Məhkəmə qərarları › İş №2-1(112)-12104/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12104/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12104/2023 16.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “TRZ X24 Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən “TRZ X24 Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı MMC barəsində tərtib edilmiş **********610100 nömrəli, 03 iyul 2023-cü il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə barədə qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı “TRZ X24 Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehin “**********610100 nömrəli, 03 iyul 2023-cü il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “TRZ X24 Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Qarabağın müxtəlif bölgələrində gedən tikintilərə yemək xidməti verməklə məşğuldur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən X7 yemək fəaliyyəti göstərən şirkətin əmtəəsiz əməliyyatla məşğul olmasını iddia edilərək, **********610100-№li xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarı vergi orqanı tərəfindən işi hərtərəfli, obyektiv və şəffaf araşdırmadan qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim olunan sübutlarda qeyd olunan əsas məsələ əmtəəsiz əməliyyatlar aparılmasına firmanın ehtiyacının olmaması, riskli vergi ödəyiciləri barəsində sistemdə məlumatların olmaması, real məhsulların alqı-satqı prosesinin həyata keçirilməsi və bütün qaimələrdə alıcı və satıcı tərəfin məsul şəxslərinin imzalarının olması qeyd olunmuşdur. Həmçinin qeyd olunmuş malların anbara yüklənməsi barəsində də anbarda video kadrlar mövcuddur. Həmin video kadrlarda digər vergi ödəyicisinin işçiləri malları təhvil verərkən kadrları qeydə alınmışdır. Sözügedən bütün sübutları eynilə ilk kameral yoxlama zamanı DVX-nə təqdim edilmişdir. Həmçinin iddiaçıda olan məlumata görə digər vergi ödəyiciləri öz öhdəliklərinə düşən vergi ödənişlərini yerinə yetirmişdir. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək. Həmçinin ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub. Catering fəaliyyəti ilə məşğul olan bu firmanın aylıq adambaşına vermiş olduğu yemək sayı təqdim edilib. Burada sual yaranır ki, əgər firma əmtəəsiz fəaliyyət həyata keçirmişsə nə üçün müqavilə bağladığı digər şirkətlər onlara yemək xidməti göstərmədiyi üçün hansısa narazılıq yaranmamışdır və aylarla gedən həmin tikintilərdə yemək fəaliyyəti davam etmişdir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat dedikdə, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar başa düşülür. Filial yuxarıda qeyd olunan Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olan hər hansı əmtəəsiz fəaliyyət indiyə qədər həyata keçirməmişdir. Catering fəaliyyəti göstərilən dövr ərzində belə bir əməliyyatlarda iştirak etmək niyyatı və məqsədləri də olmamışdır. Buna dair sübutlar mövcüddur. Həmçinin bağlanılan bütün müqavilələrdə mallar, işlər və xidmətlər ödənişlər əsasında həyata keçirilmişdir. Bunlarla bağlı elektron və yazılı qaimələr vergi orqanının sisteminə təqdim edilmişdir. Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 420386,88 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranması faktını məktubunda qeyd edilsə də, həmin qaimə fakturalar üzrə bütün mallar anbarıa daxil olmuşdur. Malların qəbulu zamanı video görüntülər iddiaçı tərəfindən təqdim edilə bilər. Həmçinin malları təhvil vermiş şəxslər, onları qəbul etmiş şəxslər, fəaliyyət göstərilən şantiyedəki nəzarət xidməti, daha sonra mallar qəbul edildikdən sonra mətbəxdə onları istifadə edən şəxslər, anbar işçiləri və digər şantiyedə fəaliyyət göstərən şəxslər faktiki olaraq malların alınmasını təsdiq edə bilər. Catering fəaliyyəti göstərən şirkət olaraq yuxarıda qeyd edilən qaimə fakturalara uyğun olan mallar satılmamış, xidmətlər göstərilməmişdir. Müqavilələr bağlanılar X12 (VÖEN **********), X8 ( VÖEN **********), X13 (VÖEN **********) ilə əlaqə saxlayaraq bu barədə onlara məlumat verdikdən sonra, həmin şəxslər iddiaçıya qaimə faktura ilə hansı şəxslərdən məhsulları almaqları ilə bağlı torpaq sahəsinə sahib olan vətəndaşların şəxsiyyət vəsiqələrini təqdim etmişlər. Hal-hazırda məhsulların kimlərdən alınması ilə bağlı məlumatları olsa da, 3-cü şəxslərin alqı-satqı proseslərinin detalları barəsində məlumat əldə etmək hüququ mövcud deyildir. İddiaçı almış olduğu qida məhsulları olduğu kimi üzərinə mənfəət qoyaraq hər hansı 3-cü şəxsə olduğu kimi satmır. Xidmət göstərdiyi MMC-lərə xidmətləri hazır bişmiş yemək formasında göstərir. Qeyd etmək vacibdir ki, əgər əmtəəsiz əməliyyat aparılırsa xidmət göstərilən başqa şirkətlərə hansı formada hazır yemək çatdıra bilinər. Əgər formal olaraq mal alınıbsa, sual yaranır ki bəs digər şirkətlər qarşısında yerinə yetirilməyən öhdəliklərdən dolayı nə üçün bugünə qədər narazılıq yaranmamışdır? Elektron qaimə fakturalar üzrə 420386,88 manatlıq dövriyyə real göstəricidir və 1 dəfəlik əməliyyatlara aid edilə bilməz. Emil Aslanov üzrə 129, Talib Teymurov üzrə 75, Tiflis Şirinov üzrə 55 qaimə mövcuddur. 1 əməliyyat üzrə köçürmə həyata keçirilməmişdir. Həmçinin yuxarıda adları sadalanan müqavilə üzrə satıcıların malları kimlərdən alması ilə bağlı əldə edilən məlumatlar mövcuddur. İddiaçı əmtəəsiz əməliyyatlar üzrə fayda əldə etməmişdir. Göstərilmiş xərclər real xərclərdir və həmin həcmdə mallar anbara daxil olmuşdur və bişirildikdən sonra xidmət göstərilən müəssisələrə 2022-ci ilin yanvar ayından 278.699 ədəd yemək göndərilmişdir. Digər aylar üçün yemək sayları aşağıda qeyd edilmişdir. Bundan başqa iddianın uğurluluğu prezumpsiyası baxımından qeyd olunmalıdır ki, iddia tələbi təmin ediləcəyi təqdirdə cavabdehin qəbul etdiyi qərar doğrultusunda tətbiq edəcəyi məhdudiyyətlər gələcəkdə vergi orqanının cəmiyyətə Mülki Məcəllənin 21-23-cü maddələri baxımından maddi ziyan vurmasına səbəb olacaq, cəmiyyətin əldə çıxmış faydanın vergi orqanından, dolayı yolla dövlət büdcəsindən tələb etməsinə gətirib çıxaracaq. X11 İqtisadi zonasına ayırmış olduğu vəsait hesabına infrastrukturun yenilənməsi, orada həyatın canlanması hal-hazırda orada fəaliyyət göstərən şirkətlərin fəaliyyətlərinin nəticəsidir. Orada yerləşən vergi nümayəndələrinə yoxlamaların aparılması üçün dəfələrlə nümayəndə göndərilməsi xahişi olunsa da, lakin vergi orqanı bu barədə heç bir tədbir görməmişdir. Xarici investisiyalı şirkətlərə qarşı olan qeyri-şəffaf yanaşma ölkə iqtisadiyyatı üçün də zərbə deməkdir, (araşdırmadan verilmiş qərar artıq həmin firma barəsində ön şərtlilik yaradacaqdır və onun riskli vergi ödəyicisi siyahısına düşməsi gələcəkdə firmanın alış-satış qabiliyyətini aşağı salacaqdır və məhdud çərçivədə aparılan işlər X7 aparılan işləri kölgə altına salacaqdır. Buna baxmayaraq, vergi əməkdaşları qərəzli şəkildə barəsində **********610100-№li 03.07,2023-cü il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında qərar qəbul edilərək, 84.077,37 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh təşkilatın qeyd edilən qərarı qanunvericiliyin tələblərinə ziddir və şirkətin hüquqularını kobud şəkildə pozur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 420386,88 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********027200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2022-ci il üçün mənfəət vergisi üzrə 84 077,37 manat vergi məbləği hesablanaraq, xx.xx.2023-cü il tarixli **********610100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1-ci bəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə əməliyyat riskli hesab edilir. Vergi ödəyicisi X8 (VÖEN: **********) tərəfindən 01.08.- xx.xx.2022-ci il tarixlərində iddiaçıya "patates, salatalık, domates və s." təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Vergi ödəyicisi X12 (VÖEN: **********) tərəfindən 01.08- xx.xx.2022-ci il tarixlərində iddiaçıya "patates, karpuz, nektarin, domates və s." təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Vergi ödəyicisi X13 (VÖEN: **********) tərəfindən 24.08- xx.xx.2022-ci il tarixlərində iddiaçıya "patates, salatalık, armut, elma, kabak, nektarin, domates və s." təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).

6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

7. İş materiallarında olan: Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 iyul 2023-cü il tarixli , **********610100 nömrəli qərarına əsasən 2022-ci il üzrə mənfəət vergisi üzrə iddiaçıya kameral vergi yoxlaması nəticəsində cəmi 84077,37 manat əlavə vergi hesablanmışdır xx.xx.2022-ci il tarixli, və xx.xx.2022-ci il tarixli ödəmə qəbzlərindən görünür ki, iddiaçı tərəfindən X3 bank hesabına ödəniş edilmişdir. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəmə qəbzlərindən görünür ki, X4 bank hesabına ödəniş edilmişdir. xx.xx.2022-ci il , xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ödəmə qəbzlərindən görünür ki, X1 bank hesabına ödəniş edilmişdir. 19 avqust 2022-ci il tarixli, 10 nömrəli “Alqı-satqı müqaviləsi”nə əsasən, satıcı X13 və “alıcı” “TRZ X24 Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı olmaqla, satıcı hazırkı müqavilə əsasında təmin edəcək “Alıcı”ya satır və “Alıcı” öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən “Satıcı”ya ödəyir. Sifarişdə göstərilən mallar, “Satıcı” tərəfindən tədarük ünvanında (ünvanlarına). “Alıcı”nın verdiyi sifarişdə qeyd edilən miqdarda, keyfiyyətdə və kəmiyyətdə çatdırılır. 10 yanvar 2022-ci il tarixli, 02 nömrəli “Alqı-satqı müqaviləsi”nə əsasən, bundan sonra satıcı adlanan X9 və bundan sonra “alıcı” adlanan “TRZ X24 Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı olmaqla, satıcı hazırkı müqavilə əsasında təmin edəcək “Alıcı”ya satır və “Alıcı” öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən “Satıcı” ya ödəyir. Sifarişdə göstərilən mallar, “Satıcı” tərəfindən tədarük ünvanında (ünvanlarına) “Alıcı”nın verdiyi sifarişdə qeyd edilən miqdarda, keyfiyyətdə və kəmiyyətdə çatdırılır. 10 yanvar 2022-ci il tarixli, 02 nömrəli Alqı-satqı müqaviləsi”nə əsasən, bundan sonra satıcı adlanan X12 və bundan sonra “alıcı” adlanan “TRZ X24 Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı olmaqla, satıcı hazırkı müqavilə əsasında təmin edəcək “Alıcı”ya satır və “Alıcı” öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən “Satıcı” ya ödəyir. Sifarişdə göstərilən mallar, “Satıcı” tərəfindən tədarük ünvanında (ünvanlarına). “Alıcı”nın verdiyi sifarişdə qeyd edilən miqdarda, keyfiyyətdə və kəmiyyətdə çatdırılır. İddiaçı və cavabdeh tərəfindən əlavə olaraq məhkəməyə kommersiya qurumunun dövlət reyestri məlumatı, 2022-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə məktub, 2022-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluq barədə göndərilmiş **********027200 saylı məktuba cavab, malların fiziki şəxslərə təhvil qəbul qəbzlərinin surətləri, qaimə fakturalarının surətləri, riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş e-qaimə fakturalarıın siyahısı, iddiaçı barədə şəxsi hesab vərəqəsi, kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub təqdim edilmişdir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının 2022-ci il üçün mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının qarşılıqlı əməliyyat apardığı vergi ödəyiciləri tərəfindən əmtəəsiz (və ya riskli) əməliyyatlar aparıldığı müəyyən olunduğundan, bu vergi ödəyiciləri riskli vergi ödəyiciləri hesab olunmuşdur. İddiaçı tərəfindən riskli vergi ödəyicilərin təqdim etdiyi elektron qaimə-fakturalar xərc sənədləri kimi nəzərə alınmaqla hesablanmış 420386,88 manat məbləğində mənfəət vergisi cavabdeh qəbul etməmiş, əlavə olaraq 84077,37 manat vergi hesablamışdır. İddiaçı cavabdehin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 iyul 2023-cü il tarixli, **********610100 nömrəli qərarını mübahisələndirir. Belə ki, iddiaçıya 2022-ci il üzrə mənfəət vergisi üzrə əlavə hesablanmanın əsası - iddiaçının bəyannamə üzrə digər vergi ödəyiciləri ilə iddiaçı arasında aparılan əməliyyatların cavabdeh orqan tərəfindən riskli hesab edilməsi nəticəsində, həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin nəzərə alınmamasıdır. İddiaçı sözügedən xərclərin nəzərə alınmamasını,və bunun nəticəsi olaraq əlavə mənfəət vergisinin hesablanmasını əsassız və qanunsuz hesab edir.

İV. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

8. Azərbaycan Respublikası Konstitusiyasının - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin - 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. -103.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. - 104.1. –ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 108.1. –ci maddəsinə əsasən,bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -109.9. –ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır - 13-cü (Bu Məcəllədə istifadə edilən əsas anlayışlar) maddəsinin 13.2.82. bəndinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın -1.1. –ci bəndinə əsasən, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3.-ci bəndinə əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4.-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

10. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun

- 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cavabdehin riskli saydığı əməliyyatlar məhz iddiaçının X10 (VÖEN **********), X12 (VÖEN **********), X14 (VÖEN **********) ilə apardığı əməliyyatlar olması cavabdeh tərəfindən təkzib edilməmiş, bu əməliyyatlardan başqa mübahisələndirilən dövrdə riskli əməliyyatların mövcud olması cavabdeh tərəfindən iddia edilməmişdir. İş üzrə mübahisələndirilməyən haldır ki, vergi orqanları tərəfindən X5 (VÖEN **********) xx.xx.2022-ci ildə riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş, bu da həmin vergi ödəyicisinin iddiaçı ilə əməliyyatlar aparılmasından sonrakı dövrə təsadüf edir. Digər vergi ödəyicilərinin X10 (VÖEN **********) və X6 (VÖEN **********) riskli vergi ödəyiciləri hesab olmaları barədə qərarların mövcud olması müəyyən edilməmişdir.. İş materillarından görünür ki, iddiaçının X12 (VÖEN **********) ilə alqı-satqı əməliyyatları vergi ödəyiçisinin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilənədək, bu haqda xəbərdarlıq xarakterli bildirişlər İnternet Vergi İdarəsinin portalında əks olunanadək aparılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023- cü il tarixli 2-1(102)-1058/2023 nömrəli və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 nömrəli qərarlarındakı hüquqi mövqeyini də nəzərə alaraq iddianın əsaslı olması nəticəsinə gəlir.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən

- 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz - 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2.Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 71.1.Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. - 72.1.İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh hal-hazırda iddiaçının mübahisələndirdiyi qərarın mövcud qanunvericiliyə uyğun olmasını, qanuni və əsaslı olmasını sübut edə bilməmişdir.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən

- 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

13. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdeh tərəfindən iddiaçı “TRZ X24 Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barədə qəbul edilmiş **********610100 nömrəli, 03 iyul 2023-cü il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə barədə qərarı ləğv edilməlidir.

14. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

16. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. “TRZ X24 Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********610100 nömrəli, 03 iyul 2023-cü il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə barədə qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar