Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12109/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X14 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsinə qarşı “Mersedes –Benz, E-220 markalı, **-BO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq “Mersedes –Benz, E-220 markalı, **-BO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X17 10 iyul 2018-ci ildə vəfat etmişdir. Birgə nikah dövründə əldə edilən Mercedes-Benz, E-220 markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobil miras əmlakı olaraq qalmışdır. Həmin əmlaka vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)- 2165/2020 saylı, xx.xx.2020-.ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddia qismən təmin edilsin, Mercedes-Benz, E-220 markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobildən X11 çatası pay – 1/2 hissəsinin 1/2 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınsın və iddia qalan hissədə rədd edilsin. Qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-2165/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş və Mercedes-Benz, E-220 markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobildən X11 çatası 1/2 hissəsinin 6/7 hissəsinə iddiaçının vərəsəlik hüququ tanınmışdır. Bundan sonra, Lənkəran rayon Məhkəməsində vərəsə olan X4 qarşı iddia qaldıraraq Mercedes-Benz, E-220 markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobilin 2021-ci il üçün bazar qiymətinin qəti müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini, avtomobil üçün cavabdehin kompensasiya payının qəti müəyyən edilməsini, kompensasiyanın ödənilməsi üçün avtomobilin hərracda satılması və cavabdehin payının xitam verilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1769/2022 saylı. xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Mercedes-Benz, E-220 markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmaqla onun dəyəri payları uyğun olaraq (1/2 hissənin 1/7 hissəsi cavabdehə, qalan hissəsi iddiaçıya) mülkiyyətçilər X4, İddiaçı ödənilməsi, Mercedes-Benz, E-220 markalı, **- BO-*** qeydiyyat nişanlı avtomobilin qiyməti 7000 (yeddi min) manat müəyyən edilməsi qət edilmişdir. Əmlak hərrac zamanı satılmadığından tələbkar olaraq iddiaçıya təklif edilmiş və təklifi qəbul edib paylara uyğun olaraq borclu X1 məbləğini tam ödəmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsi 23 yanvar 2023-cü il tarixdə Daxili İşlər Nazirliyi Baş X30 İdarəsinə müraciət etmişdir. Müraciətdə qeyd edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1 769/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsində nəzərdə tutulan tələb tam təmin olunduğundan Mercedes-Benz, E-220 markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobil icra işi üzrə tələbkar İddiaçı mülkiyyətinə keçirilməsi xahiş olunur. Müvafiq olaraq həmin məktuba Lənkəran rayon Məhkəməsinin icra vərəqəsi, 16 yanvar 2022-ci il tarixli hərracda satılmamış əmlakın tələbkara təklif edilməsi haqqında qərar, hərracın keçirilməsinə dair sənədlər, 23 yanvar 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar və müvafiq olaraq Lənkəran rayon İcra və Probasiya şöbəsinin depozit hesabına ödədiyi pul məbləğlərinə dair qəbzlər əlavə edilərək göndərilsə də, nəqliyyat vasitəsinin onun adına rəsmiləşdirilərək mülkiyyətinə keçirilməsinə dair heç bir tədbir görülməmişdir. Bundan sonra dəfələrlə müraciət etməyinə baxmayaraq Mercedes-Benz, E-220 markalı, **-BO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin adına rəsmiləşdirilməsindən əsassız imtinalar verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmdən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
İş materiallarında olan:
AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1957-ci il təvəllüdü Azərbaycan Respublikası vətəndaşıdır. AB N 732753 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən, ** BO *** qeydiyyat nişanlı, Mercedes Benz – 220 minik avtomobili X7 adına qeydiyyatdan keçmişdir. 281373 nömrəli şəhadətnamənin surətinə əsasən, X17 ilə X18 12 dekabr 1975-ci ildə nikah bağlamışlar. AZ-İ seriyalı 926654 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətinə əsasən əsasən, X17 10 iyul 2018-ci ildə ölmüşdür. 29 may 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətinə əsasən, X7 vərəsələri – İddiaçı, X15, X12, X8, X9, X10 və onların hər biri miras əmlakdan 1/7 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AB 732753 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB210041A011796, mühərrik nömrəsi **********0352 və buraxılış ili 1995-ci il olan Mercedes 220 Minik markalı 90BO204 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin X5 məxsus hissəsindən ibarətdir. 29 may 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətinə əsasən X2 qalmış arvadı İddiaçı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. 29 may 2021-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”nə əsasən, X9, X8, X15, X12, X10 Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-96 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 miras AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2012 tarixli AB 732753 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100041A011796, mühərrik nömrəsi **********0352 və buraxılış ili 1995 olan Mercedes Benz -220 minik markalı 90BO204 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən onlara düşən 1/7 hissə vərəsəlik pay hüququnu mərhumun vərəsə sırasından olan arvadı İddiaçı bağışladılar. Lənkəran rayon Məhkəməsinin 2(049)-1769/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, “Mercedes Benz 220” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satılmaqla onun dəyəri paylara uyğun olaraq (1/2 hissənin 1/7 hissəsi cavabdehə, qalan hissə isə iddiaçıya) mülkiyyətçilər X4, İddiaçı ödənilməsi, “Mercedes Benz 220” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti 7000 manat müəyyən olunması qət edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanın Hərracın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli Sifarişə əsasən, 26 avqust 2022-ci il tarixli qərarla icraata başlanılan, Lənkəran rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)- 1769/2022 saylı 14 iyun 2022-ci il tarixli icra sənədinə əsasən “Mercedes Benz 220” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil hərracda satılmaqla onun dəyəri paylara uyğun olaraq (1/2 hissəsinin 1/7 hissəsi cavabdehə, qalan hissəsi isə iddiaçıya) mülkiyyətçilər X4, İddiaçı ödənilməlidir. “Mercedes Benz 220” markal ** BO *** dövlət qeydiyyatı nişanlı avtomobilin satış qiyməti 7000 manat müəyyən olunmuşdur. Odur ki, “Mercedes Benz 220” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin satılması barədə hərracın keçirilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin Lənkəran rayon icra və probasiya şöbəsinə ünvanladığı 361/22 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, aşağıda göstərilən sifarişin icrası ilə əlaqədar keçirilən hərrac zamanı əmlak satılmamışdır. Qanunverciliyə uyğun qərar qəbul edilməsi üçün geri qaytarılmışdır. Satılan əmlak “Mercedes Benz 220” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil. Lənkəran rayon icra və probasiya şöbəsinin Daxili İşlər Nazirliyi Baş X30i İdarəsinə ünvanladığı 04 may 2023-cü il tarixli, 195786/22-22 nömrəli məktubuna əsasən, Lənkəran rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1769/2022 saylı, 14 iyun 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar “Mercedes Benz 220” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının icra işi üzrə tələbkar İddiaçı mülkiyyətinə keçirilməsinin təmin edilməsi xahiş edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin Daxili İşlər Nazirliyi Baş X30i İdarəsinə ünvanladığı 195786/22-22 nömrəli, 23 yanvar 2023-cü il tarixli məktubuna əsasən, Lənkəran rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1769/2022 saylı 14 iyun 2022-ci il tarixli icra sənədinə əsasən “Mercedes Benz 220” markalı **-BO-*** dövlət qeydiyyatı nişanlı avtomobil hərracda satılmaqla onun dəyəri paylara uyğun olaraq (1/2 hissənin 1/7 hissəsi cavabdehə, qalan hissə isə iddiaçıya) mülkiyyətçilər X4, İddiaçı ödənilməlidir. “Mercedes Benz 220” markalı **-BO-*** dövlət qeydiyyatı nişanlı avtomobilin satış qiyməti 7000 manat müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə “Mercedes Benz 220” markalı 90- BO-204 qeydiyyat nişanlı avtomaşının satılması üçün hərrac təşkilatına sifariş verilmiş, lakin sözügedən avtomobil hərracda satılmamışdır. İcra haqqında qanunuvericiliyin tələblərinə əsasən hərracda alıcısı olmamış avtomobil icra işi üzrə tələbkara xx.xx.2023- cü il tarixli qərarla təklif olunmuş və tələbkar İddiaçı “Mercedes Benz 220” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətinə götürməyi qəbul etmişdir. Odur ki, Lənkəran rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1769/2022 saylı 14 iyun 2022-ci il tarixli qətnamədə nəzərdə tutulan tələb tam təmin olunduğundan “Mercedes Benz 220” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının icra işi üzrə tələbkar İddiaçı mülkiyyətinə keçirilməsinə köməklik edilməsi Sizdən xahiş olunur. Lənkəran rayon icra və probasiya şöbəsinin 23 yanvar 2023-cü il tarixli (icra sənədi üzrə icraata xitam verilməsi barədə) Qərarına əsasən, “Mercedes Benz 220” markalı 90- BƏ-204 dövlət qeydiyyatı nişanlı avtomobil hərracda satılmaqla onun dəyəri paylara uyğun olaraq (1/2 hissənin 1/7 hissəsi cavabdehə, qalan hissə isə iddiaçıya) mülkiyyətçilər X4, İddiaçı ödənilməlidir. “Mercedes Benz 220” markalı **-BO-*** dövlət qeydiyyatı nişanlı avtomobilin satış qiyməti 7000 manat müəyyən olunması, Ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci cavabdeh X3 tutularaq dövlət nəfinə keçirilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və xx.xx.2022-ci il tarixdə iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək qanuna müvafiq qaydada icra hərəkətlərinə başlanılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə “Mercedes Benz 220” markalı **-BO-*** qeydiyyat nişanlı avtomaşının satılması üçün hərrac təşkilatına sifariş verilmiş, lakin sözügedən avtomobil hərracda satılmamışdır.İcra haqqında qanunuvericiliyin tələblərinə əsasən hərracda alıcısı olmamış avtomobil icra işi üzrə tələbkara xx.xx.2023-cü il tarixli qərarla təklif olunmuş və tələbkar İddiaçı “Mercedes Benz 220” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətinə götürməyi qəbul etmişdir.Həmçinin icra işi üzrə tələbkar İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, icra sənədində nəzərdə tutulan tələbi tam təmin olunduğundan Lənkəran rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1769/2022 saylı 14 iyun 2022-ci il tarixli icra sənədinin icraatına İcra Haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir.Həmçinin icra sənədində nəzərdə tutulan 100 manat ekdpertiza xərci borclunun hesabına dövlət büdcəsinə ödənilmişdir.İcra işi üzrə borclu X4 çatacaq vəsait isə ona, ödənilməsi üçün Lənkəran rayon İcra və Probasiya Şöbəsinin depoizit hesabına köçürülmüşdür. Bununla da Lənkəran rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)- 1769/2022 saylı 14 iyun 2022-ci il tarixli icra sənədində göstərilən tələb tam icra olunmuşdur. Odur ki, Lənkəran rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1769/2022 saylı 14 iyun 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2165/2020 saylı işi üzrə qəbul etdiyi Qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Bakı şəhəri 53 saylı Notariat Ofisi, X13,X8, X10, X9, X15, X12 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, iddianın qismən edilməsi, “Mercedes Benz-220” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildən X11 çatası pay - ½ hissəsinin ½ hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 5290/2020 saylı Qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Bakı şəhəri 53 saylı Notariat Ofisi, X13, X8, X10, X9, X15, X12 və maraqlı şəxs AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(004)- 2165/2020 saylı qətnaməsinin dəyişdirilməsinin, “Mercedes Benz-220” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildən X11 çatası 1/2 pay hissəsinin 6/7 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınması və Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ədliyyə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-4/2-Ə-7000/3- 6/2023 saylı məktubuna əsasən bildirilmişdir ki, birgə nikah dövründə əldə edilmiş avtomobilin 1/2 hissəsi onun, qalan hissəsi isə ərinə məxsus olmuş, sonuncu vəfat etdikdə payı vərəsələr arasında bölünmüş, uşaqlardan Zeynal Əkbərov istisna olmaqla digərləri paylarından imtina etmiş, xx.xx.2021-ci il tarixdə Yasamal rayon icra şöbəsində başlanılmış icraat zamanı onun sözügedən avtomobilin ərinə məxsus 1/2 payının 6/7 hissəsinə vərəsəlik hüququ tanınmışdır. Yasamal rayon icra şöbəsi icra sənədini icra olunması üçün Baş X30i idarəsinə göndərmiş və xx.xx.2021-ci il tarixli cavab məktubunda vərəsəlik payı ilə bağlı məlumatın mərkəzi informasiya sistemində qeyd edildiyi bildirilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsində başlanılmış icraat üzrə avtomobilin satış qiyməti 7000 manat olmaqla hərracda satılması, məbləğin paylara uyğun olaraq 1/2 hissənin 1/7 hissəsinin Zeynal Əkbərova, qalan hissəsinin isə iddiaçının ödənilməsi qərara alınmışdır. Əmlak keçirilmiş hərrac zamanı satılmadığından iddiaçıya təklif edilmiş, tərəfindən təklif qəbul olunaraq paylara uyğun Z.Əkbərova ödənilməli olan məbləğ ödənilmiş, xx.xx.2023-cü il tarixdə iş üzrə icraata xitam verilmiş və nəqliyyat vasitəsinin mülkiyyətə keçirilməsinə köməklik göstərilməsi məqsədilə Baş X30i İdarəsinə müraciət edilmiş, lakin həmin qurum Yasamal rayon icra şöbəsinin əvvəllər göndərdiyi icra sənədinə istinadən bundan imtina etmişdir. Məsələnin müsbət həlli məqsədilə Yasamal rayon icra şöbəsi tərəfindən ərtaflı izah verilməklə xx.xx.2023-cü il tarixdə, Lənkəran rayon icra qurumu tərəfindən isə xx.xx.2023- cü il tarixdə Baş X30i idarəsinə məktub ünvanlanmışdır. Araşdırma zamanı Yasamal rayon icra şöbəsi tərəfindən qeyd edilən avtomobillə bağlı qanunsuz hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Yerli icra qurumlarının müvafiq məktublarına baxmayaraq yol polisi idarəsi məsələnin müsbət həlli istiqamətində tədbir görməmişdir. Bununla əlaqədar həmin qurumun hərəkətlərindən məhkəməyə şikayət etmək hüququ vardır. İddiaçı Baş X30i İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli elektron ərizədən görünür ki, “Mercedes Benz” markalı **-BO-*** nömrəli avtomobili qeydiyyata almaqdan imtina edilməsi səbəbləri barədə 19 may 2023-cü il tarixli ərizəsinə cavab verilmir. Daxili İşlər Nazirliyi Baş X30i İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 13-16/2-Ə-80206 nömrəli məktubuna əsasən bildirilmişdir ki, nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi məqsədilə DİN Baş X30i İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində olarkən göstərilən xüsusatlara aydınlıq gətirilmiş və əməkdaşlar tərəfindən qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda bildirilmişdir ki, əvvəlki müraciətlərə baxılmasının nəticəsi barədə xx.xx.2023-cü il tarixli, 3-13-16/2-Ə-32805/4 və xx.xx.2023-cü il tarixli 3-13-16/2-Ə-32807/7 nömrəli məktublarla cavab verilmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını, iddia ərizəsini və işdə olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
İV. Məhkəmənin mövqeyi
5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən:
- İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - İİ. mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar: 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; - V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qanunun 27-ci maddəsinin Vİ-İİ hissəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. -Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. -XV. nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. -XVİİİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”yə əsasən:
-1.2. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3. nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5. nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texnikiuçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6. nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6. nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki,cavabdeh orqan məhkəmə qətnaməsinin icrası ilə bağlı olmuş Lənkəran icra qurumu tərəfindən ünvanlanmış məktubu icra etməmiş, imtinanın hansı səbəbdən olması isə nə iş materiallarından nə də ki iddiaçıya ünvanladığı məktublarında aydın göstərilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın Mersedes –Benz, E-220 markalı, **-BO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının adına qeydiyyata alınmama kimi hərəkəti (hərəkətsizliyi) qanunvericilik normalarına riayət edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Mersedes –Benz, E-220 markalı, **-BO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi yuxarıda göstərilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında X11 çatası ½ pay hissəsinin 6/7 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmış, X11 çatası ½ hissəsinin 1/7 hissəsi ona iddiaçı tərəfndən tam ödənilmişdir. Beləliklə nəqliyyat vasitəsi üzrə iddiaçının tam mülkiyyət hüququ yaranmışdır.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
-139.2. daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. -152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
8. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinə əsasən:
- 58.1. sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. -58.7. sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Mersedes –Benz, E-220 markalı, **-BO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı adına qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,34, 68 , 69 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Mersedes –Benz, E-220 markalı, **-BO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova