZA RA” - “ZA RİNA” üst-üstə düşən hissələrinin xarakteri eynidir; g) bir nişandan (işarə) digərinə daxil olma“ZA RA”-“ZA RİNA” nişandan digərinə daxil olma var; ğ) vurğu “ZA` RA” - “ZA` RİNA” vürğu hər iki halda ikinci “A” hərfinin üzərinə düşür. Göründüyü kimi, səsli (fonetik) (Qaydalar 29.6.2) bütün kriteriyalar əsasında bu nişanların qarışdırılacaq dərəcədə oxşar olduğu sübuta yetirilir. 2. Adi şriftlə verilmiş sözdən “ZARA” sözü “ZARİNA” sözdən ibarət nişanları qrafik (görünüşlü) (Qaydalar 29.6.3) oxşarlığı araşdırılsa: "ZARA" sözdən ibarət əmtəə nişanının “ZARİNA” sözü ila a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; “ZARA” sözü adi şriftlə verilmiş sözdən ibarət olmaqla mühafizə olunduğu üçün istənilən şriftlə ifa olnmaqla istifadə edilə bilər. Yəni, bu kriteriya üzrə bu nişanlar oxşardır; ç) hərflərin biri-birinə nəzəran yerləşməsi; hər iki nişanda eyni Z,A,R,A-hərflərinin biri-birinə nəzərən yerləşməsi ilə qarışdırılacaq dərəcədə oxşardır; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər)- "ZARA” adi şriftlə böyük hərflərlə verilmiş sözdən ibarət olmaqla mühafizə olunduğu üçün istənilən şriftlə ifa olunmaqla istifadə edilməklə mühafizə oluna bilər. Yəni, bu kriteriya üzrə bu nişanlar oxşardır; d) hərflərlə yazılmış sözlərin əlifbası-hər iki nişan latın əlifbası ilə verilməsi ilə qarışdırılacaq dərəcədə oxşardır; “ZARA" sözü “ZARİNA” sözdən ibarət nişanları mənaca, semantik (Qaydalar 29.6.4) oxşarlığını araşdırsaq: İstifadəçilər eyni və ya analoji semantik məzmuna malik olduqlarını qəbul etdikdə bu iki nişan (işarə) mənacada, semantik cəhətdən eyni və ya oxşar sayılır. Belə olan halda, qeyd etmək lazımdır ki, əmtəə nişanlarının mənalı və konseptual qavranılması istehlakçıların müxtəlif adlarda məna və əhəmiyyət axtarma meylindən asılıdır. "ZARA" və “ZARİNA” iki sözlərinin azərbaycanlı istifadəçi tərəfindən qadın adı kimi qəbul ediləcəyini güman etmək olar. "ZARA" adı ərəbcə "parlaq" və ya "çiçək açan çiçək" deməkdir və "Zara" qadın adının analoqudur. "ZARİNA" adı farsca "qızıl" deməkdir, qadın adının analoqudur. Qeyd etmək lazımdır ki, bu iki qadın adlarının yuxarıdakı mənaları yəqin ki, adi istehlakçılara məlum deyil. Çox güman ki, işarələr istehlakçılar, istifadəçilər tərəfindən yalnız qadın/qız adları mənasında başa düşülür. ZARİNA adı ZARA adının qısaldılmış, əzizlənmiş formasına bənzəyir. Buradan belə nəticə çıxır ki, iki işarə arasında mənaca, semantik oxşarlıq var. Qaydaların - 29.6.5.əsasən "Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də, müxtəlif birləşmələrdə nəzərə alına bilər". Beləliklə, Qaydaların 29.6.1, 29.6.2, 29.6.3 va 29.6.4 bəndlərinə əsasən "ZARA” əmtəə nişanı ilı “ZARİNA” əmtəə nişanı ilə səsli (fonetik) (Qaydalar 29.6.2) va qrafik (görünüşlü) (Qaydalar 29.6.3) va mənaca (Qaydalar 29.6.34) araşdırılması ilə bu nişanların qarışdırılacaq dərəcədə oxşar olduğu sübuta yetirilir. Eyni zamanda "Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının" 29.9.1, 29.9.2, bəndlərinə əsasən “Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmalarını” araşdırılması ilə yuxarıda göstərilən cədvəldə göstərilən "ZARA” sözündən ibarət beynəlxalq qeydiyyatlarla, məsələn beynəlxalq qeydiyyat № 973064 (Əlavə 1) mühafizə olunan 3,9,14,16,25, və 35-ci sinif əmtəə və xidmətlərin 2022 1460 sayla (Ərizə 2021 02877, ilkinlik xx.xx.2021) xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan “Zarina-Zarina+şəkil" (milli qeydiyyat No 2022 1460 əlavə 2) nişanın 3,9,14,16,25, və 35-ci sinif əmtəə və xidmətləri üzrə həmcins olduğu sübut olunur. Azərbaycan Respublikası "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun" 6-cı maddəsinin (b) bəndinə əsasən: "Azarbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır". Həmin Qanunun 29-cu maddəsində göstərilir: -" 6-cı maddəsinin birinci ... hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qisman etibarsız sayıla bilər. Cavabdehin “əsaslandırma”sının aşağıda qöstərilənlərlə əsassız olduğu sübüta yetirilir: Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının №A72/23, 12 yanvar 2024- cü il tarixli qərarında, İNDİTEX, S.A., şirkəti tərəfindən təqdim edilən "Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının" (sonralar "Qaydalar") 29.3, 29.5 "a” və "ç", 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4 bəndlərinə əsasən səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlığını, qarışdırılacaq dərəcədə oxşar olduğu, istehlakçılar arasında yanıltma, qarışdırma yaratdığı, bu sözlərin qarışdırılacaq dərəcədə oxşar olduğı barədə təqdim edilmiş sübutları, yuxarıda göstərilən əsaslandırılmış dəlilləri nəzərə almamış, öz qərarını "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun" və"Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının" maddə və bəndlərinə əsaslanmaqla təhlil etməmiş., əsaslandırmamış, sadəcə olaraq həmin normaları sadalamış və sonra göstərmişdir: "Apellyasiya şurası Zarin əmtəə nişanını təhlil edərək müəyyən etdi ki, nişanda qara rangdə qrafik obrazda "zarina" sözü verilmiş, "a" hərfinin sağ yuxarı hissəsində qara rəngdə təsvir verilmiş, təsvirin içərisində isə qrafik obrazda "Z" hərfi verilmişdir. Nişanın xarakterik qrafik xüsusiyyəti "Z" hərfinin xüsusi vurğulanaraq bədii stolistik uslubda verilməsi, həmçinin təsvirin içərisində də, qeyd edilməsidir. İNDUSTRİA DE DİSEÑO TEXTİL, S.A. (İNDİTEX, S.A.) maxsus "ZARA” adlı nişanları isə qara rangdə, standart formada verilmişdir. Göründüyü kimi, müqayisə edilən nişanlar (ZARA və Zarina) müxəlif obrazlarda təqdim edilmiş və fərqli səslənməyə malik sözlərdən ibarərdir. Bu isə hamin nişanların istər ümümi görünüşlü (müşühidə) təəssüratı, istərsə də rəng və ya rənglərin uzlaşması (kombinasiyası) baxımından qarışdırılcaq dərəcədə oxşar olmadığını deməyə əsas verir. Müqayisə edilən nişanlar fərqli təsvir və elementlərdən ibarət olmaqla istehlakçıların zehnində fərqli obrazlar yaradır. Belə ki, müqayisə edilən əmtəə nişanlarının qrafik fərqlərə malik olması ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, qrafik yazılışı, rəng və ya rənglərin uzlaşması (kombinasiyası) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu baxımından qarışdırılacaq dərəcədə oxşar olmamasını nazərə alaraq müqayisə edilən nişanların istehlakçılarda eyni təsəvvür yaratmaması və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola biləcəyini demək olar.» Göründüyü kimi, Apellyasiya şurası Qaydaların 2-ci maddəsinin 3-cü abzasına əsasən - "Standart şriftlərlə işlənmiş sözlərdən ibarət nişanlar istənilən qrafik yazılışda istifadə oluna bilər"- "ZARA" standart şriftlərlə işlənmiş sözdən əmtəə nişanının istənilən qrafikdə yazılışda mühafizə olunmasını nəzərə almamış, yalnız "Zarina-Zarina+şəkil" əmtə nişanında "Zarina” söz işarəsinin oxşarlığına qiymət vermək əvəzinə təsviri hissəsinə qiymət vermiş, nəticə etibarı ilə səhv qərar vermişdir. Apellyasiya şurası, sözdən ibarət əmtəə nişanın oxşarlığını araşdırıldığı üçün yalnız, Qaydaların 29.6.1, 29.6.2, 29.6.3 və 29.6.4 bəndlərinin əlamətlərini tətbiq etməli olduğu halda, öz qərarına haqq qazandırmaq üçün Qaydaların 29.7.1 maddəsinin (a) bəndinin "təsviri nişan (işarə)" və Qaydaların 29.7.2 "Təsviri ... nişanların (işarələrin) oxşarlığı əlamətləri" ilə qiymətləndirir, Müqayisələndirilən nişanın təsviri hissəsinin fərqlərini tətbiq edir. Daha əvvəl ilkinlikli, nüfuzlu, geniş tanınmış standart şriftlərlə işlənmiş sözdən ibarət "ZARA" nişanı "(İNDİTEX, S.A.) məxsus "ZARA” adlı nişanları isə qara rəngdə, standart formada verilmişdir“, kimi qiymətləndirir, onun təsviri, rəngli olmadığı əsasında mübahisələndirən “Zarina-Zarina+şəkil” əmtə nişanının oxşar olmadığı qənaətinə gələrək səhv qərar verir. Beəliklə, "Cavabdeh" öz qərarını, istər beynəlxalq müqavilə və sazişlər, istərsə də, Azərbaycan Respublikası "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunu" və "Əmtəə nişanlarının qeydе alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları" müddəaları ilə əsaslandırılmamış, yalnız ümumi formal mülahizələri əsasında vermişdir. Yəni, qərar əsaslandırılmamış, əsassızdır, bu səbəbdən də, A72/23, 12 yanvar 2024 cü il tarixli qərarı ləğv edilməlidir. Nişan sahibi İNDİTEX, S.A. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun" 25-сi maddəsindən irəli gələn hüquqları əsaslanaraq: "Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir" əsasında müraciət etmişdir. Apellyasiya Şurası bu əsaslarla verilən müraciətə qiymət verəkən - "Əmtəə nişanının təyinatına uyğun olaraq onun asas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarların əmtəələrindən və göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir" göstərsə də, nişan sahibinin qanunla qorunan hüquqlarının müdafiəsi üçün müraciət etməsinə, mövqeyinə əks qiymət vermişdir. Halbuki, Azərbaycan Respublikası bazarında - İNDİTEX, S.A şirkəti özünün "ZARA" əmtəə nişanlarına qorunan hüquqlarının müdafiəsi üçün Apellyasiya Şurasına müraciət etmişdir. Lakin, Apellyasiya Şurası onun "ZARA" əmtəə nişanı ilə "ZARİNA" söz işarəsini oxşar saymamış, “Zarina- Zarina+şəkil" nişanı kimi qiymətləndirmiş, səhv qərar vermişdir.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11505/2024 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-9016/2024 saylı və 2-1(112)-11505/2024 saylı inzibati işlər 2-1(112)-9016/2024 sayı altında bir icraata birləşdirilmişdir.
4. Məhkəmənin 2-1(112)-9016/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X13 “X14” Şirkəti zəruricəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
5. İnzibati işlər birləşdirildikdən sonra iddiaçının tələbi “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının № A72/23, 12 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, X13 “X14” Şirkətinin adına “Zarina” – Zarina+şəkil” əmtəə nişanının 3, 9, 14, 16, 25 və 35-ci sinif əmtəə və xidmətləri üzrə 2022 1460 nömrəli (ilkinlik xx.xx.2021-ci il tarixli ərizə № 2021 02877) qeydiyyatının etibarsız hesab edilməsi, Əqli Mülkiyyət Agentliyinin Patent və X3 Mərkəzinin “Zarina” – Zarina+şəkil” əmtəə nişanının xx.xx.2021-ci il tarixli ərizə, № 2022 02702 ərizə üzrə qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının № AP2024-21, 10 may 2024-cü il tarixli qərarının ləğvi və X13 “X14” Şirkətinin adına “ZARİNA” əmtəə nişanının 3, 9, 14, 16, 18, 25 və 35-ci sinif əmtəə və xidmətlər üzrə xx.xx.2022-ci il tarixli, ******* saylı (AZ təyinat tarixi xx.xx.2022) beynəlxalq qeydiyyatının etibarsız sayılması barədə qərar qəbul edilməsi” olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İNDUSTRİA DE DİSEÑO TEXTİL, S.A. (İNDİTEX, S.A.) adına Azərbaycan Respublikası ərazisində aşağıdakı əmtəə nişanları mühafizə edilir: 1. "ZARA" (488447) əmtəə nişanı ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə xx.xx.1984-cü il tarixdə beynəlxalq qeydiyyata alınmış və xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 2. "ZARA" (694522) əmtəə nişanı ƏXBT-nin 09 və 14- cü sinif əmtəələri üzrə xx.xx.1998-ci il tarixdə beynəlxalq qeydiyyata alınmış və xx.xx.1998-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 3. "ZARA" (706028) əmtəə nişanı ƏXBT-nin 03, 20 və 35-ci sinif əmtəələri və xidmətləri üzrə xx.xx.1998-ci il tarixdə beynəlxalq qeydiyyata alınmış və xx.xx.1999- cu il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 4. "ZARA" (750570) əmtəə nişanı xx.xx.2000-ci il tarixdə beynəlxalq qeydiyyata alınmış və xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 5. "TEXTURES ZARA” (749780) əmtəə nişanı xx.xx.2000-ci il tarixdə ƏXBT-nin 03, 21 və 25-ci sinif əmtəələri üzrə beynəlxalq qeydiyyata alınmış və xx.xx.2012-ci il tarixdən ƏXBT-nin 03 və 25-ci sinif əmtəələri üzrə Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 6. ZARA (752502) əmtəə nişanı xx.xx.2001- ci il tarixdə ƏXBT-nin 25 və 35-ci sinif əmtəələri və xidmətləri üzrə beynəlxalq qeydiyyata alınmış və xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 7. “ZARA HОМЕ” (834842) əmtəə nişanı xx.xx.2003- cü il tarixdə beynəlxalq qeydiyyata alınmış və xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 8. "ZARA" (973064) əmtəə nişanı xx.xx.2007-ci tarixdə beynəlxalq qeydiyyata alınmış və xx.xx.2010- cu il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 9. "ZARA HОМЕ” (976068) əmtəə nişanı xx.xx.2007- ci il tarixdə beynəlxalq qeydiyyata alınmış və xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 10. "ZARA FOR MUM” (1058099) əmtəə nişanı xx.xx.2010-cu il tarixdə beynəlxalq qeydiyyata alınmış və xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 11. "ZARA BASİC" (1092869) əmtəə nişanı xx.xx.2011-ci il tarixdə beynəlxalq qeydiyyata alınmış və xx.xx.2011-ci il tarixdən ƏXBT-nin 03, 18 və 25-ci sinif əmtəələri üzrə Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 12. "JOİN LİFE ZARA” (1280138) əmtəə nişanı xx.xx.2015-ci il tarixdə beynəlxalq qeydiyyata alınmış və xx.xx.2015-ci il tarixdən ƏXBT-nin 18, 24 və 25-сі sinif əmtəələri üzrə Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 13. "ZARA SRPLS" (1445357) əmtəə nişanı xx.xx.2018-ci il tarixdə beynəlxalq qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 14. "ZARA ORİGİNS” (1680305) əmtəə nişanı xx.xx.2022-ci il tarixdə beynəlxalq qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. 15. "ZARA" nişanı iki hecadan "ZA – RA" ibarətdir. Qeyd edilən bütün nişanlar qara rəngdə "zara" sözündan ibarətdir. "X13" X14" adına Azərbaycan Respublikası ərazisinde aşağıdakı əmtəə nişanı mühafizə edilir: 1. “Zarina” N 2022 1460 nişanı ƏXBT-nin 03, 09, 14, 16, 18, 25 və 35-ci sinif əmtəələri və xidmətləri üzrə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir (əmtəə nişanının ilkinlik tarixi - xx.xx.2021). Əmtəə nişanı xx.xx.2031-ci il tarixinə qədər etibarlıdır.
2. "ZARİNA" nişanı üç hecadan ibarətdir "ZA - Rİ – NA”. Nişanda qara rəngdə, qrafik obrazda "zarina” sözü verilmiş, "a” hərfinin sağ yuxarı hissəsində qara rəngdə təsvir verilmiş, təsvirin içərisində isə qrafik obrazda "Z" hərfi verilmişdir. Nişanın xarakterik qrafik xüsusiyyəti "Z" hərfinin xüsusi vurğulanaraq bədii stilistik üslubda verilməsi, həmçinin təsvirin içərisində də qeyd edilməsidir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası (bundan sonra- Apellyasiya şurası) aparılmışaraşdırılmaya əsasən, "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 29.4-29.5-ci, 29.6.1-29.6.4-cü, 29.9.1-29.9.2-ci bəndlərini nəzərə alaraq, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin birinci hissəsinin (a) bəndini, 29-cu maddəsini rəhbər tutaraq, verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, əmtəə nişanı dedikdə “sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması (kombinasiyası)" başa düşülür. Normanında məzmunundan göründüyü kimi, əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Qeyd edilən nişanlar müqayisə olunarkən orta istehlakçıda yarada biləcək təəssürata nəzərən (ümumi görünüşlü (müşahidə) təəssüratı) bütövlükdə yanaşılmalıdır. Bildirirlər ki, qeyd edilən əmtəə nişanlarının qrafik fərqlərə malik olması, fonetik və vizual cəhətlərdən qarışdırılacaq dərəcədə oxşar olmaması, istehlakçılarda eyni təsəvvür yaratmaması və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının (bundan sonra – Qaydalar) 29.6-cı bəndinə əsasən, sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması zamanı sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir, səs üzrə (fonetik) oxşarlıq, qrafiki (görünüşlü) oxşarlıq və məna etibarı ilə (semantik) oxşarlıq Qaydaların qeyd olunmuş bəndlərində nəzərdə tutulmuş əlamətlər üzrə müəyyən edilir. Qaydaların 29.9.1-2-ci bəndlərinə əsasən, "Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır." Göründüyü kimi müqayisə edilən nişanlar (ZARA və Zarina) müxtəlif obrazlarda təqdim edilmiş və fərqli səslənməyə malik sözlərdən ibarətdir. Belə ki, müqayisə edilən sözlərdə fərqli hecaların mövcudluğu, tələffüz zamanı vurğu arasında müxtəlifliyə dəlalət edir, belə ki, "ZARİNA” sözündə vurğu ikinci hecanın "i" saitinin üzərinə düşür ki, bu hal isə qarşı qoyulmuş nişanda mövcud deyil. "ZARA" sözünün tələffüzü zamanı, vurğu "a" saitinin üzərinə düşür. Vurğuların fərqliliyi, sözlərin köklü surətdə fərqli tələffüz edilməsinə dəlalət edir, müvafiq olaraq belə tələffüzlər istehlakçılar tərəfindən fərqli surətdə qavranılır. Göründüyü kimi, müqayisə edilən nişanlar (ZARA və Zarina) müxtəlif obrazlarda təqdim edilmiş və fərqli səslənməyə malik sözlərdən ibarətdir. Bu isə həmin nişanların istər, ümumi görünüşlü (müşahidə) təəssüratı, istərsə də rəng və ya rənglərin uzlaşması (kombinasiyası) baxımından qarışdırılacaq dərəcədə oxşar olmadığını deməyə əsas verir. Müqayisə edilən nişanlar fərqli təsvir və elementlərdən ibarət olmaqla istehlakçıların zehnində fərqli obrazlar yaradır. Belə ki, müqayisə edilən əmtəə nişanlarının qrafik fərqlərə malik olması, ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, qrafiki yazılışı, rəng və ya rənglərin uzlaşması (kombinasiyası), nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu baxımından qarışdırılacaq dərəcədə oxşar olmamasını nəzərə alaraq, müqayisə edilən nişanların istehlakçılarda eyni təsəvvür yaratmaması və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola biləcəyini demək olar. Hesab edirlər ki, hazırki iş üzrə təqdim edilmiş dəlillər N 2022 1460 qeydiyyat nömrəli “Zarina” əmtəə nişanın qeydiyyatına xitam verilməsi üçün yetərli hesab edilə bilməz. Buna görə də, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, Apellyasiya Şurasının 2024-cü il 12 yanvar tarixli, A72/23 nömrəli qərarı qanuni və əsaslıdır, hazırki inzibati iş üzrə Agentliyə qarşı qaldırılmış iddia tələbi və iddia ərizəsində irəli sürülmüş dəlillər isə əsassızdır.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndələri etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. İş materiallarına iddiaçı tərəfindən qərarın surəti, “Zara” nişanları üzrə BQ ÜİPO Madrid Monitordan çıxarış, qeydiyyatın dərci bülleteni, vəkil andı digər sənədlər əlavə edilmişdir.
10. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
11. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyin 12 yanvar 2024-cü il tarixli, A72/23 nömrəli qərarına əsasən X15 “X14” məxsus N 2022 1460 qeydiyyat nömrəli “Zarina” əmtəə nişanının qeydiyyatına qarşı iddiaçının (ərizəçinin) nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə verilmiş etiraz ərizəsi əsassız hesab olunaraq təmin edilməmişdir.
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2- ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
17. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
18. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə (“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsində əsasən) mübahisələndirilmişdir.
19. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
21. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:
22. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. 4-cü maddəsinə əsasən əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. 6-cı maddəsinin (a) bəndinə əsasən Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları və 6-cı maddəsinin (b) bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır.
23. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın: 29.1. Mütləq əsaslar üzrə qeydiyyata etiraz üçün iddia olunan nişan (işarə) yoxlanılan zaman, onun bu Qaydaların 4-cü bəndində göstərilən nişandan (işarədən) ibarət olub-olmaması və ya həmin nişanı (işarəni) özünə daxil etməsi müəyyənləşdirilir. İddia olunan nişan (işarə) yalnız bu Qaydaların 4-cü bəndində göstərilən nişandan (işarədən) ibarət olarsa, onun əmtəə nişanı kimi qeydə alınmasına yol verilə bilməz. 29.2. İddia olunan nişan (işarə) bu Qaydaların 4-cü bəndində göstərilən və təkcə mühafizə olunmayan nişandan (işarədən) yox, heç olmasa aşağıda göstərilənlərdən birini özünə daxil etdiyi halda, aşağıdakılar müəyyənləşdirilir: İddia olunan nişan (işarə) bu Qaydaların 4-cü bəndinin «f», «d» yarımbəndlərində göstərilən nişandan (işarədən) ibarət olduğu halda, müvafiq səlahiyyətli orqanın razılığı. iddia olunan nişan (işarə) bu Qaydaların 4-cü bəndinin «a», «b», «e» yarımbəndlərində göstərilən nişandan (işarədən) ibarət olduğu halda, əmtəə nişanında bu nişanın (işarənin) əsas (üstün) yer tutması. İddia olunan nişandan yuxarıda qeyd edilən nişanın (işarənin) mühafizə olunmayan element kimi əsas yer tutması müəyyənləşdirilərkən onun mənası və ya fəza vəziyyəti nəzərə alınır. 29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 29.5. Qarışdırılacaq dərəcədə eyni və oxşar olan nişanlar üzrə məlumat axtarışı, Qanunun 6-cı maddəsinə və bu Qaydaların 5-ci bəndinə uyğun olaraq aşağıda göstərilən nişanlar üzrə aparılır: a) Azərbaycan Respublikasında qeydə alınan və ekspertizası aparılan əmtəə nişanına nəzərən, daha əvvəl ilkinliyə malik olan əmtəə nişanları və ya Azərbaycan Respublikasında həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə başqa şəxsin adına qeydə alınmaq üçün iddia olunan nişanlar. Bu zaman Qanunun 31-ci maddəsinə uyğun qeydiyyatı ləğv olunan əmtəə nişanları və Qanunun 12-ci maddəsinə uyğun olaraq qeydə almaq üçün verilməmiş sayılan iddia sənədləri nəzərə alınmır; ... ç) nişanların beynəlxalq qeydiyyatına dair Madrid Sazişinə uyğun olaraq, onların beynəlxalq qeydiyyatı əsasında Azərbaycan Respublikasında mühafizə olunan əmtəə nişanları; ... 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri.
24. Məhkəmə iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir:
25. İddianın predmetini İNDUSTRİA DE DİSEÑO TEXTİL, S.A. (İNDİTEX, S.A.) adına Azərbaycan Respublikası ərazisində 3, 4, 8, 9, 11, 14, 16, 18, 20, 21, 24, 25, 26, 28, 34, 35-ci sinif əmtəələri üzrə daha əvvəl ilkinliklə mühafizə olunan olan 973064 saylı (qeydiyyat tarixi xx.xx.2007) adi standart şriftlə verilmiş sözdən ibarət "ZARA"; 3, 4, 5, 6, 8, 9, 11, 12, 14, 16, 18, 20, 21, 22, 24, 25, 26, 27, 28, 34, 35-ci sinif əmtəələri üzrə daha əvvəl ilkinliklə mühafizə olunan olan 834842 (ilkinlik ES, xx.xx.2003, 2.531.471) adi standart şriftlə verilmiş sözdən ibarət "ZARA HOME”; “ZARA” №706028; "ZARA" "ZARA HOME" №834842; “ZARA FOR MUM" №1058099; "ZARA BASİC" N1092869; “ZARA SRPLS" N1445357; "ZARA ORİGİNS" və sairə, tərkibində mühafizə predmeti olan, geniş tanınmış, nüfuzlu "ZARA” əmtəə nişanlarına hüquqlar əsasında həmin əmtəə nişanlarına qarışdırılacaq dərəcədə oxşar olması iddia edilən, üçüncü şəxs X13 "X14", 10-aya Krasnoarmeyskaya, 22, Letter A, premises 1-H, 6 floor, 190103, Saint Petersburg, Russia (RU) adına daha sonra ilkinliklə qeydiyyata alınan "Zarina-Zarina+şəkil" əmtəə nişanının 3, 9, 14, 16, 25 və 35-ci sinif əmtəə və xidmətləri üzrə 2022 1460 saylı (ilkinlik xx.xx.2021 ərizə No 2021 02877) qeydiyyatının etibarsız sayılması barədədir. İddiaçı iddia tələbinin hüquqi əsası olaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanunun 6-cı maddəsinin "b" bəndinə və "Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının" (sonralar "Qaydalar") 29.3, 29.5 "a" və "ç", 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4 bəndlərinə istinad etmişdir.
26. İş materiallarından göründüyü kimi, iddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, iddiaçının müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Apellyasiya Şurası 12 yanvar 2024-cü il tarixli mübahisəli qərarını onunla əsaslandırmışdır ki, nişanların oxşarlığını müəyyən etmək üçün Qaydaların 29.6.1-ci “Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığını müəyən etmək üçün onlar müqayisə edilir”, 29.6.2-ci “Səs üzrə (fonetik) oxşarlıq”, 29.6.3-cü “Qrafiki (görünüşlü) oxşarlıq”, 29.6.4-cü “Məna etibarı ilə”, 29.9.1-ci (“Əmtəələrin və ya göstəricilərin xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yara biləcək təsəvvürlər nəzərə alınır”) və 29.9.2-ci (“Əmtələrin və ya göstəriən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərlər nəzərə alınır”) bəndlərində göstərilən əlamələt nəzərə alınmalıdır. Apellyasiya Şurası “Zarina” əmtəə nişanını təhlil edərək müəyyən etmişdir ki, nişanda qara rəngdə, qrafik obrazda “zarina” sözü verilmiş, “a” hərfinin sağ yuxarı hissəsində qara rəngdə təsvir verilmiş, təsvirin içərisində isə qrafik obrazda “Z” hərfi verilmişdir. Nişanın xarakterik qrafik xüsusiyyəti “Z” hərfinin xüsusi vurğulanaraq bədii stilistik üslubda verilməsi, həmçinin təsvirin içərisində də, qeyd edilməsidir. İNDUSTRİA DE DİSEÑO TEXTİL, S.A. (İNDİTEX, S.A.) məxsus “Zara” adlı əmtəə nişanları isə qara rəngdə, standart formada verilmişdir. Göründüyü kimi, müqayisə edilən nişanlar (Zara və Zarina) müxtəlif obrazlarda təqdim edilmiş və fərqli səslənməyə malik sözlərdən ibarətdir. Bu isə həmin nişanların istər ümumi görünüşlü (müşahidə) təəssrüfatı, istərsə də, rəng və ya rənglərin uzlaşması (kombinasiyası) baxımından qarışdırılacaq dərəcədə oxşar olamdığını deməyə əsas verir. Müqayisə edilən nişanlar fərqli təsvir və elementlərdən ibarət olmaqla istehlakçıların zehnində fərqli obrazlar yaradır. Belə ki, müqayisə edilən əmtəə nişanlarının qrafik fərqlərə malik olması, ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, qrafiki yazılışı, rəng və ya rənglərin uzlaşması (kombinasiyası), nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu baxımından qarışdırılacaq dərəcəsə oxşar olmamasını nəzərə alaraq, müqayisə edilən nişanların istehlakçılarda eyni təsəvvür yaratmaması və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola biləcəyini demək olar. Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Apellyasiya Şurası hesab etmişdir ki, müqayisə edilən nişanlar bazarda eyni zamanda mövcud ola bilər və bu, istehlakçılar arasında çaşqınlıq yaratmayacaqdır. Odur ki, hazırki ərizə əsasında təqdim edilmiş dəlillər N 2022 1460 qeydiyyat nömrəli əmtəə nişanının qeydiyyatına xitam verilməsi üçün yetərli hesab edilə bilməz.
27. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq hesab edir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, məhkəmə tərəfindən də, “Zara” və Zarina” əmtəə nişanları Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanunun 6-cı maddəsinin "b" bəndinə və "Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının" (sonralar "Qaydalar") 29.3, 29.5 "a" və "ç", 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4 bəndlərinə müvafiq olaraq təhlil edilərkən müəyyən edilir ki, “Zarina” əmtəə nişanında qara rəngdə, qrafik obrazda “Zarina” sözü verilmiş, “a” hərfinin sağ yuxarı hissəsində qara rəngdə təsvir verilmiş, təsvirin içərisində isə qrafik obrazda “Z” hərfi verilmişdir. Nişanın xarakterik qrafik xüsusiyyəti “Z” hərfinin xüsusi vurğulanaraq bədii stilistik üslubda verilməsi, həmçinin təsvirin içərisində də, qeyd edilməsidir. İNDUSTRİA DE DİSEÑO TEXTİL, S.A. (İNDİTEX, S.A.) məxsus “Zara” adlı əmtəə nişanları isə qara rəngdə, standart formada verilmişdir. Göründüyü kimi, müqayisə edilən nişanlar (Zara və Zarina) müxtəlif obrazlarda təqdim edilmişdir. Onların qrafik cəhətdən oxşarlığı mövcud deyildir.
28. Bundan əlavə əmtəə nişanlarına semantik (mənasına) cəhətdən nəzər yetirdikdə, “Zarina” sözü ispan və italyan dillərindən azərbaycan dilinə qadın adı (xüsusi isim) kimi deyil, “şahzadə”, “çarın həyat yoldaşı” kimi də, tərcümə edilə bilər. Həmçinin, nişanın iddiaçı ilə bir şirkətlər qrupuna XİX əsrdə təsis edilmiş “Pervomaiskaya Zarya” fabriki daxildir. Bu halda “Zarina” sözünün “Zarya” sözündən götürülməsinə dəlalət edir. “Zarya (Заря)” sözü isə rus dilindən azərbaycan dilinə “şəfəq” və “sübh” kimi tərcümə oluna bilər. Beləliklə, Zara və Zarina sözlərinin semantik (məna) cəhətdən də, bir biri ilə eynilik təşkil etməsi müəyyən edilməmişdir.
29. Əmtəə nişanlarının səslənməsinə (fonetik) nəzər yetirdikdə müəyyən edilir ki, əmtəə nişanları fərqli səslənməyə malik sözlərdən ibarətdir. Belə ki, “Zarina” nişanı üç hecadan ibarətdir - “ZA-Rİ-NA”, lakin, “ZARA” əmtəə nişanı iki hecadan ibarətdir. Sözlərdə saitlərin miqdarı fərqli olduğundan, bu sözlərin fərqli tələffüz edilməsi ilə nəticələnir. Eləcə də, tələffüz zamanı "ZARİNA” sözündə vurğu ikinci hecanın "i" saitinin üzərinə düşür ki, bu hal isə qarşı qoyulmuş nişanda mövcud deyil. "ZARA" sözünün tələffüzü zamanı isə vurğu "a" saitinin üzərinə düşür. Vurğuların fərqliliyi, sözlərin köklü surətdə fərqli tələffüz edilməsinə dəlalət edir, müvafiq olaraq belə tələffüzlər istehlakçılar tərəfindən fərqli surətdə qavranılır. Həmçinin, “ZARA” sözü ispan dilində “ZARA” kimi tələffüz edilmir. İnternet informasiya resurslarından əldə edilmiş məlumatlara əsasən burada birinci hərf “t”və “h” latın hərflərinin birgə şəkildə tələffüzündən ibarətdir. Bu hallar isə həmin nişanlarının istər ümumi görünüşlü (müşahidə) təəssüratı, istərsə də, rəng və ya rənglərin uzalaşması (kombinasiyası) baxımından qarışdırılacaq dərəcədə oxşar olmadığını deməyə əsas verir. Müqayisə edilən nişanlar fərqli təsvir və elementlərdən ibarət olmaqla istehlakçıların zehnində fərqli obrazlar yaradır.
30. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat materiallarında olan sənədlərdən və Apellyasiya Şurasının qərarının məzmunundan müəyyən edilmişdir ki, “ZARA” və “ZARİNA” əmtəə nişanlarının bir sıra ölkələrdə birgə fəaliyyəti mövcuddur və “ZARİNA” nişanına qarşı iddiaçı tərəfindən verilən Fransada analoji etirazla bağlı X14-un xeyrinə qərar qəbul edilmiş, X10 ilkin qərarı dərc olunmuş və Ofis “Zara”-nın “ZARİNA”ya qarşı etirazını nəzərdən keçirərək, bu nişanların bir-birinə bənzəmədiyi qənaətinə gəlmişdir.
31. Beləliklə məhkəmə araşdırması zamanı da, müqayisə edilən nişanların bazarda eyni zamanda mövcud ola bilməsi və bu halın, istehlakçılar arasında çaşqınlıq yaratmayacağı barədə Apellyasiya Şurasının mövqeyi öz təsdiqini tapdığından, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva