Məhkəmə qərarları › İş №2-1(112)-12107/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12107/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12107/2025 30.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə Rəfail oğlunun, üçüncü şəxs X8 nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X26, X24, X18, X19) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və ayrıca çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı sahə; Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən və Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-63/2023 saylı qətnaməsi ilə 100.0 kv.m olaraq müəyyənləşdirilən hissənin naturada ayrılaraq İddiaçı (X12 naturada ayrılmış sahəyə bitişik olmayan hissədən) veriməsi qət edilmiş hissəyə mülkiyyət hüququna dair ayrıca çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X18 və X27 (X10 qəyyumu olaraq onun əvəzinə) cavabdeh X12 qarşı “payı mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə mürqciət etmişlər. X10 xx.xx.2022-ci il tarixində vəfatı ilə əlaqədar olaraq onun vərəsələri olan qardaşları X18 və İddiaçı hər birinə miras əmlakdan 1/3 hissədə pay hüququ ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X2 digər vərəsəsi, hazırki iş üzrə 3-cü şəxs X20 isə miras payını nə qəbul etmiş, nədə ki, miras payından digər vərəsələrin xeyrinə imtina etməmiş və miras payı açıq saxlamilmışdır. Xəzər rayon Məhkəməsinin 2(003)-63/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0,12 ha torpaq sahəsi X18, X19 və İddiaçı arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 10/7396 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun bölünməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0,12 ha torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 10/7396 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 700.0 kv.m olaraq müəyyənləşdirilən hissə naturada ayrılaraq X13, 300.0 kv.m olaraq müəyyənləşdirilən hissə naturada ayrılaraq X12, 100.0 kv.m olaraq müəyyənləşdirilən hissə naturada ayrılaraq İddiaçı (X25ma naturada ayrılmış sahəyə bitişik olmayan hissədən) veriməsi qət edilmişdir. Həmin iş üzrə ekspert tərəfindən yuxarıda qeyd edilən rəyə əlavə edilmiş bölgü sxemində məhz cavabdeh X8 nümayəndəsi olan və iş üzrə üçüncü şəxs qismində cəlb edilən (hansı ki, X1 mirası qəbul etmədiyindən ona məxsus miras payı açıq saxlanmışdır) X9 razılığı ilə onun həyat yoldaşı, həmin iş üzrə cavabdeh X12 ayrılmış 300.0 kv.m torpaq sahəsinə bitişik sahədə olan 100.0 kv.m sahə müəyyən edilmişdir. X5 nümayəndəsi olan və iş üzrə üçüncü şəxs qismində cəlb edilən X3 Yaqut Bəxtiyar qızının vəfatından sonra açıq qalan 100.0 kv.m ibarət olan miras payını qəbul edəcəyini bildirmiş və bu sahəni həyat yoldaşı olan və həmin iş üzrə cavabdeh X12 məxsus 300.0 kv.m torpaq sahəsi ilə birləşdirəcəyindən və həmin sahədən də yola çıxışı olacağını bildirməsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 10/7396 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemi qeyd olunan şəkildə tərtib edilmişdir. xx.xx.2025-ci il tarixində qəyyumu olduğu iddiaçının cavabdehə müraciətinə verilən imtina cavabında bildirilmişdir ki, həmin torpaq sahəsinə dair bölgü sxemində digər payçıların keçid yolu nəzərdə tutulmadığından ərizənizin icrası mümkün deyildir. Eyni zamanda imtina cavabında göstərilmişdir ki, sənədlər toplusuna əlavə edilmiş olan Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-63/2023 saylı qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə icra ediləcək öhdəlik qoyulmamaışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 63/2023 saylı qərarında iddiaçı X13 700.0kv.m sahəyə münasibətdə reyestrdən ayrıca çıxarış verilsə də, həmin iş üzrə digər İddiaçı münasibətdə fərqli yanaşılmışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən torpaq sahəsinin ara sərhədlərinin şərti olmaqla qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinə dair bölgü sxemində digər payçıların keçid yolu nəzərdə tutulmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Bundan başqa, sənədlər toplusuna əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-63/2023 saylı qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə icra ediləcək öhdəlik qoyulmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs X8 nümayəndəsi X20 tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, iddia ərizəsində qeyd edilənin əksinə olaraq üçüncü şəxs mərhum bacısı X10 1/3 hissə pay ilə mirası qəbul etmişdir və həmin mirası oğlu Ayxana bağışlamışdır. Bakı şəhəri, Xəzər rayonu. Mərdəkan qəsəbəsi Yeni qaydalarla: AZ 1044, ünvan 3 ünvanında yerləşən və 0.05 ha sahəsi olan paylı mülkiyyətin X14 3/5 hissə, X21 aid hissə 1/5, İddiaçı aid hissə isə 1/5-dir. Daha əvvəl 0.12 ha sahəsi olan həmin paylı mülkiyyətdən Quliyev Etibar payına uyğun olan 0.07 ha torpaq sahəsi üzrə özünə məxsus hissə üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrinə alınmış və həmin paylı mülkiyyətdən ayrılmışdır. Hazırda iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən cavabdehə ünvanlanan Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatıan alınmasından imtina edilməsi barədə xx.xx.2025 tarixli məktubundan da göründüyü kimi, “Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən torpaq sahəsinin ara sərhədlərinin şərti olmaqla qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinə dair bölgü sxemində diyər payçıların keçid yolu nəzərdə tutulmadığından ərizənin icrası tərəfimizdən mümkün olmanıamışdır” İş materiallarında təqdim edilən Xəzər Rayon Məhkəmənizin xx.xx.2023 tarix və 2(003)- 63/2023 saylı qətnaməsi ilə təsdiq edilən xx.xx.2023 tarixli ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə görə məxsus 0.05 ha sahəsi olan paylı mülkiyyətin 4/5 hissədən Kərim Kərimov küçəsinə ən qısa çıxış yolu 18,88m olub iddiaçıya məxsus torpaq sahəsindən keçir. Lakin diğər paylı mülkiyətçi Etibara məxsus torpaq sahəsindən keçiş üçün Kərim Kərimov küçəsinə ən qısa çıxış yolu 24,21 m-dir. Hesab olunur ki, iddiaçı əsassız yerə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi Etibara daşınmaz dövlət rcyesrtində ayrıca qeydiyyata alınmasını uyğun görməsinə etiraz etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi onlara məxsus 4/5 hissəyə texniki pasport verilməsi üçün müraciət etdiyi zaman qeyd edilən qurum tərəfindən ünvan 3 ünvanına çıxışın cavabheh tərəfindən əngəlləndiyinə, servitut hüquqlarının pozulduğuna görə haqlı olaraq imtina edilmişdir. Hesab olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsin tərəfindən cavabdehə ünvanlanan Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2025 tarixli məktubunda qeyd olunan xüsusatlar obyektivdir və qanunun tələblərinə uyğundur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadları ilə X18, X20, X26, X24, X19 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 hazırkı iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 nümayəndəsi X20 iddiaya etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Xətai Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, X4 Vüqar Bəxtiyar oğlunun üzərində qəyyum təyin edilmişdir. -xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X10 vərəsələri X18 və İddiaçı onun ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 1/4 hissəsindən ibarət olan miras əmlakının 1/3 hissəsinə payları müəyyən edilmişdir. -Daşınmaz Mmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 329E saylı sahə 7/12 hissədə X11, 1/4 hissədə X8, 1/12 hissədə İddiaçı (1/12 hissədə X10 payı açıq qalmışdır) mülkiyyətindədir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/7396 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329 E ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin üç hissəyə və dörd hissəyə ayrılması texniki cəhətdən mümkündür. Bölünmənin 700 kv.m, 100 kv.m, 100 kv.m, 300 kv.m həyata keçirilməsi mümkündür. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-63/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsi X11, X8 və İddiaçı arasında Azerbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 10/7396 №-li ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun bölünməsi; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 10/7396 №-li ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 700,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq X13, 300,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq X16, 100,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq İddiaçı (X16 naturada ayrılmış sahəyə bitşik olmayan nissədən) verilməsi; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100,0 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. -Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı sahə (Yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən X13 məxsus sahəsi 0,07 ha torpaq sahəsinin koordinatları və texniki parametrləri müəyyən olunmuşdur. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329 E saylı sahə (Yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi üzərində X11 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi (Yeni qaydalarla: ünvan 9 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin 1/5 hissəsi üzərində X17, 1/5 hissəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmış, 3/5 hissəsi üzərində X8 hüquqları açıq saxlanılmışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunzadd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 saylı Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunun 2.1-ci bənddə qeyd edilmişdir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;

2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11.torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir. Məhkəmə diqqətə çatdırır ki, ümumi paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu tərəflərin razılığı əsasında, belə razılıq əldə olunmadığı təqdirdə isə məhkəmə qərarı əsasında həyata keçirilir. Bir çox paylı mülkiyyətdə olan əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı mübahisələrdə payçıların razılıqları ilə tərtib olunmuş bölgü sxeminin və ya payın ayrılması ilə bağlı məhkəmə qərarının mövcudluğu əhəmiyyət kəsb edir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının tam payda, digər payçının adı olmadan göstərilibgöstərilməməsi ilə əlaqədardır. Belə ki, cavabdeh orqan hesab edir ki, torpaq sahəsinə dair bölgü sxemində digər payçıların keçid yolunun nəzərdə tutulmaması və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-63/2023 saylı qərarında 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə icra ediləcək öhdəliyin qoyulmadığı səbəbindən, müraciətinin təmin olunması mümkün olmamışdır. Lakin məhkəmə, cavabdeh inziabti orqanın mövqeyinin əsassız olduğunu qeyd edir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-63/2023 saylı qətnaməsinin qanuni qüvvəsini aldığını, həmin mülki işə baxılarkən həyata keçirilmiş ekspertiza tədqiqatının nəticələri nəzərə alınmamışdır. Ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329 E ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin üç hissəyə və dörd hissəyə ayrılması texniki cəhətdən mümkündür. Xüsusilə, torpaq sahəsinin 700 kv.m, 100 kv.m, 100 kv.m və 300 kv.m ölçülərində bölünməsi texniki cəhətdən reallaşdırıla bilər. Cavabdeh, torpaq sahəsinə dair bölgü sxemində digər payçılar üçün keçid yolunun nəzərdə tutulmaması ilə bağlı arqument irəli sürərək, mübahisə doğurmuşdur. Lakin nə ekspertiza tədqiqatında, nə də mülki məhkəmə qətnaməsində keçid yolu ilə bağlı bir mübahisənin mövcud olduğunu vurğulamır. Hətta keçid yolunun mövcudluğu ilə bağlı hər hansı bir mübahisə olmamışdır. Bu vəziyyətdə, cavabdehin keçid yolu məsələsini əsas gətirərək mübahisə yaratması hüquqi baxımdan əsasızdır. Bundan başqa, məhkəmə diqqətə çatdırır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-63/2023 saylı qətnaməsi artıq qanuni qüvvəyə minmişdir. Bu isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinin tələbləri baxımından, iddiaçının mülkiyyət hüquqlarının ayrıca çıxarış ilə rəsmiləşdirilməsi üçün əsasdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, həmin məhkəmə qətnaməsinin icrası çərçivəsində digər payçı qismində iştirak edən X11 0.07 ha torpaq sahəsi üzrə mülkiyyət hüquqları ayrıca çıxarışla rəsmiləşdirilmişdir və bu zaman cavabdeh tərəf bölgü sxemində keçid yolu məsələsini irəli sürməmişdir. Bununla bağlı qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İşin faktiki hallarından və təqdim edilən sənədlərdən də göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında torpaq sahəsinin əvvəlki payçısı olan Etibar Quliyevin mülkiyyət hüquqları ona aid olan hissədə ayrıca çıxarış ilə rəsmiləşdirilsə də, iddiaçıya münasibətdə fərqli rəftarın müəyyən edilməsi zərurəti mövcud olmamışdır. Bu səbəbdən də, cavabdeh bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququnu ayrıca çıxarış ilə rəsmiləşdirməlidir. Məhkəmə əlavə olaraq bildirir ki, hətta torpaq sahəsi yol kənarında yerləşsəydi belə bu hal hazırda iddianın təminini istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.3. servitutlar. 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 257.1. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. 257.2. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. Torpaq Məcəlləsinin:

1. Servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır .

2. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər.

4. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: Qanunvericiliyin tələbindən də göründüyü kimi torpaq sahəsinin mülkiyyətçisi servitutla bağlı olaraq mülkiyyətində olan və keçid üçün nəzərdə tutulan sahədən üçüncü şəxsin yol kimi istifadə edilməsinə şərait yaratmalıdır. Lakin, hər bir halda servitutun müəyyən edilməsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış etmir. Başqa sözlə göstərilən sahənin yol qismində istifadəsi üçün onun mülkiyyətçisinin hüquqları dövlət qeydiyyatına alınmalıdır ki, yol kimi istifadəsi zərurəti olduğu halda digər şəxs mülkiyyətçidən keçidin təmini üçün şərait yaradılması tələb edə bilsin. Məhkəmə diqqətə çatdırır ki, əgər servituta ehtiyac duyulan torpaq sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina ediləcəyi təqdirdə, ümumiyyətlə servitutun əşya hüququ kimi mövcudluğu öz əhəmiyyətini itirir. Bu səbəbdən də şəxsin yol kimi istifadəsi zəruri olsa belə adıçəkilən, torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı, əgər yol kimi istifadəsi zərurəti mövcuddursa məhz maraqlı şəxs yol kimi istifadə edilə bağlı müvafiq tələblə çıxış etməlidir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə daşınmaz əmlaka dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı sahə; Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-63/2023 saylı qətnaməsi ilə 100.0 kv.m olaraq müəyyənləşdirilən hissənin naturada ayrılaraq İddiaçı (X12 naturada ayrılmış sahəyə bitişik olmayan hissədən) verilməsi qət edilmiş hissə üzərində mülkiyyət hüququna dair ayrıca çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar