Məhkəmə qərarları › İş №2-1(112)-12109/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12109/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12109/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı “veteran adının və vəsiqənin verilməsi” iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ:

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək veteran adının və vəsiqənin verilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə tərəfindən 30 avqust 2024-cü il tarixdə iddiaçıya hüquqi yardım göstərmək məqsədi ilə göndərdiyi məktubda iddia ərizəsində olan qüsurlar aradan qaldırılmaqla iddianın dəqiqləşdirilməsi təklif edilmiş, əks halda iddianın mümkünlük məsələsinə baxılacağı bildirilmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.”

4. İddiaçının hazırki tələbi veteran adının və vəsiqəsinin verilməsindən ibarətdir. Məhkəmə tərəfindən iddiaçıya 30 avqust 2024-cü il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq iddia ərizəsində cavabdehin göstərilmədiyi bildirilmiş və iddia ərizəsində olan qüsurlar aradan qaldırılmaqla dəqiqləşdirilməsinə dair ərizəni (iddia tələbi dəqiq göstərilməklə) təqdim etməyi bildirmişdir. Lakin iddiaçı tərəfindən hərəkətsizlik göstərilmiş və məhkəmənin tələbi yerinə yetirilməmişdir. İddia ərizəsindən görünür ki, o Milli Qvardiyanın sabiq hərbi qulluqçusudur. xx.xx.2020-ci il tarixində Milli Qvardiya komandanına müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Yevqeniyeviç cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 24 noyabr 2021-ci il tarixli 2-1(112)-8147/2021 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8147/2021 saylı, 24 noyabr 2021-ci il tarixli Qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1712/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli Qərarı ilə, apelyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8147/2021 saylı, 24 noyabr 2021-ci il tarixli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 2- 1(103)-1712/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2373/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli Qərarına əsasən, İddiaçı Yevqeniyeviçin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 2-1(103)-1712/2022 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Odur ki, hazırki iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edildiyinə görə iddiada yeni əsaslar göstərilmədiyi üçün, ona hazırda baxılması mümkün deyildir.

5. İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

7. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

8. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 2əyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar