Məhkəmə qərarları › İş №2-1(112)-1211/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1211/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1211/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli **********804900 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi yekun olaraq cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-21- 2-3/2-192483/2025 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablaması barədə” qərarının 6-cı bəndi istisna olmaqla və xx.xx.2024-cü il tarixli **********804900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablaması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********804900 saylı, xx.xx.2024-cü il tarixli **********960500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablaması barədə” qərarların ləğv edilməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********960500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə 2022-ci il üzrə əlavə 8198,71 manat məbləğində gəlir vergisi və xx.xx.2024-cü il tarixli **********804900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2022-ci ilin dekabr ayı üzrə əlavə 31788.02 manat məbləğində ƏDV hesablanmışdır. Daha sonra vergi orqanının xx.xx.2025-ci il tarixli 3-21- 2-3/2-192483/2025 saylı qərarı ilə xx.xx.2024-cü il tarixli **********960500 nömrəli qərarla hesablanmış vergi məbləği 4991.44 manat məbləğində azaldılmış və azaldılmış gəlir vergisi məbləği 3576.79 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən istər 2022-ci il üzrə gəlir vergisinin, istərsə də 2022-ci ilin dekabr ayı üzrə ƏDV hesablaması düzgün aparılmamışdır. Belə ki, iddiaçı ərzaq məhsullarının və tütün məhsullarının satışı ilə məşğuldur. İddiaçı tərəfindən 2022-ci il üzrə kassa metodu ilə gəlir vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamə ilə vergi ödəyicisinin ümumi gəliri 172564,52 manat, ümumi gəlirdən çıxılan xərci isə 165174,08 manat (icarə haqqının məbləği 1200 manat, malın dəyəri 163974 manat olmaqla) müəyyən edilmiş və vergi ödəyicisinə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə müvafiq olaraq güzəşt tətbiq edilməklə 369.52 manat gəlir vergisi hesablanmışdır. İddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə xx.xx.2024-cü il tarixli **********960500 nömrəli qərarla əlavə 8198,71 manat məbləğində əlavə vergi hesablanmışdır; Həmin qərarla vergi ödəyicisinin ümumi gəliri 172564,52 manat, ümumi gəlirdən çıxılan xərci isə 1200 (icarə haqqımn məbləği) manat müəyyən edilərək əlavə olaraq vergi ödəyicisinə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə müvafiq olaraq güzəşt tətbiq edilməklə 8568.23 manat gəlir vergisi hesablanmışdır. Daha sonra vergi orqanının xx.xx.2025-cü il tarixli 3-21-2-3/2-192483/2025 saylı qərarı ilə hesablanmış gəlir vergisi azaldılmış, nəticə olaraq vergi ödəyicisinə əlavə 3576.79 manat gəlir vergisi hesablanmışdır. 2022-ci il üzrə əldə edilmiş elektron qaimə fakturalara əsasən vergi ödəyicisi malın dəyəri 193489.42 manat olan (əsas dəyəri 163974,10 ƏDV dəyəri isə 29515.32 manat) mal əldə etmişdir. Vergi ödəyicisinin 2022-ci ilin bank çıxarışından görünür ki, vergi ödəyicisi əldə edilmiş tütün məhsulları üzrə kreditorlara ümumilikdə 193489.42 manat məbləğində (29515.32 manat ƏDV daxil olmaqla) ödəniş etmişdir. Həmin məbləğə kreditorların bank hesabları üzrə ƏDV məbləğləri də daxil olmuşdur. Bundan əlavə vergi ödəyicisinin 2022-ci il üzrə 1200 manat məbləğində icarə xərci və 2526.97 manat məbləğində isə rabitə və digər xərcləri olmuşdur. Vergi ödəyicisi 2022-ci ilin yanvar ayından dekabr ayınadək sadələşmiş vergi ödəyicisi olmuş və sadələşmiş vergi bəyannamələrini vergi orqanına təqdim etmişdir. Həmin dövrdə aldığı 193350.96 manat məbləğində tütün məhsullarının ƏDV-ni məhsulları aldığı vergi ödəyicilərinin bank hesablarına ödəmişdir (bank hesablanndan çıxanş və e-qaimələr). 2022-ci ilin gəlir vergisi üzrə əsaslandırma: İşin faktiki hallarından göründüyü kimi vergi ödəyicisi kassa metodu ilə gəlir vergisi bəyannaməsi təqdim etmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsində qeyd edilən 172564,52 manat məbləğində ümumi gəlir və həmin gəlirdən çıxılan 1200 manat məbləğində icarə xərci vergi orqanı tərəfindən mübahisələndirilmir. Vergi orqanı tərəfindən əlavə hesablamanın əsası vergi ödəyicisinin təqdim etdiyi bəyannaməsində malın dəyəri olaraq qeyd etdiyi xərc olmuşdur. Vergi orqanı kameral vergi qərarında həmin xərclərin sənədlərlə təsdiqini tapmadığım əsas gətirərək, həmin xərcləri nəzərə almamış, vergi ödəyicisinin bütün gəlirinə “xərc nəzərə alınmadan” güzəşt tətbiq etməklə vergi hesablamışdır. Vergi ödəyicisi tərəfindən əldə edilmiş elektron qaimə fakturalar malların vergi ödəyicisi tərəfindən alındığım, bank hesabından çıxarışda əks edilən məbləğlər isə həmin mallann alınmasına görə ödənişlərin tam icra edildiyini təsdiq edən sənədlərdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə mallann alışına görə 193350.96 manat ödəniş edilmişdir. Həmin ödənişlər məhz bank hesabından çıxanşda da göründüyü kimi mallann alındığı 3 vergi ödəyicisinə - "xxxx" MMC-yə (VÖEN: **********), "xxxx" MMC-yə (VÖEN: **********) və "xxxx" MMC-yə (VÖEN: **********) edilmişdir, ödənişlər nağdsız formada “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1.1-ci maddəsinin tələbinə müvafiq olaraq aparılmışdır. Beləliklə, vergi ödəvicisinin 2022-ci il üzrə malların alınmasına görə xərci ümumilikdə 193350,96 manat olmuşdur. ƏDV nəzərə alınmadıqda isə məbləğ 163974,10 manat təşkil etmişdir. Vergi ödəyicisinin elektron qaimələr və bank ödənişlərinin üzləşdirilməsi cədvəli məhkəməyə təqdim edilmişdir. Lakın vergi orqanı tərəfindən istər xx.xx.2024-cü il tarixli **********960500 nömrəli qərarla, istərsə də xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-192483/2025 saylı qərarla vergi hesablanması düzgün aparılmamış, vergi ödəyicisinə əsassız olaraq 2022-ci ilin gəlir vergisi üzrə hesablama aparılmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərim yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi Məcəlləsinin 133.1-ci maddəsinə əsasən vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.1.1 və 3.2-ci maddələrinin tələbinə əsasən hər iki tərəfi vergi ödəyicisi olan şəxslər arasında nağdsız hesablaşma yalnız ubir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq)” ilə həyata keçirilə bilər. 2022-ci ilin dekabr ayı üzrə ƏDV hesablaması üzrə İlk növbədə ƏDV hesablaması ilə əlaqədar işin hallan ilə bağlı əlavə olaraq aşağıdakı məqamlan qeyd etməyi zəruri hesab edirik: Vergi ödəyicisi 2022-ci il üzrə sadələşdirilmiş vergi ödəyicisi olmuşdur və həmin il üzrə sadələşdirilmiş vergi bəyannamələri vergi orqanına təqdim edilmişdir; Vergi ödəyicisinə 2023-cü ilin müxtəlif aylan üzrə analoji qaydada əlavə dəyər vergisi hesablanmış və vergi ödəyicisi 2022-ci ilin 1 yanvar tarixindən etibarən məcburi olaraq ƏDV qeydiyyatına alınmışdır; Daha sonra vergi ödəyicisinə 2022-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinin təqdim edilməməsi barəsində bildiriş daxil olmuşdur; Həmin bildirişdən sonra vergi ödəyicisi tərəfindən 2023-cü ilin oktyabr aymda 2022-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannamələri təqdim edilmiş və həmin bəyannamələr üzrə 726.41 manat məbləğində büdcədən qaytarılmalı olan məbləğ müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəlirin 172564,52 manat göstərildiyi əsas gətirilərək, vergi orqanı tərəfindən 2022ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsində 18 faiz ilə ƏDV-yə cəlb edilməli olan əməliyyatların dəyəri 172564,52 manat müəyyən edilimiş və nəticədə vergi ödəyicisinə əlavə 31788.02 manat əlavə dəyər vergisi hesablanmışdır. İşin faktiki hallarından göründüyü kimi vergi ödəyicisi 2022-ci il üzrə sadələşdirilmiş vergi ödəyicisi olmiş və həmin dövrdə alınmış malların təqdim edilməsi üzrə ƏDV-ni əvəzləsdirmək hüququ olmamışdır. 2022-ci il üzrə alınmış malların ƏDV-si satıcıların bank hesabına ödənilmişdir. Bank və elektron qaimə fakturaların üzləşdirilməsi cədvəlindən də açıq şəkildə görünür ki, mallar üzrə ƏDV iddiaçı tərə indən satıcılara ödənilmişdir. Qeyd edilənlər vergi ödəyicisinin əldə etdiyi elektron qaimə fakturalar və qarşı tərəfin bank hesabına etdiyi ödənişlərlə öz təsdiqini tapır. Vergi Məcəlləsinin 159.7-ci maddəsi birmənalı olaraq müəyyən edir ki, əgər vergi ödəyicisi malları alarkən ƏDV-ni ödəmişdirsə, lakin həmin malları alarkən əvəzləşdirmək hüququna malik deyildirsə, həmin malların təqdim edilməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Maddənin məqsədi vergi ödəyicisini eyni vergitutma obyektinə münasibətdə iki dəfə vergi ödəməkdən qorumaqdır. Lakin vergi orqanı 2022-ci il və ondan əvvəl alınmış malların təqdim edilməsinə ƏDV hesablamaqla Vergi Məcəlləsinin 159.7-ci maddəsini kobud surətdə pozmuşdur. İddiaçının sadələşdirilmiş vergi ödəyicisi olduğu bir dövrdə alınmış və artıq ƏDV-si ödənilmiş mallara görə təkrar əlavə dəyər vergisi hesablamaqla və bunu iddiaçıdan tələb etməklə vergi ödəyicisini eyni mala görə iki dəfə ƏDV ödəməyə məruz qoyur ki, bu da verginin məqsədlərinə uyğun gəlmir. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergim bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmçinin vergi orqanının bu formada hesablaması ilə sahibkar ƏDV-ni 18 % dərəcə ilə deyil, 36 % dərəcə ilə ödəmiş olur. Digər tərəfdən, vergi orqanının ƏDV üzrə kameral qəran ümumiyyətlə düzgün əsaslandırılmamışdır. Qərarın əsaslandırılmasında vergi ödəyicisinin 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəlir bütövlükdə 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində dövriyyə kimi qeyd edilmişdir. Məlum olduğu kimi gəlir vergisi illik bəyannamədir və orda qeyd edilən ümumi gəlir vergi ödəyicisinin həmin ilin bütün aylan üzrə gəlirinin cəmini əks etdirir. ƏDV isə aylıq əsaslarla hesablanır və yalnız həmin ay üzrə təqdim etməni özündə əks etdirir. Lakin vergi orqanı hər hansı əsaslandırma vermədən bütün ilin gəlirini bir aya- 2022-ci ilin dekabr ayına dövriyyə kimi nəzərə almışdır. Vergi ödəyicisinin 2022-ci ilin dekabr ayı üzrə ƏDV üzrə vergitutma obyektini yalnız həmin ayda baş verən əməliyyatlar təşkil edə bilərdi. Bütün il üzrə aparılan əməliyyatların 1 aya hesablanması üsulu və metodu isə Vergi Məcəlləsi ilə ümumiyyətlə müəyyən edilməmişdir. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi Məcəlləsinin 149.1 və 149.2-ci maddələrinin tələblərinə əsasən fiziki şəxslərin gəlir vergisi hesabat ilindən sonrakı ilin mart ayımn 31-dən gec olmayaraq, yəni illik əsaslarla verilir. Vergi Məcəlləsinin 159.7-ci maddəsinin tələbinə əsasən bu maddənin digər müddəalarından asıb olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi vergi orqanının xx.xx.2024-cü il tarixli **********804900 nömrəli qərarı tam əsassızdır və ləğv olunmalıdır.

4. Cavabdeh tərəfindən dəqiqləşdirilmiş iddia tələbinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, mənfəət vergisi bəyannaməsi üzrə kassa metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu) , "Nəqliyyat xərcləri" (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (163974.08 manat), iddiaçı tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş e-qaimə-faktura (rislki e-qaimə-fakturaların məbləği (0.00) və alış aktlarının məbləği (0.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (7190.78 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal- materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən ( 7190.78 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 113849.56 manat) çıxılması nəticəsində yaranan 0 manat məbləğin müqayisəsi nəticəsində 163974.08 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********011800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından sənədlərlə təsdiqini tapmayan xərclər tam silinərək (mikro sahibkarlıq üzrə güzəşt nəzərə alınaraq) gəlir vergisi bəyannaməsi üzrə 8198.71 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********960500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış təkrar araşdırma zamanı 2022-ci il bank məlumatları əldə edilmiş elektron qaimə-faktura məlumatları ilə müqayisə edilmiş, Qeyd olunan təhlilin nəticəsi olaraq kassa metodu üzrə təqdim edilmiş bəyannamədə 99828.8 manat xərcin bankla öz təsdiqini tapdığı müəyyən edilərək hesablanmış vergi məbləği qismən azaldılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********963300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən daha əvvəl məhkəməyə təqdim edilmiş etirazda "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********804900 nömrəli qərara münasibət bildirilmişdir. Vergi Məcəlləsinin: 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.3-cü maddəsində isə göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildiririk ki, vergi ödəyicisi müxtəlif üsul və vasitələrdən istifadə etməklə həmin qərarın ləğv olunmasına cəhd göstərir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Əlavə olaraq bildirilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı).

5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********804900 nömrəli qərara əsasən 2022-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi: Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – - 726,41 manat Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 31.061,61 manat Əlavə hesablanmış vergi və ya sığorta haqqı – 31.788,02 manat

6. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********960500 nömrəli Qərara əsasən 2022-ci il vergi dövrü üzrə gəlir vergisi: Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 396,52 manat Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 8.568,23 manat Əlavə hesablanmış vergi və ya sığorta haqqı – 8.198,71 manat

7. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025ci il tarixli 3-21-2-3/2-192483/2025 nömrəli Qərara əsasən 2022-ci il vergi dövrü üzrə gəlir vergisi: Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 8.568,23 manat Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 8.568,23 manat Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 3.576,79 manat Verginin azaldılmış məbləği – - 4.991,44 manat Bu qərar əsasən ləğv edilmiş əvvəlki qərar barədə məlumat – **********960500, 20240531 (qərarın 6-cı bəndi)

8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, vergi ödəyicisi həmin dövrdə kassa metodu ilə işləmişdir, xəcləri qaimələr əsasında nağdsız ödənişlərlə təsdiq edilir, iddiaçı tərəfindən 2022-ci il üzrə kassa metodu ilə gəlir vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamə ilə vergi ödəyicisinin ümumi gəliri 172564,52 manat, ümumi gəlirdən çıxılan xərci isə 165.174,08 manat (icarə haqqının məbləği 1200 manat, malın dəyəri 163974 manat olmaqla) müəyyən edilmiş və vergi ödəyicisinə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə müvafiq olaraq güzəşt tətbiq edilməklə 369.52 manat gəlir vergisi hesablanmışdır. İddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə xx.xx.2024-cü il tarixli **********960500 nömrəli qərarla əlavə 8.198,71 manat məbləğində əlavə vergi hesablanmışdır. Həmin qərarla vergi ödəyicisinin ümumi gəliri 172.564,52 manat, ümumi gəlirdən çıxılan xərci isə 1200 (icarə haqqımn məbləği) manat müəyyən edilərək əlavə olaraq vergi ödəyicisinə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə müvafiq olaraq güzəşt tətbiq edilməklə 8568,23 manat gəlir vergisi hesablanmışdır. Daha sonra vergi orqanının xx.xx.2025-cü il tarixli 3-21-2-3/2-192483/2025 saylı qərarı ilə hesablanmış gəlir vergisi azaldılmış, nəticə olaraq vergi ödəyicisinə əlavə 3576,79 manat gəlir vergisi hesablanmışdır. 2022-ci il üzrə əldə edilmiş elektron qaimə fakturalara əsasən vergi ödəyicisi malın dəyəri 193.489,42 manat olan (əsas dəyəri 163974,10 ƏDV dəyəri isə 29515,32 manat) mal əldə etmişdir. Vergi ödəyicisinin 2022-ci ilin bank çıxarışından görünür ki, vergi ödəyicisi əldə edilmiş tütün məhsulları üzrə kreditorlara ümumilikdə 193.489,42 manat məbləğində (29.515,32 manat ƏDV daxil olmaqla) ödəniş etmişdir. Həmin məbləğə kreditorların bank hesablan üzrə ƏDV məbləğləri də daxil olmuşdur. Bundan əlavə vergi ödəyicisinin 2022-ci il üzrə 1200 manat məbləğində icarə xərci və 2526,97 manat məbləğində isə rabitə və digər xərcləri olmuşdur. Vergi ödəyicisi 2022-ci ilin yanvar ayından dekabr ayınadək sadələşmiş vergi ödəyicisi olmuş və sadələşmiş vergi bəyannamələrini vergi orqanına təqdim etmişdir. Həmin dövrdə aldığı 193350.96 manat məbləğində tütün məhsullanmn ƏDV-ni məhsullann aldığı vergi ödəyicilərinin bank hesablarına ödəmişdir. Bank hesablarından çıxarış və e-qaimələr iş materiallarına əlavə edilmişdir.

9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi və bildirdi ki, iddiaçı barəsində 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 8198,71 manat əlavə vergi məbləği hesablanmış, aparılmış təkrar araşdırma zamanı 2022-ci ilin bank məlumatları əldə edilmiş elektron qaimə məlumatları ilə müqayisə edilmiş, təqdim edilmiş bəyannamədə 99.828 manat xərcin bankla öz təsdiqini tapdığı müəyyən edilərək hesablanmış gəlir vergi məbləği qismən azaldımış və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli qərar göndərilmişdir. ƏDV-yə münasibətdə bildirir ki, vergi orqanı tərəfindən 200.000 manatlıq dövriyyənin aşdığı müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2022-ci il tarixdən məcburi ƏDV qeydiyyatına alınmış və artan yekun üzrə 2022-ci ilin dekabr ayında ƏDV hesablanmışdır.

İİ. İddianın növü və mümkünlüyü

10. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

12. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

13. İddiaçı ona münasibətdə hesablanmış 2022-ci ilin gəlir vergisi (xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli qərarlarla) və 2022-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisini mübahisələndirir. xx.xx.2025-ci il tarixli qərarda əvvəlki xx.xx.2024-cü il tarixli qərarın ləğvinə dair qeyd mövcud olsa da (qərarın 6-cı bəndində), cavabdeh tərəfindən həmin qərarın icrasının nəticələrinin aradan qaldırlmasına dair sübutları təqim etməmişdir. İddiaçı müvafiq qeyd (qərarın 6-cı bəndi) istisna olmaqla qərarın ləğvini tələb etməklə haqlıdır. Belə ki, sonuncu mübahisələndirilən qərarın bütövlükdə ləğvinin nəzəri baxımdan əvvəlki qərarın qüvvəsini bərpa etməsi nəzəri baxımdan istisna olunmaya bilər.

14. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

15. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı xx.xx.2024-cü il tarixli **********960500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə 2022-ci il üzrə əlavə 8198,71 manat məbləğində gəlir vergisi hesablanmış və daha sonra vergi orqanının xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-192483/2025 saylı qərarı ilə xx.xx.2024-cü il tarixli **********960500 nömrəli qərarla hesablanmış vergi məbləği 4991,44 manat məbləğində azaldılmış və azaldılmış gəlir vergisi məbləği 3576,79 manat müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli **********804900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2022-ci ilin dekabr ayı üzrə əlavə 31788,02 manat məbləğində ƏDV hesablanmışdır

16. Gəlir vergisinin hesablanmasına münasibətdə mübahisənin yaranmasının səbəbi 2022-ci il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə vergi ödəyicisinin gəlirlərinin və xərclərinin hesablanması ilə bağlıdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı X2 münasibətdə 2022-ci il vergi dövrü üzrə gəlir vergisinin məbləğinin müəyyən edilməsi ilə əlaqədar olaraq həmin dövr üzrə gəlirlərin və xərclərin hesablanma qaydası ayrı-ayrılıqda qiymətləndirilməlidir.

17. Məhkəmə 2022-ci il vergi dövrü üzrə gəlir vergisi ilə bağlı iddiaçının gəlirlərinin hesablanılmasına münasibətdə müəyyən edir ki, mübahisənin yaranmasının səbəbi vergi ödəyicisinin gəlirinin uçotunun aparılması qaydası ilə bağlıdır.

18. Belə ki, iddiaçı 2022-ci il üzrə gəlirlərini kassa metodu əsasında hesablayaraq məhz bank hesabına daxilolmaları nəzərə almış və 2022-ci il vergi dövrü üzrə dəqiqləşdirilmiş gəlir bəyannaməsində 172.564,52 manat gəlir bəyan etmişdir. Həmin ümümi gəlir və həmin gəlirdən çıxılan 1200 manat məbləğində icarə xərci cavabdeh tərəfindən mübahisələndirilmir. Vergi orqanı tərəfindən əlavə hesablamanın əsası vergi ödəyicisinin təqdim etdiyi bəyannaməsində malın dəyəri olaraq qeyd etdiyi xərc olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2022-ci ilə malların alışına görə 193.350,96 manat ödəniş edilmiş, həmin ödənişlər də bank hesabından çıxarışlara əsasən məhz vergi ödəyicilərinə ("xxxx" MMC-yə (VÖEN: **********), "xxxx" MMC-yə (VÖEN: **********) və "xxxx" MMC-yə (VÖEN: **********) həyata keçirilmiş, ödənişlər nağdsız formada “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1.1-ci maddəsinin tələbinə müvafiq olaraq aparılmışdır. Beləliklə, vergi ödəyicisinin 2022-ci il üzrə malların alınmasına görə xərci ümumilikdə 193.350,96 manat olmuşdur. ƏDV nəzərə alınmadıqda isə məbləğ 163.974,10 manat təşkil etmişdir. Vergi ödəyicisinin elektron qaimələr və bank ödənişlərinin üzləşdirilməsi cədvəli məhkəməyə təqdim edilmişdir.

19. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 130. Gəlirin və xərcin uçotu qaydası 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

20. Məhkəmə ilkin olaraq qeyd edir ki, kiçik sahibkarlıq subyektlərinin gəlirlərin (eləcə də xərclərin) uçotunu yalnız hesablama metodu ilə aparması qaydasını müəyyən edən imperativ norma 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.

21. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94cü maddəsinin İ hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır: 1.50.1. 130.4-cü maddə aşağıdakı redaksiyada verilsin: “130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.”; Maddə 2. Keçid müddəaları 2.3. Bu Qanunun 1.50.1-ci maddəsi orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2022-ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

22. Məhkəmə nəzərə alır ki, hazırki iş üzrə vergi ödəyicisi (iddiaçı) 2022-ci il (müvafiq imperativ norma qüvvəyə minənədək olan) vergi dövrü üzrə hesablanmış gəlir vergisinin məbləği mübahisələndirilir. Odur ki, “kiçik sahibkarlıq subyektlərinin gəlirin uçotunu yalnız hesablama metodu ilə aparması” ilə bağlı imperativ norma 2023-cü il yanvarın 1-dən qüvvəyə mindiyi üçün 2022-ci il vergi dövrü üzrə gəlir vergisinin hesablanması zamanı tətbiq oluna bilməz. Belə olan təqdirdə iddiaçının məhz kiçik sahibkar olması səbəbi ilə 2022-ci il vergi dövrü üzrə gəlirinin uçotunu kassa metodu ilə aparması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilmir və həmin dövrdə kassa metodu ilə uçotun aparılması kiçik sahibkarın hüququdur.

23. Məhkəmə qeyd edir ki, gəlir vergisi ödəyicisinin 2022-ci il vergi dövrü üzrə gəlirin (eləcə də, xərcin) uçotunu kassa metodu ilə aparması qanunla nəzərdə tutulmuş hüququdur və müvafiq hüququn tətbiqi ilə bağlı qanunuvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Odur ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin müvafiq hüququnun tətbiqindən imtina edilməsi yolverilməzdir.

24. Məhkəmə müəyyən edir ki, iş materiallarına əlavə olunmuş bank hesabından çıxarışa əsasən iddiaçının 2022-ci il üzrə bank hesabına daxilolmaların ümumi məbləği 172.564,52 manat, xərcləri isə 1200 manat + 163.974,10 manat təşkil etməklə çəkilməsi vergi ödəyicilərinə həyata keçirilmiş nağdsız qaydada ödənişlərlə təsdiq edilmişdir.

25. Odur ki, vergi ödəyicisi (iddiaçı) kassa metodundan istifadə edərək 2022-ci il vergi dövrü üzrə vergi öhdəliyi müvafiq vergi güzəşti tətbiq etməklə bəyan etməkdə haqlı olmuşdur.

26. Əlavə dəyər vergisinin hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, mübahisənin yaranmasının səbəbi iddiaçının vergi tutulan əməliyyatlarının həcminin ardıcıl 12 ay ərzində 200.000 manatı keçməsi əsası ilə cavabdeh vergi orqanı tərəfindən iddiaçının xx.xx.2024-cü il tarixli qərarla məcburi olaraq əvvəlki – xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyatdan keçirilməsidir.

27. Azərbaycan Respublikası Vergi Məcəlləsindən: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 154. Vergi ödəyiciləri 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. Maddə 155. Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Maddə 157. Qeydiyyat 157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. 157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. 157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.

28. Məhkəmə qeyd edir ki, iddiaçının satın aldığı mallara görə ƏDV ödəməsini təsdiq edən sübutlar təqdim edilmiş və VM-nin 159.7-ci maddəsi cavabdeh tərəfindən nəzərdən keçirilməmişdir. Belə ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli qərarla əvvəlki xx.xx.2022-ci il tarixdən məcburi ƏDV qeydiyyatına alınmaqla 2022-ci ilin dekabr ayında (artan yekunla) faktiki olaraq artıq ödədiyi və əvəzləşdirmə imkanı olmadığı ƏDV-nin ödənilməsinə məruz qalmış, faktiki olaraq 36% (18% artıq ödəmiş olduğu və 18% mübahisələndirilən qərarla ödəməli olduğu) ƏDV öhdəliyinə məruz qalmışdır. Lakin vergi orqanı nəzərə almamışdır ki, həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır (həmin mallara görə artıq ƏDV ödənilmiş olduğundan).

29. Digər tərəfdən məhkəmə müəyyən edir ki, qanunvericilikdə sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan vergi ödəyicisinin 5 iş günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi nəzərdə tutulsa da, vergi orqanının həmin vergi ödəyicilərini ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata almasına münasibətdə konkret müddət qeyd edilməmişdir.

30. Məhkəmə qeyd edir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə müddətin 5 iş günü nəzərdə tutulması vergidən yayınma halının qarşısını almaqla yanaşı, vergi ödəyicisi tərəfindən ƏDV-nin hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu, əvəzləşdirmə hüququnun nə vaxt yarandığını dəqiqləşdirmək məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən ƏDV vergisi bu məqsədlə dövlət qeydiyyatına alınmış vergi ödəyicilərinə satdığı malların dəyərinə ƏDV təbiq etmək və malları alarkən ödədikləri ƏDV-ni əvəzləşdirmək hüququ verir.

31. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı 2022-ci il yanvar-dekabr ayları ərzində gəlir vergisi ödəyicisi olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş, apardığı əməliyyatlara (satdığı mallara) ƏDV tətbiq (əlavə) etməmiş, gəlir vergisi ödəyicisi olduğundan malları alarkən əvəzləşdirmə almamış və ya əvəzləşdirmə hüququna malik olmamışdır.

32. Məhkəmə nəzərə alır ki, vergi orqanı tərəfindən vergi ödəyicinin (iddiaçının) vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi aşkar olunduğu halda iddiaçının ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınmasını 1 il 3 ay sonra həyata keçirməsi (2022-ci ilin yekunları üzrə 2024-cü ilin aprel ayında mübahisələndirilən qərarla), bununla da qeyd edilən müddətdə satdığı mallara görə faktiki olaraq (ƏDV əlavəsi tətbiq etmədiyindən) əvəzləşdirmə hüququnu tətbiq etmək imkanından məhrum olması normanın məqsədlərinə uyğun hesab edilə bilməz.

33. Məhkəmə hesab edir ki, məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın birinci günündə qeydiyyat tarixi qüvvəyə minməsinə dair normanın məzmunu aydın olsa da, hansı müddətdə tətbiq edilməsinə dair aydın göstəriş – tənzimləmə yoxdur. Belə olduğu təqdirdə, məhkəmə normanın onun məqsədinə uyğun tətbiq edilməli olduğu qənaətindədir. ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə ödəyici üçün müddətin 5 iş günü nəzərdə tutulması vergi orqanı üçün hüququnun tətbiqi üçün müddətlərin tətbiq edilməsini zəruri edir.

34. Belə ki, mövcud vəziyyətdə vergi orqanı diskresion səlahiyyətlərindən həmin səlahiyyətlərin məqsədinə uyğun istifadə etməli, vergi qanunvericiliyinin “vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətlərinin və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi” prinsipini pozmamalı və (vergi orqanı kimi) hüququnun (eləcə də vəzifəsinin) tətbiq edilməməsi nəticəsində iddiaçı üçün əlverişsiz şərait yaratmamalıdır. Belə ki, vergi ödəyicisinin (iddiaçının) ƏDV məqsədləri üçün qeydiyyata alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları, onlayn kassa məlumatları), eləcə də iddiaçının vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi artıq növbəti hesabat dövründə vergi orqanına məlum olduğu halda, məcburi qeydiyyatı vaxtında təmin etməmiş, nəticədə, ödəyici də satdığı mallara görə ƏDV tətbiq etmək və daha sonra əvəzləşdirmə hüququndan məhrum olmuşdur. Belə ki, vergi orqanının həmin hüququ ödəyici üçün müəyyənləşdirilmiş 5 iş gününün ertəsi günündən başlamış, vergi orqanı isə həmin hüququ 1 il 3 aydan sonra (xx.xx.2024-cü il tarixli qərarla) xx.xx.2022-ci il tarixdə qüvvəyə minməklə həyata keçirmişdir.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

36. Məhkəmə xüsusilə nəzərə alır ki, “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və normanın vergi ödəyicisinin mənafeyinə zidd tətbiqi yolverilməzdir.

37. Məhkəmə qeyd edir ki, ƏDV ödəyicisi kimi qeydiyyata alma vaxı ilə bağlı (digər qərarda) ifadə etdiyi hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-302/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarla da təsdiq edilmişdir.

38. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********804900 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********960500 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-192483/2025 nömrəli qərarların qəbul edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 192483/2025 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablaması barədə” qərarının 6-cı bəndi istisna olmaqla və xx.xx.2024-cü il tarixli **********804900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablaması barədə” qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar