Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1211/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiаçı İddiaçı Sidqi oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası geoloq, sahibkar) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «plan və ölçü sənədində koordinatların dəyişdirilməsi, ilkin bölgü sxemində və faktiki yerləşmə yerinə uyğun olaraq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının torpaq sahəsinin plan və ölçü sənədində göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli, AA032368 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatların dəyişdirilməsi, ilkin bölgü sxemindəki vəziyyətinə və faktiki yerləşmə yerinə uyğun olaraq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının torpaq sahəsinin plan və ölçü sənədində göstərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 22/2838 nömrəli bağ sahəsi iddiaçının mülkiyyətindədir. Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilərkən səhvə yol verilmiş, plan və ölçü sənədində göstərilən koordinatlar bağ sahəsinin ilkin bölgü sxemindəki və faktiki yerləşmə vəziyyətindəki yerini əks etdirməmişdir. İlkin bölgü sxemindən görünür ki, bağ sahəsi düzbucaqlı formada və qonşu bağ sahələri ilə paralel vəziyyətdə bölünmüşdür. Eyni zamanda torpaq sahəsinin plan və ölçüsündəki cizgilərindən və sxemdən aydın görünür ki, bağ sahəsinin döngə sahələrinin koordinatları səhv göstərildiyindən iddiaçının bağ sahəsi plan-ölçü sənədində qonşu bağ sahələri ilə olan paralel vəziyyətindən çıxmış və sənəddə düzgün olmayan koordinatda göstərilmişdir. Həmin torpaq sahəsinin plan və ölçüsündə koordinatların dəyişdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin xx.xx.2019-cu il tarixli məktubla iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka dair “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı əsasında tərtib edildiyi bildirilmişdir. Göstərilən imtina qanunsuz və əsassızıdr. Cavabdeh inzibati orqan isə qanunvericiliklə ona həvalə edilmiş vəzifələrini əsassız səbəblərdən icra etməmiş, iddiaçıya verilmiş imtina məktubunda göstərilən dəlilləri sübuta yetirə bilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair etiraz edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan daşınmaz əmlaka dair torpaq sahəsinin plan və ölçüsü DTXK tərəfindən verilmiş kadastr planı əsasında tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsinə gediş gəliş yolu qonşu sahələrdəndir. (X4, X3). Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi 22/2838 saylı bağ sahəsi iddiaçının adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: 1072 nömrəli, xx.xx.1988-ci il tarixli akta əsasən Bakı şəhər İcraiyyə Komitəsinin Memarlıq-Planlaşdırma İdarəsinin əməkdaşı tərəfindən Oktyabr RDİŞ-nin nümayəndəsinin iştirakı ilə Dübəndi qəsəbəsində yerləşən bağçılıq yoldaşlığı üçün torpağın naturada yerinin tanıdılması həyata keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 27 oktyabr 1988-ci il tarixli, 20/396 nömrəli qərarına əsasən Yasamal rayonu Polis İdarəsinin işçiləri üçün Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində 12-13 saylı Cənub küçəsində yerləşən bağ sahəsinin bölgü sxeminə əsasən 22 nömrəli bağ sahəsində Məmmədov Sidqi Məmməd oğlunun adı qeyd edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi ilə Məmmədov Sidqi Məmməd oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 40361 nömrəli “Dübəndi ərazisindəki 22/2838 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə”yə əsasən Birlik tərəfindən Əzizbəyov rayonunun Dübəndi ərazisində 0,10 hektar torpaq sahəsi olan 22/2838 nömrəli bağ müqavilədə göstərilən tikililər, qurğular və ağaclarla birlikdə Məmmədov Sidqi Məmməd oğlunun istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən həmin plan və ölçü Əzizbəyov rayonu Dübəndi bağ massivində Məmmədov Sidqi Məmməd oğluna Bakı şəhəri İH BTİ və İB-nin xx.xx.2007-ci il tarixli, 13 saylı protokoluna əsasən 222838 saylı bağ evi tikintisi üçün ayrılmış 1000 kv metr torpaq sahəsi ilə bağlı tərtib edilmişdir (əsas döngə nöqtələrinin koordinatları: X:1)440617.84, 2)440636.48, 3)440611.76, 4) 440593.92, Y: 1) 4473572.19, 2)4473562.46, 3) 4473520.45, 4) 4473530.16, nöqtələr: 1-2 –məsafə 21.02, nöqtələr 2-1 – məsafə - 48.73, nöqtələr 3-4 məsafə 20.31, nöqtələr 4-1 məsafə 48.36. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 222838 saylı bağ sahəsi (0,1 ha) xüsusi mülkiyyət hüququ ilə xx.xx.2008-ci ildə Məmmədov Sidqi Məmməd oğlunun adına qeydə alınmışdır. xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2010-cu ildə vəfat etmiş Məmmədov Sidqi oğlu Məmmədovun vərəsəsi olmuşdur, şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,10 torpaq sahəsindən ibarət olmuşdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Bakı şəhəri Əzizbəyov rayonu, Dübəndi bağ sahəsi, 222838 saylı bağın torpaq sahəsinin xx.xx.2008-ci ildə döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir (əsas döngə nöqtələrinin koordinatları: X:1)440617.84, 2)440636.48, 3)440611.76, 4) 440593.92, Y: 1) 4473572.19, 2)4473562.46, 3) 4473520.45, 4) 4473530.16, nöqtələr: 1-2 –məsafə 21.02, nöqtələr 2-1 – məsafə - 48.73, nöqtələr 3-4 məsafə 20.31, nöqtələr 4-1 məsafə 48.36.) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 222838 saylı bağ sahəsi xüsusi mülkiyyət hüquqi ilə İddiaçı adına qeydə alınmışdır, torpaq sahəsinin ölçüsü 0,1 ha göstərilmişdir, qeydiyyat tarixi xx.xx.2011-ci il olmuşdur. “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi xx.xx.2011-ci ildə Bakı şəhəri Xəzər rayonu, Dübəndi bağ sahəsi, 222838 saylı bağın torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etmişdir (əsas döngə nöqtələrinin koordinatları: X:1)440617.84, 2)440636.48, 3)440611.76, 4) 440593.92, Y: 1) 4473572.19, 2)4473562.46, 3) 4473520.45, 4) 4473530.16, nöqtələr: 1-2 –məsafə 21.02, nöqtələr 2-1 – məsafə - 48.73, nöqtələr 3-4 məsafə 20.31, nöqtələr 4-1 məsafə 48.36.) Cavabdehin **********31 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubuna əsasən cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, sözügedən torpaq sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları təyin olunaraq iddiaçıya göstərilmişdir.Eyni zamanda bildirilmişdir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka dair “Torpaq sahəsinin plan və ölçüsü” ləğv edilmiş DTXK tərəfindən verilmiş kadastr planı əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********55 nömrəli,xx.xx.2019-cu il tarixli məktubu ilə məhkəməyə daxil olmuş mütəxəssis rəyinə əsasən iddiaçı Məmmədov İlqar Sidqi oğlunun naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilərək ölçülmüşdür.Araşdırma təqdim edilmiş sənədlərə, cavablanmış sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır.ünvan 2 ünvanda yerləşən və Məmmədov İlqar Sidqi oğlunun faktiki istifadəsində olan 1000 kv metr torpaq sahəsinin xx.xx.2011-ci il tarixli, AA seriyalı, 032368 saylı torpaq sahəsinin plan ölçüsündə qeyd olunan ölçüləri ilə naturadakı ölçüləri üst-üstə düşmür, iki mərtəbəli yarımçıq tikili AA seriyalı, 032368 saylı torpaq sahəsinin plan ölçüsündə qeyd olunan sahədən kənarda qalır.ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası DT və XK X6 kitabında xx.xx.2008-ci il tarixdə 9299 nömrə ilə uçota alınmış 074816 saylı “Torpaq sahəsinin plan və ölçüsü”ndə 1000 kv metr torpaq sahəsinin qeyd olunan ölçüləri naturada mövcud vəziyyətdə 22/2838 saylı bağ sahəsinin ölçüləri ilə üst-üstə düşüb düşməməsi 222838 saylı bağ sahəsi barədə heç bir texniki sənəd təqdim edilmədiyinə, Azərbaycan Respublikasının Prezidentinin 2186 nömrəli, xx.xx.2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təhvil verildiyindən qeyd edilən sualın aydınlaşdırıması mümkün olmadığı üçün mübahisələndurilən İddiaçı oğlunun naturada göstərdiyi torpaq sahəsinin yerində müəyyən edilmiş koordunatları Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edildiyi kimi cavab verilmişdir: bildirilir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir.Torpaq sahəsi faktiki 1455,0 kv metr təşkil edir (sənəd üzrə iə 1000,0 kv metr), üzərində yarımçıq tikili mövcuddur.1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən vətəndaşın mülkiyyətində olan daşınmaz əmlaka dair “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına uyğun tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17652 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanda yerləşən və Məmmədov İlqar Sidqi oğlunun faktiki istifadəsində olan 1000 kv metr torpaq sahəsinin xx.xx.2011-ci il tarixli, AA seriyalı, 032368 saylı torpaq sahəsinin plan ölçüsündə qeyd olunan ölçüləri ilə naturadakı ölçüləri üst-üstə düşmür, iki mərtəbəli yarımçıq tikili AA seriyalı, 032368 saylı torpaq sahəsinin plan-ölçüsündə qeyd olunan sahədən kənarda qalır.Torpaq sahəsi faktiki 1455,0 kv metr təşkil edir (sənəd üzrə isə 1000,0 kv metr), üzərində yarımçıq tikili mövcuddur.1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən vətəndaşın mülkiyyətində olan daşınmaz əmlaka dair “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Əzizbəyov rayonunun Dübəndi ərazisində 0,10 hektar torpaq sahəsi olan 22/2838 nömrəli bağ Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi tərəfindən xx.xx.2007-ci il tarixli, 40361 nömrəli müqaviləyə əsasən Məmmədov Sidqi Məmməd oğlunun istifadəsinə verilmişdir, həmin bağın yerləşdiyi torpaq sahəsinin planı və ölçüsü qeyd edilən şəxsin sağlığında iki dəfə tərtib edilmiş və əsas döngə nöqtələrinin koordinatları: X:1)440617.84, 2)440636.48, 3)440611.76, 4) 440593.92, Y: 1) 4473572.19, 2)4473562.46, 3) 4473520.45, 4) 4473530.16, nöqtələr: 1-2 –məsafə 21.02, nöqtələr 2-1 – məsafə - 48.73, nöqtələr 3-4 məsafə 20.31, nöqtələr 4-1 məsafə 48.36. müəyyən edilmişdir, həmin koordinatlar üzrə də bağ sahəsi Məmmədov Sidqi Məmməd oğlunun adına 2008-ci ildə mülkiyyət hüququ ilə qeydə alınmışdır, həmin şəxs vəfat etdikdən sonra iddiaçı qanun üzrə vərəsə olduğuna görə qeyd edilən bağ sahəsi iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır, bu zaman yenə də torpaq sahəsinin planı və ölçüsü tərtib edilərkən əsas döngə nöqtələrinin koordinatları: X:1)440617.84, 2)440636.48, 3)440611.76, 4) 440593.92, Y: 1) 4473572.19, 2)4473562.46, 3) 4473520.45, 4) 4473530.16, nöqtələr: 1-2 –məsafə 21.02, nöqtələr 2-1 – məsafə - 48.73, nöqtələr 3-4 məsafə 20.31, nöqtələr 4-1 məsafə 48.36. müəyyən edilmişdir.Sonradan iddiaçı cavabdehə müraciət edərək torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatların dəyişdirilərək faktiki yerləşmə yerinə uyğun olaraq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının torpaq sahəsinin plan və ölçü sənədində göstərilməsini tələb etsə də müraciəti təmin edilməmişdir.Hazırda İddiaçı, onun adına verilmiş xx.xx.2011-ci il tarixli, AA032368 nömrəli çıxarışdakı torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatların dəyişdirilməsi, ilkin bölgü sxemindəki vəziyyətinə və faktiki yerləşmə yerinə uyğun olaraq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının torpaq sahəsinin plan və ölçü sənədində göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İşin faktiki hallarına əsasən idiaçının mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsü bir neçə dəfə tərtib edilmiş və hər bir dəfə koordinatları - əsas döngə nöqtələrinin koordinatları: X:1)440617.84, 2)440636.48, 3)440611.76, 4) 440593.92, Y: 1) 4473572.19, 2)4473562.46, 3) 4473520.45, 4) 4473530.16, nöqtələr 1-2 –məsafə 21.02, nöqtələr 2-1 – məsafə - 48.73, nöqtələr 3-4 məsafə 20.31, nöqtələr 4-1 məsafə 48.36 kimi müəyyən edilmişdir. Hazırda iddiaçıya ayrılmış və mülkiyyət hüququnun qeydiyyata alınması haqqında çıxarışda torpaq sahəsinin koordinatlarının yuxarıda qeyd edilən koordinatlardan fərqli olması inzibati iş materialları ilə müəyyən edilmir. İddiaçının iddia ərizəsində ilkin bölgü sxeminə əsasən bağ sahəsinin düzbucaqlı formada və qonşu bağ sahələri ilə paralel vəziyyətdə bölünməsi barədə bildirdiklərinə gəldikdə məhkəmə qeyd edir ki, bölgü sxemi sxematik plandır və koordinatları əks etdirən sənəd deyildir. İddiaçının bağ sahəsinin döngə sahələrinin koordinatları səhv göstərildiyindən iddiaçının bağ sahəsinin plan-ölçü sənədində qonşu bağ sahələri ilə olan paralel vəziyyətindən çıxması və sənəddə düzgün olmayan koordinatda göstərilməsi barədə göstərdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə və verilmiş mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanda yerləşən və Məmmədov İlqar Sidqi oğlunun faktiki istifadəsində olan 1000 kv metr torpaq sahəsinin xx.xx.2011-ci il tarixli, AA seriyalı, 032368 saylı torpaq sahəsinin plan ölçüsündə qeyd olunan ölçüləri ilə naturadakı ölçüləri üst-üstə düşmür, torpaq sahəsində inşa edilmiş iki mərtəbəli yarımçıq tikili AA seriyalı, 032368 aylı torpaq sahəsinin planölçüsündə qeyd olunan sahədən kənarda qalır, torpaq sahəsi faktiki 1455,0 kv metr təşkil edir (sənəd üzrə isə 1000,0 kv metr), üzərində yarımçıq tikili mövcuddur.1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən vətəndaşın mülkiyyətində olan daşınmaz əmlaka dair “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəi tərəfindən verilmiş kadastr planına uyğun tərtib edilmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli, AA032368 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatların dəyişdirilməsi, ilkin bölgü sxemindəki vəziyyətinə və faktiki yerləşmə yerinə uyğun olaraq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının torpaq sahəsinin plan və ölçü sənədində göstərilməsi barədə iddia tələbi əsaslı olmadığı üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci,34-cü , 68-ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçınin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli, AA032368 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatların dəyişdirilməsi, ilkin bölgü sxemindəki vəziyyətinə və faktiki yerləşmə yerinə uyğun olaraq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının torpaq sahəsinin plan və ölçü sənədində göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Cavabdeh İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X2, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************), torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 123,20 manat (yüz iyirmi üç manat iyirmi qəpik) məbləğində tutularaq ”Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə (Kapital Bank ASC Xətai filialı, filialın kodu 200071, VÖEN **********, SVİFT KOD AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944,Benefisiarın adı KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı:AZ23AİİB********************, VÖEN **********, ünvan: Bakı şəhəri, Xətai rayonu. S.Orucov,12) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1211/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1211/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver